yaradıcı kollektiv, ifaçı qrupları, 1000-dən yuxarı musiqiçi, xanəndə
və aktyor xarici ölkələrdə olmuşlar. Təkcə 1985-ci ildə Azərbaycan
incəsənətinin nümayəndələri Əfqanıstanda, İraqda, Monqolustanda,
ABŞ-da, İsveçdə və digər ölkələrdə olmuşlar. Ümumiyyətlə,
Azərbaycan incəsənətinin nümayəndələri 1980-1990-cı illərdç 160-
dan çox ölkədə (ölkələrin bəziləri bir neçə dəfə təkrar olunmuşdur),
eyni dövrdə isə 130-dan çox xarici ölkənin incəsənət nümayəndələri
Azərbaycanda olmuşlar. Həmin dövrdə respublikanın incəsənət
xadimləri xarici ölkələrin 800-dən yuxarı şəhərlərində olmuş,
təxminən 2000-dən yuxarı konsert vermiş, 7500-ə qədər görüş
keçirmişlər.
1980-1990-cı illərdə keçirilən 50-dən artıq SSRİ mədəniyyət
günü Azərbaycan incəsənətinin iştirakı ilə olmuşdur. Bu tədbirlərin
əhəmiyyəti ondan ibarət idi ki, külli miqdarda insanlar Azərbaycan
incəsənətinin naliyyətləri ilə təmasda olmuş və Azərbaycan xalqının
mənəvi dünyası ilə daha yaxından tanış olmuşlar.
Azərbaycan xarici ölkələr üçün mütəxəssislər də hazırlamışdır.
1986-cı ilin əvvəlində respublikada dünyanın 70 ölkəsi üçün 29 ixtisas
üzrə 3000-ə qədər xarici tələbəyə ali təhsil diplomu verilmişdir. 1987-
ci ilin əvvəlinə olan məlumata görə, respublikada 71 ölkənin 3022-i
gənci təhsil almışdır.
1980-1990-cı illərdə 1000-ə qədər Azərbaycan alimi xarici
ölkələrdə elmi s əfərdə olmuş, 4000-ə yaxın öz xarici həmkarlarını
respublikamızda qəbul etmişlər. Təkcə Azərbaycan EA-nın alimləri
hər il 51 ölkənin orta hesabla 570 elmi təşkilat və mərkəzi ilə əlaqə
saxlamış və müxtəlif elm sahələrini əhatə edən 40 mövzu üzrə birgə
tədqiqat işləri aparmışlar.
Azərbaycan alimləri 200-ə yaxın böyük beynəlxalq elmi
tədbirlərdə, konqreslərdə, simpoziumlarda və digər elmi xarakterli
tədbirlərdə iştirak etmişlər. Təkcə 1981-1985-ci illərdə Azərbaycan
elminin müxtəlif istiqamətlərinin nümayəndələri 60-dan yuxarı
beynəlxalq konqreslərin, konfransların, simpozium və müşavirələrin
iştirakçısı olmuşlar. Alimlərimizin əsərləri 60-dan artıq xarici ölkədə
30 dildə çapdan çıxmışdır. 20 Azərbaycan alimi müxtəlif beynəlxalq
elmi təşkilatların üzvü seçilmişlər.
1980-1990-cı illərdə Azərbaycan böyük beynəlxalq elmi
tədbirlərin mərkəzinə çevrilmişdir. Bu dövrdə Bakıda 90-dan yuxarı
beynəlxalq elmi konfrans, simpozium, konqres və digər elmi
15
xarakterli tədbirlər keçirilmişdir. 1980-1990-cı illərdə Azərbaycan
EA-nın Böyük fundamental elmi kitabxanası 40-dan 53-ə qədər xarici
ölkələrdə fəaliyyət göstərən 460-dan 580-ə qədər elmi mərkəzlərlə
əməkdaşlıq etmişdir. Bu illərdə kitabxana beynəlxalq kitab mübadiləsi
yolu ilə xarici ölkələrdən 110.000-dən artıq müxtəlif elmi ədəbiyyat
almış, öz növbəsində isə 105.000 ədəd elmi ədəbiyyat yollamışdır.
Təkcə 1981-1985-ci illərdə o, 43.532 ədəd ədəbiyyat yollamış, 52.834
ədəd ədəbiyyat almışdır. Həmin illərdə M.F Axundov adına Dövlət
kitabxanası xarici həmkarlarına 10.000-ə qədər ədəbiyyat yollamış,
11.000-dən yuxarı ədəbiyyat almışdır.
Azərbaycanın beynəlxalq ictimai-siyasi əlaqələri müxtəlif
formalarda, mümkün olan bütün istiqamətlərdə həyata keçirilmişdir.
Lakin bu əlaqələr konkret siyasi məqsədlərə tabe etdirilmiş və ciddi
nəzarət altında olmuşdur.
Göstərilən əlaqələrin möhkəmlənməsinə yönəldilən ən vacib
formalardan biri ikitərəfli qaydada müxtəlif ixtisas və görüşlərə malik
olan ictimai və siyasi xadimlərin nümayəndələrinin mübadiləsi
olmuşdur. Əgər 1960-1970-ci illərdə Azərbaycanda dünyanın orta
hesabla 110 ölkəsindən ictimaiyyətin müxtəlif sənət sahələrindən
ibarət 600-dən yuxarı rəsmi nümayəndə heyəti səfərdə olmuşdursa,
1980-1990-cı illərdə dünyanın orta hesabla (hər iki nümayəndə
heyətləri və ölkələrin sayı müxtəlif olmuş) 150-dən yuxarı ölkəsinin
ictimaiyyətinin 3000-ə yaxın nümayəndə heyətləri Azərbaycanda
olmuşlar. Təkcə 1980-ci ildə belə nümayəndə heyətlərinin sayı 250-
dən yuxarı olmuşdur. Respublikaya gələn xarici dövlətlərin
ictimaiyyətinin nümayəndə heyətlərinin səfərləri əməli və
məqsədəuyğun işə xidmət etmişdir. Onların gəlişi geniş ictimai-siyasi
kampaniyaların keçirilməsi ilə səciyyələnir. Belə ki, nümayəndə
heyətinin üzvləri müxtəlif illərdə respublikamızda 100.000-dən çox
iştirakçısı olan 30.000-dən yuxarı tədbirdə iştirak etmiş, 20.000-dən
çox görüşlər keçirmiş, 10.000-dən artıq şəxsi əlaqə yaratmışlar. Onlar
Azərbaycanın 12.000-dən artıq müəssisə və elm ocaqlarında, tarixi
yerlərində olmuşlar. Bu da onlara Azərbaycanın ictimai-siyasi, sosial-
iqtisadi, mənəvi və mədəni, elmi və texniki potensialı haqqında geniş
məlumatlar əldə etməyə, respublika əhalisinin həyat tərzi ilə yaxından
tanış olmağa imkan vermişdir.
16
VIII BÖLÜM
AZƏRBAYCAN RESPUBLİKASI BEYNƏLXALQ
MÜNASİBƏTLƏR SİSTEMİNDƏ
Azərbaycan dövlətinin xarici siyasət prinsipləri, mahiyyəti, məqsəd
və vəzifələri
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq
referendumu ilə qəbul edilmiş Konstitusiyasının 10-cu maddəsində
deyilir: “Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini
hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə
tutulan prinsiplər əsasında qurur”.
Beynəlxalq prinsiplər beynəlxalq münasibətlər sisteminin
bütün subyektləri üçün yerinə yetirilməsi məcburi olan normadır.
Onları ayrı-ayrı dövlətlər və dövlətlər qrupu dəyişdirə bilməzlər.Bu
prinsiplər adi və müqavilə yolu ilə formalaşaraq əsasən iki funksiyanı
yerinə yetirirlər: bir tərəfdən, beynəlxalq münasibətlərin
sabitləşməsinə kömək edirlər, onları müəyyən normativ çərçivələrlə
məhdudlaşdırırlar, digər tərəfdən isə, beynəlxalq münasibətlər
praktikasında yeni yaranan nə varsa onu möhkəmləndirir və inkşafına
kömək edirlər. Bu prinsiplərin səciyyəvi cəhəti onların universal
olmasındadır. Onlardan birinin pozulması avtomatik olaraq
beynəlxalq münasibətlər sisteminin digər iştirakçılarının mənafeyinə
toxunur. Prinsiplərin fəaliyyəti subyektlərin hətta konkret normalarla
tənzimlənməyən sahələrinə də yayılır. Bu prinsiplər beynəlxalq qayda-
qanunların təməlini təşkil edirlər.
Beynəlxalq hüquq prinsipləri dövlətimizin də üzv olduğu
BMT-nin nizamnaməsində əks olunmuşdur. Onları heç bir dövlət və
ya dövlətlər qrupu öz aralarında imzaladıqları sənədlərlə ləğv edə
bilməz. Bu prinsipləri ayrı-ayrılıqda şərh və tətbiq etmək düzgün
deyildir.Çünki onlar bir-birləri ilə sıx çulğalaşmışlar. Və onlara bütün
başqa prinsiplərin konteksində baxılmalıdır.
Azərbaycan dövlətinin beynəlxalq fəaliyyətində əsaslandığı
prinsiplər bunlardır: dövlətlərin suveren bərabərliyi; zor işlətmək və
ya zorla hədələməmək; dövlət sərhədlərinin pozulmazlıqı; dövlətlərin
ərazi bütövlüyü; beynəlxalq mübahisələrin dinc yollarla həlli; daxili
17
Dostları ilə paylaş: |