Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə45/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   41   42   43   44   45   46   47   48   ...   237

V

 

B O L M Ə  



İNSAN VƏ VƏTƏNDAŞIN HÜQUQ 

VƏ AZADLIQLARI 

I   f ə s i l  



ŞƏXSİ HÜQUQ VƏ AZADLIQLAR 

§ 1. Yaşamaq hüququ 

Yaşamaq hüququ hər bir insanın ən ümdə təbii hüququdur. 

Digər bütün hüquq və azadlıqlar məhz yaşamaq hüququndan 

sonra gəlir. Yaşamaq hüququ insanın mövcudluğu ilə birbaşa 

bağlıdır və onu insana heç kəs vermir. Fərd doğulduğu andan 

onun yaşamaq hüququ əmələ gəlir və ömrünün sonuna qədər 

də bu hüquq ayrılmaz olaraq onunla qalır. Yaşamaq hüququ 

şəxsin  öz  fiziki  və  bioloji  fərdi  mövcudluğu  üçün  heç  bir 

məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsini, insanın bir 

sosial  varlıq  kimi  müxtəlif  maddi  və  mənəvi  nemətlərdən 

bəhrələnməsini  ifadə  edir.  Bu  hüquq,  sadəeə,  insanın 

doğulması  faktı  ilə  ortaya  çıxır.  Hər  hansı  psixobioloji 

çatışmazlığa malik olub-olmamasından, habelə şəxsi-mənəvi 

keyfiyyətlərindən  asılı  olmadan  hər  bir  şəxs  yaşamaq 

hüququna  malikdir.  Müasir  dövrdə  dövlətlərin  üzərinə  həm 

də fərdin layiqli həyat səviyyəsini təmin etmək, yəni yaşamaq 

hüququnu  müəyyən  optimal  səviyyəyə  qaldırmaq  tələbi  də 

qoyulmuşdur,  lakin  bu  heç  də  o  demək  deyildir  ki,  sadəcə 

fərdin  həyatının  toxunulmazlığını  təmin  etməklə  dövlətin 

vəzifəsi  bitmiş  hesab  edilir.  Dövlət  həm  də  fərdin  layiqli 

yaşayış  səviyyəsi  qayğısına  qalmalıdır.  İnsanın  bir  eanlı 

varlıq kimi mövcudluğu anı artıq yaşamaq hüququnun əmələ 

gəlməsi  üçün əsasdır.  Lakin  yaşamaq hüququnun nə zaman 

əmələ gəl 



— 139 — 


məsi  ilə  bağlı  praktikada  və  nəzəriyyədə  müxtəlif  fikirlər 

səsləndirilir.  Məlum  olduğu  kimi,  insan  hələ  ana  bətnində 

olanda  müəyyən  mərhələni  keçdikdən  sonra  canlı  hesab 

olunur. Real həyatda isə hələ canlı kimi doğulmamış, mövcud 

olmayan  uşağın  hüquq  subyektliyi  məsələsi  bir  qədər 

mürəkkəbdir.  Qərb  ölkələrində,  o  cümlədən  ABŞ-  də 

müxtəlif  dini  cərəyanlar  tərəfindən  abort  edilməsinə  qarşı 

təbliğat  aparılır  ki,  bu  cür  dini  cərəyanların  fikrincə,  insan 

hələ ana bətnində olarkən artıq yaşamaq hüququna malikdir 

və  hamiləliyin  süni  üsullarla  yarımçıq  kəsilməsi  başqasını 

həyatdan məhrum etməkdir, yəni abort qanunsuz əməldir və 

qadağan  olunmalıdır.  Hələ  doğulmamış  şəxsin  hüquq 

subyekti hesab olunması və yaşamaq hüququna malik olması 

bəzi  dövlətlərdə  konstitusiya  səviyyəsində  həll  olunur 

(məsələn,  Slovakiya).  ABŞ-nin  bir  sıra  ştatlarında  abort 

qadağandır.  1973-cü  ildə  ABŞ  Ali  Məhkəməsinin  qərarına 

görə, hamiləliyin birinci üç ayı ərzində abort məsələsi həkim 

və qadın tərəfindən müstəqil həll edilməlidir, dördüncü aydan 

başlayaraq  dövlət  ananın  sağlamlığı  ilə  bağlı  özü  göstəriş 

müəyyən  edə  bilər,  yeddinci  aydan  başlayaraq  (dölün  artıq 

canlı  kimi  formalaşdığı  vaxt)  abortun  ananın  sağlamlığına 

xələl gətirəcəyi təsdiq olunarsa, ştat abortu qadağan edə bilər. 

İnsanın  yaşamaq hüququnun nə zaman bitməsi məsələsi 

də  praktik  nöqteyi-nəzərdən  böyük  əhəmiyyətə  malikdir. 

Qeyd  etmək  lazımdır  ki,  yaşamaq  hüququ  hər  hansı  bir 

hüquqi faktdan asılı olmadan mövcud olduğuna görə (təbii və 

ayrılmaz hüquq kimi) onun bitməsi həmişə, bir qayda olaraq

ölüm  faktı  ilə  baş  verir.  Ancaq  ölümün  özü  ilə  bağlı  da 

hüquqda müəyyən məsələlər vardır (məsələn, transplantasiya 

məsələləri).  Bunlardan  birincisi  ölüm  faktının  hansı  anda 

əmələ gəlməsidir. Belə qəbul olunur ki

— 140 — 



beyinin  tam  fəaliyyətdən  düşdüyü  an  artıq  ölüm  faktı  kimi 

qəbul  oluna  bilər.  Lakin  bəzən  beyin  fəaliyyətdən  düşəndə 

belə,  insan  orqanizmində  zəif  də  olsa  digər  orqanlar  öz 

funksiyalanm  yerinə  yetirə  bilir.  Bu  zaman  həkimin  süni 

həyat təmin edən orqanları xəstədən ayırması einayət tərkibi 

yaradan əməl kimi baxıla bilməz, çünki ölüm faktı, sadəcə, 

beyinin  fəaliyyətdən  düşməsi  ilə  artıq  hüquqi  fakt  yaranmış 

olur. 


Şəxsin  özünün  könüllü  olaraq  həyatdan  getməsi 

imkanının olub-olmaması məsələsi də yaşamaq hüququ üçün 

əhəmiyyətə  malikdir  (evtanaziya  hüququ).  Hal-hazırda  ev- 

tanaziya  hüququn  ən  aktual  problemlərindən  biridir. 

Evtanaziya sağalmaq imkanı olmayan xəstənin öz arzusu ilə 

həyatdan  getməsini  nəzərdə  tutur.  Artıq  bir  sıra  ölkələrdə 

evtanaziya  leqallaşdırılmışdır  (Hollandiya,  Avstraliyanın 

bəzi şatatları). ABŞ və Böyük Britaniyada isə evtanaziya ilə 

bağlı  bir  neçə  məhkəmə  prosesi  olmuşdur.  Evtanaziya-  nm 

tərəfdarlan öz fikirlərini belə əsaslandırırlar ki, sağalacağına 

ümid  olmayan  şəxsin  artıq  əzab  çəkməsinə  şərait  yaratmaq 

lazım deyildir və ona özü istədiyi təqdirdə həyatdan getmək 

imkanı verilməlidir. Əks fikrin tərəfdarları isə fikirlərini belə 

əsaslandırırlar ki, həyat insanın özü tərəfindən yaradılmayıb 

və  insan  özü  ondan  imtina  edə  bilməz.  Bundan  başqa, 

evtanaziyanm  leqallaşdırılması  ondan  sui-istifadə  hallarını 

artıra  bilər  və  ölümcül  xəstənin  qaldığı  müddət  ərzində 

müalicə üsulunun tapılması da istisna olunmur. 

Evtanaziya məsələsinə münasibət Azərbaycanda 1997- ci 

il  iyunun  26-da  qəbul  olunmuş  «Əhalinin  sağlamlığının 

qorunması 

haqqında» 

Azərbaycan 

Respublikasının 

Qanununda  bildirilmişdir.  Bu  Qanunun  38-ci  maddəsi  ilə 

evta- naziyaya anlayış verilməklə yanaşı, belə tibbi əməliyyat 



— 141 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə