Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə42/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   38   39   40   41   42   43   44   45   ...   237

digər  tərəflə  -  hüququ  müdafiə  edənlə  inzibati  münasibətdə 

olur,  iyerarxiya  qaydasında  ona  tabe  olur.  Vətəndaş  bir  icra 

hakimiyyətinin  işçisinin hərəkətindən onun çalışdığı  orqana 

şikayət  edərsə,  bu  halda  dövlət  qulluqçusu  ilə  onun  işinə 

baxan  (şikayət  edilən)  orqan  arasında  tabeçilik  münasibəti 

olur. 


Məhkəmənin  prosessual  müdafiə  vasitələri  hüquq 

pozuntusu ilə birbaşa əlaqədədir və bir çox başqa amillərdən 

asılı  olaraq  fərqli  növlərə  ayrılır.  Konstitusiyanın  125-ci 

maddəsinin  III  hissəsinə  görə,  «məhkəmə  hakimiyyəti 

Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və 

qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir». 

Göründüyü  kimi,  Azərbaycan  Respublikasında  məhkəmə 

hakimiyyəti əsasən üç növ icraatla həyata keçirilir. Bunlardan 

birincisi  Konstitusiya  icraatıdır  ki,  bu  icraat  «Konstitusiya 

Məhkəməsi haqqında» Azərbaycan Respublikası qanunu ilə 

müəyyən  edilmiş  qaydada  həyata  keçirilir.  İkincisi  mülki 

icraatdır. Bu icraatın apaniması, bir qayda olaraq, Azərbaycan 

Respublikasının  Mülki  -  Prosessual  Məcəlləsi  vasitəsi  ilə 

tənzimlənir.  Bu  icraatda  həmçinin  digər  müvafiq  normativ 

hüquqi aktlar da tətbiq edilir. Üçüncüsü isə cinayət mühakimə 

icraatıdır.  Bu  icraat  da,  bir  qayda  olaraq,  Azərbaycan 

Respublikasının Cinayət - Prosessual Məcəlləsi ilə müəyyən 

edilmiş  prosessual  normalar  çərçivəsində  həyata  keçirilir. 

Cinayət prosesində dövlət ittihamçısı, müstəntiq olur, mülki 

prosesdə isə bu subyektlər yoxdur. Konstitusiya icraatında isə 

dövlət orqanları və qeyri-dövlət orqanlan iştirak edir. Burada 

iştirak  edən  tərəflər  öz  mənafelərinin  müdafiəsi  üçün  geniş 

imkanlara  malikdir.  Onlar  sübut  təqdim  edə,  onlann 

tədqiqində  iştirak  edə,  hüquqi  yardım  ala  bilərlər. 

İştirakçılann məhkəmədə çıxış etmək, öz fıkirləri- 

— 130 — 



ni bildirmək və s. hüquqları vardır. Məhkəmə müdafiəsi bir 

sistem  olmaq  etibarilə  bəzi  ölkələrdə  polisistem  kimi  çıxış 

edir.  Yəni  hər  kateqoriyaya  aid  işlər  üçün  və  ya  fərqli  növ 

hüquq  pozuntuları  və  s.  amillərdən  asılı  olaraq,  fərqli 

məhkəmələr  yaradılır.  Belə  ki,  Almaniyada  əmək 

məhkəmələri, maliyyə məhkəmələri, inzibati məhkəmələr və 

s. 

mövcuddur. 



Azərbaycan  Respublikasında  ümumi 

yurisdiksiyalı birinci instansiya rayon (şəhər) məhkəmələrilə 

yanaşı, ağır cinayət işləri üzrə məhkəmə də fəaliyyət göstərir. 

Bir sıra ölkələrdə icra hakimiyyəti orqanla- nnm fəaliyyətində 

baş verən hüquq pozuntulan ilə bağlı xüsusi ədliyyə - inzibati 

ədliyyə  aynca  orqanlar  timsalında  (inzibati  məhkəmələr) 

fəaliyyət  göstərir.  Azərbaycan  Respublikasının  30  iyun 

2009-cu  il  tarixli  İnzibati  Prosessual  Məcəlləsinin  3.1-ci 

maddəsi  də  inzibati  məhkəmələrin  yaradılmasını  nəzərdə 

tutur. Qeyri-prosessual müdafiə vasitələri prosessual müdafiə 

vasitəsi kimi ciddi diferensiasiya olunmamışdır. Adətən, hər 

orqan özünün aşağı orqanlarından verilən şikayətlərə baxır. 

Qeyri-prosessual  müdafiə  vasitələrinin  hamısı  üçün 

ümumi  başlanma  əsası  şikayətdir.  Burada  əsas  məsələlərin 

həlli  dövlət  orqanının  üzərinə  düşür  və  vətəndaş  qanunla 

müəyyən  edilən  müddət  ərzində  aldığı  cavabdan  razı 

qalmadıqda,  məhkəməyə  şikayət  edə  bilər.  Vətəndaşların 

məhkəməyə  və  ya  digər  hakimiyyət  orqanlarına  müraciət 

etmək 

hüququnun 



təminatı, 

ümumiyyətlə, 

bütün 

qanunvericilik  sistemi  ilə  tənzimlənir.  Eyni  zamanda  bu 



hüququn həyata keçirilməsini tənzimləyən konkret qanunlar 

və digər normativ hüquqi aktlar da mövcuddur (məsələn, bu 

qəbildən olan ümumi xarkaterli normalan özündə əks etdirən 

«Vətəndaşlann  müraciətlərinə  baxılması  qaydası  haqqında» 

10 iyun 1997-ci il tarixli Azərbaycan Respub 

— 131 — 



likasının  Qanunu).  Qeyd  etmək  lazımdır  ki,  vətəndaşlar, 

sadəcə, hüquqlarının pozulmasından şikayət vermirlər, dövlət 

orqanlarına başqa məqsədlərlə edilən müraciət və təkliflər də 

qanunla  müəyyən  prosedurdan  keçir  ki,  bu  prosedur  da 

hüquqların təmin olunması qaydasıdır. 

İnsan hüquqlarının xüsusi təşkilati təminat vasitələrindən 

biri  də  Ombudsmandır.  O,  müxtəlif  ölkələrdə  müxtəlif  cür 

adlanır.  (Rusiya  Federasiyasında  insan  hüquqları  üzrə 

müvəkkil, Fransada vasitəçi və s.). Ombudsman insan hüquq 

və  azadlıqlarını  müdafiə  edir,  lakin  o  məhkəmə 

hakimiyyətinə  daxil  deyildir.  Ombudsman  hüquqların 

pozulması ilə bağlı verilən şikayətlərə baxır və lazım gələrsə, 

icraat başlayır, özü material toplanması ilə məşğul olur. Lakin 

bir  qayda  olaraq.  Ombudsman  özü  iş  üzrə  qərar  çıxarmır, 

toplanmış  materialları  aidiyyatı  üzrə  göndərir.  Ombudsman 

təkbaşına və kollegial orqan şəklində fəaliyyət göstərə bilər. 

Məhkəmə  kimi  o  da  müstəqil  orqan  hesab  olunur,  bununla 

yanaşı,  bir  sıra  ölkələrdə  parlament  qarşısında  öz  fəaliyyəti 

ilə bağlı hesabat verir. Azərbaycanda belə qanun 2001-ci ildə 

Milli  Məclisin  payız  sessiyasında  qəbul  olunmuşdur  və 

«Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə 

müvəkkili 

(ombudsman) 

haqqında» 

Azərbaycan 

Respublikasının Konstitusiya Qanunu adlanır. 

Hüquqi  müdafiə  vasitələri  arasında  bir  növ  iyerarxiya 

qaydasında  düzülüş  vardır.  Məsələn,  icra  hakimiyyətinin 

hərəkətlərindən  məhkəməyə  şikayət  etmək  olar.  Bir 

məhkəmənin hərəkətindən daha yuxarı məhkəməyə müraciət 

edilir. Son nəticədə isə Konstitusiya icraatı və Ali Məhkəmə 

və ya hər hansı başqa 

3

diksək instansiya orqanı gəlir. Bütün 



ölkədaxili  vasitələr  bitdikdən  sonra  isə  beynəlxalq  hüquq 

vasitələrindən istifadə etmək olar. Bey 



— 132 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə