mübadiləsi, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın
qurulması üçün addımlar atılmışdır. Bununla belə, açıq qapılar siyasəti
dövlətin qüdrətinin bütün komponentlərinə (hərbi-siyasi, iqtisadi,
mənəvi-psixoloji) xələl gətirməməli, ölkəni xarici dövlətlərin
tapdağına, iqtisadi-siyasi təhlükəsizliyi üçün əngələ və xammal
bazasına çevirməməlidir.
Humanitar sahədə Azərbaycan dövləti ATƏT prinsiplərinin
həyata keçirilməsi, irqindən, cinsindən, dini və siyasi
mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının
qorunması öhdəliklərini bütün dünya qarşısında götürmüşdür.
Azərbaycan dövlətinin XARİCİ
SİYASƏTİNİN
MƏQSƏDLƏRİNƏ VƏ VƏZİFƏLƏRİNƏ aşağıdakılar daxildir:
O,
ölkəmizin milli və dövlət mənafelərini qorumalıdır. Bu
mənafelər dedikdə, hərbi təcavüzün qarşısının alınması, dövlətimizin
suverenliyinin, müstəqilliyinin qeyd-şərtsiz təmin olunması, ölkəmizin
demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə inkişafı və milli rifah
halının yüksəldilməsi üçün əlverişli beynəlxalq şəraitin yaradılmasına
və Azərbaycanın dünya birliyinə möhkəm daxil olmasına yönəldilən
səylər və s. nəzərdə tutulur. Xarici siyasətimiz ölkəmizin daxili
siyasətinin və beynəlxalq fəaliyyətinin vəhdətini və daimi sıx qarşılıqlı
əlaqəsini və bir-birlərinə yardımını diqqətdə saxlamalıdır; şəxsiyyətin
və insan hüquqlarının qorunmasına yönəldilən beynəlxalq şəraiti
təmin etməyə çalışmalıdır; dəyişən dünyada Azərbaycanın vəziyyətinə
və mənafeyinə uyğun olaraq beynəlxalq fəaliyyətin yeniləşdirilməsini
nəzərdə tutmalıdır; regionda sabitliyin qorunması üçün Azərbaycanın
məsuliyyətinin artırılmasına, beynəlxalq münasibətlərin sabit
inkşafına kömək etməyə, qanun, demokratiya və insan haqlarının
alilliyinə yönəldilməlidir; ikitərəfli, regional və beynəlxalq
məsələlərin həllində diplomatik-siyasi yola, danışıqlar metoduna
üstünlük verilməlidir. Məlum olduğu kimi, danışıqların iki tərəfi
vardır: zahiri - protokol tərəfi və daxili - məzmun tərəfi. Protokol
tərəfi ciddi gözlənilməklə yanaşı, danışıqların daxili tərəfinə diqqət
verilməlidir. Danışıqlar naminə danışıqlar aparmaq lazım deyildir və
o, uğur sayıla bilməz. Danışıqlar o vaxt ölkənin maraqlarına cavab
verər ki, onların nəticəsində konkret strateji məqsədə nail olunsun.
Qarşı tərəf hər hansı şəraitdə bizim necə addımlar atacağımızı
əvvəlcədən bilməməlidir. Danışıqlarda mühafizəkar mövqelərə deyil,
mənafelərə xüsusi fikir vermək lazımdır. Danışıqlarda kiçik,
24
əhəmiyətsiz şey yoxdur. Söhbətləri və danışıqları bir-birindən
fərqləndirmək lazımdır. Söhbətlərdə tərəflər əməkdaşlıq haqqında
razılığa gələ və növbəti addımları müəyyənləşdirə bilərlər.
Danışıqlarda qarşılıqlı maraq doğuran problemlərin həlli qarşıya
qoyulur.
Diplomatiya tarixinin təcrübəsi sübut edir ki, bir qayda olaraq,
söhbətlərə və danışıqlara əvvəlcədən hazırlaşırlar. Hazırlıq
mərhələsində iki qütbdən qaçmaq lazımdır. Bunlardan biri- danışıqlara
tamamilə hazırlaşmamaq, məsələnin həllinə danışıqların gedişində
improvizasiya ilə nail olmağa ümid bəsləməkdir. İkincisi- gələcək
görüşlərin bütün mərhələlərin xırdalığına qədər, «nöqtə-vergülünə»
qədər hazırlamaqdır. Hər iki qütb ziyanlıdır. Birinci halda təşəbbüs
tamamilə qarşı tərəfə keçə bilər, müzakirə olunan məsələdə
səlahiyyətsizliyi göstərər. İkinci halda isə, azca geri çəkilmək
inamsızlıq yaradar. Deməli, daha məqsədəuyğun variant əsas,
prinsipial momentləri müəyyənləşdirmək və onlara əməl etməkdir.
Söhbətin əsas məqsədi informasiya mübadiləsi aparmaqdır.
Danışıqlara hazırlaşmaq isə daha mürəkkəb və daha məsul prosesdir.
Onun bir sıra mərhələləri vardır: qarşılıqlı maraqlar sahəsinin üzə
çıxarılması; işgüzar münasibətlərin qurulması; təşkilati məsələlərin həl
edilməsi(gündəlik, yer və danışıqların vaxtı); müzakirə edilən
məsələlərə ümumi yanaşmanın və həllinin müxtəlif variantlarının
axtarılması və s. hazırlıq işi, əsasən, iki ümumi istiqamətə bölünür:
danışıqların məzmun hissəsini formalaşdırmaq və təşkilati işləri həll
etmək. Bu iki istiqamətin fərqi tamamilə şərtidir. Qarşıdakı
danışıqların xarakteri təşkilati işlərin görülməsinə təsir göstərir.
Məsələn, danışıqların məzmundan asılı olaraq ekspertlərin cəlb
edilməsi məsələsi həll edilir. Öz növbəsində, hazırlıq mərhələsinin pis
təşkil edilməsi müzakirə olunan problemin həllinə mənfi təsir göstərə
bilər.
Danışıqlara məzmüni cəhətdən hazırlaşmaq aşağıdakı
məsələlərin əvvəlcədən həllini irəli sürür: problemin təhlili və şəraitin
qiymətləndirilməsi; ümumi yanaşmanın, əsas məqsəd və vəzifələrin
formalaşdırılması; danışıqlarda mövqenin, problemin həllinin
mümkün variantlarının müəyyənləşdirilməsi və maraqların
razılaşdırılması. Təkliflərin hazırlanması
və
şəraitin
qiymətləndirilməsi bütün hazırlıq mərhələsinin əsas elementləridir. Bu
mərhələdə həmçinin, qarşıdakı tərəflərin maraqları və mövqeləri də
25
öyrənilməlidir. Qarşıdakı tərəfin maraqlarının öyrənilməsi və qəbul
edilməsi danışıqlar prosesinin pozulmasına gətirib çıxara bilər.
Danışıqlara təşkilati cəhətdən hazırlaşmaq aşağıdakı məsələlərin
həllini irəli sürür: nümayəndə heyətinin formalaşdırılması; danışıqlara
hazırlaşmanın metodu.
Azərbaycanın xarici siyasəti beynəlxalq hüququn normaları
çərçivəsində öz təhlükəsizliyini, sərhədlərin toxunulmazlığını
qorumaqdan ötrü qüvvə tətbiq etmək hüququnu özündə saxlamalıdır;
bütün ölkələrlə çoxsahəli bərabərhüquqlu və qarşılıqlı faydalı
münasibətlərin inkşafını genişləndirilməlidir; dünya inkşafında baş
verən bütün dəyişiklikləri nəzərə alaraq praqmatik və tarazlaşdırılmış
siyasət yeritməyi təmin etməlidir; qonşu ölkələrlə üstün
münasibətlərlə xüsusi yer verməlidir; çünki ölkəmizin daxilindəki
dəyişikliklər və bütövlükdə beynəlxalq vəziyyətimiz bu ölkələrlə
münasibətlərdən bu və ya başqa dərəcədə asılıdır. Eyni zamanda,
həmin ölkələrdə baş verən hadisələr müvafiq olaraq bizə təsir göstərir.
Burada strateji məqsəd sərhədlərimiz boyu mehriban qonşular zolağı
yaratmaq, ətrafımızda düşmən rejimlərin meydana gəlməsinə yol
verməmək, tarazlaşdırılmış siyasət yeritmək olmalıdır; siyasi
vasitələrlə qlobal və regional səviyyədə təhlükəsizlik sisteminin
yaradılmasına, hərbi təhlükənin olduğu şəraitdə minimum müdafiə
prinsipi əldə olunmalıdır; ölkənin iqtisadi imkanlarına uyğun olaraq
hərbi islahatların həyata keçirilməsinə yardım edilməlidir; Şərq
vəQərb ölkələri ilə partnyorluq və müttəfiqlik məsələləri üçün ciddi
addımlar atılmalıdır; partnyorlarımız, strateji və taktiki
müttəfiqlərimiz müəyyənləşdirilməli, beynəlxalq fəaliyyət ciddi
nəzərə alınmalıdır; Azərbaycanın Avropaya çıxmasının qarşısını
kəsməkdən ötrü Rusiyanın bufer dövlətə çevirilməsinə imkan
verilməməlidir; xarici dövlətlərin Azərbaycanı sıxışdırmalarını aradan
qaldırmalıdır; dövlətimizin beynəlxalq və məhəlli siyasi, iqtisadi,elmi-
texniki, mədəni, humanitar və s. təşkilatlarda səmərəli iştirakını təmin
etməlidir. Azərbaycan dövləti daxildə iqtisadi amilin
gücləndirilməsinə və daxildə iqtisadi islahatların genişləndirlməsinə
xüsusi diqqət yetirməlidir; xarici iqtisadi siyasət Azərbaycanın
beynəlxalq aləmdəki fəaliyyətinin tərkib hissəsi olmalıdır. Bu isə
vahid xarici siyasət xətti çərçivəsində milli mənafelərin, beynəlxalq
işlərdə dövlətin nüfuzunun qorunmasını və qüdrətinin artırılmasını
nəzərdə tutmalıdır; böyük dövlətlərin Azərbaycanda mənafeləri demək
26
Dostları ilə paylaş: |