Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə44/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   40   41   42   43   44   45   46   47   ...   237

ona alternativ olan müdafiə vasitəsindən mütləq daha  geniş 

imkana malik olmalıdır. Əks təqdirdə alternativ müdafiənin 

tətbiq  edilməsinin  əhəmiyyəti  olmur.  Şəxs  birinci  müdafiə 

vasitəsindən  sonra  bir  başqasına  ona  görə  müraciət  edir  ki, 

ikinci müdafiə vasitəsi ilə hüquqlarının daha  yaxşı müdafiə 

olunacağına  ümid  edir.  Əgər  birinci  müdafiə  vasitəsi  ilə 

ikinci  müdafiə  vasitəsinin  imkanları  eyni  olsaydı  və  onlar 

bir-birindən əsaslı fərqlərə malik olmasaydı, 

0

 zaman ikinci 



dəfə  daha  başqa  müdafiə  üsulundan  istifadə  etmənin 

əhəmiyyəti  olmazdı.  Şəxsə  imkan  verilir  ki,  dövlətin  icra 

hakimiyyəti  orqanları  vasitəsilə  hüququnu  müdafiə  etsin. 

Bundan  razı  qalmayan  şəxs  daha  sonrakı  və  daha  geniş 

imkanlara  malik  müdafiə  vasitəsinə  -  prosessual  müdafiə 

vasitəsinə  müraciət  edir.  Əgər  şəxs  birinci  instansiyada 

məhkəmə 

baxışından  razı  qalmırsa,  daha  yuxarı 

instansiyalara müraciət edir və bu prosesin başqa növləri işə 

düşür  (apellyasiya  icraatı,  kassasiya  icraatı,  yeni  açılmış 

hallar  üzrə  icraat  və  s.).  Bütün  ölkəda-  xili  vasitələr 

tükəndikdə,  dövlətin  inhisarında  olmayan  və  daha  geniş 

imkana  malik  beynəlxalq  müdafiə  tədbirləri  işə  düşür. 

Aydındır ki, daha sonra gələn icraat növləri əvvəlki icraatın 

nöqsanlarını aşkara çıxarmaq imkanlarına malik olmalıdır. 

Bütün  bunlardan  başqa,  müdafiə  sistemlərinə  birbaşa 

aidiyyəti  olmayan,  lakin  az-çox  dərəcədə  insan  hüquq  və 

azadlıqlarının təminatına aidiyyəti olan prinsiplər də vardır. 

Bu  prinsiplər  təşkilati  məsələlərlə  bağlıdır  və  son  nəticəsi 

insan  hüquqlarının  təmin  olunması  üçün  zəruri  şərait 

yaratmaqdır.  Məsələn,  hakimiyyət  bölgüsü  prinsipi  birbaşa 

hüquq  və  azadlıqların  müdafiəsi  ilə  bağlı  olmasa  da,  son 

nəticədə  məhz  bu  məqsədə  yönəlmişdir.  Hakimiyyət  məhz 

onun bir əldə toplanmaması və insan hüquq- 



— 136 — 


larinin  tapdalanmaması  üçün  bölünür.  Məhkəmələrin 

müstəqilliyi onun təşkilati prinsipidir, bunula belə, o da son 

nəticədə hüquqların təmin olunmasına  yönəlmişdir. Bundan 

başqa,  şəxsiyyətlə  dövlət  orqanı  arasındakı  münasibətin 

əsaslandığı iki əsas prinsip də insan hüquq və azadlıqlarının 

təminatı mexanizmində mühüm rol oynayır. Bu prinsiplərin 

biri  dövlət  orqanları,  digəri  isə  vətəndaşlar  üçün  müəyyən 

olunmuşdur.  Vətəndaşlar  üçün  müəyyən  olunan  prinsipə 

görə,  qanunla  qadağan  olunmayan  hər  şeyi  etmək 

mümkündür.  Yəni  vətəndaşlar  üçün  yalnız 

0

  əməllər 



qadağandır ki, onlar birbaşa qanunla müəyyənləşdirilmişdir. 

Dövlət  orqanları  isə  «qanunda  nəzərdə  tutulanlardan  başqa, 

hər 

şey 


qadağandır» 

prinsipi 

əsasında 

fəaliyyət 

göstərməlidirlər. 

Bir sıra  əsas  təminatlar konstitusiyada  hüquq və  azadlıq 

kimi  əks  olunmuşdur.  Bunlara  Azərbaycan  Respublikası 

Konstitusiyasının  60-cı  maddəsi  (hüquq  və  azadlıqların 

məhkəmə  təminatı),  61-ci  maddəsi  (hüquqi  yardım  almaq 

hüququ), 

62-ci 

maddəsi 


(məhkəmə 

aidiyyətinin 

dəyişdirilməsinin  yol  verilməməsi),  63-cü  maddəsi  (təqsir- 

sizlik  prezumpsiyası),  64-cü  maddəsi  (bir  cinayətə  görə  iki 

dəfə  məhkum  etməyə  yol  verilməməsi)  və  65-ci  maddəsi 

(təkrar  müraciət  hüququ)  aiddir.  Bu  hüquqlar  praktikada 

subyektiv  hüquq  kimi  deyil,  həm  də  hüquq  və  azadlıqların 

təminatı  mexanizmində  müxtəlif  prinsiplərin  əksi  kimi 

təzahür  edir.  Məsələn,  məhkəmə  aidiyyəti  məsələsi  əslində 

subyektiv hüquq deyildir (mahiyyətinə görə), çünki bu dövlət 

orqanlarının öz arasında həll olunan məsələdir. Bununla belə, 

bu  hüquq  burada  müdafiə  vasitələrinin  məqsədəmüvafıqliyi 

prinsipinin  əksidir.  Konstitusiyaya  görə,  insan  hüquq  və 

azadlıqları  birbaşa  hüquqi  qüvvədədir.  Bu  müddəa  onu 

bildirir ki, burada əks olunan müd 

— 137 — 



dəaların  qanunvericilikdə  dəqiqləşdirilib-dəqiqləşdirilmə- 

məsindən asılı olmayaraq, hər bir halda şəxs öz hüququnun 

həyata keçirilməsi üçün şərait yaradılmasını tələb edə bilər. 

Bu ondan irəli gəlir ki, konstituision normaların bir hissəsinin 

birbaşa praktikada tətbiq olunması olduqca mürəkkəbdir. Bu 

əsasdan istifadə edib hüquq və azadlıqların realizə edilməsinə 

maneçiliyin  qarşısını  almaq  üçün  Azərbaycan  Respublikası 

Konstitusiyasının  71-ci  maddəsində  insan  hüquq  və 

azadlıqlarının birbaşa qüvvədə olduğu göstərilir. 

Konstitusiyada  həm  də  hüququn  tətbiqi  praktikası  üçün 

insan  hüquq  və  azadlıqlarının  təminatı  məqsədilə  ümumi 

əsaslar, şərtlər müəyyən edilir. Belə ki. Konstitusiyanın heç 

bir norması hüquq və azadlıqların ləğvinə yönəlmiş müddəa 

kimi  təfsir  edilə  bilməz.  Nəzərə  alsaq  ki,  hüququn  tətbiqi 

prosesinin 

mühüm 


mərhələlərindən 

biri 


normanın 

məzmununun  təfsir  vasitəsilə  müəyyənləşdirilmə-  sidir  və 

sonradan  da  elə  bu  təfsirə  uyğun  olaraq  da  norma  tətbiq 

olunur, 


0

  zaman  bu  müddəanın  böyük  əhəmiyyətə  malik 

olduğunu  görərik.  Konstitusiya  həm  də  müəyyən  edir  ki, 

«fiziki və hüquqi şəxslərin vəziyyətini  yaxşılaşdıran, hüquq 

məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ 

hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ 

hüquqi  aktların  qüvvəsi  geriyə  şamil  edilmir»  (149-cu 

maddə).  İnsan  və  vətəndaş  hüquqları  ilə  bağlı  bütün 

mübahisələr  məhz  bu  məqsədlə  yaradılmış  orqanda  - 

məhkəmədə  həll  edilir.  Bu  barədə  Konstitusiyanın  71-ci 

maddəsinin  VII  hissəsində  deyilir:  «İnsan  və  vətəndaş 

hüquqlarının  və  azadlıqlarının  pozulması  ilə  əlaqədar 

mübahisələri məhkəmələr həll edir». 

— 138 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə