Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə41/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   37   38   39   40   41   42   43   44   ...   237

2)

 

icra  hakimiyyəti  orqanları  vasitəsilə  müdafiə 



mexanizmi; 

3)

 



beynəlxalq təşkilatlar vasitəsilə müdafiə mexanizmi. 

Bundan 


başqa, 

müdafiə 


vasitələri 

özünün 


xüsusiyyətlərinə görə prosessual və qeyri-prosessual müdafiə 

vasitələrinə  bölünür.  Hüquqla  əlaqəsinə  görə  müdafiə 

vasitələri  təşkilati  və  təşkilati-hüquqi  müdafiə  vasitələrinə 

ayrılır.  Bu  cür  bölgü,  nəzərə  almaq  lazımdır  ki,  şərtidir  və 

praktikada bəzən bir hüququn müdafiəsi üçün paralel olaraq 

bir neçə üsuldan istifadə olunur. Eyni zamanda bu vasitələr 

birgə  mövcuddur  və  onları  kəskin  şəkildə  bir-birindən 

ayırmaq  qeyri-mümkündür.  Hüquqda  bütün  bu  təminatlar 

prinsip  şəklində,  ayrı-ayrı  hüquqlar  şəklində  dövlət 

orqanlarının hüquqi statusunda vəzifələr şəklində, bir sözlə, 

ən müxtəlif formalı hüquq normaları şəklində təzahür edir. 

Məhkəmə vasitəsilə müdafiə mexanizmi ən əsas müdafiə 

mexanizmidir.  Bu  da  ondan  irəli  gəlir  ki,  məhkəmənin 

birbaşa  təyinatı  insan  hüquqlarının  müdafiəsidir.  Məhkəmə 

müdafiəsi  cəmiyyətdəki  sosial  mübahisələri,  münaqişələri 

həll etmək üçün əsas üsuldur. 

İcra  hakimiyyəti  orqanları  vasitəsilə  müdafiə  məhkəmə 

müdafiəsi qədər vacib olsa da, o, məhkəmə müdafiəsinə görə 

ikincidir.  İcra  hakimiyyəti  tərəfindən  törədilən  qanun 

pozuntularından  məhkəmə  vasitəsilə  müdafiə  olunmaq  olar, 

lakin  əksinə,  icra  hakimiyyəti  tərəfindən  törədilən  qanun 

pozuntularından  elə  icra  hakimiyyəti  orqanları  vasitəsilə 

müdafiə  olunma  istənilən  səmərəni  vermir.  Bu,  məhkəmə 

hakimiyyətinin 

müstəqilliyinə 

zidd 


olmaqla 

onun 


səlahiyyətlərinə müdaxilə hesab olunardı. Lakin Azərbaycan 

Respublikası Konstitusiyasının 71-ci  maddəsinə  görə,  insan 

hüquq və azadlıqlarını gözləmək və qo 

— 127 — 



rumaq icra hakimiyyəti orqanının borcudur. İcra hakimiyyəti 

orqanlarının  əsas  vəzifəsi  dövlət  idarəetməsini  həyata 

keçirməkdir  və  onlar  öz  fəaliyyətlərində  hüquq  və 

azadlıqların  pozulmamasmm  qayğısına  qalmalıdırlar. 

Konstitusiyasının  71-ci  maddəsinin  onuncu  hissəsində 

nəzərdə  tutulur  ki,  dövlət  orqanları  yalniz  bu  Konstitusiya 

əsasında,  qanunla  müəyyən  edilmiş  qaydada  və  hüdudlarda 

fəaliyyət göstərə bilərlər. 

Beynəlxalq  təşkilatlar  vasitəsilə  müdafiə  beynəlxalq 

hüququn  ən  böyük  nailiyyətlərindəndir.  Əvvələr  belə  hesab 

edilirdi  ki,  insan  hüquqları  məsələsi  dövlətin  daxili 

məsələsidir və bu hüquqların müdafiəsinə beynəlxalq hüquq 

müdaxilə  edə  bilməz.  Lakin  insan  hüquqları  probleminin 

qloballaşması  ilə  bu  hüquqların  müdafiəsi  də  dövlət 

inhisarından  çıxmağa  başladı.  Bu  gün  insan  hüquqlarının 

müdafiəsi  ilə  çoxsaylı  beynəlxalq  təşkilatlar  məşğul  olur. 

Beynəlxalq müdafiə bir növ dövlətdaxili müdafiə tədbirlərinə 

alternativdir  və  insana  imkan  verir  ki,  dövlət  daxilində 

müdafiədən  razı  qalmadıqda,  beynəlxalq  hüquq  vasitəsilə 

müdafiə  olunsun.  Beynəlxalq  hüquq  vasitəsilə  hüquqların 

müdafiəsi  ən  müxtəlif  təşkilati  formalara  malikdir.  Buraya 

məhkəmə  orqanlarından  tutmuş,  məhkəmə  orqanı  hesab 

olunmayan,  lakin  insan  hüquqlarının  müdafiəsi  ilə  məşğul 

olan müxtəlif orqanlar daxildir (komitələr və s). Beynəlxalq 

müdafiə heç bir dövlətin yurisdiksi- yası altında deyildir. 

Prosessual  müdafiə  vasitələri  əsasən  məhkəmələr 

tərəfindən  istifadə  olunur.  Qeyri-prosessual  müdafiə 

vasitələri isə icra hakimiyyəti orqanlarının fəaliyyətində geniş 

tətbiq  olunur.  Onlar  arasında  əsas  fərqlər  bunlardır:  1) 

prosessual  müdafiə  vasitələri  son  dərəcə  dəqiqdir,  qanunla 

hərtərəfli tənzimlənir və nisbətən dəyişməzdir, sabit 

— 128 — 



dir.  Bu  qaydalar  ancaq  prossesul  qanunvericiliklə 

müəyyənləşdirilir.  Bunun  əksinə  olaraq,  qeyri-prosessual 

müdafiə  vasitələri  nisbətən  qeyri-dəqiqdir,  daha  dinamikdir 

və çoxsaylı normativ hüquqi aktlar, bir qayda olaraq, maddi 

hüquq  nonualan  vasitəsilə  də  müəyyənləşir;  2)  prosessual 

müdafiə  vasitələri  daha  geniş  imkanlara  (sübu-  tetmə 

vasitələri  daha  çoxdur)  malikdir  və  nisbətən  uzun 

müddətlidir,  bir-birindən  kəskin  fərqlənən  mərhələlərə 

bölünür (burada proses mərhələlər şəklində realizə olunur və 

bir  mərhələnin  nəticələri  digərini  müəyyən  edir). 

Qeyri-prosessual 

müdafiə 


vasitələri 

azimkanlıdır, 

qısamüddətlidir. Burada dəqiq mərhələlər fərqləndirilmir; 3) 

prosessual  müdafiə  vasitələri  şəxsə  öz  hüquqlarını  bir  neçə 

dəfə  müdafiə  imkanı  verir  (alternativ  imkanlıdır)  və  şəxs 

nəticələrdən  razı  qalmadıqda,  hər  şey  proses  daxilində  həll 

edilir, yəni şəxs daha yuxarı məhkəməyə şikayət edə bilər və 

burada  da  müvafiq  prosessual  qaydaların  tətbiqi  baş  verir. 

Qeyri-prosessual  müdafiə  vasitələrində,  adətən,  bir  neçə 

uğursuz cəhddən sonra şəxs kənar müdafiə vasitəsindən - bu 

halda  prosessual  müdafiə  vasitəsindən  istifadə  edə  bilər;  4) 

qeyri-prosessual 

müdafiə 

vasitələrindən 

prosessual 

vasitələrlə  müdafiə  olunmaq  olar,  lakin  prosessual  müdafiə 

vasitələrindən  qeyri-prosessual vasitələrlə  müdafiə olunmaq 

olmaz.  İcra  hakimiyyətinin  hərəkətlərindən  məhkəmədə 

müdafiə  olunmaq  olar,  lakin  məhkəmənin  hərəkətlərindən 

icra hakimiyyətində deyil, yalnız yuxarı məhkəmədə müdafiə 

olunmaq olar; 5) prosessual müdafiə vasitələrində tərəflərin 

iyerarxiya  münasibətləri  yoxdur.  Müdafiə  olunan  şəxslə 

hüquq  pozan  şəxs  məhkəməyə  münasibətdə  eynidir  və 

onların  heç  biri  məhkəməyə  idarəçilik  qaydasında  tabe 

deyildir.  Qeyri-prosessual  müdafiə  vasitələrində  isə,  adətən, 

bir tərəf hüquq pozan 



— 129 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə