MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə5/30
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38311
1   2   3   4   5   6   7   8   9   ...   30

İKİNCİ FƏSİL

İKİ BÖYÜK FƏZİLƏT


Əgər hər hansı bir ictimai məsələdə şübhə edilsə, yaxud o məsələni isbat etmək üçün təcrübəyə, dəlilə və sübuta ehtiyac duyulsa, onda ictimai bağlılıq və ittihadın lüzumu və onun dolğun mənafeyi barəsində şəkkə yol verilməz. Heç vaxt pərakəndəlik və ikitirəliliyin faydalı və yaxşı bir iş, vəhdət və birliyin isə ziyanlı və pis bir iş olduğunu söyləyən bir adam tapılmaz. Çünki vəhdət və birliyin cəmiyyətə verdiyi ən kiçik fayda–kiçik və pərakəndə vəziyyətdə olan qüvvələri birləşdirməkdir. Bunun nəticəsində də böyük bir qüvvə meydana gəlir ki, bu da cəmiyyətin müxtəlif sahələrində dərin müsbət dəyişikliklər və islahatlar istiqamətində bir hərəkətin yaranmasına səbəb ola bilir. Böyük sədlərin arxasında dəniz şəklində cilvələnən sular məhz kiçik çayların bir-birinə qovuşması nəticəsində meydana gəlir. Bu xırda çaylar təklikdə nə elektrik enerjisi istehsalı üçün, nə də əkinçilik üçün bir o qədər də münasib və yararlı deyildir. Amma onların bir-birinə qovuşması nəticəsində minlərlə kilovatt elektrik enerjisi istehsal etmək, minlərlə hektar əkin sahəsini suvarmaq qüdrəti olan bir dəryaça yaranır. Məqsədə çatmaqda, ictimai çətinlikləri həll etməkdə və düzgün proqramlaşdırmada təkcə maddi qüvvələrdən deyil, həm də ayrı-ayrı fərdlərin əqli və mənəvi qüvvəsindən istifadə etmək olar. Müşavirə etmək və fikir mübadiləsi aparmaqla müşküllərin həlli yollarını tapıb böyük çətinlikləri dəf etmək olar. Buna görə də ictimai işlərdə müşavirə və müzakirə mövzusunun əhəmiyyəti islam dininin əsl və dəyərli proqramlarında daha yaxşı gözə çarpır.

Qurani-Kərim də işlərinin əsasını müşavirə və fikir mübadiləsi təşkil edən şəxsləri haqq axtaran və həqiqət görənlər kimi təqdim edir: "... O kəslər ki, öz Pərvərdigarlarının çağırışına müsbət cavab verib namaz qılar və işlərini öz aralarında məşvərət əsasında icra edərlər; və onlara ruzi verdiyimiz şeylərdən paylayarlar."1


Qardaşlİq


"Islam qardaşlığı" dinimizin ictimai əsaslarındandır. Islam Peyğəmbəri (s) bu qardaşlıq əlaqəsini möhkəmləndirmək üçün bacardıqca çalışmışdır. Mühacirlər Mədinəyə gəldikdən sonra ilk dəfə olaraq qardaşlıq siğəsi Peyğəmbərin vasitəsilə ənsarın iki şaxəsi, yəni Ovs və Xəzrəc qəbilələri arasında bağlandı. Mədinədə uzun illər boyu bir-biri ilə qanlı müharibə aparan bu iki qəbilə Peyğəmbərin göstərdiyi səylər nəticəsində qardaş oldular və qərara aldılar ki, artıq olub-keçənləri unutsunlar. Bu qardaşlıq əqdinin (müqaviləsinin) oxunması ilə islam ordusunun müşriklər önündəki iki ümdə sütununu təşkil edən Ovs və Xəzrəc qəbilələri baş verən qırğınları və bir-birlərinə etdikləri təcavüzləri unudub, ədavəti və düşmənçiliyi sülh və səfa-səmimiyyətlə əvəz etdilər.

Ikinci dəfə, Peyğəmbəri-Əkrəm (s) buyurdu ki, onun köməkçiləri–istər ənsar olsun, istərsə də mühacir–bir-biri ilə qardaş olsunlar və hər biri özü üçün bir nəfəri qardaş seçsin. Çox hallarda iki mühacir bir-biri ilə, yaxud bir mühacir bir ənsarla qardaşlıq əqdi bağladılar və qardaşlıq rəmzi olaraq bir-birinin əllərini sıxdılar. Bu yolda siyasi-mənəvi bir qüvvə onların üzərinə kölgə salırdı. Islam tarixçiləri və hədisçiləri yazırlar: Bir gün Peyğəmbər ayağa qalxıb dostlarına buyurdu: "Allah yolunda bir-birinizlə (iki-iki) qardaş olun."

Peyğəmbərin fərmanı ilə (həmin gündə) bir-biri ilə qardaşlıq əqdi bağlayanların adları tarixdə qeyd olunmuşdur. Məsələn, Əbu Bəkr Ömər ilə, Osman Əbdürrəhman ibni Ovf ilə, Təlhə Zübeyr ilə, Übeyy ibni Kəb ibni Məsud ilə, Əmmar Əbu Hüzeyfə ilə, Salman Əbu Dərda ilə və s. qardaşlıq əqdi bağlamış və bu əqdlər Peyğəmbər tərəfindən təsbit olunmuşdur. Bir neçə nəfərin arasında bağlanmış bu qardaşlıq əqdi, Qurani-Məcidin islam dünyası miqyasında elan etdiyi və bütün möminləri bir-birinin qardaşı hesab etdiyindən tam başqa bir qardaşlıqdır.

Əlİ (ə) PeyğƏmbƏr (s)-İn qardaşİdİr


Peyğəmbər (s) "Məscidün-Nəbi"də olanların hərəsi üçün bir qardaş təyin etdi. Əli (ə) tək qaldı və onun üçün qardaş təyin olunmadı. Bu vaxt o, gözləri yaşla dolmuş halda Peyğəmbər (s)-in hüzuruna gəlib dedi:–Dostlarından hər biri üçün bir nəfər qardaş təyin etdin, amma mənimlə bir kəsin arasında qardaşlıq əqdi bağlamadın.

Bu zaman Peyğəmbəri-Əkrəm (s) Əli (ə) ilə olan əqidə və ideya bağlılığını bildirən öz tarixi kəlamını söylədi: "Sən həm bu dünyada, həm də axirətdə mənim qardaşımsan. Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, səni yalnız özümə qardaş seçmək üçün axıra saxladım. Sən həm dünyada, həm də axirətdə mənim qardaşımsan."

Bu kəlam Əli (ə)-ın Peyğəmbər (s)-lə olan mənəviyyət, paklıq və dini məqsədlərlə bağlı olan ixlas və sədaqət mövqeyini aşkar şəkildə sübut edir.

Sünnü alimlərindən olan və "Ər-Riyazün-nəzirət" kitabının müəllifi bu həqiqəti etiraf etmişdir. Buradan "mübahilə" ayəsinin (Ali-Imran, 61) əsası aydın olur. Təfsir alimlərinin hamısı demişlər ki, ayədəki "ənfusəna" kəlməsindən məqsəd Əli ibni Əbu Talibdir. Belə ki, Qurani-Məcid onu (Əli (ə)-ı) nəfsi-Peyğəmbər (Peyğəmbərin nəfsi və özü) hesab etmişdir. Çünki ruhi və fikri cazibələr nəinki bir-biri ilə həmfikir olan iki şəxsi bir-birinə doğru çəkmir, həm də bəzi vaxtlar iki nəfəri bir nəfər kimi göstərir. Varlıq aləmində mövcud olan hər şey öz həmcinsini (öz növündən olanı) cəzb, müxalifini isə dəf edir. Bu (cəzb-dəf) təkcə yerə və səma cisimlərinə məxsus deyil. Dünyanın böyük şəxsiyyətləri də cəzb-dəf etməyin məkanıdır. Onlar bəzi adamları özlərinə cəzb edir, bəzilərini isə dəf edirlər. Bu cür cəzb etmə və dəfetmə ruhi təzad, yaxud uyğunluq əsasında qurulmuşdur. Bir qrupu öz dövrəsinə yığan, başqa bir qrupu isə özündən kənarlaşdıran da məhz həmin uyğunluq və təzaddır. Islam fəlsəfəsində bu məsələ belə ifadə olunur: "Sinxiyyət və uyğunluq oxşar şeylərin bir yerə yığışma səbəbidir."


İmam (ə)-İn başqa bİr fƏzİlƏtİ


"Məscidün-Nəbi" tikiləndən sonra Peyğəmbər (s)-in dostları məscidin ətrafında özləri üçün ev tikdilər. Bu evlərin bir qapısı məscidə açılırdı. Peyğəmbər (s) Allahın fərmanı əsasında göstəriş verdi ki, Əli ibni Əbu Talibin evindən başqa bütün evlərin məscidə tərəf açılan qapılarını bağlasınlar. Bu iş Peyğəmbərin dostlarının çoxuna ağır gəldi. Buna görə Peyğəmbər minbərə çıxıb buyurdu: "Böyük Allah mənə əmr etmişdir ki, Əlinin evinin qapısından başqa məscidə açılan bütün qapılar bağlansın. Mən heç vaxt bir qapının bağlanması, yaxud başqa bir qapının açıq saxlanılması haqda özümdən göstəriş vermərəm. Bu kimi məsələlərdə mən Allahın fərmanına itaət edirəm."

O gündən etibarən Peyğəmbərin dostları bu işi Əli (ə) üçün böyük bir fəzilət hesab etdilər. Hətta ikinci xəlifə sonralar deyirdi: "Kaş Əliyə nəsib olan üç fəzilət mənə nəsib olaydı. O fəzilətlər aşağıdakılardır:

1) Peyğəmbər (s) öz qızını ona ərə verdi.

2) Əlinin evindən başqa qapısı məscidə açılan bütün evlərin qapıları bağlandı.

3) Xeybər müharibəsində Peyğəmbər bayrağı Əliyə verdi."

Əli (ə) ilə başqaları arasında olan fərq bu idi ki, onun məscidlə olan əlaqəsi heç vaxt kəsilməmişdi. O, Allah evində (Kəbədə) doğulmuşdu. Buna görə də ilk gündən etibarən məscid onun evi olmuşdu və belə bir fəzilət ondan başqa heç kəsə nəsib olmamışdı. Bundan əlavə, Əli (ə) məscidin işlərinə ciddi şəkildə və hər zaman riayət edirdi, amma başqaları çox az hallarda məscidlə əlaqədar işlərə lazımınca riayət edirdilər.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə