Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə34/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   30   31   32   33   34   35   36   37   ...   237

(səsvermə,  dövlətin  idarə  olunmasında  iştirak).  Bu  mənada 

konstitusiya  vətəndaşı  və  insanı  bir-birindən  fərqləndirir. 

Dövlətin  ali  məqsədi  kimi  hüquq  və  azadlıqların  təmin 

edilməsi  ona  verinlən  qiyməti  ifadə  edir.  Ümumiyyətlə, 

məqsəd  heç  də  hər  bir  dövlətə  və  konstitusiyaya  məxsus 

deyildir. Məqsəd qoyulması, adətən,  yeni konstitusiyalar və 

sosializm  ölkələri  üçün  xarakterik  idi.  Məqsəd  bir  növ 

perspektivi nəzərdə tutur. Dövlətin daim can atdığı və təmin 

etməyə çalışdığı, bütün münasibətlərdə üstün mövqedə olan 

bir  kateqoriya  kimi  insan  hüquq  və  azadhqlan  onun  diqqət 

mərkəzində  olmalıdır.  Hüquq  və  azadhqlann  təmin 

edilməsinin  məqsəd  kimi  seçilməsi  də  təsadüfi  deyildir. 

Cəmiyyətin  tam  rifahı,  sabitliyi  üçün  şəxsiyyətin  hüquq  və 

azadlıqlarının  təmin  olunması  vacibdir.  Dövlət  hüquqla 

ikitərəfli  əlaqədədir.  Bir  tərəfdən  dövlətin  özü  hüquqa 

söykənməlidir.  Hüquqa  söykənməyən  dövlət  legitim  dövlət 

deyildir. Bu mənada dövlət hüquqa möhtacdır. Çünki hüquq 

bir  növ  dövlətin  cəmiyyətlə  danışdığı  "dil"-  dir.  Digər 

tərəfdən  də,  hüququn  dövlətə  ehtiyacı  vardır.  Dövlətin 

tanımadığı və təmin etmədiyi normalar sistemi hüquq olmaq 

keyfiyyətini  əsaslı  şəkildə  itirir.  Başqa  tərəfdən,  hüquq 

şəxsiyyətin  müstəqilliyini  təmin  edən  əsas  vasitələrdən 

biridir.  Şəxsiyyətin  tam  müstəqilliyi  və  inkişafı  dövlətin  də 

tam  müstəqilliyi  və  inkişafı  demək  olduğundan,  dövlət 

şəxsiyyətin inkişafına imkan yaradacaq bütün vasitələri təmin 

edir.  Burada  dövlət  şəxsiyyətin  hüquq  və  azadlıqlarını  ən 

yüksək  dəyər  elan  etməklə  özünün  də  sabitliyi  və  inkişafı 

üçün şərait yaradır. Hüquq və azadlıqların ən ali dəyər kimi 

tanınmasının  nəzəri  əsası  hüquqi  dövlət  anlayışı  ilə 

əlaqədardır. Hüquqi dövlət vətəndaş hüquqlarını hər şeydən 

üstün  tutan,  bu  hüquq  və  azadlıqları  təmin  edən  dövlətdir. 

Məhz bu mənada Azərbaycan 



— 106 - 


Respublikası  hüquqi  dövlətdir  və  Konstitusiyanın  12-ci 

maddəsi bu amala xidmət edir. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

12-ci 


maddəsinin  II  hissəsində  hüquq  və  azadlıqların  beynəlxaq 

aktlara  uyğun  tətbiq  olunması  gösətərilir.  İkinci  dünya 

müharibəsindən  sonra  insan  hüquqlan  problemi  dövlətlərin 

daxili  işi  olmaqdan  çıxmış  və  beynəlxalq  ictimaiyyətin 

problelmlərindən  birinə  çevrilmişdir.  İnsan  hüquq  və 

azadiqıları  ilə  əlaqədar  çoxlu  beynəlxalq  aktlar  qəbul 

olunmuşdur. Bu aktlar özündə  insanın  hüquq və  azadlıqları 

ilə  bağlı  standartları  əks  etdirir.  Ona  görə  də  dövlətin 

daxilində hüquq və azadlıqların bu beynəlxalq aktlara uyğun 

tətbiq  eilməsi  onlann  lazımi  səviyyədə  olmasına  işarədir. 

Məhz  bu  məqsədlə  də  konstitusiyada  hüquq  və  azadlıqlarla 

bağlı  normaların  beynəlxalq  müqavilələrə  uyğun  tətbiq 

olunması  nəzərdə  tutulur.  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  Azərbaycanın  da 

qoşulduğu  və  üzərinə  müqaviləyə  uyğun  öhdəliklər 

götürdüyü müqavilələri bildirir. Dövlətin tərəfdar çıxmadığı 

müqaviləyə  görə  hər  hansı  öhdəliyi  yoxdur.  Beynəlxalq 

müqavilələrə  uyğun  tətbiqetmə  nəinki  normativ  hüquqi 

aktların  uyğunluğunu,  həm  də  qəbul  olunan  qanunların 

beynəlxalq aktlara uyğun gəlməsini bildirir. 



§ 8. Dövlətin formal əsasları 

Hər  bir  dövlət  onun  sosial-siyasi  və  hüquqi  mahiyyətini 

müəyyən edən əlamətlərdən əlavə, həm də həmin dövlətin bir 

növ  simasını  müəyyən  edən  əlamətlərə  malikdir.  Bu 

əlamətlər  dövr  keçdikcə  müxtəlif  amillərin  təsiri  altında 

dəyişir  və  bir  çox  hallarda  keçici  amillərdən  asılı  olur. 

Düzdür,  bu  əlamətlərin  içərisində  elələri  vardır  ki,  onlar 

dövlət üçün müstəsna əhəmiyyətə malikdir, la 



— 107 — 


kin  bu  əlamətlərin  də  müəyyən  edilməsi  bilavasitə 

insanlardan,  onların  iradəsindən  asılıdır.  Bu  cür  əlamətlərə 

dövlətin inzibati mərkəzi (paytaxt), dövlətin dili (dövlət dili) 

və  rəmzləri  (gerb,  himn,  bayraq)  aiddir.  Az  və  ya  çox 

dərəcədə  bu  əlamətlər  hakimiyyətlə  bağlıdırlar.  Məsələn, 

dövlətin  paytaxtı  bütün  növ  hakimiyyətlərə  xas  olan  vahid 

idarə  edən  mərkəzin  olmasının,  belə  demək  mümkünsə, 

dövlət  həyatında,  onun  təşkilati  formasında  təzahürüdür. 

Dövlətin 

rəmzləri 

onun 

beynəlxalq 



aləmdə 

fərdiləşdirilməsinə kömək edir. Bu əlamətlər hər bir dövlətin 

beynəlxalq aləmdə vizit vərəqəsi rolunu oynayır. Bütün rəsmi 

dövlət  sənədlərində  və  mərasimlərində  dövlət  nişanlarından 

hər hansı birinin və ya bir neçəsinin olması həmin sənədin və 

ya tədbirin həmin dövlətə məxsus olmasını göstərən ən əsas 

vasitədir. Dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən 

hərbi  qüvvələrin  hansı  dövlətə  aid  olması  onların  daşıdığı 

nişanlar hesabına müəyyənləşdirilir. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

21-ci 

maddəsinə  görə,  «Azərbaycan  Respublikasının  dövlət  dili 



Azərbaycan  dilidir».  Bu  dil  Azərbaycan  Respublikasında 

yaşayan əsas və çoxsaylı etnosun dilidir. Türk dilləri ailəsinə 

daxil olan Azərbaycan dili bütün Cənubi Qafqaz  ərazisində 

ən çox yayılmış dildir. Dilin dövlət dili olub- olmaması həmin 

dövlətdə  dilin  işləkliyi  səviyyəsi  ilə  müəyyən  edilir.  Lakin 

burada  bir  çox  başqa  amillər  də  (etnosların  sayı  və 

böyüklüyü, dilin inkişafı, tarixən ərazidə istifadə olunan dil 

və s.) müəyyən rol oynayır. Bir sıra dövlətlərdə bir yox, bir 

neçə  dövlət  dili  mövcud  olur.  Bu  həmin  ərazidə  yaşayan 

etnoslar və onlar arasındakı münasibətlərlə bağlıdır. Məsələn, 

Kanadada  fransızdilli  əhalinin  sayca  azlıqda  qalmasına 

baxmayaraq, burada in 



— 108 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə