83
Müqəddəs sübh
ilə baş verəcək. Bilin, onlar Bəni-Abbasdan bir nəfəri belə (sağ)
saxlamayacaqlar”.
101
Cabir ibn Yezid Cu i İmam Baqirdən (əleyhissəlam) nəql et-
diyi uzun bir hədisin gedişatında belə buyurduğunu nəql edib:
“ (Digər bir əlamət) səmadan nida edəcək bir nidaçıdır. – (Rəcəb
ayında üç nidaya işarədir) – Dəməşq tərəfdən sizə fəth (xəbəri)
verən bir səs gələcək. – (Səslər Dəməşqdə baş tutacaq toplantı
və görüşlərdir. Həmçinin bunun nəticəsində bəyanatlardan sadir
olanlardır) – Şam kəndlərindən olan Cabiyə adlı bir kənd yerə
batacaq. – (Batmanın daxili, yaxud dövtlətlə əlaqəli hərbi döyü-
şün olması mümkündür. Havadan bombalama batmağın səbəblə-
rindəndir. Bu isə rəvayətlərdən görünən baxımından türklərin və
rumluların məntəqəyə yetişməsindən öncədir. Tam olaraq Qirqi-
siya döyüşündən öncədir.) – Dəməşq məscidinin – (Əməvi məs-
cidi) – sağ tərə inin bir hissəsi uçulacaq. Türklər tərəfdən din-
dən çıxmış bir dəstə xüruc edəcək. Bunun ardınca Rumluların
hərc-mərcliyi baş verəcək. Türk qardaşları gəlib Cəzirəyə yer-
ləşəcəklər . Rumlulardan olan dindən çıxmışlar da gəlib Rəm-
ləyə yerləşəcəklər. O il, ey Cabir, Məğribin hər bir yerində çoxlu
ixtila lar baş verəcək. İlk dağılan yer Şam olacaq. Onun üstün-
də üç bayraq ixtilaf edəcək: Əshəbin bayrağı, Əbqənin bayrağı
və Süfyaninin bayrağı. Süfyani Əbqə ilə qarşılaşacaq və onlar
döyüşəcəklər. Süfyani onu və onun adamlarını öldürəcək. Son-
ra Əshəbi öldürəcək. Bundan sonra onun yeganə istəyi İraqa
tərəf irəliləmək olacaq. Ordusunu Qirqisiyaya göndərəcək. On-
lar Qirqisiyada döyüşəcəklər. Orada yüz min zalım öldürüləcək.
Sonra Süfyani yetmiş minlik bir qoşunu Kufəyə göndərəcək.
Onlar Kufə camaatını öldürəcək, asacaq və əsir edəcəklər. Onlar
bu vəziyyətdə ikən Xorasan tərəfdən bayraqlar gələcək. Onlar
mənzilləri çox sürətlə qət edəcəklər. Onlarla birgə Qaimin əs-
habından olan bir neçə nəfər də olacaq. Sonra Kufə camaatının
101
Ğeybətun-Numani, s.171; Biharul-ənvar, c.52, s.234; İlzamun-nasib, c.2, s.130.
84
Müctəba Sadət
himayədarlarından (böyük şəxslərindən) olan bir kəs (Süfyani
ordusunun zülmünə qarşı) zəif bir dəstə ilə qiyam edəcək. Lakin
Süfyaninin qoşununun başçısı onu Kufə ilə Hirə arasında qətlə
yetirəcək. Süfyani Mədinəyə bir qoşun göndərəcək. Məhdi (bunu
bilib) Mədinədən Məkkəyə qaçacaq. Süfyaninin ordusunun rəh-
bərinə xəbər çatacaq ki, Məhdi Məkkəyə tərəf yollanıb. Beləliklə
onun ardınca bir qoşun göndərəcək, lakin onu tuta bilməyəcək.
O isə Musa ibn İmran (əleyhissəlam) kimi qorxan və gözdə-qu-
laqda olan bir halda Məkkəyə daxil olacaq”.
Sonra dedi: “Süfyani ordusunun başçısı Beyda çölünə gələ-
cək. Bu zaman bir carçı nida edib deyəcək: Ey Beyda, məhv et
bu qövmü. O da onları udacaq. Onlardan yalnız üç nəfəri qur-
tula biləcək. Allah onların üzlərini başlarının arxasına çevirə-
cək. Onlar Kəlb qəbiləsindəndirlər. Bu ayə onlar barədə nazil
olmuşdur: “Ey kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək
arxalarına çevirməmişdən qabaq yanınızda olanın təsdiqi
olan nazil etdiyimizə (Qurana) iman gətirin”
102
.
103
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Elə ki, Süfyani
beş məntəqəni ələ keçirdi, onun üçün doqquz ay sayın”.
Hişam idda etdi ki, beş məntəqə bunlardır: Dəməşq, Fələs-
tin, Urdun (İordaniya), Hums və Hələb” .
104
Əmirəlmöminin (əleyhissəlam) buyurmuşdur: “...Bu baş
verdiyi zaman Süfyani çıxacaq və hamilə qadının hamiləlik
müddəti qədər – doqquz ay hakimiyyət edəcək. Şamda xüruc
edəcək. Şam əhli haqq üzərində sabit qalan bir neçə dəstədən
başqa hamılıqla ona tabe olacaqlar. Allah bu şəxsləri Süfyani ilə
birgə qiyam etməkdən qoruyacaq. Sonra o Mədinəyə böyük bir
qoşun göndərəcək. Qoşun gəlib Mədinə çölünə (Beydaya) ça-
tınca Allah onları yerə batıracaq. Bu barədə izzət və cəlal sahibi
olan Allah buyurur: “Sən onları vəhşət içərisində olduqları
102
Nisa, 47.
103
Ğeybətun-Numani, s.187; Biharul-ənvar, c.52, s.238.
104
Ğeybətun-Numani, s.205; İlzamun-nasib, c.2, s.116.
85
Müqəddəs sübh
zaman bir görəsən. Artıq onlar qaçıb can qurtara bilməzlər
və yaxın bir məkandan yaxalanarlar”
105
.
106
İmam Sadiqin (əleyhissəlam) belə buyurduğu nəql olun-
muşdur: “Sanki Süfyani və onun tərəfdarlarını görürəm ki,
əşyalarını sizin Kufədəki məhəllələrinizə salmışdır (Sizin
məntəqəyə köç etmişdir). Onun carçısı nida edir ki, kim Əli şiə-
sinin başını gətirsə min dirhəm götürəcəkdir. (Bu sözdən son-
ra) qonşu öz qonşusuna hücum çəkib, deyər ki, bu onlardan-
dır. Onun boynunu vurub, min dirhəm alar. Həmin vaxt sizin
əmirləriniz yalnız pozğun qadınların övladları olar. Sanki mən
Burqu (rubənd, pərçəm) sahibinə baxıram”.
Ravi soruşdu ki, “Burqu sahibi kimdir?”
Buyurdu: “Sizdən olan bir kişidir. Siz özünüz ona “O rubənd
vurmuşdur (üzünü örtmüşdür)” – deyəcəksiniz. O sizə sarı
gələr və sizi tanıyar. Ancaq siz onu tanımayacaqsınız. O tək-tək
sizi yoxlayacaqdır. Amma ona gəlincə, pozğun qadının oğlun-
dan başqası olmaz”.
107
Süfyaninin hərəkatı və buna dair şərafətli rəvayətlərdən
müxtəsər dəlilləri izah, buna aid çoxlu işarə və mətləblərə
diqqət etdikdən, həmçinin bəzi Quran ayələrinə toxunduqdan
sonra söz buna təkid edir ki, Süfyani rəvayətdə daha aydın,
möhkəm və etimad olunası bir əlamətdir ki, az qala qüvvəsi
səmadan nida eşidilməyənədək və çöldə yerə batmayanadək
azalmayacaqdır. Belə ki, yaxın gələcəkdə görəcəyik ki, ona aid
digər nişanələr də vardır. Xüsusən yerə batmaqdır ki, onun qo-
şununa aiddir.
108
Süfyaninin dəlillər arasında qəti olması məqbul və dəlalə-
ti açıq-aydındır. Şübhə yoxdur ki, Süfyani hesaba alınmadıqda
“xüsuf” (yerə batma) məsələsinin də aradan çıxmasına gətirib
105
Səba, 41.
106
Ğeybətun-Numani, s.206; Biharul-ənvar, c.52, s.252.
107
Ğeybətut-Tusi, s. 273; Biharul-ənvar, c.52, s.215; Bəşarətul-İslam, s.124.
108
Əs-Süfyani – Muhəmməd Fəqih, s.106.
Dostları ilə paylaş: |