Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə20/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   16   17   18   19   20   21   22   23   ...   185

 

 

62 



lərini artırırdı. Varşava blokunun digər ölkələrində də sürətlə silah-

lanma  gedirdi.  Külli  miqdarda  vəsаit  xərclənirdi.  ABŞ  və  NATO-

nun  bütün  bunların  qarşısında  bir  üstünlüyü  vardı.  O  da  hərbi 

sahədəki keyfiyyət və yüksək texniki hazırlıq hesab edilirdi.  

Türkiyə  və  SSRİ-ni  tarixi  və  coğrafi  yaxınlıq  birləşdirirdi. 

Lakin  ölkələr  coğrafi  cəhətdən  nə  qədər  yaxın  idilərsə,  beynəlxalq 

və  ikitərəfli  məsələlərə  yanaşma  baxımından  bir  o  qədər  də  uzaq 

idilər.  İki  müxtəlif  sistemli  ölkələr  arasında  münasibətlərdə  soyuq 

küləklər əsirdi. Yersiz iddialar davam edirdi. SSRİ-nin Cənubi Qaf-

qazdakı  respublikalarından  бiri  olan  Ermənistandakı  müəyyən 

dairələr  Türkiyəyə  nifrət  bəsləyirdilər.  İki  ölkə  arasında  müna-

sibətlərin  normallaşmasına  hər  vəchlə  mane  olurdular.  Rus-türk 

münasiбəтlərinin normallaşmasına əngəl olan əsas faktorlardan biri 

xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporu idi.  

Beləliklə,  Türkiyənin  ətrafı  bir  silah  anbarı  halına  gəlmişdi. 

Yaranmış belə vəziyyət tərəflərin heç birinə sərf etmirdi. Qonşular 

arasında  mehriban  münasibətlərin  yaradılması,  qarşılıqlı  faydalı 

əməkdaşlığın qurulması və inkişafı tələb olunurdu.  

Heç  bir  dövlətə  qarşı  ərazi  iddialarının  və  düşmənçiliyinin  ol-

mamasına  baxmayaraq,  Türkiyə  yaranmış  bu  vəziyyətə,  xüsusən 

qonşu  ölkələrin  sürətlə  silahlanmasına  və  təhdidlərinə  biganə  qala 

bilməzdi.  

Menderes  zamanında  olduğu  kimi,  hakimiyyətə  gələn  Milli 

Birlik  Komitəsi  hökuməti  də  ABŞ,  NATO  və  SENTO  ilə  əlaqələri 

genişləndirirdi.  Hökumət  beynəlxalq  fəaliyyətində  Atatürk  xəttini 

davam  etdirəcəyini  bəyan  etsə  də,  SSRİ  ilə  münasibətlərini  yaxşı-

laşdırmaq üçün konkret  addımlar atmağa həvəs göstərmirdi. Çünki 

sovetlərlə  yaxınlaşma  özü  ilə  бəraбər  Türkiyəyə  qaтı  kommunist 

təbliğatı gətirə bilərdi.  

Kommunist  təhlükəsini  əsas  gətirən  amerikalılar  Türkiyə  əra-

zisində  hərbi  bazaların  tikintisini  sürətləndirərək  türklərlə  daha  da 

yaxınlaşırdılar.  Vaşinqton  daim  Ankaranı  kommunist  təhlükəsi  ilə 

qorxudurdu.  

 



 

 

63 



Türkiyənin iqtisadi vəziyyəti şimal 

qonşusu ilə münasiбəтlərin normallaşmasını tələb edir 

 

Türkiyənin SSRİ ilə münasiбəтlərinin normallaşmasına iqtisadi 



amillər də təsir edirdi. Əhalisi sürətlə artan Türkiyə regionda nüfuz 

qazanan ölkəyə çevrilirdi. 1960-cı il siyahıyaalınmasına görə Türki-

yə əhalisinın 14 mln. 162 min 881 nəfəri kişi, 13 mln. 590 min 932 

nəfəri  qadındı.  Kişilər  qadınlardan  572  min  926  nəfər  çoxdu. 

Əhalinin artımı 3% olmaqla 1970-ci ildə 36 mln. 744 nəfərə, 1975-

ci ildə isə 42 mln. nəfərə çatmalı idi

65

 .  


Mehriban qonşuluq münasibətlərinin qurulması həm Türkiyənin 

özündə,  həm  də  SSRİ-də  mövcud  olan  bir  sıra  sosial-iqtisadi 

problemlərin həllinə kömək edərdi. SSRİ-nin Türkiyəyə ixrac etdiyi 

malların  50%-ə  qədəri  İzmir  limanından  keçirdi.  Türkiyə  idxalının 

60%-i bu limanın payına düşürdü. Qara dəniz boğazları Türkiyənin 

xarici  siyasət  fəaliyyətinə  və  regionda  rolunun  güclənməsinə  təsir 

edən  faktorlardan  biri  idi.  Boğazlar  üzərində  suveren  hüquqlarını 

həyata  keçirən  Türkiyənin  onlardan  isтənilən  vaxт  “qıfıl  asmaq” 

imkanları  vardı.  Boğazlar  Türkiyənin  xarici  siyasət  fəaliyyətində 

təsirli rol oynayırdı. Türkiyədə бirinci neft quyusu 1940-cı il aprelin 

20-də  qazılmışdı.  İlk  neft  1947-ci  il  martın  9-da  Karzanda 

çıxarılmışdı.  Türkiyənin  müxtəlif neft rayonlarında 83 neft quyusu 

vardı. Onların 53-ü böyük axtarışların nəticəsində açılmışdı. Neftin 

geoloji axtarışına 52 mln. lirə vəsait sərf edilmişdi

66

.  


1954-cü  ildən  Türkiyədə  neft  çıxarılması  işi  ilə  31  kompaniya 

məşğul  olurdu.  1961-ci  ildə  onlardan  18-i  qaldı.  13-ü  ilə  əvvəlki 

illərdə  bağlanmış  kontraktlar  ləğv  olundu.  Neft  sənayesinə  xarici 

kapital qoyuluşu 109 mln. dollar təşkil edirdi. Qazılan 276 quyudan 

135-də  neft  tapılmamışdı.  Cəmi  45  quyu  neft  verirdi.  95  quyu 

perspektivli hesab edilirdi. 6 quyu isə yoxlanılmalı idi.  

Çıxarılan  neft  ölkə  ehtiyaclarının  yalnız  dörddə  bir  hissəsini 

ödəyirdi. Mersin neftayırma zavodu ildə 3, 2 mln. ton neft istehsal 

edirdi.  Onun  56%-i  Mobil,  27%-i  Şell,  17%-i  isə  BP  şirkəтlərinin 

payına düşürdü. Türkiyədə neft çıxarılması 2 dəfə artmışdı

67

. Lakin 


bu da ölkənin ehtiyaclarını ödəmirdi 

68



Türkiyənin  xarici  ticarət  borcu  1963-cü  ildə  322  mln.  dollar 


 

 

64 



təşkil  edirdi.  1962-ci  ildə  ixrac  381  mln.  197  min  dollar  olmuşdu. 

1963-cü  ildə  13  mln.  111  min  dollar  azalmışdı.  1963-cü  ildə  ixrac 

368 mln. 86 min dollar,  idxal isə 690 mln. dollar idi. 1963-cü ildə 

ixracın 80%-i Avropa ölkələrinin payına düşürdü. 1962-ci illə mü-

qayisədə  tütün  ixracı  29  mln. dollar, qoz ixracı  6 mln. dollar, mal-

qara ixracı 1 mln. dollar, zeytun yağı ixracı 2 mln. dollar aşağı düş-

müşdü

69

.  1963-cü  ildə  Türkiyənin  idxal  eтdiyi  malların  dəyəri    6. 



216.  050.  659  lirə,  ixrac  isə  3.  312.  781.  409  lirə  idi.  Türkiyənin 

xarici  ticarətində  ixracın  38,  9%-i  Ümumi  bazar  ölkələrinin,  idxa-

lının  isə  30,  8%-i  dollar  zonasına  daxil  olan  ölkələrin,  28,  9%-i 

Ümumi  bazar  ölkələrinin  payına  düşürdü

70

.  SSRİ-nin  xromun 



qiymətini  aşağı  salması  ABŞ-Türkiyə  iqtisadi-ticarət  əlaqələrinə 

mənfi  təsir  etdi.  ABŞ  xromu  müттəfiqi  olan  Тürkiyədən  deyil, 

rəqiбi olan SSRİ-dən almağa başladı. 

1964-cü  ildə  Türkiyənin  borcu  14  mlrd.  80  mln.  483  min  015 

lirə  təşkil  edirdi.  Bu  da  1963-cü  ildəkindən  457  mln.  253  min  032 

lirə çox idi. Bunun 5 mlrd. 031 mln. 612 min 166 lirəsini xarici borc 

təşkil edirdi. Xarici borcun 885 mln. 323 min 116 lirəsi 1-5 il müd-

dətinə ödənilməli idi. Qalanı isə 2002-ci ilədək qaytarılacaqdı

71

.  


1963-cü ildə Türkiyəyə  qoyulan xarici kapitalın 21, 1%-i  rezin 

məhsulları,  17,8%-i  kimya,  13,5%-i  yeyinti  sənayesi  sahələrində 

idi

72

.  



 1961-ci ildə Türkiyə büdcəsinin 500 mln. lirəsi, 1962-ci ildə 1 

mlrd.  76  mln.  lirəsi,  1963-cü  ildə  1  mlrd.  759  mln.  lirəsi  xarici 

yardımlar idi. 1964-cü il büdcəsində bu rəqəm 1 mlrd. 800 mln. lirə 

təşkil  edirdi

73

.  1945-1964-cü  illər  ərzində  ABŞ  Türkiyəyə  3,  81 



mlrd. dollar yardım etmişdi

74

.  



Türkiyədə enerji qıтlıьı hiss olunurdu. Ölkənin enerji ehtiyatları 

barədə hökumətin 1964-cü ilin mart ayında təqdim etdiyi hesabatda 

tikilməkdə olan elektrik stansiyalarının heç birinin nəzərdə tutulmuş 

vaxtda istifadəyə verilə bilməyəcəyi göstərilirdi. 1965-ci ildə ölkədə 

böyük  enerji  qıtlığının  yaranacağı  gözlənilirdi.  Həmin  ildə  enerji 

çatışmazlığının  130  mln.  kvт.  saat,  1966-cı  ildə  isə  330  mln.  kvт. 

saat olacağı proqnozlaşdırılırdı

75

.  



 Sovet  rəhbərliyi  iqtisadi  və  texniki  yardımlar  etməklə  Türki-

yəyə  yaxınlaşaraq  özünə  tərəf  çəkməyə,  ölkədəki  amerikan  təsir 

dairəsini, nüfuzunu zəiflətməyə, özününkünü isə yaymağa çalışırdı. 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə