(səsvermə, dövlətin idarə olunmasında iştirak). Bu mənada
konstitusiya vətəndaşı və insanı bir-birindən fərqləndirir.
Dövlətin ali məqsədi kimi hüquq və azadlıqların təmin
edilməsi ona verinlən qiyməti ifadə edir. Ümumiyyətlə,
məqsəd heç də hər bir dövlətə və konstitusiyaya məxsus
deyildir. Məqsəd qoyulması, adətən, yeni konstitusiyalar və
sosializm ölkələri üçün xarakterik idi. Məqsəd bir növ
perspektivi nəzərdə tutur. Dövlətin daim can atdığı və təmin
etməyə çalışdığı, bütün münasibətlərdə üstün mövqedə olan
bir kateqoriya kimi insan hüquq və azadhqlan onun diqqət
mərkəzində olmalıdır. Hüquq və azadhqlann təmin
edilməsinin məqsəd kimi seçilməsi də təsadüfi deyildir.
Cəmiyyətin tam rifahı, sabitliyi üçün şəxsiyyətin hüquq və
azadlıqlarının təmin olunması vacibdir. Dövlət hüquqla
ikitərəfli əlaqədədir. Bir tərəfdən dövlətin özü hüquqa
söykənməlidir. Hüquqa söykənməyən dövlət legitim dövlət
deyildir. Bu mənada dövlət hüquqa möhtacdır. Çünki hüquq
bir növ dövlətin cəmiyyətlə danışdığı "dil"- dir. Digər
tərəfdən də, hüququn dövlətə ehtiyacı vardır. Dövlətin
tanımadığı və təmin etmədiyi normalar sistemi hüquq olmaq
keyfiyyətini əsaslı şəkildə itirir. Başqa tərəfdən, hüquq
şəxsiyyətin müstəqilliyini təmin edən əsas vasitələrdən
biridir. Şəxsiyyətin tam müstəqilliyi və inkişafı dövlətin də
tam müstəqilliyi və inkişafı demək olduğundan, dövlət
şəxsiyyətin inkişafına imkan yaradacaq bütün vasitələri təmin
edir. Burada dövlət şəxsiyyətin hüquq və azadlıqlarını ən
yüksək dəyər elan etməklə özünün də sabitliyi və inkişafı
üçün şərait yaradır. Hüquq və azadlıqların ən ali dəyər kimi
tanınmasının nəzəri əsası hüquqi dövlət anlayışı ilə
əlaqədardır. Hüquqi dövlət vətəndaş hüquqlarını hər şeydən
üstün tutan, bu hüquq və azadlıqları təmin edən dövlətdir.
Məhz bu mənada Azərbaycan
— 106 -
Respublikası hüquqi dövlətdir və Konstitusiyanın 12-ci
maddəsi bu amala xidmət edir.
Azərbaycan
Respublikası
Konstitusiyasının
12-ci
maddəsinin II hissəsində hüquq və azadlıqların beynəlxaq
aktlara uyğun tətbiq olunması gösətərilir. İkinci dünya
müharibəsindən sonra insan hüquqlan problemi dövlətlərin
daxili işi olmaqdan çıxmış və beynəlxalq ictimaiyyətin
problelmlərindən birinə çevrilmişdir. İnsan hüquq və
azadiqıları ilə əlaqədar çoxlu beynəlxalq aktlar qəbul
olunmuşdur. Bu aktlar özündə insanın hüquq və azadlıqları
ilə bağlı standartları əks etdirir. Ona görə də dövlətin
daxilində hüquq və azadlıqların bu beynəlxalq aktlara uyğun
tətbiq eilməsi onlann lazımi səviyyədə olmasına işarədir.
Məhz bu məqsədlə də konstitusiyada hüquq və azadlıqlarla
bağlı normaların beynəlxalq müqavilələrə uyğun tətbiq
olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycanın da
qoşulduğu və üzərinə müqaviləyə uyğun öhdəliklər
götürdüyü müqavilələri bildirir. Dövlətin tərəfdar çıxmadığı
müqaviləyə görə hər hansı öhdəliyi yoxdur. Beynəlxalq
müqavilələrə uyğun tətbiqetmə nəinki normativ hüquqi
aktların uyğunluğunu, həm də qəbul olunan qanunların
beynəlxalq aktlara uyğun gəlməsini bildirir.
§ 8. Dövlətin formal əsasları
Hər bir dövlət onun sosial-siyasi və hüquqi mahiyyətini
müəyyən edən əlamətlərdən əlavə, həm də həmin dövlətin bir
növ simasını müəyyən edən əlamətlərə malikdir. Bu
əlamətlər dövr keçdikcə müxtəlif amillərin təsiri altında
dəyişir və bir çox hallarda keçici amillərdən asılı olur.
Düzdür, bu əlamətlərin içərisində elələri vardır ki, onlar
dövlət üçün müstəsna əhəmiyyətə malikdir, la
— 107 —
kin bu əlamətlərin də müəyyən edilməsi bilavasitə
insanlardan, onların iradəsindən asılıdır. Bu cür əlamətlərə
dövlətin inzibati mərkəzi (paytaxt), dövlətin dili (dövlət dili)
və rəmzləri (gerb, himn, bayraq) aiddir. Az və ya çox
dərəcədə bu əlamətlər hakimiyyətlə bağlıdırlar. Məsələn,
dövlətin paytaxtı bütün növ hakimiyyətlərə xas olan vahid
idarə edən mərkəzin olmasının, belə demək mümkünsə,
dövlət həyatında, onun təşkilati formasında təzahürüdür.
Dövlətin
rəmzləri
onun
beynəlxalq
aləmdə
fərdiləşdirilməsinə kömək edir. Bu əlamətlər hər bir dövlətin
beynəlxalq aləmdə vizit vərəqəsi rolunu oynayır. Bütün rəsmi
dövlət sənədlərində və mərasimlərində dövlət nişanlarından
hər hansı birinin və ya bir neçəsinin olması həmin sənədin və
ya tədbirin həmin dövlətə məxsus olmasını göstərən ən əsas
vasitədir. Dünyanın müxtəlif regionlarında fəaliyyət göstərən
hərbi qüvvələrin hansı dövlətə aid olması onların daşıdığı
nişanlar hesabına müəyyənləşdirilir.
Azərbaycan
Respublikası
Konstitusiyasının
21-ci
maddəsinə görə, «Azərbaycan Respublikasının dövlət dili
Azərbaycan dilidir». Bu dil Azərbaycan Respublikasında
yaşayan əsas və çoxsaylı etnosun dilidir. Türk dilləri ailəsinə
daxil olan Azərbaycan dili bütün Cənubi Qafqaz ərazisində
ən çox yayılmış dildir. Dilin dövlət dili olub- olmaması həmin
dövlətdə dilin işləkliyi səviyyəsi ilə müəyyən edilir. Lakin
burada bir çox başqa amillər də (etnosların sayı və
böyüklüyü, dilin inkişafı, tarixən ərazidə istifadə olunan dil
və s.) müəyyən rol oynayır. Bir sıra dövlətlərdə bir yox, bir
neçə dövlət dili mövcud olur. Bu həmin ərazidə yaşayan
etnoslar və onlar arasındakı münasibətlərlə bağlıdır. Məsələn,
Kanadada fransızdilli əhalinin sayca azlıqda qalmasına
baxmayaraq, burada in
— 108 —
Dostları ilə paylaş: |