Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə29/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   25   26   27   28   29   30   31   32   ...   237

ması  onun  praktikada  realizə  edilməsini  çətinləşdirir. 

Əlamətləri  yığcam şəkildə konstitusiyada təsbit etməklə biz 

dövlətə formal olaraq hüquqi dövlət deyə bilərik, lakin onun 

həqiqi  hüquqi  dövlət  olması  üçün  geniş  iqtisadi  imkanları, 

yüksək  siyasi  mədəniyyəti  olmalıdır.  Hüquqi  dövlət 

nəzəriyyəsinin  kifayət  qədər  ümumiliyi  müxtəlif  dövlətlər 

tərəfindən  onun  fərqli  konstruksiyalarda  realizə  olunmasına 

səbəb  olmuşdur.  Hər  halda,  hüquqi  dövlətin  aşağıdakı 

əlamətlərini ayırmaq olar: 

1)

 



insan  hüquq  və  azadlıqlarının  anadangəlmə  və 

ayrılmaz olmasının qəbul edilməsi (Azərbaycan Respublikası 

Konstitusiyasının 24-cü maddəsinin I hissəsi); 

2)

 



hüququn, yaxud hüquqi qanunun aliliyi

3)

 



şəxsiyyətin hüquqlarının təmin olunması; 

4)

 



demokratik konstitusiyanın mövcudluğu; 

5)

 



hakimiyyət bölgüsü; 

6)

 



xalqın hakimiyyətin mənbəyi kimi tanınması; 

7)

 



müstəqil məhkəmə hakimiyyətinin mövcudluğu. 

Nəzərə almaq lazımdır ki, hüquqi dövlət birdən-birə 

yaranmır və ziddiyyətli, tədrici inkişaf prosesidir. Hüqu- qilik 

əlaməti həm də dövlət hakimiyyətinin məhdudlaşdı- nlmasmı 

şərtləndirir (Azərbaycan Respublikası Konstitusiyasının 7-ci 

maddəsinin 

II 

hissəsi). 



Dövlət 

hakimiyyətinin 

məhdudlaşdırılması  onun  özbaşınalığının  qarşısını  almaq 

üçündür  və  hüququn  aliliyi  onda  təzahür  edir  ki,  dövlət 

hakimiyyəti  məhz  hüquq  vasitəsilə  məhdudlaşdırılır.  Bu, 

faktiki  olaraq  o  deməkdir  ki,  dövlət  özünün  qanunvericilik 

sistemində  pozitiv  hüquq  şəklinə  saldığı  normalara  tabe 

olmalıdır və onlar vətəndaşlar üçün məcburi olduğu qədər də 

dövlət 

üçün 


məcburidir. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  7-ci  maddəsinin  II  hissəsinə  görə,  dövlət 

hakimiyyəti daxili məsələlərdə ylnız hüquqla, xa 

— 91 — 



rici  məsələlərdə  isə  yalnız  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  məhdudlaşır. 

Dövlət  konkret  münasibətlərdə  hüquqa  söykənir  və  onun 

tələblərini rəhbər tutur. Buradan görünür ki, hüquqi dövlətdə 

hüquq  dövlət  və  şəxsiyyəti  bir-biri  ilə  əlaqələndirən,  onlar 

arasında 

mübahisələri 

həll 


edən 

başlıca 


sosial 

tənzimləyicidir.  Hüquq  həyatın  hər  bir  sahəsində  dövlət 

hakimiyyətinin hərəkət həddini, onun insanlara münasibətdə 

sərbəst  davranışının  hüdudlarını  müəyyən  edir.  Dövlətin 

əlində imkan olsa belə, vətəndaşların hüququnun pozulması 

səbəbindən hər hansı bir hərəkətin edilməsinə hüquq imkan 

vermir  və  hakimiyyət  də  həmin  göstərişə  tabe  olmalıdır. 

Məsələn,  Azərbaycan  Respublikası  Konstitusiyasının  63-cü 

maddəsinin  IV  hissəsinə  görə,  «ədalət  mühakiməsi  həyata 

keçirilərkən  qanunu  pozmaqla  əldə  edilmiş  sübutlardan 

istifadə  oluna  bilməz».  Əgər  müvafiq  prosessual  qaydalara 

əməl  etmədən  dövlət  orqanı  qeyri-qanuni  gizli  qulaqasma 

qurğuları və s. vasitələr hesabına işin həlli üçün sübutlar əldə 

edərsə, həmin işdə bu sübutlara istinad edilməyəcəkdir, çünki 

sübut  vətəndaşların  hüququnun  pozulması  üsulu  ilə  əldə 

olunmuşdur  (Azərbaycan  Respublikası  Konstitusiyasının 

24-cü  maddəsinin  I  hissəsi  və  32-ci  maddəsi  ilə  nəzərdə 

tutulan  şəxsi  toxunulmazlıq  hüququ).  Dövlət  hakimiyyəti 

orqanının  ona  məxsus  hakimiyyət  statusundan,  imkanından 

istifadə  edərək  iş  üçün  vacib  ola  biləcək  faktı  qeyri-qanuni 

üsulla əldə etməsi, vətəndaşın hüququnu pozaraq əldə etdiyi 

faktı sübut kimi qəbul etməsi praktiki cəhətdən mümkündür, 

lakin  hakimiyyət  orqanının  belə  «işgüzarlı-  ğı»nm  ilk 

növbədə  konstitusiyaya  zidd  olması  Konstitusiyanın  63-cü 

maddəsində  birbaşa  göstərilmişdir.  Burada  hüquq  faktiki 

olaraq dövlət hakimiyyətinin imkanını və 



— 92 — 


təndaşın 

xeyrinə 


məhdudlaşdırır. 

Hakimiyyətin  öz 

imkanlarından  insanın  xeyrinə  sui-istifadəsinin  qarşısının 

alınması hüquqi dövlətə xas əlamətdir. 

Beynəlxalq hüquqda nisbi suverenlik nəzəriyyəsinə görə, 

dövlət  istəsə  də,  tam,  mütləq  suveren  ola  bilməz.  Hər  bir 

dövlətin  suverenliyi  digər  dövlətin  onun  suverenliyinə  qəsd 

etməməsi hesabına təmin olunur və buna görə də dövlətin öz 

suverenliyinin  qismən  məhdudlaşdırılması  onun  özünün 

xeyrinədir. İqtisadi və digər əlaqələr müasir dünyada mütləq 

suverenliyi  qeyri-mümkün  edir.  Azərbaycan  Respublikası 

özünün tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn 

öhdəlikləri  «pacta  sunt  servanda»  prinsipi  əsasında  icra 

etməlidir. Bundan başqa, beynəlxalq hüququn «jus cogens» 

normaları  da  var  ki,  onlara  riayət  etmək  dövlətlərin 

iradəsindən asılı deyil və hər bir dövlət bu normaları özünün 

fəaliyyətində rəhbər tutmalıdır. 

§ 5. Dünyəvilik 

Dünyəvilik  hal-hazırda  demokratik  dövlətin  əsas 

əlamətlərindən  biridir.  Dünyəvilik  din  ilə  dövlət  arasındakı 

münasibətləri  ifadə  edir. Dünyəvilik  geniş bir kateqoriyadır 

və  onu  birmənalı  olaraq  nə  dövlətin  sosial,  nə  də 

siyasi-hüquqi əsasına aid etmək olmaz. Odur ki, burada bəhs 

edilən  məsələlər  dövlətin  siyasi  problemlərinə  aid  olduğu 

qədər, həm də sosial problemlərinə aiddir. Nəyə görə dövlət 

din  ilə  münasibətini  konstitusion  nizamlanma  səviyyəsinə 

qaldırır? Tarixi inkişafda daim din dövlətlə yanaşı olmuşdur. 

Bu  xüsusilə  də  şərqdə  özünü  açıq  büru-  zə  verir.  Din  ilə 

dövlətin vahidliyi onda əks olunurdu ki, dövlət hakimiyyəti 

ilahi  mənşəyə  malik olan  bir güc  kimi qəbul  olunurdu. Din 

intibah  dövrünə  qədər  istənilən  dövrdə  alternativi  olmayan 

mənəvi bilik mənbəyi, insan 

— 93 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə