40
Müctəba Sadət
qaynaqlarından istifadə etmək bacarığında deyildi. Halbuki
hal-hazırda neft və mədən resurslarından ən gözəl şəkildə isti-
fadə etmək bacarığındadır. Bəlkə də on doqquzuncu əsrdən bu
yana, insanın bu qısa müddət ərzində başarmış olduğu şeylər
bütün cari yaşam ərzində bütün kəş ləri, bilgiləri və istehsal et-
miş oluğu şeylərin hamısı ilə müqayisə olunmayacaq şəkildədir.
Ona görə də deyirik ki, bəşərin zəkasındakı bu ixtiralar və
nəhəng irəliləyiş Höccətin (əleyhissəlam) zühurunun müqəd-
diməsidir. Çünki Sahibəzzəmana (əleyhissəlam) beyət etmək
istəyən insanların bacarıqlarının və elmi imkanlarının olma-
sı gərəkdir ki, Bəqiyyətullahın (əleyhissəlam) təqdim edəcəyi
mövzulara inansınlar və onları başa düşsünlər. Çünki rəvayət-
lərdə qeyd edildiyi kimi bir göz qırpımında məşriqdən məğribə
gedəcəkdir (yerini dəyişdirəcəkdir).
Muhəmməd ibn Əlidən (əleyhissəlam) rəvayət olunmuşdur
ki, “füqəda” bir dəstədir ki, öz fərşlərindən yoxa çıxıb Məkkədə
olarlar. Bu isə Allahın ayəsidir: “Harada olsanız, Allah sizin ha-
mınızı gətirəcəkdir”.
38
Onlar Qaimin (əleyhissəlam) əshabıdır.
39
Həmçinin məlumdur ki, peyğəmbərlər, rəsullar və imamların
(əleyhimussəlam) möcüzələrinin öz dövrlərinin qanun və elmlərinə
uyğun olması vacibdir. Odur ki, İmam Məhdi Müntəzər (əleyhissə-
lam) elə bir zamanda zühur edəcək ki, orada texnoloji elmlər, silah-
landırma öndə olacaqdır. Belə ki, kosmosda süni peyklər hərəkət
edər və Mars planeti üçün, həmçinin simli, simsiz və internet
əlaqələri vasitələri üçün insan ixtiralarının yetkin hala yetişər. İma-
mın (əleyhissəlam) Bari Allah tərə indən möcüzəsi olacaqdır. Belə
ki, rəvayətlərdə qeyd edilmişdir ki, bir yerdə danışdıqda yer üzünün
sakinləri heç bir müasir cihazdan istifadə etmədən onu eşidəcəklər.
Əbu Cəfər Muhəmməd ibn Əlinin (əleyhissəlam) belə bu-
yurduğu nəql olunmuşdur: “Seyhət (hayqırtı, çığırtı) yalnız Ra-
38
Bəqərə, 148.
39
Numani, “əl-Ğeybə”, s.213; “Kəmalud-din və təmamun-nemət”, s.654.
41
Müqəddəs sübh
mazan ayında olacaqdır. Çünki Ramazan ayı Allah ayıdır. O isə
Cəbrailin bu məxluqa hayqırtısıdır”.
Sonra buyurdu: “Bir carçı səmadan Qaimin adı ilə (onun
adını çəkərək) nida edər. Məşriq və məğribdə olan hər kəs (bu
nidanı) eşidər. Elə bir uzanan qalmaz ki, durmasın, nə də ayaq
üstə olan olmaz ki, oturmasın, nə də elə bir oturan olmaz ki,
ayaqları üstə bu səsdən qorxmuş halda durmasın. Beləcə, Allah
bu səsdən ibrət alıb (onu diqqətə alıb) (bu dəvətə) cavab verən
kəsə rəhm edər. Belə ki, o səs Ruhul-əmin Cəbrailin səsidir”.
40
Dünyanın (müxtəlif) yerlərinə səs və görüntü çatdırmaq na-
minə elektronik zəka, inkişaf etmiş cihazlar, süni peyklər və sair
şeylərdən istifadə edən alim və aydın kəslər Sahibəzzəmanın (əley-
hissəlam) imkanlarına təslim olacaqlar. O kəs ki, səsi cihazsız, yaxud
süni peyksiz çatdıracaq. Onlar onu xariquladə bir insan kimi qəbul
edəcək, ona inanacaq və digərləri də mütləq onlara qoşulacaqdır.
Rəvayətlərdə zikr olunmuşdur ki, Höccət (əleyhissəlam)
ərazi və qitələr arasında nəqliyat üçün buludlara minəcək.
Əbu Abdullah (əleyhissəlam) demişdir: “İmama izin veril-
diyi zaman Allahı Onun ibranicə olan adı ilə çağıracaq. Bundan
sonra üç yüz on üç nəfər səhabəsi payız buludları kimi onun
üçün hazır ediləcək. Onlar bayraqlar sahibidir. Onların içərisin-
də elələri olacaq ki, gecə ikən yataqlarında yoxa çıxıb səhəri
Məkkədə açacaqlar. Elələri də olacaq ki, gündüz vaxtı bulud-
larda yol getdikləri görüləcək. Onlar adları, atalarının adları,
xüsusiyyətləri və nəsəbləri ilə tanınacaqlar”.
Dedim: Sizə fəda olum, onlardan hansı birisi imanca ən
yüksəkdir?
Buyurdu: “Gündüz vaxtı buludda yol gedənlər. Onlar itən-
lərdirlər. Bu ayə onlar barədə nazil olub: “Harada olursanız
olun, Allah hamınızı (bir araya) gətirəcək”.
41
40
Ğeybətun-Numani, s.170; Ğeybətut-Tusi, s.274.
41
Ğeybətun-Numani, s.213; Kəmalud-din və təmamun-nemət, s.672;
Muntəxəbul-əsər, s.476.
42
Müctəba Sadət
Təbiidir ki, ağıl sahibləri və təyyarələr, süni peyk və raket-
lər düzəldən alimlər məntəqələr arası öz əshabı ilə buludlara
süvar olan İmamı (əleyhissəlam) müşahidə etdikdə ona təslim
olacaq, (qarşısında) kiçik düşmüş halda diz çökəcəklər.
Bunu belə əsaslandırmaq olar ki, bu cür düşüncə və elmi kəş lər
bəşərə İmam Bəqiyyətullahın möcüzələrini dərk etmək bacarığına
çatmaq imkanı yaradacaq ki, bunu təbii olaraq etmişdir (daha heç
bir texniki vasitədən istifadə etməmişdir). Ya da Allah-taala bu elmi
ikirləri həmin dövrdə böyük zühuru (Müqəddəs sübh) qarşılamağa
(və qəbul etməyə) hazır olması üçün yetişkin hala gətirəcəkdir.
İkincisi: İnsanların İmamdan (əleyhissəlam) asılı olma-
sı və adının dildən-dilə dolaşması
Bu günlərin bizim üçün alışılmış hala gələn işlərdən biri
olması – bu zaman kəsimini vurğulayırıq – budur ki, əksər in-
sanlar sıxıntılara tuş gələrkən və özlərini böyük və təhlükə-
li hadisələrlə üz-üzə qaldıqlarını gördükdə İmam Məhdinin
(əleyhissəlam) məsələsi və zühur əlamətlərinə qarşı çox önəm
göstərirlər. Həmçinin ümid işığının onlara bəxş etdiyi, yaxın, ya
da uzaq gələcəkdə baş verəcəklərə dair bir az işıq saçmasından
paylarına düşən şeylərin axtarışını aparırlar.
Bu zaman kəsimi ərzində bir sıra yazıçı və müəlli lər görü-
rük ki, əllərində olan birbaşa buyurulmuş kəlamlardan (nəs-
lərdən) başa düşülməsi onlara müyəssər olanlarla uyğun gələn
hadisələrin gələcəyini bəlirləmək üçün böyük səylər sərgiləyir
və bu aşkar rəğbətə uyğun zəhmət çəkirlər.
Diqqət edirik ki, İmam Məhdiyə (əleyhissəlam) yönəlik xü-
susi bablar və kitablar birinci islami dövrlərdə yalnız hədislərin
nəqlinə istinad etməklə kifayətlənirdi. Sonrakı dövrlərdə ona
kəlami münazirələrin əsası əlavə oldu. Ardınca irfan və təsəv-
vüf ünsürü əlavə edildi... Axırıncı zaman kəsimində bu mövzuda
əksər islam ölkələrində onlarla kitablar və məqalələr çıxmışdır.
Onlardan az olmayan sayı sitat gətirmə, münazirə üslubunu keç-
Dostları ilə paylaş: |