Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə30/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   26   27   28   29   30   31   32   33   ...   237

lara təsir vasitəsi olmuşdur. Hakimiyyətin sabitliyi qayğısına 

qalan  hökmran  sosial  təbəqələr  dinin  bu  xüsusiyyətindən 

istifadə etmişlər. 

Qədim dövrlərdə din və dövlət, sadəcə, birgə mövcud idi. 

Hammurapinin  öz  hakimiyyətini  allahdan  alması,  Misirdə 

Fironun  eyni  zamanda  allah  hesab  olunması,  qədim  Çində 

imperatorun  allah  oğlu  olması  hakimiyyəti  ilahiləş-  dirmək 

cəhdindən  başqa  bir  şey  deyildi  və  din  ilə  dövlətin 

vahildiyinin ən bariz göstəricisi idi. Daha sonralar meydana 

çıxan və güclü təşkilati quruluşa malik olan dinlər dövlətdən 

qismən  ayrılsa  da,  yenə  də  dövlət  üzərində  güclü  təsirini 

saxlayırdı  (xristianlıq  və  islam).  İntibah  dövründə  və  ona 

qədər  din  dövlət  hakimiyyəti  hesabına  insanların  mənəvi 

həyatına müdaxilə edir və nəticədə nəinki cəmiyyətin mənəvi 

həyatında  durğunluq  yaranırdı,  həm  də  dövlətə  qarşı  mənfi 

münasibət  formalaşırdı.  Fikir  və  söz  azadlığının  yayılması, 

şəxsiyyətin  müstəqilləşmə-  si  və  dövlətin  total,  fərdin 

həyatına  nəzarət  edən  dövlətdən  sosial-hüquqi  dövlətə 

çevrilməsi  son  nəticədə  din  ilə  dövlətin  iki  fərqli  təyinata 

malik sosial orqanizmlər kimi bir-birindən ayrılmasına səbəb 

oldu.  Əsrlər  boyu  davam  edən  bu  prosesdə  din  dövlət 

hakimiyyəti üzərində təsirini itirdisə də, cəmiyyətdə təsirini 

itirmədi və bu gün də din istənilən cəmiyyətin əxlaqi-mənəvi 

dəyərlərinin  tənzimləyicisi,  bu  dəyərlərin  nəsildən-nəslə 

ötürülməsinin əsas vəsiləsi rolunda çıxış edir. Dinin xüsusilə 

güclü  olduğu  cəmiyyətlərdə  din  nəinki  sosial-əxlaqi 

məsələlərdə,  eləcə  də  dindən  kənarda  qalan  bir  çox  digər 

məsələlərdə həlledici rola malikdir. 

Tarix  səhnəsinə  inkişaf  etmiş  və  özünü  dərk  etmiş 

millətlər  çıxana  qədər  din  əsas  sosial  identifıkasiya  vasitəsi 

idi. Yəni onlar bir-birinə olan münasibətlərini eyni bir 

— 94 — 



millətə,  dövlətə  aidiyyət  üzərində  deyil,  ilk  olaraq  eyni  bir 

dinə aid olub-olmamaq üzərində qururdular. Din cəmiyyətin 

vahidliyini təmin edən əsas vasitələrdən biridir və aydındır ki, 

cəmiyyət üzərində bu cür təsir potensialına malik olan vasitə 

dövlətin diqqətindən kənarda qala bilməz. Din öz-özlüyündə 

deyil,  yalnız  cəmiyyətə  təsir  baxımından  dövlət  üçün 

əhəmiyyətə  malikdir.  Məsələnin  başqa  tərəfi  də  vardır. 

Tarixən  din  və  vicdan  azadlığı,  fikir  müstəqilliyi  bir  yerdə 

nəzərdən keçirilib və dövlətin müxtəlif dinlərə neytral olması 

şəxsiyyətin vicdan azadlığının təmin edilməsinin bir tərəfidir. 

Lakin  dinlərə  neytral  olan  dövlətdə  şəxsiyyət  istədiyi  dinə 

etiqad  edə  və  etməyə  bilər,  dini  təbliğatla  məşğul  ola  bilər 

(Azərbaycan  Respublikası  Konstitusiyasının  18-ci  və  48-ci 

maddələri). 

Hüquqi  aspektdən  dinlə  dövlətin  ayrılması  -  dünyəvilik 

onu  ifadə  edir  ki,  dövlətin  rəsmi  qəbul  olunmuş  dini 

ideologiyası  olmur,  dövlət  orqanlarının  işində  və 

təşkilatlanmasında din iştirak etmir, təhsil din ilə bağlı olmur. 

Din  xadimləri  dövlət  orqanlarına  dini  nümayəndələr  kimi 

deyil,  yalnız  adi  vətənaşlar  kimi  seçilə  bilərlər.  Dini 

aidiyyətinə  görə  heç  kəsə  üstünlük  verilmir.  Dövlət  bütün 

dinlərə eyni meyarlardan yanaşır və onların hamısı üçün eyni 

fəaliyyət  şərtləri  yaradır.  Konstitusiyanın  18-ci  maddəsində 

göstərilir  ki,  Azərbaycan  Respublikasında  din  dövlətdən 

ayrıdır  və  bütün  dini  etiqadlar  qanun  qarşısında  bərabərdir. 

Yəni  onların  hər  hansı  birinə  yüksək  status  verilməsi 

qeyri-mümkündür. Eyni zamanda konstitusiya nəzərə alır ki, 

hər  bir  sosial  hadisənin  ikinci  -  mənfi  tərəfi  də  vardır.  Elə 

buna  görə  də  konstitusiya  insanpərvərlik  prinsiplərinə  zidd 

olan  dini  cərəyanların  yayılmasını  qadağan  edir.  Dinin 

insanpərvərliyə 

zidd 


olması 

meyarları 

isə 

cari 


qanunvericilikdə və praktikada müəyyən edilmə 

— 95 — 


lidir. Bu dinlər  cəmiyyəti parçalayır və  münaqişələrə  səbəb 

olur. Dövlətin təhsil sisteminin dindən ayn olması onu ifadə 

edir  ki,  dünyəvi  təhsil  müəssisələrində  dini  təhsil  verilməsi 

məcburi deyildir və təhsil dini konsepsiyalara söykənmir. 

Dünyəvi  dövlətin  əksini  teokratik  dövlət  təşkil  edir. 

Teokratik  dövlətdə,  məsələn,  Vatikanda  din  birbaşa  dövlət 

hakimiyyəti ilə qovuşuqdur. Dinin dövlət hakimiyyətinə tam 

qarışmadığı,  lakin  rəsmi  dinin  olduğu  və  dinin  dövlət 

orqanlarının fəaliyyətinə müxtəlif qanuni yollarla təsir etdiyi 

dövlətə  klerikal  dövlət  deyilir  (məsələn,  İran  İslam 

Respublikası,  Pakistan  İslam  Respublikası).  Dini  faktor  bir 

sıra  dünyəvi  dövlətlərdə  belə,  o  qədər  güclüdür  ki,  bu 

dövlətlər  dünyəvi  olmalarına  baxmayaraq,  dinlərdən  birinə 

konstitusion  status  verir.  Yunanıstanda  şərqi  pravoslav 

kilsəsi.  Böyük  Britaniyada  anqlikan  kilsəsi  buna  misal  ola 

bilər. Livanda isə dini faktor hətta dövlət quruculuğunda əks 

olunur.  Burada  cəmiyyətin  bərabər  sayda  ayrı-ayrı  dinlərə 

bölünməsi  uzun  müddətli  vətəndaş  müharibəsinə  səbəb 

olmuşdur. Ona  görə  də  Livan Konstitusiyasına  görə,  dövlət 

başçısı  xristian-maronit,  baş  nazir  müsəlman-sünni, 

parlamentin  sədri  müsəlman-şiə,  parlamentin  yarısı  mütləq 

xristian  və  s.  olmalıdır.  Göründüyü  kimi,  dini  faktor  zəruri 

hallarda dövlət qurueuluğuna belə obyektiv olaraq təsir edir. 

§ 6. Unitarizm 

Hər  bir  dövlətdə  hakimiyyət,  sadəcə,  orqanların 

timsalında öz funksiyaları olan nəhəng aparat kimi qurulmur. 

Nəzərə almaq lazımdır ki, istənilən dövlətin maddi əsası onun 

ərazisidir.  Hər  bir  dövlət  müəyyən  ərazidə  yaranır  və 

fəaliyyət göstərir. Ərazi amili, onun həcmi və fiziki 



— 96 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə