ayrı dövlətlərdə ona qarşı müəyyənləşdirilən vəzifələr də
fərqlənir. Məsələn, ABŞ-də bu ölkənin bayrağının müəyyən
siyasi toplantıların gedişi zamanı yandırılması və s. fikir və
söz azadlığının təzahür formalarından biri kimi qəbul olunur
və həmin hərəkətlərə görə cinayət məsuliyyəti yaranmır.
Praktikada dövlət orqanlarının bir neçə dəfə bu cür əməllər
üstündə müəyyən şəxsləri məsuliyyətə cəlb etməyə çalışması
məhkəmə tərəfindən rədd edilmişdir. Bunun əksinə, bir çox
dövlətlərdə bayraqla bu cür rəftar etmək cinayət hesab olunur
(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü
maddəsi). Bu gün bayrağın ifadə etdiyi mənalar rəsmi-hüquqi
siyasəti deyil, sırf mənəvi-ideoloji aspekti ifadə edir və dövlət
üçün heç bir konkret öhdəlik yaratmır. Azərbaycan
Respublikasının
hazırkı
bayrağı
əsrin
əvvələrində
Azərbaycan Demokratik Respublikası tərəfindən qəbul
edilmişdir və o zaman cəmiyyətdəki hakim ideoloji
istiqamətləri ifadə edirdi (türkçülük, müasirlik, islam).
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
məhz həmin bayraq bərpa edilmişdir. Vaxtilə Azərbaycan
Demokratik Respublikasında mövcud olan bayrağın və digər
dövlət rəmzlərinin bərpasına səbəb budur ki, Azərbaycan
Respublikası özünü Azərbaycan Demokratik Respublikasının
hüquqi varisi sayır. Rəmzlər arasında, adətən, rəsmi
qəbullarda ifa olunan musiqi-himn də xüsusi yer tutur.
Azərbaycan dövlətinin suverenliyini, müstəqilliyini
təcəssüm etdirən bayraq, himn və gerbdən istifadə qaydaları
ayrı-ayrı qanunlarla və onlara müvafiq əsasnamələrlə
tənzimlənir.
112 —
I V
B Ö L M Ə
DÖVLƏT VƏ ŞƏXSİYYƏT
Konstitusiyada yalnız dövlət və cəmiyyət deyil, dövlətlə
şəxsiyyət arasında münasibətlər də nizamlanır. Bu da təbiidir.
Cəmiyyət şəxsiyyətlərarası münasibətlərin və şəxsiyyətlərin
özünün məcmusudur. Ona görə də konstitusiyalarda yalnız
dövlət deyil, şəxsiyyət haqqında da müəyyən normalar əks
olunur. Dövlət şəxsiyyətə onun hüquqi statusunu müəyyən
etməklə təsir edir. Şəxsiyyətin hüquqi statusu dövlətlə insanın
qarşılıqlı əlaqəsinin məzmununu əks etdirən hüquqi
konstruksiyadır. Hüquqi status şəxsiyyətin dövlətlə
münasibətlərdə mövqeyini, dövlətlə bağlı imkanlarını
bildirir. Hüquqi statusda şəxsiyyətin mövqeyi ilə bağlı
müxtəlif fikirlər olmuşdur. Tarixi inkişafın müxtəlif
dövrlərində həmin dövrün siyasi- hüquqi düşüncəsinə uyğun
hüquqi status problemi həll olunur. Dövlətin quruluşundan da
çox şey asılıdır. Dövlət və şəxsiyyət arasında münasibətlərdə
bu və ya digər nəzəriyyələr, adətən, ya şəxsiyyətin, ya da
dövlətin üstünlüyünü nəzərdə tutur.
Etatizm nəzəriyyəsinə görə, dövlətin maraqları
şəxsiyyətin maraqlarından üstündür. Bu nəzəriyyəyə görə, ilk
öncə dövlətin, daha sonra isə şəxsiyyətin maraqları təmin
olunmalıdır. Sovet İttifaqının hakim ideologiyası olan
marksizm-leninizm də məsələni dövlətin xeyrinə həll edirdi.
Bu ideologiya insanları siniflərə bölür və sinfi aspektdən də
onların hüquqi statusu məsələsini həll edirdi. Aydındır ki,
fəhlə-kəndli dövləti adlandırılan bir dövlətdə onların əksi
olan, burjua damğası vurulub rədd edilən insanlara yer yox
idi. SSRİ-də fərdin marağı dövlətin və
— 113 —
kollektivin maraqlanna tabe edilmişdi. Sanki hamı nəhəng bir
maşının çandan kimi hakim ideologiyaya və dövlətə xidmət
etməli idi.
Liberalizm nəzəriyyəsi dövlət, şəxsiyyət və cəmiyyət
arasındakı münasibətlərə ümumiyyətlə toxunur. Dövlətin
rolunu kifayət qədər aşağı salan bu nəzəriyyənin müddəa-
lanna görə, cəmiyyət daxildən özü özünü nizamasalabilmə
imkanlanna malikdir və dövlətin müdaxiləsinə ehtiyac
yoxdur. Bu nəzəriyyədə dövlətin vacibliyi, ümumiyyətlə,
inkar olunurdu. Fərdin maraqlan dövlətin maraqlarından
üstün tutulur və dövlətə yalnız gecə gözətçisi kimi bu
maraqlan qorumaq həvalə edilirdi (klassik liberalizm). Lakin
tarix, baş verən iqtisadi böhranlar göstərdi ki, dövlətin rolunu
azaltmaq heç də arzu olunan nəticələri vermir.
Sosial-iqtisadi həyatın bir çox sahələri dövlətin təsiri
olmadan lazımi səviyyədə inkişaf etmir, şəxsiyyətin maraq və
mənafeləri pozulur, bir çox hüquqlann (sosial-mədəni)
təminatı isə, ümumiyyətlə, mümkün deyildir. Bunun
nəticəsində ortaya çıxan yeni liberalizm (neolibera- lizm)
dövlətin rolunu tanıdı və şəxsiyyətlə dövləti bərabərhüquqlu
subyektlərə çevirdi. Dövlət və şəxsiyyət arasında
münasibətlər
haqqında
fikirlərin
belə
dəyişməsinə
demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının geniş
vüsət alması da təsir etdi. Müasir hüquqi baxışlara görə,
dövlət və şəxsiyyət bərabərhüquqlu subyektlərdir. Onlar
arasında qarşılıqlı olaraq hüquq və vəzifələr əmələ gəlir.
Məhz bu cür doktrinal yeniliklərdən sonra insanların
məhkəmə vasitəsilə birbaşa dövlətə yönəlmiş iddialar
verməsi, dövlətin şəxsiyyət qarşısında məsuliyyət daşıması
mümkün
oldu.
Dövlətlə
şəxsiyyətin
bir-biri
ilə
bərabərhüquqlu subyekt kimi çıxış etməsi zərurətə əsaslanır.
Reallıq bütün sosial sistemlərin bir-birinin inkişafında ma
— 114 —
Dostları ilə paylaş: |