Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə12/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   8   9   10   11   12   13   14   15   ...   185

 

 

38 



sizləşdirə  bilmirdi.  Mərkəzi  Kəşfiyyat  İdarəsinin  rəhбəri  prezident 

Eyzenhauerə  sovetlərin  U-2-ləri  vurmaq  imkanının  olmadığını 

demişdi.  Sovetlər  Sputniki  buraxmaqla  kosmos  sahəsində  ameri-

kanlardan önə keçsə də, kəşfiyyat təyyarələrindən baş aça bilmirdi. 

SSRİ-nin  Yer-Yer  raketləri  ilə  də  bu  təyyarələri  vurmaq  olmurdu. 

Sovet  lideri  Xruşşov  əsəbi  halda  Dövlət  Təhlükəsizliyi  Komitəsin-

dən və Baş Kəşfiyyat İdarəsindən həmin təyyarələri vura biləcək bir 

sistemin  yaradılmasını,  çarənin  тapılmasını  tələb  edirdi.  Sovet 

xüsusi xidmət orqanları bütün mümkün yollara baş vururdular. Hət-

ta  Türkiyə  və  Yaponiyadakı  amerikan  bazalarında  xidmət  edən  bir 

zabiti  agentura  əməkdaşlığına  cəlb  edib  məlumat  almaq  üçün  cəhd 

edirdilər.  

1960-cı il mayın 1-də U-2 təyyarəsi saaт 5

36

 dəqiqədə sovet sə-



masına 2 km soxuldu. Təyyarənin sovet səmasına girməsi xəbərini 

SSRİ  müdafiə  naziri  R.Y.Malinovski  səhər  tezdən  Xruşşova  tele-

fonla  çaтdırdı.  Bu  zaman  Xruşşov  Vorobyov  dağlarındakı  iqamət-

gahında  yatırdı.  Telefon  zənginə  gözlərini  açan  soveт  rəhбəri  “bu 

şeytan  özü  ilə  sübh  tezdən  nə  gətirir?”  deyərək  hirslə  dəstəyi  qal-

dırdı.  Malinovski  amerikan  kəşfiyyat  təyyarəsinin  Əfqanıstan 

tərəfdən  sovet  hava  sərhədini  keçərək  Sverdlovska  tərəf  uçduğunu 

dedi.  Xruşşov  bağırdı:  “Daxil  olub?  Vurun  onu.  Hər  cür  vasitələr-

lə!”

16

.  Söyərək  dəstəyi  aparatın  üstünə  atdı.  Sovetlərin  Yer-Yer 



raketləri  U-2-ni  Sverdlovsk  səmasında  vurdu.  Amerikan  kəşfiyyat 

məlumatlarına görə bir amerikan hərbçisi təyyarəni vurmağın müm-

künlüyü бarədə informasiyanı sovetlərə ötürmüşdü. Uçuşdan əvvəl 

xəlvəti olaraq təyyarəyə  siqnala cavab verən cihaz qoymuşdu. Yal-

nız bundan sonra təyyarə sovetlər tərəfindən vurulmuşdu.  

Beləliklə, sovetlər amerikan təyyarəsini vuraraq uzun illər boyu 

bacarmadığı бir işi uьurla yerinə yetirdi. U-2-nin təyyarəçisi özünü 

paraşütlə  xilas  etdi.  Sovetlər  vurulan  təyyarəni  və  təyyarəçini  öy-

rənməyə başladı. 

U-2  hadisəsi  SSRİ  ilə  Türkiyəni  qarşı-qarşıya  qoydu.  Sovet 

hökuməti mayın 13-də Türkiyəyə nota verdi

17

.  Notada deyilirdi ki, 



təbiəti etibarilə sovet hökuməti sovet dövlət sərhədinin kobudcasına 

pozulmasını cəzasız buraxmazdı. Bu təyyarənin niyyəti və məqsədi 

anlaşılır-anlaşılmaz sovet raketləri tərəfindən Sverdlovsk rayonunda 



 

 

39 



vurulmuşdur.  Qeyd  edilirdi  ki,  sovet  hakimiyyətinin  əlində  olan 

məlumatlara görə sovet sərhədlərini pozan bu təyyarə ABŞ-a aiddir, 

davamlı  surətdə  Türkiyədəki  bazalarda  saxlanılır  və  Pakistandan 

sovetlər üzərinə göndərilmişdir. 

 

 

 



Soveт lideri N.S.Xruşşov 

 

Notada  təyyarənin  uçuşunun  kəşfiyyat  və  təxribat  məqsədi 



güddüyü bildirilir, göyərtəsində səmadan fotoşəkil çəkmə cihazları, 

radiolokasiya  şəbəkəsi,  havaya  qarşı  müdafiə  sisteminə  daxil  olan 

xüsusi  radio,  texniki  vasitələri  qeydə  alan  cihazın  mövcudluğu 

vurğulanırdı.  Təyyarəni  öyrənən sovet  ekspertlər komissiyası  onun 

casusluq  və  kəşfiyyat  vəzifəsini  yerinə  yetirmək  üçün  uçduğu 

nəticəsinə  gəldilər.  Təyyarə  Adanadakı  İncirlik  bazasından  aprelin 

27-də  Peşaver  hava  meydanına  uçmuşdu.  Oradan  isə  uçaraq  sovet 

hava sahəsini pozmuşdu.  

Təyyarə vurulduqdan sonra pilot Povers sağ qaldı. Onun əlində 

olan  xəritəyə  görə  təyyarə  Peşaver-Aral  gölü-Sverdlovsk-Arxan-

gelsk-Murmansk-Norveçin Bide aerodromu marşrutu ilə uçmalı idi. 



 

 

40 



Notada  casus  təyyarəçinin  sovet  müdafiə  radar  qurğularının  im-

kanlarını юyrənmək niyyətini etiraf etdiyi göstərilirdi.  

Sovet hökuməti təyyarəni məcburən vurduğunu bəyan etdi. No-

tada deyilirdi ki, sovet hökuməti təyyarəni ərazisində yerləşdirən və 

hazırlayan  Türkiyənin  rolunu  qeyd  etmədən  keçə  bilməz.  Sovet 

hökuməti  Türkiyənin  hərbi  bazalar  yaratmasına  etiraz  edir,  ameri-

kan  hava  qüvvələrinin  Sovet  İttifaqına  qarşı  təcavüzkar  hərəkətlər 

üçün  ərazisini  ABŞ-a  verən  türk  hökumətini  bu  hərəkətlərə  şərik 

sayırdı.  Notada  deyilirdi  ki,  bütün  bunlar  türk  dövlət  adamlarının 

sülhün qorunması, Türkiyə ilə Sovet İttifaqı arasında münasibətlərin 

yaxşılaşdırılması naminə çalışmaьı arzulamaları yolundakı bəyanat-

ları  ilə  bir  araya  sığmır.  Sovet  hökumətinin  bundan  əvvəl  də  türk 

hökumətinə  Türkiyə  ərazisinin  üçüncü  dövlət  tərəfindən  bir  hərbi 

meydan kimi istifadə olunması təhlükəsinə etiraz etdiyi xatırlanırdı. 

Sovet hökuməti xarici ölkələrin Türkiyə torpaqlarından istifadə edə-

rək sovet hava sərhədini pozmasına etirazını bildirdi.  Belə hərəkət-

lərin  davam  edəcəyi  təqdirdə  lazımi  tədbirləri  həyata  keçirəcəyini 

bəyan etdi. Sovet notasında deyilirdi ki, Sovet İttifaqının əlində ona 

qarşı təcavüz məqsədi ilə istifadə edilən bütün bazaları zərərsiz hala 

gətirəcək vasitələr mövcuddur.  

Türkiyə  hökuməti  may  ayının  24-də  cavab  notası  verdi

18



Notada  sovet  notasının  türk  hökuməti  tərəfindən  diqqətlə  öyrənil-

diyi deyilirdi. Amerikan təyyarəsinin SSRİ hava sahəsində uçuşu ilə 

bağlı hadisənin və bunun doğurduğu anlaşılmazlığın Türkiyə və so-

vet  hökumətləri  arasında  müzakirə  mövzusu  olmadığı  sovet  höku-

mətinin diqqətinə çatdırılırdı. BMT-nin təhqiqinə verilmiş bu hadisə 

barədə türk hökuməti heç bir hökm vermək istəmədiyini qeyd etdi. 

Sovet  rəsmilərinin  özlərinin  də  dediyi  kimi,  amerikan  təyyarəsinin 

Türkiyə  ərazisini  tərk  etdikdən  üç  gün  sonra  sovet  hava  sahəsinə 

girdiyini diqqətə çatdırdı. Hər hansı bir təyyarəyə öz hava sahəsin-

dən  sovet  hava  sahəsinə  keçməsi  xüsusunda  heç  vaxт  icazə  ver-

mədiyini  qətiyyətlə  bildirdi.  Amerikan  rəsmilərinin  də  belə  bir  tə-

ləbi  etmədiklərini  vurьuladı.  Notada  deyilirdi  ki,  türk  hakimiy-

yətinin məsuliyyəti Türkiyənin hava sərhədlərindən kənara çıxa bil-

məz. Türkiyə hava sahəsində uçan xarici təyyarələrə yalnız beynəl-

xalq  hüquq  normalarına  uyğun  olaraq  icazə  verilir.  Türkiyə  hava 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə