hər bir norma dövlətin əsaslarını ifadə edir. Bütün digər
normalar 7-ci maddəyə münasibətdə dəqiqləşdirilir və on-
lann əsasları 7-ci maddədə ümumi, yığcam şəkildə əks
olunur. Dövlətin əsasları cəmiyyət həyatının ən əsas
sahələrinə dövlət münasibətini və onun siyasətini nəzərdə
tutur. Cəmiyyət bir vahiddir və onun bir çox ünsürləri bir-
birilə sıx bağlıdır. Buna görə Konstitusiyada təsbit olunan
nonnalar da bir-biri ilə sıx bağlıdır və onların aid olduğu
konkret sferanın digər həlqələri ilə əlaqəli olduğu nəzərə
alınmalıdır. Bəzən də eyni bir sahə ilə bağlı bir çox normalar
nəzərdə tutulur. Bu da ondan irəli gəlir ki, sahə daxilində
bir-birindən kəskin fərqlənən və dövlət üçün əhəmiyyətə
malik
müəyyən
ünsürlər
mövcuddur.
Bunların
konstitusiyalarda ayrıca təsbit olunması bu ünsürlərin
xüsusiyyətlərinin nəzərə alınması zərurətindən doğur.
Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında
dövlətin iqtisadi əsaslan ilə bağlı 13-cü, 14-cü, 15-ci, 19-cu
və
20-
ci maddələri, dövlətin sosial əsasları ilə bağlı isə
Konstitusiyanın 16-cı, 17-ci, 18-ci maddələrini göstərmək
olar. Nəzərə almaq lazımdır ki, bu əsaslar bir-biri ilə sıx
bağlıdır və onlar eyni zamanda həyatın bir çox başqa
sahələrinin də əsaslarını müəyyən edir. Məsələn, dövlətin
sosial əsaslan həm də din vasitəsilə cəmiyyətdəki mənəvi
sahəyə
müdaxilə
edir
(Azərbaycan
Respublikası
Konstitusiyasının 18-ci maddəsi). Burada təhsillə bağlı
norma da vardır, çünki təhsil mənəvi biliklərin formalaşması
ilə sıx bağlıdır.
Konstitusiyanın
bu
fəslində
dövlətin
atributiv
əlamətlərindən biri olan ərazinin də rejimi müəyyənləşdirilir,
dövlətin siyasi-hüquqi əsasları (7-ci, 8-ci, 9-cu, 10-cu, 12-ci,
21-
ci, 22-ci, 23-cü maddələr) göstərilir. Bu əsaslarda təş-
kilati-hüquqi və siyasi məsələlər müəyyənləşdirilir.
— 76 —
Nəzərə almaq lazımdır ki, dövlətin istənilən hər hansı
normativ hüquqi aktda təsbit olunan əsasları, onların
məzmunu və konstruksiyası inkişafın təsiri altında dəyişir və
dövrün tələblərini əks etdirir. Məsələn, sosializm
quruluşunun intensiv inkişaf etdiyi və «kulminasiya
nöqtəsi»nə çatdığı zaman qəbul olunan sosialist
konstitusiyalarında
dövlətin
sosial
əsası
marksizm
nəzəriyyəsinə müvafiq şəkildə, lakin sinfi aspektdən
nəzərdən keçirilirdi.
Qeyd edək ki, dövlət, cəmiyyət və şəxsiyyət arasındakı
əlaqələrin
ən
əsas
faktorlarının
yığcam
şəkildə
konstitusiyalarda nizamlanması meyli yalnız son illərdə
müşahidə olunur. Buna qədər müxtəlif dövrlərdə qəbul
olunmuş konstitusiyalarda dövlətin, cəmiyyətin və
şəxsiyyətin qarşılıqlı münasibətlərinin əsas faktorları,
parametrləri vahid kompleks kimi nəzərdən keçirilmirdi və
buna görə də bir- biri ilə əlaqələndirilməmiş halda
konstitusiyaların müxtəlif hissələrində təsbit edilirdi.
Dövlətin konstitusion əsasları bütün digər normalara
münasibətdə ilkindir, çünki üç əsas subyektin - şəxsiyyətin,
cəmiyyətin, dövlətin qarşılıqlı münasibətlərinin ən əsas, vacib
parametrlərini müəyyən edir. Dövlətin əsaslarını şərti olaraq
aid olduğu sahələrə görə qruplaşdırmaq olar. Belə ki, dövlətin
əsaslarına hüquqi-siyasi, iqtisadi və sosial əsaslar aiddir.
Əlbəttə, bu bölgü şərtidir, çünki bütün bu əsaslar bir-birindən
təcrid olunmamış şəkildə, ayrılmaz əlaqədə mövcuddur.
Dövlətin hüquqi-siyasi əsaslarına dövlətin ərazisi və
quruluşunu, dövlətin başçısı kimi prezidenti, dövlət
hakimiyyətinin təşkili əsaslarını, əsas dövlət təsisatlarından
biri kimi silahlı qüvvələri, o cümlədən beynəlxalq
münasibətlərin prinsiplərini, dövlətin ali məqsədini,
demokratiyanı, dünyəviliyi, dövlət dilini, paytaxt və rəmzləri
aid
— 77 —
etmək olar. Dövlətin iqtisadi əsaslanna mülkiyyəti, pul
vahidini, təbii ehtiyatları, borclara qoyulan məhdudiyyətləri
göstərmək olar. Dövlətin sosial əsaslan kimi ailəni, dini,
sosial inkişafı göstərmək olar. Bu əsaslan nəzərdə tutan
normalar içərisində bəziləri əsas, digərləri isə ona
münasibətdə konkretləşdirici xarakter daşıyır. Məsələn,
Konstitusiyanın 16-cı maddəsində dövlətin sosial inkişafı
ümumi şəkildə nəzərdə tutulur, digər normalar isə (17-ci və
18-ci maddələr) ona münasibətdə dəqiqləşdiricidir. Eləcə də
15-ci maddə dövlətin iqtisadi inkişafının əsaslarını ümumi
şəklidə başlıca müddəalarla müəyyən edir, digər normalar isə
(məsələn, 19-cu və 20-ci maddələr) konkretləşdiricidir.
Konstitusiyanın 7-ci maddəsi isə bütün digər normalara
münasibətdə əsasdır.
§ 3. Demokratiklik
Demokratiya müasir dövrdə siyasi-hüquqi fikir tarixinin
ən əsas ideyalarından biridir. Kökü eramızdan əvvələ gedib
çıxan demokratiya anlayışı yalnız müasir dövrdə geniş intişar
tapmış, konstitusionalizmin əsas meyarlanndan birinə
çevrilmişdir. Bu anlayışın tarixən məzmunu da inkişaf etmiş
və dəyişmişdir. İlk dəfə Fukidid tərəfindən işlədilən
demokratiya aniyışı xalq hakimiyyətini ifadə edirdi (demos -
xalq,
kratos-hakimiyyət).
Qədim yunan polislərində
(şəhərlərində) bütün ictimai işlər xalq yığıncaqlarında və ya
onların təşkil etdikləri xüsusi orqanlarda bilavasitə əhalinin
özünün iştirakı ilə həll edildiyindən, həmin dövrdə
demokratiya aniyışı bilavasitə xalq yığıncaqları vasitəsilə
həyata keçirilən hakimiyyəti - ictimai işlərin azad yaşlı kişi
əhali tərəfindən birgə həll edilməsini nəzərdə tuturdu. Qeyd
etmək lazımdır ki, «demokratiya» anlayışı məhz qədim yunan
müəlliflərinin əsərlərində ət
— 78 —
Dostları ilə paylaş: |