MİLLİ GÖRÜŞ
41
ərəfəsində sübh azanından bəri orucu pozan işləri icra
etməyibsə, niyyət edib oruc tutması vacibdir. Həmin
gün tutduğu oruc düzdür.
Sual: Əgər müsafir, səfərdə olduğu üçün səfəri
ərzində orucu pozan işləri icra edibsə, bu halda günorta
azanından əvvəl şəhərin ilk evlərinə yaxınlaşsa, oruc
tutmalıdırmı?
Cavab: Xeyr! Həmin gün oruc tuta bilməz. Sonra
o günün qəzasını tutmalıdır.
Sual: Bəs müsafir şəhərin ilk evlərinə günorta
azanından sonra daxil olarsa, yolda orucu pozan
işləri yerinə yetirməyibsə, həmin günün orucunu
tutmalıdırmı?
Cavab: Həmin günün orucunu tuta bilməz.
Tutarsa, oruc düz deyildir. Sonra qəzasını tutmalıdır.
ORUCUN NİYYƏTİ
Sual: Oruca necə niyyət edilir?
Cavab: “Allah rizası üçün oruc tuturam” şəklində
niyyət edilməlidir.
Sual: Ramazan ayının orucu üçün nə vaxt
niyyət edilməlidir?
Cavab: Ramazan ayının niyyətinin vaxtı sübh
azanındadır. Bu o deməkdir ki, insan sübh azanına qədər
oruca niyyətlənməlidir. “Niyyət sübh azanı vaxtında
olmalıdır”, – deyildikdə belə başa düşülməməlidir ki,
bu vaxt niyyət etmək üçün insan oyaq olmalıdır, əksinə
axşam yuxudan əvvəl də bunu etmək kifayətdir. Əgər
yuxu sübh azanından sonraya qədər davam etsə, niyyət
düzgündür.
Sual: Gün ərzində orucun niyyətində qalmaq
vacibdirmi?
Cavab: Bəli, gün ərzində orucun niyyətində
qalmaq vacibdir.
Sual: Əgər gün ərzində orucun niyyətindən
dönsə, hökm nədir?
Cavab: Orucu pozan işləri görməyi istəməklə də
olsa belə orucunu yarımçıq qoymaq qərarına gəlsə,
orucu pozan işləri yerinə yetirməsə də, orucu batildir.
ORUCU POZAN İŞLƏR
Sual: Orucu pozan işlər hansılardır?
Cavab: Orucu pozan işlər aşağıdakılardır:
– Az və çox olmasından asılı olmayaraq, yemək
və içmək;
– Müalicə üçün olsa belə maye ilə imalə etmək;
– Çarəsizlikdən olsa belə qəsdən qusmaq;
– Cinsi yaxınlıqda olmaq;
– Cinsi əlaqədən başqa işlər, məsələn, onanizm,
yaxud təxəyyüllər, ya da müşahidələr vasitəsilə
məninin (spermanın) xaric olması;
– Qəsdən cənabət, heyz və nifas halı üzərində
qalmaq və sübh azanına kimi qüsl etməmək;
Sual: İynə vurdurmaq orucu pozurmu?
Cavab: Xəstənin qidalanması üçün yox,
dərmanın bədənin başqa yerlərinə tez bir zamanda
çatmasını təmin etmək üçün dərman məqsədilə
vurulan iynə orucu pozmur.
Sual: Ağızda yığılmış tüpürcəyin, – istər az
olsun, istərsə də çox, – udulması orucu pozurmu?
Cavab: Tüpürcəyin udulması orucu pozmur.
Sual: Oruclu şəxs ağzını yaxalaya bilərmi?
Cavab: Oruclu şəxs suyu boğaza çatdırmamaq
şərtilə ağzını yaxalaya bilər, lakin dəstəmazdan başqa
vəziyyətdə boş yerə ağzı yaxalamaq, məkruhdur
(yəni bəyənilməyən bir işdir).
Sual: Oruc tutmuş şəxs qulağına, gözünə,
burnuna dərman tökə bilərmi?
Cavab: Dərmanın dadının yemək borusunda hiss
olunmasına baxmayaraq, qulağa və gözə dərman
tökməyin heç bir qorxusu yoxdur, lakin dərmanın
damcı şəklində buruna tökülməsinə gəlincə onunla
oruc pozular.
Sual: Yuxarıda qeyd edildiyi kimi, maye
ilə imalə etmək orucu pozar. İnsan xəstəliyini
müalicə etmək istəyirsə, anus dəliyinə şam daxil
edə bilərmi?
Cavab: Bəli, tibbi şamların istifadəsi orucu
pozmaz. Hətta maye halında olmayan başqa
məlhəmlərdən də istifadə etmək orucu pozmaz.
Sual: Oruc tutmuş kişi öz tənasül üzvünü
və oruc tutmuş qadın uşaqlıq yolunu imalə edə
bilərmi?
Cavab: Bəli, imalə edə bilərlər və oruc pozulmaz.
Sual: Əgər gəyirincə oruclu şəxsin mədəsindən
ağız boşluğuna qida gələrsə, hökm nədir?
Cavab: Əgər özündən asılı olmayaraq, yaxud
diqqətsizlikdən qida yenidən udulsa, oruc pozulmaz,
lakin qida boğaz boşluğuna çatdıqda onu tüpürə
biləcəyi bir halda ixtiyari olaraq qəsdən udsa, orucu
pozular.
Sual: Oruclu olan ər-arvad gecə cinsi əlaqəyə
girə bilərmi?
Cavab: Gecələr cinsi yaxınlıq icazəlidir.
“Bəqərə” surəsinin 187-ci ayəsində buyurulur: “Oruc
gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi.
…” Lakin yuxarıda deyildiyi kimi, sübh azanına kimi
cənabət qüslü verilməlidir.
Sual: Əgər qüsl etmək üçün mənzildə su olmasa,
nə etməlidirlər?
Cavab: Radiusu təqribən 440 metr olan dairədə
ya özləri, ya da başqa bir şəxs vasitəsilə su axtarışı
aparmalıdırlar. Əgər bu məsafənin xaricində suyun
olduğu bilinsə, ona yetişmək rahat olarsa, o suyun
dalınca getmək vacibdir. Əgər radiusu təqribən 440
metr olan dairədə su tapılmasa, yaxud bu məsafənin
MİLLİ GÖRÜŞ
42
xaricində olan suyun rahatlıqla əldə edilməsi
mümkün olmasa, həmin şəxslər cənabət qüslü əvəzinə
təyəmmüm etməlidirlər.
Sual: Əgər tapılan su soyuq olarsa, nə
etməlidirlər?
Cavab: Əgər vaxt vardırsa, suyu qızdırıb qüsl
etməlidirlər. Suyu qızdırıb qüsl etmək üçün vaxt az
olarsa, orucun düz olması üçün təyəmmüm etməlidirlər.
Sual: Ümumiyyətlə, su olsa da belə onun istifadəsi
zərərli olarsa, cünub halında olan ər-arvad, yaxud
heyz və ya nifasdan təmizlənmiş qadın nə etməlidir?
Cavab: Təyəmmüm etməlidirlər. Burada da zərər
barəsində dəqiq tibbi məlumatın olması vacib deyil.
Zərər qorxusu və ona ehtimal vermək kifayət edir.
Sual: Cünub halında olan şəxs gecə qüsl
etməmişdən əvvəl yata bilər?
Cavab: Sübh azanından əvvəl adəti oyanmaq
olan, yaxud onu oyadacaq zəngli saat qoyan şəxs qüsl
etməmişdən əvvəl yata bilər.
Sual: Əgər təsadüfən oyanmasa hökm nədir?
Cavab: Əgər təsadüfən oyanmasa, buna
baxmayaraq orucunu tutmalıdır və orucu düzdür və
üzərində heç bir şey yoxdur.
Sual: Əgər insan yuxuda ondan sperma xaric
olmaqla cünub olarsa, hökm nədir?
Cavab: Əgər yuxuda sperma xaric olmaqla
cünub olsa və sübh azanına qədər oyanmasa, orucunu
tutmalıdır və orucu düzdür.
Sual: Bəs sübh azanından əvvəl oyansa necə?
Cavab: Qüslu niyyət etmədən və oyanmağa
adətkərdə deyildirsə, vacib ehtiyata əsasən yatması
düzgün deyil. Yuxarıda deyilən hökmlərə əsasən qüsl
etməlidir.
Sual: Sübh azanından əvvəl qüsl etmək üçün
vaxt dar olarsa, insan cinsi yaxınlığa girə bilər?
Cavab: Xeyr! Bu halda cinsi əlaqəyə girə bilməz.
Sual: Bəs hökmə qarşı üsyan edərək, yaxud
səhvən cinsi əlaqəyə girərsə, nə etməlidir?
Cavab: Sübh azanından əvvəl dərhal təyəmmüm
etməlidir. Orucu düzdür və boynunda heç bir şey
yoxdur.
Sual: Hər bir halda sübh azanından əvəl
cənabət, heyz və nifas hallarından təmizlənmək
lazımdır, yəni qüsl etmək lazımdır. Bəs qüsl üçün
vaxt dar olarsa necə?
Cavab: Qüsl etmək üçün vaxt dar olarsa, orucun
düz olması üçün qüsl əvəzinə təyəmmüm etmək
lazımdır. Sübh azanından sonra imkan və güc olduğu
təqdirdə namaz üçün qüsl etmək lazımdır.
Sual: Bəs təyəmmüm necə edilir?
Cavab: Təyəmmüm aşağıdakı şəkildə yerinə
yetirilir:
1. İki əlin içini birlikdə torpaq, yaxud daş, yaxud
narın qum, yaxud quru palçıq, yaxud sement, yaxud
əhəng və yaxud da kərpic kimi üzərinə təyəmmüm
etmək düzgün hesab olunan şeyə vurmaq;
2. İki əlin içi ilə birlikdə bütün alın və onun iki
tərəfini başın tük çıxan yerindən burnun yuxarı
hissəsinə qədər çəkmək;
3. Sol əlin içi ilə sağ əlin üstünə və sağ əlin içi ilə
sol əlin üstünə məsh çəkmək;
Sual: Orucu pozan işlər orucu nə vaxt pozur?
Cavab: Orucu pozan işlərlə oruc o zaman
pozulmuş olur ki, bilərək və qəsdən edəsən.
Sual: “Bilərək” deyiləndə nə nəzərdə tutulur?
Cavab: “Bilərək” deyiləndə görülən işin orucu
pozan bir iş olduğunun bilinməsi nəzərdə tutulur. Əgər
insana çatdırılan şeyi yaxşı başa düşmədən, yaxud
öyrəniləcək şəxs olmadığına görə öyrənə bilmədiyinə
görə, bəzən də öyrənməyə diqqət edilmədiyinə görə,
məsələn, cinsi əlaqənin, yaxud maye ilə imalə etməyin
orucu pozan bir iş olduğunu bilməyən şəxs bu işlərdən
birini görərsə, orucu pozulmaz.
Sual: Qəsdən deyiləndə nə nəzərdə tutulur?
Cavab: “Qəsdən” deyiləndə işin diqqətli və şüurlu
şəkildə yerinə yetirilməsi nəzərdə tutulur. Deməli,
qafilcəsinə və səhvən, yaxud unutqanlıqla qəsdsiz
və diqqətsiz orucu pozan işləri yerinə yetirən şəxsin
orucu pozulmur.
Sual: Oruc tutmuş şəxsin hansı işləri yerinə
yetirməsi məkruhdur?
Cavab: Oruclu şəxsin aşağıdakı işləri yerinə
yetirməsi məkruhdur, yəni bəyənilməyəndir:
– qadını əlləmək, öpmək və mazaqlaşmaq;
– zəifləməyə səbəb olarsa, qan aldırmaq; zəiflik
yaratmazsa ziyanı yoxdur.
– xoşiyli hər bir bitkini iyləmək; xoşiyli ətirlərlə
ətirlənmək məkruh deyil.
– əyində olan paltarı islatmaq;
– qadının suda oturması;
– maye halında olmayan dərmanla imalə etmək;
– zərurət halı istisna olmaqla diş çəkdirmək, yaxud
hər hansı bir səbəbə görə ağzı qanatmaq;
– yaş çubuqla diş sürtmək;
– dəstəmazdan başqa boş yerə ağzı yaxalamaq;
– məsumlar barəsindəki mərsiyə və mədhiyyələr
(qəsidələr) istisna olmaqla şeir demək;
ORUC TUTMAĞI TƏRK ETMƏKDƏ
ÜZRLÜ OLAN ŞƏXSLƏR
Sual: Şəriət hansı şəxslərə orucu tutmamağa
icazə vermişdir və güzəştlər kimə aid edilir?
Cavab: Şəriət bəzi şəxslərə oruc tutmamağa icazə
vermişdir və bu güzəştlər aşağıdakılara aid edilir;
– qüvvələrinin zəifləməsindən və fəaliyyətlərinin
dayanmasından əziyyət çəkən şəxslər: belə ki, bu
şəxslər oruc tutsa, oruc onlar üçün çətinlik yaradaraq
onların zəifliyini artıracaq və həmin şəxslər tutduqları
oruca görə ayağa qalxa, yeriyə və gündəlik işlərini icra
edə bilməyəcəklər.
– 70 yaşına çatmış şəxslər: o həm kişilər, həm
də qadınlar üçün qocalıq mərhələsidir ki, əgər bu