Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə47/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   43   44   45   46   47   48   49   50   ...   237

səbəb olan ən əsas amillərdəndir. Faktiki bərabərsizlik ölkədə 

ümumi  daxili  məhsulun  fərdlər  arasında  qeyri-bərabər 

paylanmasını, iqtisadi gücə malik və hətta dövlətin özü üçün 

belə  təhlükəli  olan  azlığın  yaranması  deməkdir.  Faktiki 

bərabərsizlik  tarix  boyu  inqlabları  stimullaşdıran  ən  əsas 

amillərdən  biri  olmuşdur.  Odur  ki,  dövlət  ən  müxtəlif 

vasitələrlə (vergi qanunvericiliyi, sosial qanun- vercilik və s.) 

faktiki bərabərsizliyin təhlükəli həddə qədər artmasına imkan 

vermir və onu nəzarətdə saxlamağa çalışır. 

Bərabərlik  hüququ  öz  əksini  «İnsan  hüquqları  haqqında 

Ümumi  Bəyannamə»nin  7-ci  maddəsində  də  tapmışdır. 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  bərabərlik 

hüququ  25-ci  maddədə  müəyyən  edilmişdir.  Burada,  hər 

şeydən  öncə,  göstərilir  ki,  hamı  qanun  və  məhkəmə 

qarşısında  bərabərdir.  Qanun  insanlararası  münasibətləri 

nizamlayır, məhkəmə isə sosial münaqişələri həll edir. Qanun 

qarşısında bərabərlik onların faktiki və digər vəziyyətlərinin 

qanun  tərəfindən  nəzərə  ahnmayacağmı  ifadə  edir.  Çünki 

qanun  hamı  üçün  verilir  və  hər  kəs  qanuna  eyni  dərəcədə 

əməl etməlidir. Dövlət orqanları qismində burada təsadüfən 

məhkəmə  seçilməmişdir.  Məhkəmə  hamıya  eyni  gözlə 

baxmalıdır, çünki o, ədalət mühakiməsi ilə məşğuldur. 

Dövlətə  münasibətdə  bəarbərlik  məhkəmə  və  qanuna 

münasibətlə  müəyyən  edilirsə,  insanlar  arasında  bərabərlik 

cinslər  arası  münasibət  hesabına  müəyyənləşdirilir.  Bu  da 

təsadüfi deyildir. Əsrlər boyu sosial bərabərsizliyin ən kəskin 

təzahürü  məhz  kişi-qadın  bərabərsizliyi  olmuşdur.  İndinin 

özündə belə bir çox ölkələrdə bu bərabərsizlik qalmaqdadır. 

Kişi-qadın  bərabərsizliyi  əmlak  və  s.  iqtisadi  məsələlərə 

deyil, birbaşa əxlaqa və kişi ilə qadının ta 



— 145 — 


rixən cəmiyyətdə yerinə yetirdiyi funksiyalara söykəndiyinə 

görə, demək olar ki, universal olmuşdur. Lakin istər- istəməz 

sual  yaranır:  hər  cür  amilin  insanlararası  münasibətlərdə 

nəzərə alınması bərabərsizlik deməkdirmi? Bəzən əksinə ola 

bilməzmi?  Axı  bir  sıra  faktorların  nəzərə  alınmaması  özü 

artıq  bərabərsizlikdir.  Odur  ki,  Azərbaycan  Respublikası 

Konstitusiyasının  25-ci  maddəsinin  III  hissəsində  qarşılıqlı 

münasibətlərdə nəzərə alınması bərabərsizlik hesab olunacaq 

amillərin  qısa  siyahısı  verilir.  Buraya  irq,  milliyyət,  din, 

qulluq  mövqeyi,  əqidə,  sosial  birliklərə  mənsubluq,  əmlak 

vəziyyəti aiddir. Göründüyü kimi, bu amillərin, demək olar 

ki,  hamısı  sosial  faktorlardır.  Bu  da  təsadüfi  deyil,  çünki 

məhz  sosial  vəziyyət  və  ya  sosial  məsələlərə  münasibət 

hüquq  və  azadhqlann  məhdudlaşdmlması  üçün  əsas  olur. 

Lakin buraya bir çox obyektiv amillər də aiddir (dil, cins və 

s.). Bu amillər keçən əsrdə insanların arasında bərabərsizliyə 

səbəb olmuş ən əsas amillərdir. 

Əsrlər  boyu  əmlak  vəziyyəti  insanlann  cəmiyyətdə 

mövqeyini  müəyyən  etmişdir.  Qadınlar,  sadəcə,  qadın  ol- 

duqlanna  görə  seçki  hüququna  malik  olmamışlar.  Türklər, 

sadəcə,  türk  olduqlarına  görə  ermənilər  tərəfindən 

soyqırımına  məruz  qalmış,  deportasiya  edilmişlər.  Lakin 

bərabərsizliyi  hüquq  və  azadhqlann  diferensiasiyası  ilə 

qarışdırmaq olmaz. Hüquq və azadhqlann diferensiasiyası elə 

amillərə  görə  aparılır  ki,  onlar  artıq  hüquqi  nizamasalmaya 

müstəqil təsir edir. Odur ki, hüquqi problemin optimal həlli 

üçün  onlann  yaratdığı  fərqlər  mütləq  nəzərə  alınmalıdır. 

Hüquqi diferensiasiya eyni bir məsələyə həmin amillərə görə 

ayn-ayn  subyektlərin  mənafeyi  naminə  fərqli  yanaşma 

nəzərdə tutur. Hüquq və azadhqlann bu  cür  diferensiasiyası 

əslində bərabərlik hüququnun təmin 

— 146 — 



edilməsi  üçün  zəruridir.  Bu  xüsusilə  də  əmək  və  ailə 

qanunvericiliyində hiss olunur. Bu qanunvericilik sahələrində 

uşaq  və  qadın  orqanizminin  xüsusiyyətləri  nəzərə  alınır  və 

onlara  güzəştlər  müəyyən  edilir.  Bu  xüsusiyyətlər  nəzərə 

alınmadan  qadın  və  uşaqlara  da  kişi  orqanizminin  dözə 

biləcəyi  normalar  şamil  edilsəydi,  bu  ədalətsizlik  olardı  və 

qadınların  və  uşaqlann  hüququnun  pozulmasına  gətirib 

çıxarardı. Bundan başqa, bir çox obyektiv səbəblər üzündən 

əcnəbilər  və  vətəndaşlar  arasında  fərq  qoyulur.  Bu  fərqlər 

əcnəbi  və  vətəndaşın  mahiyyətindən  doğur  və  bərabərsizlik 

kimi  qəbul  edilə  bilməz.  Məsələn,  əcnəbilərin  Azərbaycan 

Respublikasında  siyasi  fəaliyyətinə  qadağa  qoyulması 

bərabəsizlik  kimi  səciyyələndirilə  bilməz,  çünki  siyasi 

fəaliyyətdə  iştirak  dövlətlə  əlaqələri  ifadə  edir  və  burada 

əcnəbi ilə ölkə vətəndaşı arasında fərq qoyulmaması faktiki 

olaraq  onlann  arasındakı  fərqin  silinməsi  demək  olardı. 

Burada  bərabəsizlikdən  o  zaman  söhbət  gedə  bilər  ki,  bir 

dövlətin  vətəndaşlarına  digər  dövlətin  vətəndaşlarına 

nisbətən  Azərbaycan  Respublikası  ərazisində  daha  geniş 

imkanlar  verilsin.  Azərbaycan  Respublikasının  mövcud 

qanunvericiliyində əcnəbilərə onların mənsub olduğu dövlətə 

görə  hər  hansı üstün hüquqlar  müəyyən edilməmişdir. Eyni 

zamanda  onlara  Azərbaycan  Respublikası  vətəndaşlarının 

malik  olduqlan  hüquqlardan  üstün  hüquqlar  verilməmişdir. 

Məsələn, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü 

maddəsinin  3-cü  hissəsinə  görə,  əmək  münasibətləri 

sahəsində  Azərbaycan  Respublikasının  vətəndaşlanna 

nisbətən  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  daha 

üstün hüquqların müəyyən edilməsi yolverilməzdir. 

Azərbaycan Respublikası Konstitusiyasının ayn-ayn 

müddəalannm məzmun etibarilə zənginləşməsinə xidmət 

— 147 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə