raqlı olmasını şərtləndirir. Sabit cəmiyyətdə sabit də dövlət
olur. Yüksək səviyyəli insanların cəmiyyəti daha demokratik
olur. Dövlətin inkişafı cəmiyyətin, cəmiyyətin inkişafı isə
şəxsiyyətin, dövlətin inkişafını şərtləndirir. Bu gün şəxsiyyət
və dövlət bir-birindən asılıdırlar. Aydındır ki, yalnız sərbəst,
öz imkanlarını tam realizə edən şəxsiyyət dövlət və cəmiyyət
üçün səmərəli iş görə bilər. Dövlət bunda maraqlıdır, çünki
şəxsiyyətin inkişafı son nəticədə dövlətin inkişafı deməkdir.
Lakin dövlətlə şəxsiyyətin əlaqələri bugünkü səviyyəyə
birdən-birə gəlib çatmamışdır. Tarix boyu dövlət, şəxsiyyət
və
cəmiyyət
arasındakı
münasibətlər
inqilablarla,
ziddiyyətlərlə müşahidə olunmuşdur. Totalitar dövlətlərdə
indi də dövlət şəxsiyyətin həyatına hərtərəfli nəzarət edir,
istədiyi an müdaxilə edir və şəxsiyyət ondan asılıdır. Məhz bu
cür ziddiyyətlər siyasi-hüquqi fikirlərin inkişafında hər kəsin
dövlət özbaşınalığına, müstəbidliyə qarşı üsyan qaldırmaq
hüququnun tanınmasına gətirib çıxarmışdır.
Tarixi inkişafın gedişində dövlətlə şəxsiyyətin,
cəmiyyətin bir-birindən ayrılması da tədrici proses olub, uzun
yol keçmişdir. Məhz intibah dövrü şəxsiyyətin müstəqil-
ləşməsində, onun azadlıq qazanmasında əsaslı rol
oynamışdır. Hazırkı dövrdə dövlət və şəxsiyyət arasındakı
münasibətlər vətəndaşlıq üzərində qurulur. Vətəndaş
olmayanlar da şəxsiyyət kimi müəyyən hüquq və vəzifələrə
malik olurlar. Bu da şəxsiyyətin hər yerdə əsas subyekt kimi
tanınmasından irəli gəlir. Şəxsiyyətin tam müstəqil-
ləşməsinə qədər insanla dövlət arasındakı münasibətlər
bilavasitə hüquqa deyil, dövrünə uyğun olaraq insanın
cəmiyyətdə tutduğu yerə, sinfi bölgüyə əsaslanırdı. Orta
əsrlərdə təbəəçilik anlayışı var idi. Təbəə olan şəxsdən şəxsən
krala sədaqət tələb olunurdu. Onların dövlət qar
— 115 —
şısında vəzifələri olsa da, dövlətin onlar qarşısında vəzifələri
yox idi. Bu cür münasibətlər əslində dövlət və şəxsiyyət
arasındakı münasibətlərdən daha çox, monarx, ağa - tabe
olan, təbəə münasibətləri idi. Buna səbəb həmin dövrdə çox
vaxt dövlətlə monarxm eyniləşdirilməsi idi. Şəxsiyyətin
dövlətlə qarşılıqlı münasibətlərdə üstünlüyü və ya ən azı
onunla bərabər mövqedə olması ideyası intibah dövrünə,
böyük Fransa inqilabına gedib çıxır. Təbii hüquq
nəzəriyyəsinin inkişafı, dövlət-şəxsiyyət münasibətləri ilə
birbaşa bağlı idi. Təbii hüquq nəzəriyyəsinin ən əsas
müddəaları liberalizmdə də istifadə olunur. Bərabər və azad
doğulan insanlar üçün həyatda qarşılıqlı münasibətlərdə ən
vacib olanı azadlıq və bərabərlik idi. İlk vaxtlar mövcud
sosial durumla şərtlənən bu fikirlər son- ralar geniş intişar
tapdı. Bir-biri ilə münasibətlərdə bərabər olan insanlar
özlərinin yaratdıqları dövlətlə də bərabər olmalı idilər.
Müqavilə nəzəriyyəsinə görə, dövlət insanların bağladığı
müqavilənin nəticəsi kimi ortaya çıxır. Bu müqavilə ilə onlar
dövlətə hakimiyyət verir, dövlət də onların həyatının
təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürür. İnsanlar
müstəbidə, öz vəzifələrini yerinə yetirməyən dövlətə qarşı
çıxmaq hüququnu özündə saxlayırdılar ki, bu da onların
bərabərliyi qəbul olunmadan heç cür mümkün deyildi.
İnsanların dövlətlə münasibətlərdə bərabərliyi öz dövründə
mütləqiyyətə qarşı yönəlmişdi və dövlət fəaliyyətinin
müəyyən hədlər çərçivəsində həyata keçirilməsini nəzərdə
tuturdu. Məhz bu dövrdən etibarən şəxsi həyat, onun
toxunulmazlığı, dövlətin müdaxilə edə bilmədiyi və daha çox
şəxsiyyətin fəal olduğu sahələr meydana gəlir.
Elə bu fikirlər də qərb hüquq düşüncəsinin əsasını təşkil edən
individualizmin inkişafına yol açır. Etatizm nə
— 116 —
zəriyyəsinin müddəaları bir qədər dəyişmiş, fərqli şəkildə
marksizm-leninizm tərəfindən inkişaf etdirilmişdir. Tarixi
inkişafın əsas hərəkətverici qüvvəsi kimi kütləni qəbul edən
marksizm insanı dövlətlə bərabər səviyyəyə qoyan
liberalizmin və digər hüquq nəzəriyyələrinin bir sıra başlıca
müddəalarını qəbul etmirdi. Hər şeyin son nəticədə istehsal
qüvvələrinin və vasitələrinin iradəsi ilə müəyyən olunduğunu
iddia edən marksizm öz ideyalarının davamı kimi məntiqi
olaraq kollektivçiliyi fərdiçilikdən (in- dividualizmdən) irəli
çəkirdi. İnsan hüquq və azadlıqlarının ayrılmaz və
toxunulmaz olduğunu qəbul etməyən marksizmdə həm də
vaxtilə ən əsas və müqəddəs sayılan hüquqlardan biri kimi
mülkiyyət hüququnun toxunulmazlığı da inkar edilirdi.
Marksizmdə son məqsəd proletar diktaturası qurmaq və
kommunizmə nail olmaq idi. Bunun üçün kütlələrin fəaliyyəti
zəruri idi. Bu məqsədlə şəxsiyyətin də fəaliyyəti kütlənin
fəaliyyətinə tabe etdirilirdi və aydındır ki, burada heç bir
individualizmdən
söhbət
gedə
bilməzdi.
Marksm
kollektivizmində də hər şey sinfi mübarizə nəzəriyyəsi ilə
ölçülürdü. Sinifləri ləğv etmək üçün xüsusi mülkiyyət ləğv
edilməli idi, halbuki mülkiyyət həmişə insanın iqtisadi
münasibətlərdə müstəqilliyini, azadlığını şərtləndirir və
deməli, qarşılıqlı münasibətlərdə insanın özünü bir fərd kimi
dərk etməsinin əsaslarından birini təşkil edir. Marksizm
nəzəriyyəsində insan bütövlükdə cəmiyyət və dövlətin
məqsədlərinə çatmaq vasitəsinə çevrilir və bir növ öz
fərdiliyini, özünəməxsusluğunu itirir. Sinfi mübarizə
aspektindən şəxsiyyətin öz maraqları olan fərd kimi deyil, hər
hansı sinfin sıravi üzvü kimi nəzərdən keçirilməsi, tarixin və
cəmiyyətin hərəkətverici qüvvəsi kimi şəxsiyyətin rolunun
azaldılması hesabına kütlələrin rolunun şişirdilməsi, istehsal
— 117 —
Dostları ilə paylaş: |