1966-cı ildə qəbul edilmiş «İnsan hüquqları haqqında» paktda, 1970-
ci ildə qəbul edilmiş «Beynəlxalq hüququn prinsipləri haqqında»
bəyannamədə, ATƏT-in yekun sənədində və b. ifadə olunmuşdur.
Beynəlxalq normalara görə, öz müqəddəratını təyin etmənin subyekti
dövlət deyil, xalq və millətdir. Öz müqəddəratını təyin etmək millətlər
arasındakı normal münasibətlərə xələl gətirməməlidir.
ATƏT-in 1995-ci il iyulun 4-8-də Vyanada keçirilmiş
sesiyasında qəbul edilmiş sənədlərdə göstərlir ki, öz müqəddəratını
təyin etmək məqsəd deyil, vasitədir; kollektiv şəkildə dinc və
demokratik inkişaf deməkdir; ayrılmaq hüququ mütləq hüquq demək
deyildir; hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ başqa
xalqların hüquqları ilə tarazlaşdırılmalıdır; bu prosesdə zorakılıq
yolverilməzdir və s. Ayrılmaq hüquqdur, vəzifə və mütləq niyyət
demək deyildir. Ölkədən ayrılmaq mürəkkəb qərar olmaqla bərabər,
ən son, lakin öz müqəddəratını təyin etmənin ən nadir hallarda
mümkün ola bilən məqsədlərindən biridir.
Ayrılmaq cəhdləri gözlənilməz və arzuolunmaz mənfi
nəticələrə gətirir. Kiçik müstəqil qurumun yaradılması iqtisadi, siyasi
və sosial sabitliyi poza bilər. Öz müqəddəratını təyin etmək qətiyyən
suveren dövlətin ərazi bütövlüyünü separatçılıqla parçalanması ola
bilməz. Bu sənədlərdə həmçinin göstərilir ki, öz müqəddaratını təyin
etmək proses konkret statusa nail olmağa doğru gedə bilər. Xalqın öz
müqəddaratını təyin etməsi hüququqnun məqsədlərinə aşağıdakılar
daxil ola bilər: mövcud dövlətlərlə inteqrasiya olmaq; xüsusi
imtiyazlar əldə etmək; milli dildə təhsil almaq; milli dilin rəsmi dil
kimi tanınmasına və istifadəsinə nail olmaq; xalq vəya milli azadlıq
kimi rəsmi tanınmaya laiq olmaq; dövlət daxilində yerli muxtariyyat
almaq və s. Lakin yuxarıda sadalananlar heç də bu məqsədlərə mütləq
çatmaq demək deyildir. Dövlətin ərazi bütövlüyünün və sərhədlərinin
toxunulmamazlığı millətlərin öz müqədəratını təyin etməsində başlıca
şərtdir. Dövlətin siyasi birliyi və ərazi bütövlüyü separatçılıqla
bölüşdürülə bilməz. Göründüyü kimi, ermənilərin öz müqəddəratını
təyin etməsi bəhanələri ilə Dağlıq Qarabağı Ermənistana birləşdirmək
cəhdləri beynəlxalq hüquq prinsiplərinin kobudcasına pozulmasıdır.
Azərbaycanda yaşayan Dağlıq Qarabaq erməniləri milli azlıq
öz müqqədaratını tə’yin edə bilər, amma müstəqillik formasında yox.
Digər tərəfdən, müstəmləkə və torpaqları işğal edilmiş xalqlar
müstəqillik e’lan edə bilərlər. Müəstəqil dövlətin ərazisində yaşayan
21
xalqların isə belə hüququ yoxdur. Dağlıq Qarabaq isə tarixən
Azərbaycanın müstəmləkəsi deyil, onun ayrılmaz hissəsi, ərazisi
olmuşdur. Dağlıq Qarabağın Coğrafi mövqeyi də bunu bir daha təsdiq
edir. Çünki yalnız metropoliya sərhədlərindən kənarda yerləşən
əraziyə müstəmləkə statusu verə bilər.
Demokratik cəmiyyətdə etnos yox, yə’ni ayrılıqda götürülmüş
bir millət yox, yalnız müəyyən ərazidə yaşayan əhali, yə’ni damos,
adamlar öz müqəddəratını tə’yin edə bilərlər. Deməli, bütün
məsələlərdə regionun azərbaycanlı əhalisinin rə’yi gözlənilməzdir.
Dağlıq Qarabağın azərbaycanlı əhalisinin rə’yini nəzərə almayan heç
bir sənəd hüquqi əhəmiyyət kəsb edə bilməz.
ƏMƏKDAŞLIQ. Siyasi, iqtisadi və sosial sistemlərdəki
fərqlərdən asılı olmayaraq, dövlətlərin müxtəlif sahəli əməkdaşlığı
BMT nizamnaməsindən irəli gələn prinsiplərdən biridir. BMT
nizamnaməsi qəbul edildikdən sonra əməkdaşlıq prinsipi bir sıra
benəlxalq təşkilatların nizamnamələrində, beynəlxalq və ikitərəfli
müqavilələrdə, qətnamələrdə və bəyannamələrdə əks olunmuşdur.
BMT nizamnaməsinin 55 və 56-cı maddələri əməkdaşlığı mühüm
prinsip kimi irəli sürür. Buna görə dövlətlər həm öz aralarında, həm də
BMT ilə əməkdaşlıq etməlidirlər. Əlbəttə, əməkdaşlığın konkret
formalarını dövlətlər özləri müəyyənləşdirirlər. O, dövlətlərin
istəklərindən, inkişaf səviyyələrindən və imkanlarından asılıdır. Lakin
bunlara baxmayaraq əməkdaşlığın bütün formaları beynəlxalq sülhə,
təhlükəsizliyə və tərəqqiyə xidmət etməlidir.
Azərbaycan dövləti bir sıra beynəlxalq sənədlərə qoşulmaqla
və ikitərəfli müqavilələri imzalamaqla dünya dövlətləri və beynəlxalq
təşkilatlarla geniş əməkdaşlıq edir.
Azərbaycan Respublikası 1994-cü il aprelin 22-də Vyana
şəhərində, iyunun 24-də isə Brüssel şəhərində və Cenevrə şəhərində
beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlik təsis etmiş, bir sıra
beynəlxalq və regional təşkilatlarla, dövlətlərlə çoxsahəli əməkdaşlığa
dair sənədlər imzalamışdır və onları yerinə yetirir. Dövlətlərin
əməkdaşlığı həmçin ölkə daxilində siyasi sabitliyə və inkişafa kömək
edir. Çünki indi dünyanın hətta hərbi və iqtisadi cəhətdən qüdrətli
dövləti özünü sabitsizlikdən təkbaşına xilas edə bilməz. Ona görə də
dövlətlərin əməkdaşlığı və səylərinin əlaqələndirilməsi zəruridir.
BEYNƏLXALQ ÖHDƏLİKLƏRİN VİCDANLA YERİNƏ
YETİRİLMƏSİ. Bu prinsip dünya dövlətçiliyinin ilkin inkşaf
22
mərhələlərində yaranmış, sonralar isə bir sıra ikitərəfli və çoxtərəfli
sənədlərdə əks olunmuşdur. BMT nizamnaməsinin 2-ci maddəsinin 2-
ci bəndinə görə, təşkilatın üzvü olan bütün ölkələr götürdükləri
öhdəlikləri vicdanla yerinə yetirməlidirlər. Sonralar bu prinsip 1970-ci
ildə qəbul edilmiş «Beynəlxalq hüququn prinsipləri haqqında»
bəyannamədə və ATƏT-in yekun sənədində möhkəmləndirildi.
Müvafiq prinsip bərabərlik və könüllük əsasında bağlanmış
beynəlxalq müqavilə və sazişlərə aiddir. Diplomatiya tarixinin
təcrübəsi sübut edir ki, təzyiqlə imzalanmış hər hansı qeyri-bərabər
müqavilə, dövlətlərin suverenliyini və BMT nizamnaməsini pozan
sənəd, heç şübhəsiz, yerinə yetirilmir və kağız üzərində qalır.
Azərbaycan dövləti beynəlxalq normalara uyğun olaraq
imzaladığı çoxtərəfli və ikitərəfli sənədlərin irəli gələn öhdəlikləri
sözsüz yerinə yetirir, millətlər və dövlətlər arısanda mehriban
münasibətlərin inkşafından ötrü onun tərəfindən heç bir maneə
yoxdur.
AZƏRBAYCAN DÖVLƏTİNİN XARİCİ
SİYASƏTİNİN
MAHİYYƏTİ xalqımızın sülhsevər təbiəti və dünya birliyi tərəfindən
qəbul edilmiş normalarla şərtlənmişdir. Onun formalaşmasına
regionun özünəməxsusluğu, müxtəlif soy-kök və dinlərə mənsub
xalqların burada yaşaması, Asiya və Avropanın qovuşacağında
olması,yolların kəsişməsi, bir sıra dövlətlərin burada kəskin rəqabət və
s.ciddi təsir göstərir.
Hərbi-siyasi sahədə Azərbaycan dövləti beynəlxalq və
ikitərəfli məsələlərin silah gücü ilə həlli və ya həllinə cəhd edilməsini
qeyri-məqbul hesab edir.
İqtisadi sahədə ölkəmiz dünyanın bütün dövlətləri ilə
qarşılıqlı faydalı əməkdaşlığa, burada heç bir məhdudiyyətlərlə yol
verilməməsinə, azad bazar iqtisadiyyatı yolu ilə inkşafa tərəfdardır.
Dünyanın müxtəlif ölkələrinin iş adamları və şirkətləri Azərbaycana
dəvət edilirlər. Xarici sərmayələrin qorunması barədə parlament
müvafiq qanun qəbul etmişdir və dövlət səviyyəsində təminat
verilmişdir.
Elmi-texniki
və mədəni əlaqələr sahəsində Azərbaycan dövləti
demokratik, azad və sərbəst mübadilənin tərəfdarıdır. Sovet dövründə
mövcud olmuş qapılı cəmiyyətdən və dəmir örtükdən imtina
edilmişdir.Bütün mədəni əlaqələrin hər cür məhdudiyyətlərdən,
yabançı ideoloji təsirlərdən azad olması, mənəvi sərvətlərin
23
Dostları ilə paylaş: |