Müqəddİmə Bir neçə zəruri xatırlatma


Yemək yeməyin müstəhəb və məkruh əməlləri



Yüklə 9,34 Mb.
səhifə76/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   72   73   74   75   76   77   78   79   ...   88

Yemək yeməyin müstəhəb və məkruh əməlləri


Məsələ 2268: Yemək halında bir neçə işi yerinə yetirmək, savab qəsdi ilə müstəhəbdir: 1-Yemək yeməzdən öncə hər iki əli yumaq; 2-Yemək yedikdən sonra da əlini yuyub dəsmalla qurulasın; 3-Ev sahibi qonaqlardan öncə yemək yeməyə başlasın və hamıdan sonra əlini yeməkdən çəksin; 4- Yemək yediyi zaman “Bismillah” sonunda isə “Əlhəmdulillah” desin. Əgər süfrədə müxtəlif çeşidli yemək varsa, onların hər birini yedikdə “Bismillah” desin; 5-Sağ əli ilə yemək yesin; 6-Əgər bir neçə nəfər bir süfrə kənarında yemək yeyirlərsə, hər biri qarşısına qoyulan yeməkdən yesin; 7-Kiçik loğma götürsün; 8-Tələsərək yemək yeməsin, uzun fasilə ilə yemək yesin və yeməyi yaxşı çeynəsin; 9-Yeməkdən sonra xilal edib, yemək qırıntılarını dişlərinin dibindən təmizləsin və ağzını yusun; 10- Yemək qırıntılarını kənara atmasın, səhrada yemək yediyi zaman yemək qalıqlarını quşlar və heyvanlar üçün saxlasın; 11- Gün ərzində iki dəfə - günün və gecənin əvvəlində yemək yesin;12- Yeməyin əvvəl və axırında düz yesin; 13- Bütün meyvələri yeməzdən öncə yusun; 14- İmkan daxilində süfrəsinin kanarında qonağı olsun.

Məsələ 2269: Aşağıda qeyd edilən əməllər yemək halında məkruhdur:

1-Tox halda yemək yemək; 2-Çox yemək; Nəql edilmişdir ki, Allahın hamıdan çox qarını dolu olan şəxslərdən xoşu gəlmir; 3-Yemək halında başqalarının üzünə baxmaq; 4-Yeməyi qaynar halda yemək; 5-Yediyi, içdiyi şeyə üfürmək; 6- Çörək süfrəyə qoyulduqdan sonra nəyinsə yolunu gözləmək; 7- Bıçaqla çörəyi kəsmək; 8-Çörəyi qabın altında qoymaq və ona edilən hər bir ehtiramsızlıq; 9- (Qabığı ilə yeyilən) meyvələrin qabığını soymaq; 10- Meyvəni tam yemədiyi halda uzağa atmaq.

Su içməyin müstəhəb və məkruh əməlləri


Məsələ 2270: Su içən zaman bir neçə iş tövsiyə edilmişdir: 1-Suyu sovuraraq içsin; 2- Gündüz ayaq üstə su içsin; 3 Su içməzdən öncə “Bismillah” və içdikdən sonra isə “Əlhəmdulillah” desin; 4-Suyu bir nəfəsə yox, üç nəfəsə içsin; 5-Suyu meyli olan halda içsin; 6- Su içəndən sonra İmam Hüseyn (ə) və onun ailəsini xatırlasın və onun düşmənlərinə lə’nət oxusun.

Məsələ 2271: Rəvayətlərdə su içmək barədə bir neçə şey qadağan edilmişdir: 1- Çox içmək; 2-Yağlı yeməkdən sonra su içmək; 3- Gecə ayaq üstə su içmək; 4-Sol əl ilə su içmək; 5- Kuzənin sınıq yerindən və yaxud qulp tərəfindən içmək.

Nəzİr və əhd


Məsələ 2272: İnsanın Allaha xatir xeyir bir işi öz öhdəsinə götürməsi və ya bəyənilməyən bir işi tərk etməsi nəzir adlanır.

Məsələ 2273: Nəzirin iki növü var: şərtlə yerinə yetirilən nəzir (məsələn, bir şəxs deyir ki, xəstəm sağalsa, Allaha xatir filan işi öhdəmə götürürəm; belə bir nəzir şükür nəziri adlanır; ya da insan pis işi yol verəcəyi təqdirdi Allaha xatir xeyir bir iş görəcəyini öhdəsinə götürür); ikinci növ nəzir mütləq nəzirdir. Mütləq nəzir edən şəxs heç bir qeyd-şərtsiz deyir: “Mən Allaha xatir nəzir edirəm ki, gecə namazı qılım.” Yuxarıda göstərilən şəkillərdə nəzir düzgün nəzirdir.



Nəzir və əhdin şərtləri və hökmləri


Məsələ 2274: Nəzir bu işdən ötrü siğə oxunduğu vaxt düzgün sayılır. Bu siğə həm ərəbcə, həm də başqa dillərdə ola bilər. Əgər bir şəxs “filan istəyim yerinə yetsə Allaha xatir fəqirə filan qədər mal verməyi öhdəmə götürürəm” söyləsə, onun nəziri düzgündür. Nəzir edən şəxs söyləsə ki, filan istəyim yerinə yetsə Allaha xatir filan işi yerinə yetirərəm, kifayət edər.

Məsələ 2275: Nəzir o zaman düzgün sayılır ki, nəzir edən büluğ həddinə çatmış, ağıllı şəxs olsun. Məcburi şəkildə, əsəbi halda edilən nəzir düzgün deyil.

Məsələ 2276: Malını boş yerə sərf edən səfeh adamın, eləcə də, müflis olduğu üçün şər’i hakim tərəfindən malına qadağa qoyulmuş şəxsin həmin maldan nəzir etməsi düzgün sayılmır.

Məsələ 2277: Əgər qadının nəzri onun ərinin hüquqlarını pozarsa, onun icazəsiz nəzri batildir. Əgər ərinin hüquqlarını pozmazsa, müstəhəb ehtiyat budur ki, ərinin icazəsi ilə nəzir etsin.

Məsələ 2278: Əgər qadın lazım gəldiyi halda ərinin icazəsi ilə nəzir edərsə, əri vacib ehtiyata əsasən onun nəzrini poza bilməz və ya bu nəzirin qarşısını ala bilməz.

Məsələ 2279: Övlad nəzir etmək üçün atasından icazə almaya bilər. Amma ediləcək nəzir ataya əziyyət olarsa, belə bir nəzir düzgün sayılmaz.

Məsələ 2280: Yalnız yerinə yetirilməsi mümkün olan işləri nəzir etmək mümkündür.

Məsələ 2281: İnsanın nəzir etdiyi iş şər’ən bəyənilməlidir. Beləcə, haram və ya məkruh işlərin görülməsini, vacib və ya müstəhəb işlərin tərk edilməsini nəzir etmək düzgün deyil.

Məsələ 2282: Nəzir ediləcək işini bütün xırdalıqlarının bəyənilməsi zəruri deyil. Əgər iş özü şər’ən bəyənilirsə, bu bəs edir. Məsələn, nəzir edilərsə ki, hər ayın ilk gecəsi gecə namazı qılınacaq, bu nəzir düzgündür və ona əməl edilməlidir. Əgər nəzir edilsə ki, yoxsullara müəyyən bir yerdə təam veriləcək, həmin nəzirə deyildiyi şəkildə əməl olunmalıdır.

Məsələ 2283: Yerinə yetirilməsi və ya tərk olunması eyni dərəcədə mübah olan bir işi nəzir etmək mümkün deyil. Amma həmin işi yerinə yetirmək və ya tərk etmək müəyyən bir baxımdan daha yaxşıdırsa, həmin məqsədlə nəzir etmək olar. Məsələn, nəzir edilsə ki, ibadətə qüvvə olması üçün bir şey yeyiləcək və ya ibadətdə süstlük yaranan bir qida tərk olunacaq, bu nəzir düzgündür.

Məsələ 2284: Bir şəxs nəzir etsə ki, oruc tutacaq, amma onun vaxtını və miqdarını müəyyənləşdirməsə, bir gün oruc tutsa bəs edər. Eləcə də, miqdarı və necəliyi müəyyənləşdirilmədən namaz qılmaq nəzir edilsə, iki rəkət namaz qılmaq bəs edər. Digər xeyir işlərin nəziri də belədir.

Məsələ 2285: Bir şəxs nəzir etsə ki, müəyyən bir gün oruc tutacaq, vacib ehtiyat budur ki, həmin gün səfərə çıxmasın və orucunu tutsun. Əgər həmin gün səfərə çıxsa nəzir etdiyi orucun qəzasını tutması vacibdir. Vacib ehtiyat budur ki, kəffarə də versin.

Məsələ 2286: Bir şəxs imkan olan halda nəzirini yerinə yetirməsə günaha yol vermişdir və kəffarə də ödəməlidir. Nəzirin kəffarəsi 60 fəqiri doyurmaq, ya iki ay ardıcıl oruc tutmaq, ya da bir qul azad etməkdir.

Məsələ 2287: Əgər bir şəxs müəyyən bir əməli müəyyən vaxtadək tərk edəcəyini nəzir edərsə, həmin müddət ötdükdən sonra həmin işi yerinə yetirə bilər. Vaxt tamam olmamış yaddan çıxardığı üçün və ya məcburi şəkildə həmin işi görsə, günah etməmişdir. Amma nəzərdə tutulan vaxtadək həmin işi görməməsi lazımdır. Bir şəxs üzürsüz səbəbdən nəzirini pozub həmin işi görərsə, ötən məsələdə deyildiyi kimi kəffarə verməlidir.

Məsələ 2288: Bir şəxs müəyyən bir əməli daimi olaraq tərk edəcəyini nəzir edərsə və vaxt müəyyənləşdirməzsə, ixtiyari şəkildə nəzrini pozduqda birinci dəfə kəffarə verir. Əgər nəziri elə bir şəkildə olarsa ki, hər dəfə uyğun əməli yerinə yetirdikdə nəzirdən sayılsın, hər dəfə kəffarə ödəmək vacib ehtiyatdır. Belə bir məqsəd olmasa və ya bu işi məqsədlə gördüyünə şəkk etsə, bir kəffarə bəs edir.

Məsələ 2289: Əgər hər həftənin müəyyən günü (məsələn, cümə günü) oruc tutmaq nəzir edilərsə, cümələrdən biri fitr və qurban bayramına düşdükdə, eləcə də, heyz kimi bir üzür olduqda, oruc tutmamalı, ehtiyatən, həmin orucun qəzasını yerinə yetirməlidir.

Məsələ 2290: Əgər bir şəxs müəyyən miqdarda pul sədəqə verməyi nəzir edərsə, sədəqəni verməmiş öldükdə onun malından həmin miqdarda sədəqə verilməlidir.

Məsələ 2291: Əgər müəyyən bir fəqirə sədəqə vermək nəzir olunarsa, həmin sədəqəni başqa fəqirə vermək olmaz və həmin fəqir ölərsə, ehtiyata əsasən, sədəqə onun varisinə verilməlidir.

Məsələ 2292: Əgər imamlardan birinin, məsələn, imam Hüseynin (ə) ziyarətinə getmək nəzir olunsa, başqa bir imamın ziyarətinə getmək bəs etmir. Üzürlü səbəbdən imamın ziyarətinə gedə bilməsə, eybi yoxdur.

Məsələ 2293: Ziyarətə getməyi nəzir etmiş şəxs ziyarət qüslü verməyi və namaz qılmağı nəzir etməmişsə, bu işləri görməsi vacib deyil.

Məsələ 2294: Əgər imam və ya imamzadələrdən birinin hərəmi üçün bir şey nəzir edilərsə, həmin şey hərəmə sərf olunmalıdır. Tə’mir işləri, xalı-xalça, işıqlandırma, hərəmə xidmət bu qəbildəndir. Amma hərəmin adını çəkmədən imam və ya imamzadə üçün bir şey nəzir olunarsa, həmin şeyi adı çəkilən işlərlə yanaşı əzadarlıq və anım mərasimlərinə, həmin şəxslərlə bağlı əsərlərin nəşrinə, onların ziyarətçilərinə sərf etmək olar.

Məsələ 2295: Nəzir olunmuş qoyunun yunu, çəkisindəki artım da nəzirdən sayılır. Nəzir olunmuş qoyun balalayarsa və ya süd verərsə, vacib ehtiyata əsasən balası və südü də nəzirə sərf olunmalıdır.

Məsələ 2296: Bir şəxs xəstəsinin sağalması, səfərdə olan yaxın bir insanın sağ-salamat geri qayıtması üçün xeyir bir iş nəzir edərsə, nəzir edənədək xəstəsi sağalsa və ya səfərdə olan yaxın adamı qayıtsa, həmin nəzirə əməl etməsi vacib deyil.

Məsələ 2297: Ata və ya ana qızını seyidə ərə verməyi nəzir edərsə, bu nəzir e’tibarlı sayılmır. Büluğ həddinə çatmış qızın ixtiyarı özündədir.

Məsələ 2298: Nəziri yerinə yetirmək vacib olduğu kimi əhdə də əməl etmək vacibdir. Bir şərtlə ki, əhd siğəsi oxunmuş olsun. Məsələn, deyilir: “Allahla əhd edirəm ki, filan xeyir işi görüm.” Amma siğə oxunmasa və ya nəzərdə tutulan iş şər’ən bəyənilməsə, əhd e’tibarsız sayılır.

Məsələ 2299: Əgər bir şəxs yuxarıda qeyd olunan şərtlər daxilində əhdinə əməl etməsə, kəffarə verməlidir. Əhdin də kəffarəsi nəzirin kəffarəsi kimidir. Yə’ni 60 fəqiri doyurmaq, 2 ay ardıcıl oruc tutmaq və ya bir qul azad etmək. (2 ay orucun 31 günü ardıcıl tutulur).



Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə