Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə26/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   22   23   24   25   26   27   28   29   ...   237

Qəbilələrarası 

əlaqələrin 

inkişafı, 

müharibələrin 

intensivləşməsi  və  qədim  dövrün  əsas  gəlir  mənbəyinə  və 

konfliktləri  həll  etmə  üsuluna  çevrilməsi  nəticəsində  hərb 

işləri  üzrə  ixtisaslaşan  və  qəbilə  işlərinin  həllində  daha 

sambalh  söz  demək  imkanına  malik  olan  şəxslər  qrupu 

meydana  gəldi.  Hərbi  demokratiya  zamanı  demokratiya  bir 

növ sinfıləşməyə başlayır və ilk olaraq hərbçilərin inhisarına 

keçirdi. Artıq qəbilə rəhbərləri daha çox hərbçilərdən seçilir 

və  onlar  həlledici  şəxslərə  çevrilirdilər.  Hərbçilərin 

qənimətlərdən  daha  çox  mənimsəməsi  onların  qəbilə 

icmasında mövqeyini daha da gücləndirirdi. 

Hərbi  demokratiyanın  ardınca  qədim  Afinada  meydana 

çıxmış  antik  demokratiya  gəlir.  Antik  demokratiya  həm  də 

Romada  mövcud  olmuşdur.  Antik  demokratiya  müxtəlif 

formalarda  inkişaf  etmiş  institutlara  malik  olması, 

demokratiyanın kollektivizmi və birbaşa olması, o cümlədən 

onun  tədricən  kəskin  sinfıləşməsi  ilə  fərqlənir.  Qədim 

Afinada bütün xalq yığıncaq vasitəsilə şəhərdaxili məsələləri 

həll  edir  və  vəzifəli  şəxsləri  seçirdi.  Burada  fərdi  mənafe 

şəhər  mənafeyindən  ayrılmırdı.  Solon  islahatları  ilə  (e.  ə. 

594-cü  il)  antik  demokratiya  getdikcə  sinifləşdi  və  aşağı 

təbəqələrin  dövlətin  idarə  edilməsi  prosesində  iştirakı 

məhdudlaşdırıldı.  Qədim  Romada  demokratiya  sosial 

təbəqələr  (patrisilər  və  plebeylər)  arasındakı  ziddiyyətlərin 

nəticəsi  kimi  meydana  gəlmişdir.  Burada  konsul  hökmdar 

hakimiyyətini,  senat  aristokratiya  hakimiyyətini,  plebey 

tribunları  isə  xalq  hakimiyyətini  ifadə  edirdi.  Göründüyü 

kimi, qədim Romada demokratiya ayrı-ayn sosial təbəqələrin 

təşkilatlanması  və  onlar  arasında  kompromisə  nail  olmanın 

nəticəsi kimi ortaya çıxmışdı. Antik demokratiyanın birbaşa 

olması, yəni insanların birbaşa iştirakı 



— 82 — 


ilə  həyata  keçirilməsi  xüsusilə  də  Afinada  çoxluğun  des- 

potiyasına yol açmağa başladı. 

Orta  əsrlər  dövrünün  qərb  ölkələrində  mütləqiyyətin 

inkişafı,  mərkəzləşmiş  dövlətlərin  güclənməsi  və  kilsənin 

mənəvi  həyata  total  nəzarəti  demokratiyanın  idarəetmə 

forması kimi itməsinə səbəb oldu. Yalnız intibah dövründən 

başlayaraq şəxsiyyətin müstəqilləşməsi, sekulyariza- siya və 

antik  dövr  irsinə  marağın  artması  yenidən  demokratiya 

anlayışını ortaya atdı. 

Yeni 


dövrün 

klassik 


demokratiyası 

liberalizm 

nəzəriyyəsinin təsiri ilə formalaşdı. Bu dövrdə şəxsiyyət əsas 

diqqət mərkəzində olduğuna görə demokatiya anlayışında da, 

hər şeydən öncə, şəxsiyyətin azadlığı, onun hüquq və azadhq- 

lan ön plana çıxırdı. Burada fərdin  maraqlan cəmiyyətin və 

dövlətin  maraqlanndan  üstün  hesab  olunurdu.  Liberal 

demokratiyanın  əsas  xüsusiyyətləri  bundan  ibarət  idi  ki, 

burada xalq hakimiyyətin mənbəyi kimi tanınsa da, bilavasitə 

iqtisadi  kateqoriyalar,  mülkiyyət  vasitəsilə  müəyyən  olunur 

və əmlaka malik olanlar xalq kimi qəbul olunurdu. Bu da ona 

gətirib  çıxanrdı  ki,  klassik  demokratiya  daha  çox  sosial 

təbəqələrdən  birinə  məxsus  demokratiya  idi.  Şəxsiyyətin 

azadhqlan  hər  cəhdlə  təmin  olunur,  dövlətin  ictimai  həyata 

müdaxiləsi isə minimuma endirilirdi. Klassik demor- katiya 

dövründə  hakimiyyət  bölgüsünün  real  olaraq  işləməsi  üçün 

zəruri  olan  mexanizm  -  çəkindirmə  və  tarazlaşdırma 

mexanizmi yarandı və hakimiyyət bölgüsü real olaraq güclü 

siyasi-hüquqi təsisatlardan birinə çevrildi. 

Müasir  dövrdə  cəmiyyətin  və  dövlətin  inkişafı,  onlann 

əlaqələrinin  keyfiyyətcə  dəyişməsi  demokratiya  haqqında 

fikirlərin də dəyişməsinə gətirib çıxardı. Demokratiya geniş 

anlayış  olduğundan,  onunla  bağlı  anlayışlar  da  bir-birindən 

kəskin fərqlənir və bəzən də ziddiyyət təşkil edir. 



— 83 — 


Hələ  vaxtilə  ABŞ  Konstitusiyasının  yaradıcılarından  olan 

C.Medison  siyasi  həyatın  sabitliyini  cəmiyyətdə  bərqəqar 

olan  mənafe  qruplannm  say  çoxluğu  ilə  birbaşa 

əlaqələndirirdi.  Onun  fikrincə,  bütün  ictimai  qruplar  öz 

maraqlan-  nı  adekvat  şəkildə  cəmiyyətdə  üzə  çıxara,  əks 

etdirə bilsələr, təşkilatlana bilsələr siyasi həyatda bir o qədər 

də  sabitlik  olacaqdır,  çünki  boğulmuş  və  deməli,  hər  an 

partlayışa  hazır  mənafe  qrupları  olmayacaqdır.  Medisonun 

fikrincə, siyasi həyatda mütləq çoxluğun mənafeyi hesabına 

azlığın fikir və mənafeyini boğmaqdansa, ümumi, despo- tik 

kollektivizmdən  əl  çəkib,  bütün  mənafelərin  və  mənafe 

qruplarının  eyni  dərəeədə  fəaliyyət  göstərə  bildiyi,  ortaq 

maraqlar  üzərində  duran  dövlət  qurmaq  daha  yaxşıdır.  Bu 

fikirlər antik demokratiyanın kollektivizmindən yeni dövrün 

liberal demokratiyasını kəskin fərqləndirən ən əsas müddəaya 

çevrildi  (azlıqda  qalanların  haqqı  çoxluq  tərəfindən 

tapdalanmamalıdır).  Bu  fikirlər  əsasında  da  sonradan  yeni 

plüralist demokratiya nəzəriyyəsi formalaşdı. 

Plüralist demokratiya nəzəriyyəsinə görə, siyasi sistemin 

əsas  qüvvəsi  mənafe  qruplarıdır.  Fərd  öz  mənafelərini  aid 

olduğu  mənafe  qrupu  daxilində  daha  dolğun  realizə  edir. 

Çünki  mənafe  qrupunun  ayrı-ayn  fərdlərdən  fərqli  olaraq, 

hakimiyyətə təzyiq imkanları daha realdır. Çoxsaylı mənafe 

qruplarının  olduğu  cəmiyyətdə  hakimiyyət  uğrunda 

qruplararası  mübarizə  onları neytrallaşdırır və  hakimiyyətin 

hər hansı sosial qrup tərəfindən mənimsənilməsi şansı azalır. 

Dövlət  bu  qruplar  arasında  barışdırıcı  funksiyasını  yerinə 

yetirir və məhz onun fəaliyyəti sahəsində bütün mənafelərin 

ortaq 

məxrəcə 


gətirilməsi, 

ümummilli 

mənafeyin 

formalaşması  baş  verir.  Plüralist  demokratiyanın  əsas 

xüsusiyyətlərini  yığcam  şəkildə  aşağıdakı  kimi  ifadə  etmək 

olar: 


— 84 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə