Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə23/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   19   20   21   22   23   24   25   26   ...   237

Xalqın konstitusiyada təsbit olunan daha bir əlaməti onun 

vahidliyidir.  Xalqın  vahidliyi  hüquqi  əlamət  olmaqla 

gündəlik  mətbuatda  işlədilən  birlik,  vahidlik  anlayışından 

fərqlənir.  Əgər  tarixi-siyasi  proseslərdə  xalqın  vahidliyi 

yüksək  həmrəylik  səviyyəsi  ilə  müşahidə  olunursa,  hüquqi 

mənada  xalqın  vahidliyi  bundan  asılı  deyildir.  Hüquqda 

xalqın vahidliyi vətəndaşların hüquqi statusunun əsaslarının - 

konstitusion hüquqi statusunun, hamı üçün eyniliyi hesabına 

təmin  edilir.  Xalq  vətəndaşların  məcmusu  kimi  başa 

düşüldüyündən,  xalqın  vahidliyi  də  ilk  öncə  vətəndaşları 

bir-biri  ilə  əlaqələndirən,  onları  ümumiləşdirən  müəyyən 

hüquqi  kateqoriya  vasitəsilə  realizə  oluna  bilər.  Çoxsaylı 

mürəkkəb  hüquq  münasibətləri  fövqündə  bir-birindən 

fərqlənən sahə hüququ statuslarından kənarda belə vahidliyin 

yeganə təmin edilmə vasitəsi konstitusion hüquqi statusdur. 

Konstitusion  hüquqi  status  şəxsiyyətin  hüquqi  statusunun 

əsaslarını  təşkil  edir  və  məhz  o,  konkret  münasibətlərdə 

tutduğu  mövqedən  asılı  olmayaraq,  bütün  vətəndaşlarda 

bərabərdir, fərqlənmir. Məhz konstitusion status vətəndaşlara 

hüquqi  mənada  xalq  kimi  baxmağa  imkan  verir.  Çünki 

sosial-demoqrafık  əlamətlərin  əhəmiyyət  daşımadığı  bir 

hüquqi  anlayışda  sırf  praktik  nöqteyi-nəzərdən  vahidliyi 

təmin  edə  bilən  yeganə  faktor  hüquqi  statusun  eyniliyidir. 

Vahidlik  istənilən  xalqın  əlamətidir.  Dil,  mədəniyyət,  milli 

şüur  ümumiliyi  xalqı  birləşdirən,  onu  bütöv  kimi 

formalaşdıran amillərdir. Aydındır ki, hüquqi mənada da xalq 

vahid olmalıdır. Xalq anlayışı bilavasitə coğrafi ərazi ilə sıx 

bağlıdır.  İstənilən  xalqın  vahid,  bütöv  bir  etnos  kimi  özünü 

dərk  etməsində  milli  şüur,  dil,  mədəniyyətlə  yanaşı,  tarixi 

ərazi  də  mühüm  əhəmiyyətə  malikdir  və  xalqın  uzun  əsrlər 

boyu  fi-  ziki-ruhi  baxımdan  bütövlüyü,  onun  kompakt  bir 

ərazidə 


— 73 — 


yaşaması  hesabına  də  təmin  edilir.  Aydındır  ki,  ərazi  xalq 

üçün  xüsusi  əhəmiyyətə  malik  olan  bir  amildir  və  xalqın 

tarixi onunla əlaqəlidir. Onun üçün də konstitusiyanın xalqın 

vahidliyini əks edirən  5-ci maddəsinin II hissəsində birbaşa 

göstərilir  ki,  «Azərbaycan  Respublikası  bütün  Azərbaycan 

Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir». 

Bu vətənin qorunmasında hamı eyni dərəcədə dövlət və xalq 

qarşısında borcludur və hamının da bu torpağa eyni dərəcədə 

haqqı  vardır.  Xalq  hakimiyyətinin  mənimsənilməsi 

konstitusiya ilə qadağan edilir və xalqa qarşı ən ağır cinayət 

kimi 

müəyyənləşdirilir 



(Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

6-cı 


maddəsi). 

Hakimiyyətin 

mənimsənilməsi o deməkdir ki, artıq hakimiyyət təyinatı üzrə 

deyil,  şəxsi  və  qrup  mənafelərinin  realizə  olunması  üçün 

istifadə  edilir.  Bu  isə  həm  dövlətin,  həm  də  xalqın 

mənafelərinə  ziddir  və  ciddi  mənfi  nəticələr  yaradır.  Bu 

norma müəyyən edilərkən konstitusiya tarixən özünü təsdiq 

etmiş  belə  bir  aksiomdan  çıxış  edir  ki,  hakimiyyəti 

mənimsəmə  yalnız  fərdin,  qrupun  öz  mənafeləri  naminə 

həyata keçirilir və bunun üçün bir çox hallarda hakimiyyəti 

mənimsəyən  fərd  və  ya  qrup  birbaşa  qeyri-konstitusion 

üsullara  əl  atır  (silah  tətbiqi,  konstitusion  hakimiyyətin 

devrilməsi). Bundan sonra hakimiyyət özgələşir və dövlətlə 

xalq  arasında  böyük  sosial  dəyişmələrə  aparan  qarşıdurma 

yaranır.  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 

275-ci  (Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrindən 

və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə 

tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və 

konstitusiyah  dövlət  orqanlarına  qarşı  istifadə  etmə)  və 

278-ci  maddələri  (hakimiyyəti  zorla  ələ  keçirmə  və  ya  onu 

zorla  saxlama)  bilavasitə  hakimiyyətin  mənimsənilməsinə 

qarşı yönəlmişdir. 



— 74 — 


§ 2. Dövlətin əsasları 

Dövlət  siyasi  sistemin  əsas  ünsürlərindəndir.  Dövlətlə 

bağlı konstitusiyalarda nəzərdə tutulan normalar təkcə onunla 

şəxsiyyət arasındakı əlaqələri xarakterizə etmir. Bu normalar 

eyni  zamanda  dövlətin  öz  quruluşunu,  idarəetmə  formasını, 

onun digər xarakterik xüsusiyyətlərini müəyyən edir. Bu cür 

normalar  dövləti  xarakterizə  etsə  də,  əslində  bu  normalar 

onun  cəmiyyət  və  şəxsiyyətlə  qarşılıqlı  münasibətlərini 

dolayı  da  olsa  səciyyələndirir.  Bu  da  ondan  irəli  gəlir  ki, 

dövlət, cəmiyyət və şəxsiyyət aynimazdır və dövlətin bir çox 

keyfiyyətləri  məhz  cəmiyyətə  və  şəxsiyyətə  münasibət 

üzərində müəyyənləşir. Məsələn, despotik dövlətlərdə dövlət 

hakimiyyəti xalqdan özgələşir və xalqa qarşı çevrilir. Hüquqi 

dövlətdə  isə,  əksinə,  şəxsiyyətin  hü-  quqlan  təmin  olunur, 

qanunun aliliyi tanınır. Göründüyü kimi, hər iki halda dövlət 

xalq  və  şəxsiyyət  kateqoriyası  nəzərə  alınmaqla 

qiymətləndirilir.  Bunlardan  kənarda  dövlət  anlayışı 

düşünülməzdir.  Ona  görə  də  konstitusiyalann  bir  çoxunda 

dövlətin keyfiyyət əlamətləri, məhz həmin dövləti xarakterizə 

edən  əlamətlər  öz  əksini  tapır.  Bu  əlamətlər  dövlətin  öz 

quruluşunu  birbaşa  əks  etdirir  və  onun  şəxsiyyət  və 

cəmiyyətlə əlaqələrinin ümumi əsaslarını dolayısı ilə də olsa 

göstərir.  Məsələn,  demokratiklik  əlaməti  Azərbaycan 

Respublikası  Konstitusiyasının  7-ci  maddəsində  dövləti 

xarakterizə  edən  əlamət  kimi  göstərilir.  Lakin  aydındır  ki, 

demokratiyanın  şəxsiyyətin  hüquqi  statusuna  birbaşa 

aidiyyəti  var  və  dövlət  özünün  demokratik  olmasını 

göstərməklə  həm  də  dolayı  yolla  şəxsiyyətlə  onun  arasında 

qurulacaq  əlaqələrin  ümumi  prinsipini  müəyyən  etmiş  olur. 

Konstitusiyanın  7-ci  maddəsinin  «Azərbaycan  dövləti» 

adlanmasma baxmayaraq, II fəsildə əks olunan 

— 75 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə