Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə31/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   27   28   29   30   31   32   33   34   ...   237

yerləşməsi  həmin  dövlətin  inkişafına  təsir  edən,  onun 

beynəlxalq  arenada  yerini  müəyyən  edən  əsas  faktorlar- 

dandır.  Hakimiyyət  də  müvafiq  olaraq  dövlətin  bütün 

ərazisində fəaliyyət göstərir, nəhəng dövlət aparatının tamam 

fərqli yerlərdə baş verən hadisələrə dərhal reaksiya verməsini 

təmin edir. Bu hakimiyyətin ərazi  cəhətdən təşkili hesabına 

başa  gəlir. Dövlət hakimiyyəti iki formada  təşkil olunur: 1) 

hakimiyyətin  təbii  funksiyalar  üzrə  daxilən  təşkilatlanması; 

2)  hakimiyyətin  dövlətin  ərazi  amili  üzərində,  ərazi  üzrə 

təşkilatlanması. Dövlət hakimiyyətinin hər iki şəkildə təşkili 

zərurətdən  doğur.  Hakimiyyətin  məzmunu  -  onun 

funksiyaları, bu funksiyaların daşıyıcıları və onlar arasındakı 

münasibətlərin  müəyyən  edilməməsi  hakimiyyətin  həyata 

keçirilməsini  çətinləşdirir  və  nəticədə  problemlər  yaranır. 

Eləcə 

də 


hakimiyyətin 

dövlət 


ərazisində 

təşkilatlandırılmaması  dövlətin  özü,  hakimiyyət  və  bütün 

cəmiyyət  üçün  problemlər  yaradır.  Hakimiyyət,  sadəcə 

olaraq, mərkəzdə qurulub bütün yerlərə göstəriş verə bilməz. 

O bütün əraziyə nəzarət etmək, göstərişlərin hər yerdə lazımi 

səviyyədə  icrasına  nail  olmaq  və  bir  çox  digər  vacib 

məsələləri  yerinə  yetirmək  üçün  ərazilər  üzrə  də 

təşkilatlanmalıdır.  Məsələn,  hakimiyyətin  ərazi  cəhətdən 

təşkili  hesabına  iqtisadi  rayonlaşdırma  məsələsi  həll  edilir. 

Ərazi üzrə təşkilatlanma həm də siyasi problemdir. Bu zaman 

bir  çox  amillər  və  təşki-  latlandırmanm  mümkün  nəticələri 

ərazi  bölgüsündə  nəzərə  alınmalıdır.  Real  olaraq 

hakimiyyətin ərazi cəhətdən təşkili dövlət ərazisinin müəyyən 

ərazi  vahidlərinə  bölünməsində  və  bu  ərazi  vahidləri  ilə 

mərkəzi  hakimiyyət  arasındakı  münasibətlərdə  təzahür  edir. 

Başqa  sözlə,  hakimiyyətin  ərazi  cəhətdən  təşkili  bir  bütöv 

kimi dövlətin özüylə, mərkəzi hakimiyyətlə regionlar, yerlər 

arasındakı 



— 97 — 


əlaqənin  təşkilidir.  Burada  bütöv  dövlət  simasında  mərkəzi 

hakimiyyət,  regionlar,  yerlər,  ərazi  vahidləri  qismində  isə 

müəyyən  fiziki  ərazi  hədləri  ilə  bir-birindən  ayrılmış  və 

yalnız  onun  üçün  ayrılmış  ərazidə  fəaliyyət  göstərən  yerli 

hakimiyyət orqanları çıxış edir. Hər bir ərazi vahidi mərkəzə 

münasibətdə  bütöv  əlahiddə  subyekt  kimi  çıxış  edir. 

Hakimiyyətin  ərazi  cəhətdən  təşkili  onun  suverenliyini 

şərtləndirən  ən  əsas  əlamətin  -  hakimiyyətin  bütün  dövlət 



ərazisində üstünlüyünü və hər yerdə vətəndaşların ona tabe 

olmasını  gerçəkləşdirən  yeganə  vasitədir.  Çünki  yalnız 

dövlətin bütün ərazisi boyunca müəyyən bir sistem şəklində 

təşkil olunmuş mərkəzi hakimiyyət bu xüsusiyyətləri həyata 

keçirə bilər. Hakimiyyətin ərazi təşkilinin 2 əsas növü vardır: 

1)

 

federalizm; 



2)

 

unitarizm. 



Birinci  quruluşu  həyata  keçirən  dövlət  federal  dövlət, 

ikinci quruluşu gerçəkləşdirən dövlət isə unitar dövlət adlanır. 

Hər  iki  sistem  özü  də  müəyyən  növlərə  ayrılır. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsinə 

görə,  Azərbaycan  Respublikası  unitar  dövlətdir.  Lakin  uni- 

tarizmin  mahiyyətini  başa  düşmək  üçün  onu  mütləq 

müqayisəli  şəkildə,  federalizmlə  birgə  nəzərdən  keçirmək 

lazımdır.  Federalizm  hakimiyyətin  ərazi  cəhətdən  elə 

təşkilidir  ki,  burada  dövlətin  ərazi  vahidləri  dövlətəbənzər 

qurumlar  şəklində  olur.  Bu  dövlətəbənzər  qurumlar 

federasiya subyektləri adlanır və mərkəzə münasibətdə unitar 

dövlətlərdə olan müəyyən müstəqillik xüsusiyyətlərinə malik 

olurlar. Bu qurumların dövlətəbənzərliyi onda təzahür edir ki, 

hər bir federasiya subyektinin, adətən, öz konstitusiyası və ali 

hakimiyyət orqanlan, öz qanunverici- 

— 98 — 



liyi olur və daxili məsələlərdə geniş müstəqilliyə malikdirlər. 

Federal dövlətlərdə hakimiyyətin ikili bölgüsü gedir. Şaquli 

bölgü - yuxarıdan aşağıya səlahiyyətlərin müxtəlif səviyyədə 

duran  orqanlar  arasında  paylanması  və  hakimiyyətin  üfüqi 

bölgüsü - federasiya və federasiya subyektlərinin hakimiyyət 

orqanları  arasında  səlahiyyətlərin  bölgüsü.  ABŞ,  Rusiya 

Federasiyası,  Almaniya  Federativ  Respublikası  və  s. 

dövlətlər  federal  quruluşa  malikdir.  Federal  dövlətlərdə 

federasiyanın  federasiya  subyektinin  işinə  qarışması  üçün 

xüsusi vasitələr olur (federal interven- siya, birbaşa prezident 

idarəetməsi və s.). Müdaxilə yalnız zəruri əsaslar olduqda baş 

verir. 


Unitar dövlətlərdə dövlət ərazisi mərkəzdən birbaşa asılı 

olan  inzibati-ərazi  vahidlərinə  bölünür.  Bu  ərazi  qurumları 

birbaşa  mərkəzdən  formlaşdırıhr  və  ya  mərkəzin  daimi  və 

güclü  nəzarəti  altında  olur,  daxili  məsələlərdə  müstəqil 

deyildir və özünün qanunvericiliyi, xüsusi orqanları yoxdur. 

Lakin  nəzərə  almaq  lazımdır  ki,  bu  əlamətlər  kifayət  qədər 

ümumidir və mürəkkəb dünyada bəzən bu təsnifata tam cavab 

verməyən  hallara  da  rast  gəlmək  olur.  Məsələn,  Flindistan 

federativ  dövlətdir,  lakin  heç  də  bütün  ştatların  öz 

konstitusiyası yoxdur. Böyük Britaniya unitar dövlətdir, lakin 

onun  tərkibində  Şotlandiya,  Uels  və  Şimali  İrlandiya  kimi 

ayrıca qanunvericilik, icra və məhkəmə sistemi olan qurumlar 

vardır. İspaniya və İtaliya ümumiyyətlə yeni növə, regionalist 

dövlət  tipinə  aid  edilir.  Unitar  dövlətlərdə  yerli  hakimiyyət 

orqanları  mərkəzdən  formalaşdırılır  və  maliyyələşdirilir, 

onların  beynəlxalq  münasibətlərə,  bir  qayda  olaraq,  birbaşa 

çıxış imkanı  yoxdur. Federasiyalarda isə, əksinə, federasiya 

subyektlərinin hakimiyyət orqanları, adətən, əhali tərəfindən 

seçilir və onların özünün büdcəsi olur, zəruri hallarda 

— 99 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə