Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə37/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   33   34   35   36   37   38   39   40   ...   237

raqlı  olmasını  şərtləndirir.  Sabit  cəmiyyətdə  sabit  də  dövlət 

olur. Yüksək səviyyəli insanların cəmiyyəti daha demokratik 

olur.  Dövlətin  inkişafı  cəmiyyətin,  cəmiyyətin  inkişafı  isə 

şəxsiyyətin, dövlətin inkişafını şərtləndirir. Bu gün şəxsiyyət 

və dövlət bir-birindən asılıdırlar. Aydındır ki, yalnız sərbəst, 

öz imkanlarını tam realizə edən şəxsiyyət dövlət və cəmiyyət 

üçün  səmərəli  iş görə  bilər. Dövlət bunda  maraqlıdır, çünki 

şəxsiyyətin inkişafı son nəticədə dövlətin inkişafı deməkdir. 

Lakin  dövlətlə  şəxsiyyətin  əlaqələri  bugünkü  səviyyəyə 

birdən-birə  gəlib  çatmamışdır.  Tarix  boyu  dövlət,  şəxsiyyət 

və 

cəmiyyət 



arasındakı 

münasibətlər 

inqilablarla, 

ziddiyyətlərlə  müşahidə  olunmuşdur.  Totalitar  dövlətlərdə 

indi  də  dövlət  şəxsiyyətin  həyatına  hərtərəfli  nəzarət  edir, 

istədiyi an müdaxilə edir və şəxsiyyət ondan asılıdır. Məhz bu 

cür ziddiyyətlər siyasi-hüquqi fikirlərin inkişafında hər kəsin 

dövlət  özbaşınalığına,  müstəbidliyə  qarşı  üsyan  qaldırmaq 

hüququnun tanınmasına gətirib çıxarmışdır. 

Tarixi  inkişafın  gedişində  dövlətlə  şəxsiyyətin, 

cəmiyyətin bir-birindən ayrılması da tədrici proses olub, uzun 

yol  keçmişdir.  Məhz  intibah  dövrü  şəxsiyyətin  müstəqil- 

ləşməsində,  onun  azadlıq  qazanmasında  əsaslı  rol 

oynamışdır.  Hazırkı  dövrdə  dövlət  və  şəxsiyyət  arasındakı 

münasibətlər  vətəndaşlıq  üzərində  qurulur.  Vətəndaş 

olmayanlar da şəxsiyyət kimi müəyyən hüquq və vəzifələrə 

malik olurlar. Bu da şəxsiyyətin hər yerdə əsas subyekt kimi 

tanınmasından  irəli  gəlir.  Şəxsiyyətin  tam  müstəqil- 

ləşməsinə  qədər  insanla  dövlət  arasındakı  münasibətlər 

bilavasitə  hüquqa  deyil,  dövrünə  uyğun  olaraq  insanın 

cəmiyyətdə  tutduğu  yerə,  sinfi  bölgüyə  əsaslanırdı.  Orta 

əsrlərdə təbəəçilik anlayışı var idi. Təbəə olan şəxsdən şəxsən 

krala sədaqət tələb olunurdu. Onların dövlət qar 

— 115 — 



şısında vəzifələri olsa da, dövlətin onlar qarşısında vəzifələri 

yox  idi.  Bu  cür  münasibətlər  əslində  dövlət  və  şəxsiyyət 

arasındakı  münasibətlərdən  daha  çox,  monarx,  ağa  -  tabe 

olan, təbəə münasibətləri idi. Buna səbəb həmin dövrdə çox 

vaxt  dövlətlə  monarxm  eyniləşdirilməsi  idi.  Şəxsiyyətin 

dövlətlə  qarşılıqlı  münasibətlərdə  üstünlüyü  və  ya  ən  azı 

onunla  bərabər  mövqedə  olması  ideyası  intibah  dövrünə, 

böyük  Fransa  inqilabına  gedib  çıxır.  Təbii  hüquq 

nəzəriyyəsinin  inkişafı,  dövlət-şəxsiyyət  münasibətləri  ilə 

birbaşa  bağlı  idi.  Təbii  hüquq  nəzəriyyəsinin  ən  əsas 

müddəaları liberalizmdə də istifadə olunur. Bərabər və azad 

doğulan  insanlar  üçün  həyatda  qarşılıqlı  münasibətlərdə  ən 

vacib  olanı  azadlıq  və  bərabərlik  idi.  İlk  vaxtlar  mövcud 

sosial  durumla  şərtlənən  bu  fikirlər  son-  ralar  geniş  intişar 

tapdı.  Bir-biri  ilə  münasibətlərdə  bərabər  olan  insanlar 

özlərinin  yaratdıqları  dövlətlə  də  bərabər  olmalı  idilər. 

Müqavilə  nəzəriyyəsinə  görə,  dövlət  insanların  bağladığı 

müqavilənin nəticəsi kimi ortaya çıxır. Bu müqavilə ilə onlar 

dövlətə  hakimiyyət  verir,  dövlət  də  onların  həyatının 

təhlükəsizliyini  təmin  etməyi  öz  öhdəsinə  götürür.  İnsanlar 

müstəbidə,  öz  vəzifələrini  yerinə  yetirməyən  dövlətə  qarşı 

çıxmaq  hüququnu  özündə  saxlayırdılar  ki,  bu  da  onların 

bərabərliyi  qəbul  olunmadan  heç  cür  mümkün  deyildi. 

İnsanların  dövlətlə  münasibətlərdə  bərabərliyi  öz  dövründə 

mütləqiyyətə  qarşı  yönəlmişdi  və  dövlət  fəaliyyətinin 

müəyyən  hədlər  çərçivəsində  həyata  keçirilməsini  nəzərdə 

tuturdu.  Məhz  bu  dövrdən  etibarən  şəxsi  həyat,  onun 

toxunulmazlığı, dövlətin müdaxilə edə bilmədiyi və daha çox 

şəxsiyyətin fəal olduğu sahələr meydana gəlir. 

Elə bu fikirlər də qərb hüquq düşüncəsinin əsasını təşkil edən 

individualizmin inkişafına yol açır. Etatizm nə 

— 116 — 



zəriyyəsinin  müddəaları  bir  qədər  dəyişmiş,  fərqli  şəkildə 

marksizm-leninizm  tərəfindən  inkişaf  etdirilmişdir.  Tarixi 

inkişafın əsas hərəkətverici qüvvəsi kimi kütləni qəbul edən 

marksizm  insanı  dövlətlə  bərabər  səviyyəyə  qoyan 

liberalizmin və digər hüquq nəzəriyyələrinin bir sıra başlıca 

müddəalarını qəbul etmirdi. Hər şeyin son nəticədə istehsal 

qüvvələrinin və vasitələrinin iradəsi ilə müəyyən olunduğunu 

iddia  edən  marksizm  öz  ideyalarının  davamı  kimi  məntiqi 

olaraq kollektivçiliyi fərdiçilikdən (in- dividualizmdən) irəli 

çəkirdi.  İnsan  hüquq  və  azadlıqlarının  ayrılmaz  və 

toxunulmaz  olduğunu  qəbul  etməyən  marksizmdə  həm  də 

vaxtilə  ən  əsas  və  müqəddəs  sayılan  hüquqlardan  biri  kimi 

mülkiyyət  hüququnun  toxunulmazlığı  da  inkar  edilirdi. 

Marksizmdə  son  məqsəd  proletar  diktaturası  qurmaq  və 

kommunizmə nail olmaq idi. Bunun üçün kütlələrin fəaliyyəti 

zəruri  idi.  Bu  məqsədlə  şəxsiyyətin  də  fəaliyyəti  kütlənin 

fəaliyyətinə  tabe  etdirilirdi  və  aydındır  ki,  burada  heç  bir 

individualizmdən 

söhbət 

gedə 


bilməzdi. 

Marksm 


kollektivizmində  də  hər  şey  sinfi  mübarizə  nəzəriyyəsi  ilə 

ölçülürdü.  Sinifləri  ləğv  etmək  üçün  xüsusi  mülkiyyət  ləğv 

edilməli  idi,  halbuki  mülkiyyət  həmişə  insanın  iqtisadi 

münasibətlərdə  müstəqilliyini,  azadlığını  şərtləndirir  və 

deməli, qarşılıqlı münasibətlərdə insanın özünü bir fərd kimi 

dərk  etməsinin  əsaslarından  birini  təşkil  edir.  Marksizm 

nəzəriyyəsində  insan  bütövlükdə  cəmiyyət  və  dövlətin 

məqsədlərinə  çatmaq  vasitəsinə  çevrilir  və  bir  növ  öz 

fərdiliyini,  özünəməxsusluğunu  itirir.  Sinfi  mübarizə 

aspektindən şəxsiyyətin öz maraqları olan fərd kimi deyil, hər 

hansı sinfin sıravi üzvü kimi nəzərdən keçirilməsi, tarixin və 

cəmiyyətin  hərəkətverici  qüvvəsi  kimi  şəxsiyyətin  rolunun 

azaldılması hesabına kütlələrin rolunun şişirdilməsi, istehsal 

— 117 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə