Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə21/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   17   18   19   20   21   22   23   24   ...   237

I I I

 

B O L M Ə  

DÖVLƏTİN KONSTİTUSİYA ƏSASLARI 

VƏ SOSİAL-HÜQUQİ MAHİYYƏTİ 

Azərbaycan  Respublikası  Konstitusiyasının  ilk  bölməsi 

dövlət  və  cəmiyyətlə  bağlı  münasibətlərin  tənzimlənməsinə 

həsr olunub. Burada nizama salman münasibətlər dolayısı ilə 

və ya birbaşa digər sosial institutlara toxunur. Dövlət və xalq 

konstitusiya  hüququnun  əsas  subyektlərin-  dəndir.  Onların 

hüquqi  statusu  da  bir-birilə  münasibətdə  müəyyənləşir. 

Dövlətin  bir  çox  keyfiyyətləri  və  ya  cəmiyyətin  bir  sıra 

əlamətləri məhz qarşı tərəfə - dövlətə, cəmiyyətə nəzərən onu 

xarakterizə 

edir. 

Məsələn, 



hüquqi 

dövlət 


nəinki 

hakimiyyətlərin  bölgüsündə,  həm  də  cəmiyyətdə  mövcud 

olan  sosial  təsisatların  nizamlanmasında  dövlətin  həmin 

subyektlərə  özünüidarəetmə  imkanı  verməsi  ilə  xarakterizə 

olunur (cəmiyyətə görə dövlət əlamətinin müəyyən edilməsi). 

Cəmiyyətin  siyasi  mədəniyyəti,  düşüncəsi  dövlətin  idarə 

olunmasında gedən proseslərdə maraq və iştirak səviyyəsi ilə 

müəyyənləşir  (dövlətə  görə  cəmiyyətin  əlaməti).  Totalitar 

dövlət  sosial  həyatın  bütün  sahələrinə  müdaxilə  ilə 

xarakterizə olunur (cəmiyyətə görə dövlətin əlaməti müəyyən 

olunur).  Hüququn  subyekti  kimi  insan  da  cəmiyyətin 

yetirməsidir  və  ondan  kənarda  mövcud  deyildir.  İnsan 

cəmiyyət  içərisində  məhz  başqalan  ilə  münasibətdə  sosial 

subyektdir və hüquq və vəzifələrin real daşıyıcısı kimi çıxış 

edir. Konstitusiya cəmiyyətin əsaslanm nizama salmaqla bir 

növ insanın, şəxsiyyətin yaşadığı sosial mühiti qaydaya salır 

və  insan  üçün  daha  müvafiq  şərait  yaradır.  Ümumiyyətlə, 

dövlət və cəmiyyətin konstitusiya hüququnda nisbəti mə 



— 67 — 


sələsi həmişə eyni olmamışdır. İlk konstitusiyalarda daha çox 

dövlətdən bəhs olunur, dövlət orqanlarının fəaliyyəti nizama 

salınırdı.  Bu  da  həmin  dövrün  siyasi-hüquqi  doktrinalarının 

inkişafı  ilə  bağlı  idi.  Bir  qədər  sonra  cəmiyyətin  üzvü 

qismində 

şəxsiyyətin 

hüquqları 

konstitusiyalarda 

nizamlanmağa  başladı.  Cəmiyyətdə  baş  verən  proseslərin 

getdikcə 

mürəkkəbləşməsi, 

sinfi 


ziddİ

3

^ətlərin 



kəskinləşməsi,  dövlətə  təsir  imkanlarının  artması  və  s. 

faktorlar  ona  gətirib  çıxardı  ki,  müxtəlif  konstitusiyalarda 

artıq cəmiyyətin özünün ayrı-ayrı tərəfləri bir bütöv institut 

kimi  nizamlanmağa  başlandı.  Bu  cür  nizamasalma  əsrin 

əvvəllərində  sinfi  ziddiyyətlərin  qarşısını  almaq  və  ya 

marksist  doktrinasının  təsiri  ilə  cəmiyyəti  tamamilə 

arzuolunan  inkişafa  yönəltmək  xarakteri  daşıyırdı  (qərb 

konstitusiyalarında 

həmkarlar 

ittifaqlarının 

qadağan 

olunması,  sonra  meydana  gələn  sosialist  dövlətlərinin 

konstitusiyalarında 

cəmiyyətin 

sinfi 

quruluşunun 



möhkəmləndirilməsi və s.). Totalitar dövlətlərin inkişafı üçün 

konstitusion zəmin olan bu cür normativ nizamasalma məhz 

keçmiş  SSRİ-nin  konstitusiyalarında  ən  yüksək  inkişafa 

çatmışdır.  Qərb  dövlətlərində  ikinci  dünya  müharibəsindən 

sonra qəbul olunan konstitusiyalarda az da olsa hakimiyyətin 

formalaşdırılması  və  s.  ilə  bağlı  məsələlərdə  cəmi}^ətə 

demokratik dəyərlər baxımından yanaşılır. 

Ümumiyyətlə,  dövlət  və  cəmiyyət  ilk  dəfə  Makiavelli 

tərəfindən 

fərqləndirildikdən 

sonra 

onlara 


hüquqi 

doktrinalarda  münasibət  ikiləşdi.  İndi  müasir  dövrün 

sosial-siyasi 

həyatında 

dövlətin 

təsirinin 

məhdudlaşdırılmasmı (yeni liberalizm) və ya onun tamamilə 

aradan qaldırıma- sını tələb edən (anarxizm) nəzəriyyələrdən 

tutmuş,  dövlətin  təsirinin  gücləndirilməsini  irəli  sürən 

(etatizm)  nəzəriyyələrə  qədər  ən  müxtəlif  fikirlərə, 

cərəyanlara rast 

— 68 — 



gəlmək  mümkündür. Müasir dövrdə dövlətin və cəmiyyətin 

qarşılıqlı  əlaqələrinin  nizamlanması  meyli  sosial  həyatın 

mürəkkəbləşməsi, əhalinin dövlətə  münasibətdə aktivliyinin 

artması,  dövlət  hakimiyyətinin  qapalı  sistemdən  müxtəlif 

sosial institutların təsir edə biləcəyi açıq sistemə çevrilməsi, 

dövlət  və  cəmiyyətin  qarşılıqlı  asılılığının  artması  və  s.  ilə 

bağlıdır.  Dövlətə  yalnız  gözətçi  rolunu  ayıran  klassik 

liberalizmin  praktiki  olaraq  özünü  doğrultma-  ması 

(ümumdünya iqtisadi böhranı) da bu prosesin güclənməsinə 

təsir etmişdir. 

Dövlət  və  cəmiyyətin  qarşılıqlı  münasibətlərinin 

konstitusiyalarda  nizamlanmasının  başqa  bir  səbəbi  də 

onların  birgə  mövcudluğundadır.  Bəşəriyyətin  inkişafının 

ilkin,  çox  qısa  mərhələsi  istisna  olmaqla,  qalan  bütün  digər 

mərhələlərdə  dövlət  və  cəmiyyət  birgə  mövcud  olmuş  və 

inkişaf  etmişlər.  Elə  buna  görədir  ki,  dövlətlə  bağlı  klassik 

nəzəriyyələrdə dövlətin üç əsas, atributiv əlamətlərindən biri 

kimi  əhali  çıxış  edir.  Daha  sonralar  bu  üç  əlamətə  (ərazi, 

əhali, hakimiyyət) daha ikisi - suverenlik və hüquq da əlavə 

edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında da 

dövlət  və  cəmiyyət  arasındakı  münasibətlər  məhz  hər  iki 

kateqoriyanın əsas, vacib tərəfləri nizamlanmaqla qurulur. 



§ 1. Xalq hakimiyyəti 

Qeyd  etdiyimiz  kimi,  xalq  konstitusiya  hüququnun  əsas 

subyektlərindən  biridir.  Xalqın  subyekt  olmasının  ən  bariz 

nümunəsi  referendumda  (ümumxalq  səsverməsi)  və 

seçkilərdə  iştirakı  və  bu  yolla  hakimiyyəti  təşkil  etməsidir. 

Konstitusiyanın 

1-ci 

maddəsinə 



görə, 

Azərbaycan 

Respublikasında  dövlət  hakimiyyətinin  yeganə  mənbəyi 

Azərbaycan xalqıdır. Xalqın hakimiyyətin mənbəyi kimi 



— 69 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə