Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə33/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   29   30   31   32   33   34   35   36   ...   237

dövlətin,  fərdin,  cəmiyyətin  iradəsi  bir-biri  ilə  uzlaşdırılmış 

şəkildə ortaya çıxır. İnsan cəmiyyətin ona verdiyi sərbəstlik, 

müstəqillik  çərçivəsində  arzu  etdiyi  kimi  hərəkət  edir. 

Qarşıya qoyulmuş məqsəddən asılı olaraq, bu münasibətlərdə 

insan  davranışları  dəyişir,  inkişaf  edir.  Hüquq  bu  ictmai 

münasibətlərdə  qaydasızlığm  yaranma-  ması  üçün  onlara 

müəyyən təsir edir. Hüququn bu təsiri cəmiyyətin və fərdin 

xeyrinədir. Çünki bu yolla hüquq həm fərd, həm də cəmiyyət 

üçün  arzuolunan  ortaq  nöqtəni  tapır.  Hüquq  bu 

münasibətlərdə hər iki tərəfin mənafeyinin lazımi səviyyədə 

təzahür etməsinə imkan  yaradır. Hər iki tərəf üçün  məcburi 

göstərişlər  müəyyən  etməklə  hüquq  tərəflər  arasındakı 

münasibətlərin  qaydaya  düşməsini  təmin  edir.  İctimai 

münasibətləri yalnız hüquq nizamlamır. Cəmiyyətdə hüquqla 

yanaşı, ona alternativ olan digər sosial nizamasalma vasitələri 

də  mövcuddur.  Sosial  nizamasalma  vasitələri  insanların 

cəmiyyət  içində  davranışını,  onların  bir-birilə  əlaqələrini, 

cəmiyyətdəki  qarşılıqlı  əlaqələrdə  davranış  normasını 

müəyyən edən vasitələrdir. Lakin hər bir sosial nizamasalma 

vaistəsinin özünəməxsusluğu vardır. Hüquqdan başqa, əxlaq 

və din də sosial nizamasalma vasitəsidir. Hər bir nizamasalma 

vasitəsi  öz  göstərişlərinin  insanlar  tərəfindən  yerinə 

yetirilməsi  üçün  təmin  etmə  üsullarına  malikdir.  Məsələn, 

əxlaq  insanların  vicdanına,  onların  öz  davranışlarına  olan 

tənqidi münasibətlərinə söykənərək realizə olunur (müəyyən 

hərəkəti  etmək  əxlaqsızlıqdır,  yaxud  bu  hərəkəti  etsən,  çox 

pis  adam  olarsan  və  s.).  Din,  əksinə,  insanların  allaha  olan 

inamından  bir  növ  məcburiyyət  vasitəsi  kimi  istifadə  edir 

(filan əməl günahdır, etsən, eəhən- nəmdə yanarsan). Hüquq 

bütün  bu  nizamasalma  vasitələrindən  fərqli  olaraq,  dövlətin 

gücünə, onun məcburetmə 

— 103 — 



vasitələrinə 

əsaslanır. 

Bu 

əlamət 


hüququn 

əsas 


əlamətlərindəndir və onun nüfuzunu müəyyən edir. Digər heç 

bir nizamasalma vasitəsi dövlət tərəfindən bu cür birbaşa və 

daim 

dəstəklənmir. 



Hüququn 

qoyduğu 


göstərişlər 

pozulduqda, onların məcburən icrasını dövlət öz məcburetmə 

aparatı hesabına təmin edir. 

Hüququn başqa əlamətləri də vardır. Hüquq, hər şeydən 

əvvəl, normadır, yəni qaydadır. Hüququn göstərişləri konkret 

şəxslərin  iradəsindən  asılı  deyil,  onlar  hamı  üçün  nəzərdə 

tutulub və müvafiq hallar olduqda dəfələrlə tətbiq olunur. Bu 

normaların  pozulması  dövlətin  məcburetmə  gücünün  tətbiq 

olunması ilə nəticələnir. Hüquq həm də formalhq əlamətinə 

malikdir.  Hüquq  dövlətin  rəsmi  aktlarında  (qanun,  qərar, 

fərman  və  s.)  əks  olunur,  dəqiqləşmiş  şəkildə  təzahür  edir. 

Hüquq ictimai münasibətləri nizamasalma vasitəsi olmaqdan 

əlavə,  həm  də  insanların  öz  mənafeyinin  cəmiyyətin  qəbul 

etdiyi şəkildə realizə etməsinə imkan verən vasitədir. İnsanlar 

öz hüquqlan vasitəsilə öz tələbatlarını ödəyir, öz iradələrini 

realizə edirlər. Bu mənada hüquq həm də şəxsiyyətin sosial 

təzahürü  üsuludur.  Yəni  hüquq  şəxsiyyətə  özünü  digər 

insanlarla əlaqələrdə ifadə etməyə imkan verən bir üsuldur. 

Bununla bağlı olaraq hüquq fərdin və cəmiyyətin mənafeyini 

özündə tarazlaşdırır. Fərd üçün davranış hədlərini müəyyən 

edən hüquq həm də azadlıq ölçüsüdür. Bu hədlər çərçivəsində 

fərd istədiyini edə bilər. Hüququn bu cür  mürəkkəb anlayış 

olması  hüquqla  bağlı  fərqli  nəzəriyyələrin  əmələ  gəlməsinə 

gətirib çıxarmışdır. Əsasən iki nəzəriyyə mövcuddur: 1) təbii 

hüquq nəzəriyyəsi; 2) pozitiv hüquq nəzəriyyəsi. Təbii hüquq 

nəzəriyyəsinin  başlıca  müddəasına  görə,  hüquq  obyektiv 

olaraq (nə fərdin, nə də dövlətin iradəsindən asılı olmayaraq) 

mövcuddur. Dövlət onu qanuna 



— 104 — 


gətirməlidir.  Hüquq  ayrılmazdır  və  hər  insana  doğulduğu 

andan  verilir.  Pozitiv  hüquq  nəzəriyyəsinə  görə,  hüquq 

obyektiv  olaraq  mövcud  deyil,  onu  ancaq  dövlət  yaradır. 

Hüquq dövlətin qanunlarda və digər normativ hüquqi aktlarda 

nəzərdə  tutduğu  normalar  sistemidir.  Dövlət  istədiyi  vaxt 

vətəndaşdan  hüququ  geri  ala  bilər.  Hər  bir  nəzəriyyənin 

özünün də daxilində saysız-hesabsız istiqamətlər mövcuddur. 

Bəzi müəlliflər isə vaxtilə hüququn hətta normativ olmasını 

belə  inkar  etmişlər  (Amerika  sosiolji  hüquq  məktəbi-Paund 

məktəbi  ).  Lakin  hal-hazırda  hüquq  özündə  hər  iki 

nəzəriyyənin müddəalarını birləşdirir. Təbii hüquq (qanunda 

yazılmamış  hüquq)  dövlət  və  cəmiyyət  münasibətlərində 

qanunvericilikdə  nəzərdə  tutulana  qədər  dövlət  tərəfindən 

tanınmır  və  müdafiə  olunmur.  Deməli,  hüququn  ən  əsas 

əlamətlərindən  olan  dövlət  müdafiəsi  təbii  hüquqda  olmur. 

Eyni  zamanda  pozitiv  hüquq  da  (qanunda  yazılan  hüquq) 

insanların  hüquq  haqda  əsrlər  boyu  formalaşmış  rasional 

təsəvvürlərinə  uyğun  gəlmədikdə  işləmir  və  cəmiyyət  onu 

qəbul etmir, deməli, hüquq qeyri- demokratik olur. 

Hüquq insana daha çox iradəsi vasitəsilə təsir edir. Şüura 

birbaşa  təsir  edib  onu  müəyyən  etmək  (düşüncəni 

proqnozlaşdırmaq) 

qeyri-mümkündür. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

12-ci 

maddəsindən 



göründüyü  kimi,  subyekt  qismində  insan  və  vətəndaş 

müəyyən  edilir.  İnsanla  vətəndaş  bir-birinə  münasibətdə 

cins-növ  anlayışları  kimidirlər.  Bütün  vətəndaşlar  insandır, 

lakin vətəndaş olmayan insanlar da vardır. Vətəndaş dövlətlə 

şəxs arasındakı münasibətləri ifadə edir. Vətəndaş olan insan 

vətəndaşı olduğu dövlət qarşısında vətəndaşlığı olmayandan 

fərqli  olaraq,  müəyyən  vəzifələrə  malikdir.  Dövlət  bir  sıra 

hüquqların ancaq vətəndaşlara məxsus olduğunu tanıyır 



— 105 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə