Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə57/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   53   54   55   56   57   58   59   60   ...   237

də dilin müstəsna əhəmiyyəti vardır. Çünki insan aid olduğu 

etnosun  mədəni-mənəvi  dəyərlərini  məhz  dil  vasitəsilə 

mənimsəyir  və  dil  həmin  etnosun  psixologiyasını  şəxsə 

ötürən əsas vasitədir. Odur ki, bir başqa dildə danışıb özünü 

tamam  başqa  etnosa  aid  edən  və  özünü  aid  etdiyi  etnosun 

dilini  bilməyən  insanlarda  (azərbaycanca  bilməyən,  lakin 

özünü  azərbaycalı  sayan  şəxslərdə)  milli  şüur  adətən  zəif 

olur.  Belə  insanlar  artıq  qismən  assimilyasiya  olunmuşdur. 

Təsadüfi  deyil  ki,  bir  milləti  əritmək,  aradan  götürmək 

istəyəndə ilk növbədə onun öz dilini əlindən alırlar. Çünki dil 

milli  şüuru  əsrdən  əsrə  ötürən  və  millətin  bütövlüyünü 

saxlayan ən əsas vasitədir. Ana dili anlayışı qanunvericilikdə 

açıqlanmır. Ana dili insanın tərbiyə aldığı və özü üçün əsas 

ünsiyyət  vasitəsi  hesab  etdiyi  dildir.  Konstitusiyada 

müəyyənləşdirilir  ki,  insan  istədiyi  dildə  tərbiyə  ala, 

yaradıcılıqla məşğul ola bilər. Bu da ondan irəli gəlir ki, çox 

vaxt həyatda insanın tərbiyə aldığı dil təhsil aldığı dillə və ya 

yaradıcılıq  üçün  istifadə  etdiyi  dillə  üst-üstə  düşür.  Tərbiyə 

dili, adətən, fərdin ilkin olaraq mənimsədiyi dildir. Bu dildə 

fərd  ilkin  vərdişləri  mənimsəyir.  Təhsil  dili  fərdin  oxuduğu 

dildir. Yaradıcılıq dili isə şəxsin öz elmi-bədii fəaliyyətində 

istifadə  etdiyi  dildir.  İnsan  istədiyi  dildə  danışa  bilər.  Dil 

əlaməti əsasında hüquqların məhdudlaşdırıl- masma qəti yol 

verilmir.  Şəxsin  dövlət  dilini  bilmədiyi  təqdirdə  onun  üçün 

dövlət orqanlarında ünsiyyət zamanı (xüsusilə də cinayət və 

mülki  prosesdə)  tərcüməçi  xidməti  təmin  edilməlidir. 

Azərbaycan Respublikası kimi çoxmillətli bir dövlətdə milli 

dil və milli mənsubiyyət hüququ xüsusilə böyük əhəmiyyətə 

malikdir. 

— 176 — 



§ 8. Nikah hüququ 

Nikah  hüququ  insanların  təbii  hüququdur.  Nikah, 

insanların  ailə  qurmaq məqsədilə  müvafiq  dövlət  orqanında 

qeydə alman könüllü ittifaqıdır. Nikah iki şəxs arasında əmələ 

gələcək  ailə,  məişət,  mülki  və  digər  münasibətlərin 

rəsmiləşdirilmə  formasıdır  və  sonradan  bu  münasibətlərdən 

törənən  nəticələrin  dövlət  üçün  hüquqi  fakt  kimi  qəbul 

olunmasına  səbəb  olur.  Nikahla  bağlı  iki  əsas  fikir 

mövcuddur. Birinci fikrə  görə,  nikah  müqavilə  hesab  oluna 

bilməz.  O,  adətən,  ömürlük  bağlanılır,  şəxsi  münsibətlərə 

söykənir  və  insanlararası  münasibətlərin  xüsusi  formasını 

nəzərdə  tutur.  Ona  görə  də  nikaha  müqavilə  anlayışı  şamil 

edilə bilməz və nikahdan yaranan məsələlər də öhdəlik rejimi 

ilə  əlaqələndirilməməlidir.  Nikah  iqtisadi  məzmundan 

məhrumdur.  İkinci  fikrə  görə,  nikah  müqavilələrin  xüsusi 

növüdür, çünki insanlararası razılıqdan irəli gəlir. Buna görə 

də nikaha müqavilə-öhdəlik anlayışları şamil edilə bilər. Bu 

fikrin tərəfdarları nikahın iqtisadi məzmuna malik olduğunu 

iddia  edirlər.  Hal-hazırda  müxtəlif  ölkələrdə  fərqli  fikirlər 

əsasında  qanunvericilik  aktları  qəbul  olunur.  Birinci  fikir 

(klassik  nikah)  nikahdaxili  münasbətlərin  nə  iləsə 

əvəzlənməsinə  imkan  vermir.  Burada  bütün  nikahdaxili 

münasibətlər  tərəflərin  özləri  arasında  qeyri-formal  şəkildə 

həll  olunur  (dövlətin  müdaxilə  etmədiyi  sahə).  İkinci  fikir 

(müqavilə  nikahı)  qəbul  olunan  dövlətlərdə  tərəflər 

nikahdaxili məsələləri formal-müqavilə əsasında həll edirlər 

və  bu  zaman  belə  müqavilələri  də  digər  müqavilələr  kimi 

dövlət  mühafizə  etməlidir.  Əslində  isə  hər  iki  növ  üzrə 

bağlanmış  nikah  münasibətləri  dövlət  tərəfindən  mühafizə 

olunur. Ərlə arvad arasında yaranan hər bir mübahisə on 



— 177 — 


lardan  birinin  təşəbbüsü  ilə  məhkəmələrdə  araşdırılır  və 

zəruri  hallarda  qanunun  göstərişlərinə  müvafiq  olaraq 

qərarlar qəbul edilir. Doğrudur, ərlə arvadın arasında yaranan 

əmlak  mübahisələrinin  həlli  məhkəmə  təcrübəsində  çox 

mürəkkəb  nüanslar  doğurur,  sübutların  toplanması  bəzən 

hətta  mümkün  olmur.  Nikah  mübahisələrinin  həlli  zamanı 

ərlə arvadın arasında bağlanmış yazılı müqavilə mübahisənin 

araşdırılmasını asanlaşdırmış olardı. Lakin bu heç də o demək 

deyildir  ki,  nikah  müqavilə  əsasında  bağlanmayıbsa,  dövlət 

onu tənzimləməməlidir, müdafiə etməməlidir. 

Azərbaycan  Respublikasında  nikah  klassik  nikah 

anlayışına söykənir. Bununla belə, müqavilə bağlamağa icazə 

verilir.  Lakin  bu  müqavilənin  məzmunu  bir  çox  qərb 

dövlətlərindən  fərqli  olaraq,  ancaq  əmlak  münasibətləri  ilə 

bağlı ola bilər və şəxsi münasibətələrin müqavilədə nəzərdə 

tutulmasına qanun yol vermir. 

Bir sosial institut kimi nikah qədim tarixə malikdir və hər 

bir xalqın dini, dünyagörüşü ilə sıx bağlıdır. Nikahın dövlət 

tərəfindən nizamlanması onunla əlaqədardır ki, dövlət ailəni 

himayə edir və nikah da ailənin əmələ gəlmə əsasıdır. Nikah 

mütləq  müəyyən  yaşla  şərtlənir.  Bu  yaş  həddinin  nəzərə 

alınması  obyektiv  tələbdir  və  onun  qanunvericilikdə  əks 

olunması  da  bundan  irəli  gəlir.  Nikah  yaşı  insanların 

psixofızioloji  baxımdan  yetkinləşdiyi  və  ailə  münasibətləri 

üçün  hazır  olduqları  dövrü  ifadə  edir.  Bu  yaşa  çatmadan 

bağlanan nikah etibarsız sayılır, çünki nikah bu halda nəzərdə 

tutulmuş  təyinatını  ödəmir.  Nikah  yaşı  kişilər  üçün  18, 

qadınlar üçün 17-dir.  Ailə həyatı  quran şəxslərin ərizəsi  ilə 

müvafiq orqan bu yaşı bir il də azalda bilər. 

— 178 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə