cə baxılmasını müəyyən edir, bütün hüquq sistemində onun
mövqeyini əsaslandınr. Prinsiplər bir növ hüquqda
dünyagörüşünün əsaslarını təşkil edən hər bir şeyin əvvəlinin
və sonunun gedib çıxdığı dəyərləri özündə ifadə edir.
İstənilən hüquqi müddəa prinsiplər vasitəsilə əsaslandmhr,
hər bir hüquq norması prinsiplər nəzərə alınmaqla təfsir
edilir. Hüquq prinsipləri hüququn mahiyyətini, onun təbiətini
yığcam formada ifadə edən əsas, başlanğıc müddəalardır.
Prinsiplər bir növ istənilən hüquq institutunun bazasını təşkil
edir və sahədaxili bütün normalar bu prinsiplərə uyğun
gəlməlidir. Prinsiplər hüququn əsaslandığı nəzəriyyələrin
pozitiv ifadə formasıdır. Hər bir müddəa və ya fikir hüquqi
prinsip ola bilməz. Bunun üçün o, dəqiq və yığcam for- mulə
edilməli və hüquq norması şəklində pozitiv hüquqda əks
olunmalıdır. Yalnız obyektiv hüquqa çevrilən, hüquq
mənbələrində əks olunan müddəalar prinsip adlana bilər.
Hüququn prinsipləri müvafiq elmi nəzəriyyə və fikirlərin
hüquqda realizə edilməsinin təzahürüdür. Uzun illərdən bəri
praktikada formalaşan və əsaslandırılan nəzəriyyə bütöv
halda, özünün xırdahqlan və hüquq üçün əhəmiyyəti olmayan
tərəfləri ilə hüquqa gətirilə bilməz. Hüququn qəbul etdiyi hər
fikri mənimsəmə forması hüquqi prinsipdir. Məsələn,
hakimiyyət bölgüsü nəzəriyyəsi qanunvericilikdə əks
olunmaq üçün prinsipə çevrilməliydi. Bunun üçün o, əsrlər
uzunu mütəfəkkirlərin düşüncə süzgəcindən keçmiş və
nəhayət, bu nəzəriyyənin ən əsas, ümdə fikirləri yığcam
formulalar şəklində qurulub normativ aktlarda təsbit olunmuş
- prinsipə çevrilmişdir. Prinsip adi həyatda olan nəzəriyyədən
həm də onunla fərqlənir ki, hüquqda onun əsaslı və sistem
kimi realizə edilmə mexanizmi olmalıdır. Belə mexanizmi
olmayan müddəa, sadəcə, fıksiyadır. Hakimiyyət bölgüsü
nəzəriyyəsi qədim zamanlarda da möv
— 121 —
cud olmuşdur. Lakin yarandığı dövrlərdən Monteskyenin
nəzəriyyəsi də qismən daxil olmaqla, sosial əsaslara
söykənən bu nəzəriyyə (hakimiyyətin ayrı-ayn sosial
təbəqələr arasında bölgüsü) yalnız o zaman hüquq üçün
optimal nəzəriyyə halına gəldi ki, onun qurulması əsaslan
sosial müstəvidən təşkilati müstəviyə keçdi (hakimiyyətin
sosial təbəqələr arasında bölünməsi ilə deyil, özünün
daxildən təşkilatlanması ilə fərqli struktur vahidləri arasında
funksi- yalann bölgüsü). Bununla belə, hakimiyyət bölgüsü
nəzəriyyəsi bir prinsip kimi sözün həqiqi mənasında ABŞ
Konstitusiyasında formalaşdı. Çünki bu Konstitusiyada o
həm də özünün realizə mexanizmini - çəkindirmə və
tarazlaşdırma mexanizmini əldə etdi.
İnsan hüquqlan və azadlıqları da beləcə ziddiyyətli
fikirlərdən,
mütəfəkkirlər
arasındakı
düşüncə
müharibəsindən keçib bir nəzəriyyə kimi formalaşmış, daha
sonra isə konstitusiyada əks olunmaq üçün özünün
bünövrəsini - prinsiplərini əldə etmişdir. Bu prinsiplər,
yarandığı dövrdən indiyə qədər demək olar ki, əsaslı
dəyişikliklər olmadan saxlanmışdır. Bu prinsiplərin əsaslan
C.Lokkun, Ş.L.Montesk- yenin, H.Hrotsinin, J.J.Russonun
və digər mütəffəkirlərin (maarifçilərin və s.) əsərlərində
qoyulmuş, sonrakı mütəfəkkirlər tərəfindən isə inkişaf
etdirilmişdir. Hələ formalaşdığı dövrdən artıq pozitiv hüquqa
keçməyə başlayan bu prinsiplər həm də pozitiv hüquqda
inkişaf etmiş, cilalanmışdır. Son nəticədə isə bu ona gətirib
çıxarmışdır ki, müasir dövrdə insan hüquqlan ilə bağlı
beynəlxalq hüquqi müqavilələr kompleksi yaranmışdır.
1215-ci ildə İngiltərədə «Böyük Azadlıqlar Xartiyası» qəbul
olundu. Sonralar insan hüquq və azadhqlanmn əsas
prinsipləri 1776-ci il «Amerika Birləşmiş Ştatlanmn
İstiqlaliyyət Bəyannaməsi»ndə, 1689-cu il «İnsan hüquqlan
haqqında Bill»də, 1789-cu il
— 122 —
Fransa «İnsan və vətəndaş hüquqlan haqqında Bəyanna-
mə»də və s. aktlarda əks olundu.
Bu prinsiplər aşağıdakılardır:
1)
bütün insanların bərabər hüquqlu və azad doğulması;
2)
hüquqların toxunimazlığı və ayrılmazlığı;
3)
hüquqa zidd olmayan və başqalarına zərər yetirməyən
hər şeyi etmək imkanının olması (azadlıq);
4)
hüquq və azadlıqların təminatı.
İnsanların hüquqları təbiidir, yəni onlar insanın bir sosial
varlıq kimi mövcudluğundan yaranır. Sosial varlıq kimi insan
özü kimilərin yaşadığı cəmiyyətdə başqalanna hamı
tərəfindən qəbul olunmuş münasibətini müəyyən etməlidir ki,
bu da hüquqdur. Buradan göründüyü kimi, hüquq zərurətdir.
Hüququ, sadəcə olaraq, insan kimi mövcud olma faktı yaradır
və onu nə dövlət, nə də bir başqa subyekt insandan ala bilməz,
çünki hüququ insana o verməmişdir. Hüquq başqalarına qarşı
sənin münasibətini müəyyən etdiyi kimi, başqalarının da sənə
qarşı münasibətini müəyyən edir və sənin, o cümlədən
başqalarının azadlığının əsasını təşkil edir. Hüquq insanın
mövcudluğundan doğduğuna görə onun insandan alınması
qeyri- mümkündür. Fərdin insan kimi ləyaqətli yaşayışı onun
hüquq və azadlıqlarının vəziyyətindən asılıdır. Odur ki,
hüquq və azadlıqlar toxunulmazdır. Bu aksiom cəmiyyətin
birgəyaşayışının əsasını təşkil edir. Toxunulmazlıq hüquq və
azadlıqlara hər hansı başqa subyektin qəsd edə
bilməyəcəyini, qəsd edə biləcəyi halda isə buna qarşı tədbir
görüləcəyini ifadə edir.
Hüququn ayrılmazlığı onun toxunulmazlığı ilə birbaşa
bağlıdır. Fərdin hüqununun toxunulmazlığı həm də onun
ayrılmazlığının əsası kimi çıxış edir. Hüquqla hamıya bə
— 123 —
Dostları ilə paylaş: |