Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə25/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   21   22   23   24   25   26   27   28   ...   237

raflı işlənmiş və ona  müxtəlif münasibətlər  əks olunmuşdu. 

Qədim  dövr  Yunanıstanı  üçün  demokratiyanın  dövlət 

idarəetmə  forması  kimi  nəzərdən  keçirilməsi  xarakterik  idi. 

Qədim  yunan  müəllifləri  tərəfindən  (Aristotel,  Platon) 

demokratiya dövlətin idarəetmə forması kimi həmişə 3 əsas 

idarəetmə  formasından  biri  hesab  edilirdi  (aristokratiya, 

demokratiya,  oliqarxiya).  Aristotel  ənənəsinin  təsiri  altında 

dövlət idarəçilik formalannı düzgün və yanlış formalara bölür 

və  demokratiyanı  da  bu  aspektdən  qiymətləndirirdilər. 

Demokratiya  anlayışında  həmişə  xalq  kütlələri,  çoxluq  və 

bərabərlik  nəzərə  alınmışdır.  Herodot  demokratiyanı 

bərabərliyə  əsaslanan  dövlət  hesab  edirdi.  Fukidid  hesab 

edirdi  ki,  demokratiya  vətəndaşların  azlığına  deyil, 

çoxluğuna  əsaslanır.  T.Hobbsun  fikrincə,  demokratiya  elə 

dövlət formasıdır ki, burada ali hakimiyyət istisnasız olaraq 

bütün vətəndaşlara məxsusdur. Ş.L.Mon- teskyönün fikrincə, 

respublikada  hakimiyyət  xalqa  məxsus  olan  zaman 

demokratiya da mövcud olur. 

Demokratiyaya heç də bütün mütəfəkkirlərin münasibəti 

müsbət  olmamışdır.  Qədim  dövrdə  Sokrat,  yeni  dövrdə  isə 

Çörçil  demokratiyanı  optimal  idarəetmə  kimi  qəbul 

etmirdilər. Hazırda demokratiya müxtəlif mənalarda işlədilən 

bir  anlayışdır.  Onun  konkret  olaraq  sərhədlərini  müəyyən 

etmək  qeyri-mümkündür.  Bununla  belə,  bu  anlayışın  əsas 

prinsipləri  işlənib  hazırlanıb  və  dünya  dövlətlərinin 

praktikasında  tətbiq  olunur.  Əsas  demokratiya  prinsiplərinə 

aşağıdakılar aid edilir: 

1)

 

Xalq 

hakimiyyətinin, 

xalqın 

suverenliyinin 

tanınması. Bu prinsipə görə, hakimiyyətin mənbəyi xalqdır 

və  dövlət  bu  hakimiyyəti  xalqın  mənafeyi  naminə  həyata 

keçirir.  Xalq  suverenliyin  daşıyıcısı  kimi  öz  dövlətinin 

taleyini özü həll edir. 



— 79 — 


2)

 

Əsas dövlət orqanlarının seçkili olması. Dövlətin əsas 

orqanları (qanunverici, icra) xalq tərəfindən seçilir və xalqdan 

mandat almayan (təyin olunan) bütün digər  orqanlar seçkili 

orqanların nəzarəti altında olur. 



3)

 

Dövlət 

idarəetməsində 

vətəndaşların 

hüquq 

bərabərliyi. Bütün vətəndaşlann dövlətin idarə olunmasında 

hüquqları  bərabərdir.  Hakimiyyət  açıq  sistemdir  və  hər  bir 

kəs qanunla müəyyən edilmiş tələblərə cavab verdiyi təqdirdə 

bilavasitə  dövlətin  idarə  olunmasında,  hakimiyyətin  realizə 

edilməsində  iştirak  edə  bilər  (Azərbaycan  Respublikası 

Konstitusiyasının 55-ci maddəsi). 



4)

 

Əsas  qərarların  çoxluq  tərəfindən  qəbul  edilməsi. 

Çoxluq kifayət qədər nisbi anlayışdır. Əsas məsələ qərarların 

qəbulu  zamanı  maksimum  konsensusa  nail  olunmasıdır. 

Çoxluq  referendumda  iştirak  edən  geniş  xalq  kütlələrindən 

tutmuş, qanunverici orqanla məhdudlaşana qədər ən müxtəlif 

saylı  şəxsləri  əhatə  edir.  Qərarlar  bilavasitə  çoxluğun 

iradəsilə  qəbul  edilməli  və  xalqın  fikrini,  iradəsini  ifadə 

etməlidir. 

Demokratiya  müxtəlif  ölkələrdə  fərqli  şəkillərdə  inkişaf 

etmişdir.  Demokratiyanın  formalaşmasına  milli  dövlətçilik 

ənənələri, milli şüur və s. faktorlar təsir edir. Bir sıra hallarda 

demokratiya  müxtəlif  nəzəriyyələrlə  birləşdirilmiş  və 

özünəməxsus hibrid yaradılmışdır. Bu xüsusilə də müəyyən 

ideologiyanı  rəsmən  qəbul  edən  dövlətlərə  aiddir.  Vaxtilə 

Sovet  İttifaqında  mövcud  olan  sosialist  demokratiyası,  bir 

sıra islam dövlətlərində islam demoki'atiyası və s. buna misal 

ola  bilər.  Demokratiya  ilə  bağlı  vahid  anlayış  yoxdur.  Bu 

anlayış  dövlət  formasını,  rejimini,  hüquqa  münasibəti  və  s. 

məsələləri  də  özündə  ehtiva  edir.  Bəzən  demokratiyaya 

fərdlərin,  xalqın  səsvermədə  etimadını  qazanmaq  üçün 

rəqabətə əsaslanan idarəetmə forması ki 

— 80 — 



mi  anlayış  da  verilir.  Lakin  yuxanda  göstərildiyi  kimi, 

demokratiya tarixən dəyişmiş və inkişaf etmişdir. Buna görə 

də  demokratiyadan  danışarkən  demokratiya  haqqında  tam 

təsəvvürün formalaşması üçün onun tarixi inkişafda keçdiyi 

yolu 

da 


bilmək 

lazımdır. 

Demokratiya 

realizə 


xüsusiyyətlərinə  görə  tarixi  inkişafda  aşağıdakı  növlərə 

bölünür: 

1)

 

ibtidai demokratiya



2)

 

hərbi demokratiya; 



3)

 

antik demokratiya; 



4)

 

yeni dövrün klassik demokratiyası; 



5)

 

müasir demokratiya. 



Nəzərə  almaq  lazımdır  ki,  bu  bölgü  şərtidir  və  tarixi- 

xronoloji 

ardıcıllığı 

deyil, 


demokratiyanın 

özünün 


inkişafındakı  xüsusiyyətlərə  görə  ardıcıllığı  əks  etdirir. 

Demokratiya heç də hər yerdə bu sxemdə göstərilən ardıcıllıq 

üzrə  inkişaf  etməmişdir.  Qədim  yunanlarda  antik 

demokratiya  mövcud  olan  zaman  Şərqi  Sibirdə  və  bir  çox 

türk  xalqlarında  onların  məişətinə,  həyatına  uyğun  olaraq 

hərbi  demokratiya  hökm  sürürdü.  Qərb  ölkələrində  artıq 

müasir klassik demokratiya intişar tapdığı vaxt bir çox şərq 

ölkələrində bu ideyalar hələ yeni-yeni əmələ gəlirdi. 

İbtidai  demokratiya  ilkin  demokratiya  forması  hesab 

olunur. Bu dövrdə, yəni qəbilə icması dövründə şəxsiyyətin, 

ümumiyyətlə,  bir  fərd  kimi  özünü  icmadan  ayırma-  ması, 

izafi məhsulun olmaması və kollektiv əməyin zəruriliyi bütün 

icma üzvlərini icmanın idarə olunmasında da bərabər edirdi. 

Hər  bir  icma  üzvü  icmanın  işlərində  və  onun  idarə 

olunmasında aktiv, bərabər şəkildə iştirak edirdi və icma da 

elə  bu  şəxslərin  əlaqələri  üzərində  qurulurdu.  İcmanın 

bütövlüyü, əmək bölgüsünün olmaması, xüsusi mülkiyyətin 

və  izafi  məhsulun  olmaması  ibtidai  demokratiyanın 

mövcudluğunu saxlayan əsas amillər idi. 

— 81 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə