işlərə qarışmamaq; insan haqlarına hörmət; xalqların və millətlərin öz
müqəddəratını təyin etmə; əməkdaşlıq; beynəlxalq öhdəlikləri
vicdanla yerinə yetirmək.
DÖVLƏTLƏRİN SUVEREN BƏRABƏRLİYİ. Dünya qaydası
onun bütün iştirakçıları arasında yalnız suveren bərabərlik əsasında
qoruna bilər. Hər bir dövlət beynəlxalq münasibətlər sisteminin digər
iştirakçılarının suverenliyinə, yəni öz ərazisində qanunvericilik,
icraedicilik, idarəçilik və məhkəmə hakimiyyətini, həmçinin, xarici
siyasətini kənardan müdaxilə olmadan həyata keçirməsinə hörmət
etməlidir. Dövlətlərin suveren bərabərliyi müasir beynəlxalq
münasibətlərin əsasını təşkil edir. O, BMT nizamnaməsində, digər
beynəlxalq təşkilatların sənədlərində möhkəmləndirilmişdir. Bu
prinsipə görə, sosial, iqtisadi inkişaf səviyəsindən, əhalisinin sayının
çox və ya azlığından, ərazisinin böyük-kiçikliyindən asılı olmayaraq
bütün dövlətlər bərabərdilər. Əlbəttə, dövlətlərin hüquq bərabərliyi,
heç də onların faktiki bərabərliyi demək deyildir. Bu, özünü BMT
Təhlükəsizlik Şurasının təcrübəsində aydın şəkildə göstərir. Yəni
BMT-də bütün dövlətlər bərabərdirlərsə də, dünyada sülh və
təhlükəsizliyin taleyini daha çox Təhlükəsizlik Şurasının beş daimi
üzvü - ABŞ, İngiltərə, Fransa, Çin və Rusiya həll edirlər. Onlar
beynəlxalq məsələlərin həllində öz mövqelərini diqtə edə bilirlər və bu
məqsədlə də veto hüququnda istifadə edirlər. Əslində veto hüququ
beynəlxalq münasibətlər sisteminin sağlamlığı üçün zəruri şərtlərdən
biri sayılan bərabərlik prinsipi ilə bir araya sığmır. Suverenlik dövlətin
özünü təcrid etməsi demək deyildir. Çünki o, dünya birliyinin başqa
üzvləri ilə birlikdə mövcuddur, qarşılıqlı əlaqədədir və qarşılıqlı
asılıdır. Həm də dövlətin daxilində elə problemlər yarana bilər ki, o,
beynəlxalq sülh və təhlükəsizlik üçün qorxu törədər. Buna görə də
beynəlxalq birlik həmin problemləri dövlətin suverenliyi və daxili iş
kimi qiymətləndirmədən ona qarışa bilər. Azərbaycan dövləti özünün
beynəlxalq fəaliyətində bütün digər dövlətlərin suverenliyinə hörmət
edir və əməli fəaliyyətində buna ciddi surətdə əməl edir.
ZOR İŞLƏTMƏMƏK VƏ YA ZORLA HƏDƏLƏMƏMƏK.
Beynəlxalq münasibətlərin demokratikləşdirilməsi təbii olaraq zor
işlətməyi və zorla hədələməyi minimuma endirməyi zəruri edir. Bu
prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cu bəndində təsbit
edilmişdir. Burada deyilir ki, BMP-nin bütün üzvləri beynəlxalq
münasibətlərdə hər hansı dövlətin ərazi toxunulmazlığına və ya siyasi
18
müstəqilliyinə qarşı zor işlətməkdən və ya onu tətbiq etməkdən imtina
edirlər. Bu prinsip həmçinin BMT-nin beynəlxalq hüququn prinsipləri
haqqında (1970-ci il), təcavüzkarın müəyyən edilməsi haqqında
(1974-ci il) bəyannamələrində, ATƏT-in yekun sənədində (1 avqust
1975-ci il), Beynəlxalq münasibətlərdə zor işlətməkdən və ya zorla
hədələməkdən imtina edilməsinin səmərəliliyini artırmaq haqqında
bəyannamədə (1987-ci il) əks olunmuşdur. Zor işlətməmək prinsipi ilk
növbədə tacavüzkarlıq müharibələrinin qadağan edilməsini nəzərdə
tutur. O, beynəlxalq normaları pozaraq başqa dövlətin ərazisini işğal
etməyi, öz ərazisini başqa dövlətə qarşı təcavüzkarın istifadəsinə
verməyi, başqa dövlətdə terrorçu hərəkətlərə və vətəndaş
müharibəsində iştirak edən tərəflərə kömək etməyi, başqa dövlətin
ərazisinə muzdlular göndərməyi, qızışdırıcılıq fəaliyyətini və s.
qadağan edir. Bununla belə, dövlətin üzərinə silahlı basqın olarsa, o,
müdafiə məqsədləri üçün silahlı qüvvə tətbiq edə bilər.
DÖVLƏT SƏRHƏDLƏRİNİN POZULMAZLIĞI Bu prinsip
Avropa dövlətlərinin təhlükəsizliyini təmin etməyin ən mühüm
əsaslarından biridir. Sərhədlərin pozulmazlığı bir sıra beynəlxalq və
ikitərəfli sənədlərdə öz əksini tapmışdır. Onun əsas məzmunu üç
mühüm elementdə cəmlənmişdir: mövcud sərhədlərin beynəlxalq
hüquqa uyğun qurulduğunu qəbul etmək; indi və gələcəkdə hər hansı
ərazi iddialarındandan imtana etmək; sərhədlərin pozulması və ya
zorla dəyişdirilməsi cəhdlərindən imtina etmək. ATƏT-in 1975-ci il
avqustun 1-də imzalanmış yekun sənədində 33 Avropa dövləti, ABŞ
və Kanada onu təsdiqlədir. Bu prinsip eyni zamanda, hər hansı
suveren dövlətin öz sərhədlərinə nəzarət etməsini və onun
pozulmasına qarşı tədbirlər görməsini də nəzərdə tutur. Sərhədlərin
pozulmazlığı və toxunuzmazlığı bütün qitələrə və dövlətlərə aiddir.
DAXİLİ İŞLƏRƏ QARIŞMAMAQ
Dövlətlərarası münasibətlərin ümumi prinsipi kimi daxili
işlərə qarışmamaq millətlərin öz dövlətçiliyi uğrunda mübarizəsi
prosesində formalaşmışdır. Lakin əvvəlki vaxtlarda bu prinsip məhdud
olmuşdur. Çünki bir sıra dövlətlər bir-birlərinin daxili işlərinə
kobudcasına qarışırdılar. Müasir anlamda daxili işlərə qarışmamaq
BMT nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində, 1970-ci ildə
qəbul edilmiş beynəlxalq hüquq prinsipləri haqqında bəyannamədə,
ATƏT-in yekun sənədində və b. əks olunmuşdur. Azərbaycan dövləti
19
bu prinsipə ciddi surətdə əməl edərək heç bir dövlətin daxili işlərinə
birbaşa və ya dolayısı yolla qətiyyən qarışmır.
DÖVLƏTİN ƏRAZİ BÜTÖVLÜYÜ. Bu prinsip BMT
nizamnaməsinin qəbul edilməsi ilə təsbit olunmuş və sonralar inkişaf
etdirilmişdir. O, hər hansı dövlətin ərazisini mümkün ola biləcək
təcavüzlərdən qorumalıdır. Bu prinsipə görə, dövlətin ərazisi zor
tətbiq etməklə hərbi təcavüz obyekti ola bilməz və başqa dövlət
tərəfindən tutula bilməz. Zorla tutulan hər hansı ərazi dünya birliyi
tərəfindən qəbul oluna bilməz. BMT nizamnaməsinə və ATƏT
prinsiplərinə görə, iştirakçı dövlətlər bir-birlərinin ərazi bütövlüyünü
hörmət etməlidirlər. Azərbaycan dövləti bütün dövlətlərin ərazi
bütövlüyünə hörmət edir.
İNSAN HAQLARINA ÜMUMİ HÖRMƏT. Bu prinsip Avropa
burjua inqlabları dövründə siyasi-hüquqi terminologiyaya daxil
olmuşdur. Lakin beynəlxalq hüququn prinsipi kimi, o, BMT
Nizamnaməsinin qəbul edilməsi ilə bilavasitə bağlıdır. Nizamnamənin
55-ci maddəsində göstərilir ki, təşkilat əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə, tam məşğulluğuna, iqtisadi və sosial tərəqqisinə və
və inkşafına kömək edir. Burada problem ümumi formada göstərilir.
Lakin müharibədən sonrakı illərdə dövlətlər buprinsipi
konkretləşdirməyə çalışdılar. 1948-ci ildə insan hüquqlarının ümumi
bəyannaməsi, 1966-cı ildə vətəndaş və siyasi hüquqlar haqqında və
iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktlar qəbul
edildi.İnsan haqlarının qorunması universal normadır. Dövlətlər
irqindən, cinsindən, dinindən, dilindən asılı olmayaraq insanların
hüquq və azadlıqlarını qorumalıdırlar. Bu öhdəlik ümumi məcburi
xarakter daşıyır.
Azərbaycan Respublikası 1992-ci il iyulun 21-də «İqtisadi,
sosial və mədəni hüquqlar haqqında» beynəlxalq pakta, BMT-nin
qaçqınların statusuna dair konvensiyasına,1995-ci il iyulun 30-da
BMT-nin «Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının
ləğv olunması haqqında» konvensiyasına və b. qoşulmuşdur.
MİLLƏTLƏRİN ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏSİ.
Beynəlxalq münasibətlərin prinsipial əsaslarından biri kimi bu
prinsipə görə, hər bir xalq sərbəst suətdə öz inkişafının yol və
formasını müəyyənləşdirə bilər. Bu prinsip BMT nizamnaməsinin 1-ci
maddəsinin 2-ci bəndində, 1960-cı ildə qəbul edilmiş müstəmləkə
ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında bəyannamədə,
20
Dostları ilə paylaş: |