Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə36/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   32   33   34   35   36   37   38   39   ...   237

ayrı  dövlətlərdə  ona  qarşı  müəyyənləşdirilən  vəzifələr  də 

fərqlənir. Məsələn, ABŞ-də bu ölkənin bayrağının müəyyən 

siyasi toplantıların gedişi zamanı  yandırılması və s. fikir və 

söz azadlığının təzahür formalarından biri kimi qəbul olunur 

və  həmin  hərəkətlərə  görə  cinayət  məsuliyyəti  yaranmır. 

Praktikada dövlət orqanlarının  bir neçə  dəfə  bu cür əməllər 

üstündə müəyyən şəxsləri məsuliyyətə cəlb etməyə çalışması 

məhkəmə tərəfindən rədd edilmişdir. Bunun əksinə, bir çox 

dövlətlərdə bayraqla bu cür rəftar etmək cinayət hesab olunur 

(Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  324-cü 

maddəsi). Bu gün bayrağın ifadə etdiyi mənalar rəsmi-hüquqi 

siyasəti deyil, sırf mənəvi-ideoloji aspekti ifadə edir və dövlət 

üçün  heç  bir  konkret  öhdəlik  yaratmır.  Azərbaycan 

Respublikasının 

hazırkı 

bayrağı 


əsrin 

əvvələrində 

Azərbaycan  Demokratik  Respublikası  tərəfindən  qəbul 

edilmişdir  və  o  zaman  cəmiyyətdəki  hakim  ideoloji 

istiqamətləri  ifadə  edirdi  (türkçülük,  müasirlik,  islam). 

Azərbaycan  Respublikası  müstəqillik  qazandıqdan  sonra 

məhz  həmin  bayraq  bərpa  edilmişdir.  Vaxtilə  Azərbaycan 

Demokratik Respublikasında mövcud olan bayrağın və digər 

dövlət  rəmzlərinin  bərpasına  səbəb  budur  ki,  Azərbaycan 

Respublikası özünü Azərbaycan Demokratik Respublikasının 

hüquqi  varisi  sayır.  Rəmzlər  arasında,  adətən,  rəsmi 

qəbullarda ifa olunan musiqi-himn də xüsusi yer tutur. 

Azərbaycan  dövlətinin  suverenliyini,  müstəqilliyini 

təcəssüm etdirən bayraq, himn və gerbdən istifadə qaydaları 

ayrı-ayrı  qanunlarla  və  onlara  müvafiq  əsasnamələrlə 

tənzimlənir. 



112 — 


I V

 

B Ö L M Ə  

DÖVLƏT VƏ ŞƏXSİYYƏT 

Konstitusiyada yalnız dövlət və cəmiyyət deyil, dövlətlə 

şəxsiyyət arasında münasibətlər də nizamlanır. Bu da təbiidir. 

Cəmiyyət şəxsiyyətlərarası  münasibətlərin və  şəxsiyyətlərin 

özünün  məcmusudur.  Ona  görə  də  konstitusiyalarda  yalnız 

dövlət  deyil,  şəxsiyyət  haqqında  da  müəyyən  normalar  əks 

olunur.  Dövlət  şəxsiyyətə  onun  hüquqi  statusunu  müəyyən 

etməklə təsir edir. Şəxsiyyətin hüquqi statusu dövlətlə insanın 

qarşılıqlı  əlaqəsinin  məzmununu  əks  etdirən  hüquqi 

konstruksiyadır.  Hüquqi  status  şəxsiyyətin  dövlətlə 

münasibətlərdə  mövqeyini,  dövlətlə  bağlı  imkanlarını 

bildirir.  Hüquqi  statusda  şəxsiyyətin  mövqeyi  ilə  bağlı 

müxtəlif  fikirlər  olmuşdur.  Tarixi  inkişafın  müxtəlif 

dövrlərində həmin dövrün siyasi- hüquqi düşüncəsinə uyğun 

hüquqi status problemi həll olunur. Dövlətin quruluşundan da 

çox şey asılıdır. Dövlət və şəxsiyyət arasında münasibətlərdə 

bu  və  ya  digər  nəzəriyyələr,  adətən,  ya  şəxsiyyətin,  ya  da 

dövlətin üstünlüyünü nəzərdə tutur. 

Etatizm  nəzəriyyəsinə  görə,  dövlətin  maraqları 

şəxsiyyətin maraqlarından üstündür. Bu nəzəriyyəyə görə, ilk 

öncə  dövlətin,  daha  sonra  isə  şəxsiyyətin  maraqları  təmin 

olunmalıdır.  Sovet  İttifaqının  hakim  ideologiyası  olan 

marksizm-leninizm də məsələni dövlətin xeyrinə həll edirdi. 

Bu ideologiya insanları siniflərə bölür və sinfi aspektdən də 

onların  hüquqi  statusu  məsələsini  həll  edirdi.  Aydındır  ki, 

fəhlə-kəndli  dövləti  adlandırılan  bir  dövlətdə  onların  əksi 

olan, burjua  damğası vurulub rədd  edilən  insanlara  yer  yox 

idi. SSRİ-də fərdin marağı dövlətin və 



— 113 — 


kollektivin maraqlanna tabe edilmişdi. Sanki hamı nəhəng bir 

maşının çandan kimi hakim ideologiyaya və dövlətə xidmət 

etməli idi. 

Liberalizm  nəzəriyyəsi  dövlət,  şəxsiyyət  və  cəmiyyət 

arasındakı  münasibətlərə  ümumiyyətlə  toxunur.  Dövlətin 

rolunu  kifayət  qədər  aşağı  salan  bu  nəzəriyyənin  müddəa- 

lanna  görə,  cəmiyyət  daxildən  özü  özünü  nizamasalabilmə 

imkanlanna  malikdir  və  dövlətin  müdaxiləsinə  ehtiyac 

yoxdur.  Bu  nəzəriyyədə  dövlətin  vacibliyi,  ümumiyyətlə, 

inkar  olunurdu.  Fərdin  maraqlan  dövlətin  maraqlarından 

üstün  tutulur  və  dövlətə  yalnız  gecə  gözətçisi  kimi  bu 

maraqlan qorumaq həvalə edilirdi (klassik liberalizm). Lakin 

tarix, baş verən iqtisadi böhranlar göstərdi ki, dövlətin rolunu 

azaltmaq heç də arzu olunan nəticələri vermir. 

Sosial-iqtisadi  həyatın  bir  çox  sahələri  dövlətin  təsiri 

olmadan lazımi səviyyədə inkişaf etmir, şəxsiyyətin maraq və 

mənafeləri  pozulur,  bir  çox  hüquqlann  (sosial-mədəni) 

təminatı  isə,  ümumiyyətlə,  mümkün  deyildir.  Bunun 

nəticəsində  ortaya  çıxan  yeni  liberalizm  (neolibera-  lizm) 

dövlətin rolunu tanıdı və şəxsiyyətlə dövləti bərabərhüquqlu 

subyektlərə  çevirdi.  Dövlət  və  şəxsiyyət  arasında 

münasibətlər 

haqqında 

fikirlərin 

belə 

dəyişməsinə 



demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının geniş 

vüsət  alması  da  təsir  etdi.  Müasir  hüquqi  baxışlara  görə, 

dövlət  və  şəxsiyyət  bərabərhüquqlu  subyektlərdir.  Onlar 

arasında  qarşılıqlı  olaraq  hüquq  və  vəzifələr  əmələ  gəlir. 

Məhz  bu  cür  doktrinal  yeniliklərdən  sonra  insanların 

məhkəmə  vasitəsilə  birbaşa  dövlətə  yönəlmiş  iddialar 

verməsi,  dövlətin  şəxsiyyət  qarşısında  məsuliyyət  daşıması 

mümkün 


oldu. 

Dövlətlə 

şəxsiyyətin 

bir-biri 

ilə 

bərabərhüquqlu subyekt kimi çıxış etməsi zərurətə əsaslanır. 



Reallıq bütün sosial sistemlərin bir-birinin inkişafında ma 

— 114 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə