92
Müctəba Sadət
və əl ilahi bir möcüzədir. İndiki dövrdə insanlar camaat üçün
sübuta yetiriblər ki, öz sözlərini ixtira və kəş lər, ən üstün bi-
likləri vasitəsilə ayın səthindən yerə çatdırmağı bacara bilirlər.
Halbuki Allah öz məxluqatından daha biliklidir. Əzəmətli Allah
pak-münəzzəhdir.
6 – Üç nida
Üç səmavi nida vardır ki, Rəcəb ayında baş verəcəkdir. Onu
hamı eşidəcəkdir. Onlar aşağıdakılardır:
Birinci nida: “Bilin ki, zalım qövmə Allahın lənəti olsun!”
İkinci nida: “Ey möminlər, yaxınlaşan (Qiyamət) yaxınlaş-
mışdır”.
Üçüncü nida: Günəşin diskində kamil bədənin görsənib
“Bilin ki, Allah Ali-Muhəmmədin (sallallahu əleyhi və alih) Məh-
disini zalımlara öz qəzasını (hökmünü) icra etmək üçün gön-
dərmişdir”.
Həsən ibn Məhbub əz-Zad İmam Rzanın (əleyhissəlam)
uzun bir hədisin gedişatında belə buyurduğunu nəql etmişdir:
“O zaman insanlar bir nida eşidəcəklər. Bu elə bir nida olacaq
ki, uzaqda olan onu yaxında olanın eşitdiyi kimi eşidəcək; mö-
minlərə rəhmət olacaq, ka irlərə isə əzab”.
Ravi deyir ki, dedim: “Atam, anam sənə qurban olsun, o
nida nədir?”
Buyurdu: “Rəcəb ayında eşidiləcək üç səsdir. Birincisi (ndə
deyiləcək:) “Bilin, Allahın lənəti olsun zalımlara!” . İkincisi (ndə de-
yiləcək:) “Yaxınlaşmalı olan yaxınlaşmışdır, ey möminlər”. Üçüncü-
sündə isə günəş çıxan zaman (səmada) bir əl görəcəklər ki, belə
səslənəcək: “Bilin, Allah zalımları məhv etmək üçün ilankəsin
oğlu ilankəsi göndərmişdir”. Bu zaman möminlərə fərəc və qur-
tuluş gələcək, Allah (zalımları məhv etməklə) onların qəlblərinə
rahatlıq verəcək və qəlblərindəki qəzəbi aradan aparacaq” .
123
123
Ğeybətun-Numani, s.120; Ğeybətut-Tusi, s.268, Biharul-ənvar, c.52,
93
Müqəddəs sübh
Həmçinin İmam Baqirdən (əleyhissəlam) buna yaxın bir rə-
vayət nəql olunmuşdur: “Allah bu nişanələri baş verdikdə in-
karçıları heyrətə salacaqdır”.
Həmçinin İmam Sadiqin (əleyhissəlam) belə buyurdu-
ğu nəql olunmuşdur: “Çığırtı olan ildən öncə, Rəcəb ayındakı
əlamət vardır”.
Deyildi ki, o nədir?
Buyurdu: “Ayda çıxacaq bir simadır və bariz əldir ki, işarə
edər. Həmçinin səmadan gələn nidadır ki, yer əhalisinin hərəsi
öz dilində eşidəcək”.
124
Buradan biz çığırtı ilə nidanı bir-birindən ayıra bilərik... Çı-
ğırtı Ramazan ayında baş verəcək və o, Cəbrailin (əleyhissəlam)
nidası şəklində baş verəcəkdir. Nida isə Rəcəb ayında baş verə-
cəkdir (üç nida). Axırıncı (dördüncü) nida Məhərrəm ayında
müqəddəs sübh günündə olacaqdır... Ramazan ayındakı çığırtı
“seyhət” qəti əlamətlərdən sayılmışdır. Ancaq Rəcəb və Məhər-
rəm ayındakı nidalar isə qəti əlamətlərdən sayılmamışdır.
7 – Günəşin sabit qalması və ayın bədr gecəsi tutulması
Zühur ilinin qəti olmayan əlamətlərindən günəşin sabit
(və hərəkətsiz) qalması, onun zöhrdən əsrə qədər hərəkət et-
məməsidir ki, Rəcəb ayının günlərinin birindədir. Həmçinin bu
ayın bədr gecəsi ay tutulması baş verəcəkdir.
İmam Baqirdən (əleyhissəlam) Allah-taalanın “Əgər istəsək
göydən onlara elə bir nişanə nazil edərik ki...” ayəsi barədə
soruşdular ki, nişanə nədir?
Buyurdu: “Günəşin zavalı ilə əsr vaxtına qədər hərəkətsiz
durmasıdır... Bu, Süfyaninin zamanında baş verəcək. Həmin
vaxt onun və qövmünün yoxa çıxması olacaqdır”.
125
s.289; Bəşarətul-İslam, s.16.
124
Ğeybətun-Numani, s.169; Yəumul-xilas, s.541.
125
Biharul-ənvar, c.52, s. 221.
94
Müctəba Sadət
Bu əlamət Süfyaniyə (onun Rəcəb ayında xüruc etməsinə)
dəlalət edən ən bariz əlamətlərdəndir. Çünki bu əlamət onun
zamanında baş verəcəkdir. Günəşin səmada durması az bir
müddət ərzində baş versə də, Allah-taala tərə indən qeyri-adi
bir möcüzə hesab olunur. Bir cəhətdən, camaat anidən günor-
tanın uzun çəkməsini hiss edəcəklər. Çünki onun hərarəti yer
üzərinə hər zamankından daha çox düşəcəkdir. İkinci cəhətdən
isə, onlar dəyişikliyi şüur, hiss baxımından başa düşəcəklər...
Bu səmavi əlamətin (Rəcəb ayında) baş verməsi Süfyani, onun
qövmü və hərbi qüvvəsinin həlak olma nişanəsidir.
Rəcəb ayında bu əlamətin (günəşin yerində durması) baş
verməsinin vurğulanması günəş diskində bir kəsin sinə və si-
masının çıxması ilə yanaşı baş verəcəkdir. Biz bu hadisənin Rə-
cəb ayında baş verəcəyini daha öncə sübut etmişik. Həmçinin
qeyd etdik ki, o və onun gerçəkləşməsi Süfyaninin dövründə
olacaqdır. Necə ki, Süfyaninin xüruc etməsinin Rəcəb ayında
olduğunu da bundan öncə izah etmişik.
Rəcəb ayında baş verəcək digər əlamətlər də vardır... Rəcəb
ayının bədr gecəsi (yarısı) ayın tutulması bu əlamətlərdəndir.
Ümmü Səid Əxməsiyyə deyib: “Əbu Abdullaha (əleyhissə-
lam) dedim ki, sənə qurban olum, ey Allah Rəsulunun balası,
mənə Qaiminin xüruc etməsi barədə bir əlamət söylə”.
Ümmü Səid deyir: “Mənə belə dedi: “Ey Ümmü Səid, Rəcəb
ayının bədr gecəsi ayın tutulması, onun ardınca bir nəfərin çıx-
ma zamanıdır. Qaimin (əleyhissəlam) çıxması həmin vaxtdır”.
126
Daha öncə də izah etmişik ki, (bir nəfərin cisminin görsən-
məsilə bağlı) əlamət Rəcəb ayında zahir olacaqdır. Ondan sonra
isə Ramazan ayında çığırtı baş verəcəkdir.
126
Bəyanul-Əimmə, c.2, s.695.
Dostları ilə paylaş: |