Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə38/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   34   35   36   37   38   39   40   41   ...   237

münasibətlərinin və istehsal vasitələrinin hər şeyi həll etməsi 

marksizmin  əsas  xüsusiyyətlərindən  biri  idi.  Belə  olan 

şəraitdə  fərdin  marksizmdə  ikinci  plana  keçməsi  bu 

nəzəriyyənin özünün quruluşu ilə şərtlənir. 

Son illər cəmiyyətdə  və  dövlətdə  gedən  dəyişikliklər də 

dövlət-şəxsiyyət  münasibətlərinə  kəskin  təsir  göstərmişdir. 

Artıq  şəxsiyyətin  maraqlanm  və  hüquqlarını  təmin  etmək 

dövlətin başlıca vəzifəsinə çevrilmişdir və onun inkişafı insan 

hüquq  və  azadlıqlarının  nə  dərəcədə  inkişafından  bilavasitə 

asılıdır. 



§ 1. Şəxsiyyətin hüquqi statusu 

Şəxsiyyətin  hüquqi  statusu  Konstitusiya  hüququnun  ən 

əsas və vacib institutlarından biridir. 

Hüquqi statusla dövlət və şəxsiyyət arasındakı əlaqələrin 

əsası,  vəhdəti  müəyyənləşir.  Şəxsiyyətin  hüquqi  statusu 

kifayət qədər geniş anlayışdır. Buraya insanın həyatda əmələ 

gələn və müxtəlif amillərin təsiri altında dəyişən, inkişaf edən 

bütün hüquq və azadlıqları daxildir. Bu isə çox mürəkkəb bir 

sistem əmələ gətirir və təbii ki, bir qanunvericilik aktı bütün 

hüquq və vəzifələri özündə əks etdirə bilməz. İnsanın hüquqi 

statusu 

mövcud 


qanunvericilik 

sisteminin 

ruhuna 

hopmuşdur,  onun  konsepsiyasında  aparıcı  yer  tutur  və 



mürəkkəb  qarşılıqlı  əlaqələrə  malikdir.  Konstitusiya 

qanunvericiliyində siyasi proses və  dövlətin  idarə  olunması 

ilə  bağlı  bir  sıra  hüquqlar  nəzərdə  tutulur.  Eyni  zamanda 

konstitusiya  hüququnda,  daha  dəqiq  desək,  konstitusiyanın 

özündə  şəxsiyyətin  hüquqi  statusunun  əsasları  əks  olunur. 

Şəxsiyyətin hüquqi statusu ən müxtəlif amillərin təsiri altında 

dəyişir,  fərqli  variantlara  düşür.  Bu  amillərə  yaş  (uşağın 

hüquqi statusu), cins (qadın hüquqları), bir çox fərdi-bioloji 

psixofizioloji xü 

— 118 — 



susiyyətlər aiddir (əlillərin statusu, psixi xəstələrin statusu). 

Şəxsin sosial münasibətlərdəki mövqeyi də, dövlətlə əlaqəsi 

də  onun  hüquqi  statusuna  əsaslı  təsir  göstərir  (vətəndaşın 

statusu,  deputatın  statusu,  vəzifəli  şəxsin  statusu  və  s.).  Bu 

amillərin  və  şəxsin  subyekt  olduğu  münasibətlərin 

xüsusiyyətləri insanların sahə hüququ statusunu əmələ gətirir. 

Məsələn,  aydındır  ki,  fərdin  mülki-hüquqi  statusu  ilə 

inzibati-hüquqi  statusu  arasında  fərqlər  olmalıdır,  çünki 

mülki  münasibətlər  dispozitiv,  inzibati  münasibətlər  isə 

imperativ  qaydada  nizamlanır.  Bütün  mürəkkəb  hüquqi 

kateqoriyanın vahid bir sistem kimi fəaliyyətini təmin etmək 

heç də asan deyildir. Məhz bu cür mürəkkəbliyin nəticəsində 

bəzən sahə statuslan arasında ziddiyyətlər yaranır, boşluqlar 

ortaya  çıxır.  Şəxsiyyətin  konstitusiyada  əks  olunan  hüquqi 

statusu  əsas,  bünövrə  kimi  bu  mürəkkəb  sistemin  qarşılıqlı 

əlaqələrini,  onun  sistem  kimi  mövcudluğunu  təmin  edir. 

Konstitusiyada əks olunan status ona görə şəxsiyyətin hüquqi 

statusunun  əsası  adlanır  ki, 

0

,  bütün  sahə  statuslarının 



özəyidir,  bünövrəsidir  və  hər  cür  digər  status  daimi,  yaxud 

müvəqqəti olmasından asılı olmayaraq, onun üzərində, onun 

müəyyən  etdiyi  çərçivədə  qurulur.  Şəxsiyyətin  hüquqi 

statusunun  əsasında  onun  hər  cür  hüquq  və  vəzifələri  deyil, 

sistem üçün ən əsas və vacib olanları əks olunur. Qalan bütün 

digər  hüquqlar birbaşa və  ya  dolayısı ilə bu  əsas  statusdakı 

hüquqlardan törəmədir və əsas  hüquqların izlədiyi məqsədə 

xidmət edir. 

Şəxsiyyətin  hüquqi  statusu  müəyyən  elementlərdən 

ibarətdir. Bu elementlər hüquqi statusdakı normalann ən əsas 

və  vacib  məsələlər  üzrə  qruplaşdırılmasıdır.  Lakin  hüquqi 

statusun  elementləri  məsələsində  bir  qədər  mübahisələr 

vardır. Bir qayda olaraq, buraya ümumi hüquq qa 

— 119 — 



bilİ

30

^ətini, təminatları, məsuliyyəti və qanuni maraqları aid 



edirlər. Prosessual hüquqlar da şəxsiyyətin hüquqi statusuna 

aiddir.  Lakin  müxtəlif  növ  icraat  növlərinin  başlıca 

prinsiplərinin  şəxsiyyətin  hüquqi  statusuna  daxil  edilib- 

edilməməsi  məsələsi  mübahisəlidir.  Ümumi  hüquq  qabi- 

3

^əti  şəxsin  hüququn  subyekti  olması  üçün  hüquq  və 



vəzifələrə malik olma imkanını ifadə edir. Təminatlar insan 

hüquq  və  azadlıqlarının  həyata  keçirilməsini  mümkün  edən 

və  onlar  pozulduqda  hüququn  müdafiəsini  həyata  keçirmək 

üçün  nəzərdə  tutulan  dövlət  tədbirləri,  vasitələri  sistemidir. 

Təminatlar çoxsaylı və müxtəlifdir. Buna görə də təminatlar 

iqtisadi və təşkilati-hüquqi ad altında qruplaşdırılır. Bundan 

başqa,  sosial  təminatla  siyasi  təminat  da  fərqləndirilir. 

Hüququn  özündə  də  prosessual  təminatlar  fərqləndirilir. 

Təminat  hüquq  formasında  da  əks  oluna  bilər.  Məsələn, 

prosessual  hüquqların  bir  çoxu  bir  başqa  hüququn  təminatı 

kimi çıxış edir. Məsuliyyət, şəxsin törətdiyi əmələ görə dövlət 

məcburiyyəti tədbirinə cəlb edilməsidir. Məsuliyyət, istənilən 

hüquq  sistemində  və  ya  prosesdə  mövcuddur.  Məsuliyyətin 

özü  də  əslində  təminatın  bir  formasıdır.  Qanuni  maraqlar 

qanunun  qəbul  etdiyi,  qanundan  doğan,  lakin  onda  birbaşa 

əks olunmayan maraqları ifadə edir. Bu anlayışla bağlı belə 

müddəalar  səsləndirilir  ki,  maraq  anlayışı  hüquqa  qədərki, 

yaxud  hüquqdan  kənar  anlayışdır.  Ona  görə  də  onun 

şəxsiyyətin  hüquqi  statusunda  element  kimi  ayrılmasına 

ehtiyac  yoxdur.  Şəxsiyyətin  hüquqi  statusu  özündə  ən  əsas 

hüquqları əks etdirir. 

§ 2. insan hüquq və azadlıqlarının prinsipləri 

Hüquq  və  azadlıqlar  müə}^ən  prinsiplərə  söykənir.  Bu 

prinsiplər hər bir dövlətdə şəxsiyyətin hüquqi statusuna ne 

— 120 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə