Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə27/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   23   24   25   26   27   28   29   30   ...   237

-

 

mənafe qrupları demokratiyanın və siyasi sistemin əsas 



hərəkətveriei qüvvəsidir; 

-

 



mənafe qrupları arasında mübarizədə ümummilli mənafe 

formalaşır  (bütün  mənafelərdəki  ortaq,  ümumi  məsələlər 

hesabına); 

-

 



demokratik  hakimiyyətin  sabitliyi  və  gücü  bilavasitə 

mənafe qrupları arasındakı mübarizənin nəticəsi kimi ortaya 

çıxır; 

-

 



mənafelərarası ortaq məxrəcin tapılmasında dövlət əsas 

rol oynadığına görə onun rolu güclənir

-

 

sosial  hakimiyyətin  müxtəlif  növləri  (siyasi,  iqtisadi) 



ayrı-ayrı qruplar arasında paylanır; 

-

 



mənafe  qruplarının  daxili  təşkilatlanması  üzvlərin 

iradəsini adekvat şəkildə əks etdirir. 

Plüralist  demokratiya  cəmiyyətdəki  mənafe  qruplarının 

hamısını  güc  mərkəzi  (reallığın  əksinə)  kimi  qəbul  edir  və 

onların  imkanlarmdakı  müxtəlifliyi  nəzərə  almır.  Şəxsiyyət 

burada ikinci amil rolunu oynayır. Odur ki, reallıqda plüralist 

demokratiya  nəzəriyyəsinin  tətbiqi  heç  də  həmişə  müsbət 

nəticələr  vermir.  Bəzən  cəmiyyətin  barışmaz  mənafeli 

qruplara  parçalanması  nəinki  onun  inkişafına  pis  təsir  edir, 

həm  də  daha  güclü  mənafe  qruplan  im-  kanca  zəif  qrupları 

əzərək hakimiyyətə təsiri öz əlinə alır. Nəticədə isə, ümumi 

iradə  bütün  qrupların  deyil,  yalnız  güclülərin  mənafe 

uzlaşdırması kimi ortaya çıxır. 

Daha bir demokratiya nəzəriyyəsi reprezentativ nəzəriyyə 

və  onun  nisbətən  ifrat  forması  olan  elitar  demokratiya 

nəzəriyyəsidir.  Reprezentativ  demokratiya  nəzəriyyəsi 

demokratiyanın  təşkilatlanmasına  və  xalq  -  demokratiya 

münasibətlərinə  diqqət  yetirir.  Bu  nəzəriyyədə  xalq 

hakimiyyəti  anlayışı  və  çoxluğun  iradəsi  anlayışları  bir- 

birindən fərqləndirilir və onlar bir-birinə qarşı qoyulur. 



— 85 — 


Bu  nəzəriyyəyə  görə,  demokratiyanı  həyata  keçirmək  üçün 

mütləq ciddi qurulmuş təşkilat strukturları gərəkdir. Xalq özü 

nə  fiziki  (say  çoxluğuna  görə),  nə  də  intellektual-mənəvi 

baxımdan  (bilik  səviyyəsi,  kütlənin  aşağı  səviyyəli  olması) 

demokratiyanı həyata keçirə bilməz. Bunun üçün ən yaxşı yol 

xalqı adekvat şəkildə təmsil edən təşkilatların yaradılması və 

onların da xalq üçün demokratiyanı həyata keçirməsidir. Xalq 

öz  hakimiyyətini  əsasən  seçkilər  və  referendum  yolu  ilə 

birbaşa  gerçəkləşdirir  və  onun  iradəsinin  seçdiyi  adamlar 

tərəfindən necə həyata keçirilməsinə nəzarət edir. Parlament 

demokratiyası 

reprezentativ 

demokratiyanın 

təzahür 


formasıdır. 

Reprezentativ  demokratiya  nəzəriyyəsinin  növlərindən 

biri  olan  elitar  demokratiya  nəzəriyyəsi  iki  qola  bölünür. 

Birinci qol demokratiyanın realizə edilməsi zamanı xalqı bu 

prosesdən  qismən  kənarlaşdırmağı  nəzərdə  tutur.  Bu  qolun 

təmsilçilərinin  fikrincə,  xalq  özü  bilavasitə  idarəçiliklə 

məşğul ola bilməz və bunun üçün zəruri biliyə malik deyildir. 

Xalq öz idarəetməsini peşəkarlara (elitaya) həvalə etməli və 

vaxtaşırı seçkilər yolu ilə onlann tərk- binə nəzarət etməlidir. 

Demokratiya,  bu  fikrə  görə,  idarəetmənin  həyata 

keçirilməsinə birbaşa təsir mexanizmi deyil və yalnız elitanın 

formalaşdırılmasmda, ona nəzarətdə təzahür edir. İkinci qol 

isə  xalqı  irrasional  kütlə  kimi  qəbul  edir  və  onu 

demokratiyanın realizə edilməsindən tamamilə kənarlaşdırır. 

Xalqın  irrasionallığmı  qəbul  edən  elitaristlər  belə  bir  fikir 

irəli  sürürlər  ki,  xalqı  aldadıb  idarə  etmək,  onun  etibarını 

qazanmaq və son nəticədə bundan sui-istifadə edib despotiya 

qurmaq mümkündür. Bu halda elita kütlə ilə dövlət arasında 

əlaqələndirici  rolunda  çıxış  edir  və  onların  qarşılıqlı  olaraq 

bir-birinin maraqlarını ödəməsini həyata keçirir. 



— 86 — 


XX  əsrin  50-ci  illərində  şəxsiyyətin  aktivləşməsi  ilə 

partisipiar  demokratiya  nəzəriyyəsi  meydana  çıxdı.  Bu 

nəzəriyyə  xalqın  rassionallığmı  qəbul  edir  və  şəxsiyyətin 

həyatın bütün sahələrində muxtariyyatmı ön plana çəkir. Bu 

nəzəriyyəyə  görə,  demokratiyanın  təşkili  bilavasitə 

şəxsiyyətin özünürealizə imkanlarından və dövlət tərəfindən 

neeə təmin edilməsindən asılıdır. Bunun üçün də in- sanlann 

siyasi  mədəniyyəti  və  aktivliyi  maksimum  artırılmalı  və 

xalqın siyasi proseslərə daimi marağı olmalıdır. Burada siyasi 

aktivlik demokratiyanın bərqərar olması və saxlanması üçün 

stimul rolunu oynayır. 

Göründüyü  kimi,  demokratiya  ilə  bağlı  bir-birindən 

kəskin  fərqlənən  müxtəlif  məziyyətlər  möveuddur. 

Demokratiya,  sadəeə,  dövlət  quruluşundan  və  qanunlardan 

asılı  deyildir.  Demokratiya  bundan  daha  çox  məhz  xalqın 

milli şüuru, siyasi  mədəniyyəti, dövlətçilik ənənələri  ilə sıx 

bağlıdır.  İnsanlara  demokratik  qanunlar  vermək  olar,  lakin 

insanlar  demokratiyanın  nə  olduğunu,  onun  mahiyyətini  və 

öz mənafeləri ilə bağlı olduğunu anlamayana qədər qanunun 

göstərişləri,  sadəeə  olaraq,  kağız  üzərində  qalaeaqdır.  Odur 

ki, istənilən dövlətdə demokratiya qurulması üçün uzun illər 

tələb  olunur  ki,  həmin  müddətdə  xalqda  özünüidarəetmə 

vərdişləri  formalaşsın.  Bu  gün  insan  hüquqları,  hüquqi 

dövlət, 


vətəndaş 

cəmiyyəti, 

hakimiyyət 

bölgüsü 


demokratiyanı  ifadə  edir  və  artıq  onun  tərkib  hissəsinə 

çevrilmişdir.  Qeyd  etmək  yerinə  düşərdi  ki,  Azərbaycan 

Respublikasının  Konstitusiyası  məhz  bu  fundamental 

prinsiplərə söykənir. 



§ 4. Hüquqilik 

Hüquqilik  əlaməti  hüquqi  dövlət  nəzəriyyəsindən  irəli 

gəlir. Hal-hazırda dünyanın bir çox dövlətlərinin konstitu- 

— 87 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə