Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə28/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   24   25   26   27   28   29   30   31   ...   237

siyalannda  əks  olunan  bu  nəzəriyyə  dövlət  və  şəxsiyyət 

arasındakı  əlaqələrin  məzmununu  nəzərdə  tutur.  Hüquqi 

dövlət  nəzəriyyəsi  ortaya  tam  şəkildə  təxminən  XX  əsrin 

əwələrində  çıxsa  da,  kökü  qədim  yunan  şəhər-polisləri-  nə 

gedir.  Bu  nəzəriyyə  şəxsiyyətin  hüquq  və  azadlıqlarının 

tanınmasına,  onun  müstəqilliyinə  maksimum  zəmanət 

verilməsinə  əsaslanır.  Şəxsiyyət  və  dövlət  arasında  bu  cür 

qarşılıqlı  əlaqələrin  ümumi  əsaslarının  konstitusiyada 

nəzərdə tutulması ona əsaslanır ki, müasir dövrdə həm dövlət, 

həm də şəxsiyyət bir-birindən qarşılıqlı şəkildə asılıdırlar və 

onların  bir-birinə  münasibəti  son  nəticədə  hər  ikisinin 

inkişafına  əsaslı  təsir  edir.  Elə  buna  görə  də  demokratik 

dövlətlərdə şəxsiyyətin inkişafına maksimum şərait yaradılır. 

Çünki  insan  resurslarının  inkişafı  dövlətin  özünün  inkişafı 

deməkdir.  İnsanların  inkişafdan  qalması,  cəmiyyətin 

sabitliyinin pozulması dövlətin özü üçün də problemdir. Buna 

səbəb  isə  odur  ki,  dövlət,  cəmiyyət  və  şəxsiyyət  iç-içə 

yaşayırlar,  onların  təcrid  edilməsi  qeyri-  mümkündür. 

Dövlətin əsas əlamətlərindən birinin də əhali olmasını nəzərə 

alsaq, o zaman deyilənlər aydın olar. 

Hüquqi dövlət ideyası daim insan hüquq və azadlıqları ilə 

sıx şəkildə bağlı olmuşdur. Hüquqi dövlət ideyası birdən-birə 

inkişaf  etməmişdir.  Bunun  üçün  zəruri  şərait  olmuş,  sosial 

amillər meydana gəlmişdir. Qədim Yunanıstanda dövlət daha 

çox  idarəetmə  forması  aspektindən  nəzərdən  keçirilirdi  və 

cəmi)^ət-dövlət-şəxsiyyət  əlaqələri  də  bu  aspektdən 

qoyulurdu.  Burada  dövlətin  idarəetmə  formasından  asılı 

olaraq,  dövlət  bir  halda  aristokratların,  başqa  halda  isə 

çoxluğun dövləti hesab olunurdu. Qədim yunan polislərində 

dövlət haqqında təsəvvürlər antik demokratiya ilə sıx əlaqəli 

idi. Bu dövrdə hələ şəxsiyyət müstəqilləşmədiyindən və fərdi 

mənafe ümumi mənafe 



— 88 — 


dən  ayrılmadığından,  dövlətin  əsas  vəzifəsi  kimi  bütün 

cəmiyyət  üzvlərinin  mənafeyinin  təmin  olunması  qəbul 

olunurdu. Buna görə də optimal və ya qədim mütəfəkkirlərin 

dediyi  kimi,  düzgün  idarəetmə  formasına  malik  dövlətdən 

bəhs olunduqda, ilk olaraq ümumi mənafenin təmin olunması 

imkanları araşdırılırdı. Lakin N.Makiavelli tərəfindən dövlət 

və  cəmiyyətin  bir-birindən  fəqləndiril-  məsi,  intibah  dövrü 

dövlətinə  və  onun  təşkilinə,  habelə  dövlət-şəxsiyyət 

əlaqələrinin  inkişafına  təkan  verdi.  Yeni  yaranmış  sosial 

təbəqə  -  kapitalistlər,  ənənəvi  dövlət-şəxsiyyət  əlaqəsindən 

(dövlət-təbəə)  razı  deyildilər  və  bunun  nəticəsi  kimi  yeni 

əlaqələrin axtarışı başlandı. Gücü bilavasitə dövlətə və onun 

məcburetmə  aparatına,  torpağa  söykənməyən,  özünün 

iqtisadi imkanlarını və müstəqilliyini irəli çəkən yeni təbəqə 

intellektuallarının  axtarışları  nəticəsində  hüquqi  dövlətin 

əsasını  təşkil  edən  fikirlər  meydana  gəlməyə  başladı.  Bu 

fikirlər fransız inqilabçı- maarifçilərinin ideyalarında, ingilis 

mütəfəkkirlərinin  düşüncələrində  əks  olunurdu.  H.Hrotsi 

müharibə  və  sülh  haqqında  əsər  yazaraq  insanlara 

anadangəlmə  məxsus  olan,  onların  təbiətindən  doğan 

hüquqları  əsaslandırmağa  çalışdı.  İnsanların  və  cəmiyyətin 

dövlətə  qədər  təbii  hakimiyyətə  malik  olmasını  iddia  edən 

mütəfəkkirlər  (T.Hobbs,  C.Lokk,  Ş.L.Monteskyö,  J.J.Russo 

və  başqaları)  dövlətə  münasibətdə  insanların  üsyan  etmək 

hüququna, ayrılmaz hüquq və azadlıqlara dövlətin məcburən 

riayət etməsi vəzifəsinə gəlib çıxırdılar. Bu dövrün əsas fikir 

axınları  mütləqiyyətə  qarşı  yönəldiyindən  və  aparıcı  sosial 

təbəqənin  -  burjuaziyanın  təsiri  altında  formalaşdığından, 

dövlətin  sosial  həyata  müdaxiləsi  minimuma  endirilir, 

əvəzində  şəxsiyyətin  müstəqilliyi  şişirdilirdi.  Belə  qəbul 

olunurdu ki, cəmiyyət özü-özünü tənzimləmə me 

— 89 — 



xanizminə malikdir və dövlətin işi yalnız insanları mühafizə 

etmək  olmalıdır.  Məsələn,  C.Lokkun  fikrincə,  dövlətin  işi 

yalnız  mülkiyyəti  mühafizə  etməkdir.  Daha  əvvəllər  isə 

T.Peyn belə fikir irəli sürmüşdü ki, cəmiyyət özü hökumətin 

edə biləcəyi hər şeyi edə bilər. Bu dövrdə dövlət və şəxsiyyət 

qarşı-qaşıya qoyulur və dövlətin ictimai həyata müdaxiləsinin 

zəruriliyi inkar edilirdi. 

Kapitalizmin  inkişafında  baş  verən  iki  ümumdünya 

böhranı  dövlət  və  cəmiyyət  arasındakı  əlaqələrə  yenidən 

baxılmasına  gətirib  çıxardı.  Şəxsiyyətin  həyatına  müdaxilə 

etməməklə  dövlətin  zəruri  nizamasalmanı  həyata  keçirmək 

üçün  cəmiyyətə  müdaxiləsi  tanınmağa  başlandı.  Məhz 

buradan  da  bilavasitə  hüquqi  dövlət  nəzəriyyəsi  başlayır. 

Nəticədə,  bir  çox  nəzəriyyələrə  dövrün  tələbinə  uyğun 

dəyişikliklər edildi. Nəzərə almaq lazımdır ki, hüquqi dövlət 

nəzəriyyəsinin  bir  çox  müddəları  fərqli  nəzəriyyələrdə 

işlənmiş  və  fərqli  dövrlərdə  də  təşkilati-hüqu-  qi  realizə 

formasını  tapmışdır.  Məsələn,  bu  gün  hüquqi  dövlətin 

əsaslarından biri olan hakimiyyətin bölünərək təşkil olunması 

prinsipi  hakimiyyət  bölgüsü  nəzəriyyəsi  çərçivəsində 

işlənmişdir.  Hakimiyyət  bölgüsü  nəzəriyyəsinin  praktikada 

tətbiqi üçün müstəsna əhəmiyyətə malik olan çəkindirmə və 

tarazlaşdırma (təşkilat-hüquqi realizə mexanizmi) sistemi isə 

bir qədər sonra ABŞ Konstitusiyası ilə bərqərar olmuşdur. 

Hüquqi dövlət şəxsiyyət və dövlətin qarşılıqlı əlaqələrini 

və  asılılığını  qəbul  edən  və  nəinki  şəxsiyyətin,  eləcə  də 

özünün  inkişafı  üçün  fərdin  inkişafında  maraqlı  olan 

dövlətdir. Bunun üçün də o, hüquq və azadlıqların aliliyi- ni 

qəbul  etmək,  onları  təmin  etmək  hesabına  şəxsiyyətə 

maksimum  azadlıq  verir,  onun  özünürealizəsinə  imkan 

yaradır. Hüquqi dövlətin ümumiliyi, mücərrəd anlayış ol 

— 90 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə