Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə18/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   14   15   16   17   18   19   20   21   ...   185

 

 

56 



ABŞ həmin raketlərini Türkiyə ərazisindən xəlvəti çıxardı. Türkiyə 

Kuba  raket  böhranında  ABŞ-ı  birmənalı  olaraq  müdafiə  etsə  də, 

amerikanların bu hərəkətləri türk ictimai rəyini hiddətləndirdi.  

Kuba raket böhranından sonra dünyada tərksilah məsələsi daha 

da  aktual  oldu.  Böyük  dövlətlər  kütləvi  qırğın  silahları  ilə  bağlı 

problemlərin həllini gündəliyə gətirdilər. 1963-cü ildə SSRİ və ABŞ 

nüvə  silahları  sınaqlarının  havada,  kosmosda  və  suda  qadağan 

edilməsinə  dair  müqavilə  imzaladılar.  İkiтərəfli  və  бeynəlxalq  mə-

sələlərə dair məsləhətləşmələrdən ötrü soveт və amerikan rəhbərliyi 

arasında “qaynar xətt” yaradıldı.  

 

 

Çin faktoru 

 

Çini orta əsr vəziyyətindən çıxaran, nüvə dövləti edən Mao Tse 



Dun  Stalini  pələng  adlandırsa  da,  sovet  lideri  ona  etimad 

bəsləmirdi.  Stalinin  юmrünün  sonuna  yaxın  iki  ölkə  arasında  mü-

nasibətlər  soyuqlaşdı.  Stalinin  şəxsiyyətə  pərəstişinin  tənqid  edil-

məsi Çin rəhbərləri tərəfindən etirazla qarşılandı.  

50-ci illərin sonu- 60-cı illərdə sovetlər dördüncü uzunmüddətli 

bir  problemlə  üzləşdi.  Pekin  liderləri  sovet  rəhbərlərini  Berlin 

böhranı  və  Avropanı  bölmək  üstündə  kəskin  tənqid  etdilər

51

.  Çinə 



səfər zamanı sovet nümayəndə heyətinə soyuq münasibət bəslədilər. 

Xruşşovu hava limanında Mao deyil, məmurlar qarşıladı. Bu zaman 

Mao  hovuzda  üzürdü.  O,  Xruşşovu  hovuzun  içində  qarşıladı.  Mao 

ona  soyunub  hovuza  girməyi  təklif  etdi.  Xruşşov  qəbul  etdi. 

Liderlər ilk “qalstuksuz” görüşü hovuzun içində çimərlik paltarında 

keçirdilər.  Belə  qarşılanma  sovet  liderinin  ürəyindən  olmadı.  Ona 

görə  də  Xruşşov  gecə  ikən  yığışmaq  əmrini  verdi.  Nümayəndə 

heyəti vaxtından əvvəl Çini tərk etdi. 

Lakin  SSRİ-nin  beynəlxalq  vəziyyəti  ağır  olduğundan  sovet 

rəhbərləri  Çinlə  qarşıdurmadan  qaçırdılar.  Kuba  raket  böhranı  isə 

vəziyyəti  dəyişdirdi.  Böhran  zamanı  Çin  açıq  şəkildə  sovetləri 

tənqid  etməyə  başladı.  Çin-sovet  münasibətləri  kəskinləşdi.  ABŞ 

milli  kəşfiyyat  təhlilində  deyildiyi  kimi,  iki  ölkə  arasında  ixтilaf 

daxili  və  xarici  siyasətin  demək  olar  ki,  bütün  istiqamətləri  üzrə 




 

 

57 



genişlənirdi

52

.  Sovetlər  Çini  dünyadan  təcrid  etməkdə  maraqlı  idi. 



Kreml  Çini  ittiham  etmək  üçün  beynəlxalq  kommunist  konfransı 

keçirmək  istəyirdi.  Lakin  digər  kommunist  partiyaları  bu  тəklifə 

ehtiyatla  yanaşdıqlarından  vaz  keçildi.  Çünki  beynəlxalq  kommu-

nist  hərəkatı  parçalanmaq  təhlükəsi  qarşısında  qalmışdı.  Belə 

olduqda sovetlər Pekinin mövqeyindən Qərbə qarşı istismar etməyə 

başladı.  Mao  “nüvə  müharibəsindən  qorxmaq  lazım  deyildir.  Mü-

haribə  olacağı  təqdirdə  dünya  əhalisinin  hamisi  deyil,  yalnız  bir 

qismi  məhv  olacaq,  əvəzində  planetdə  kommunizm  qalib  gələcək-

dir”  deyirdi.  Kommunizmin  təntənəsi  naminə  məhdud  nüvə  mü-

haribəsindən  çəkinməməyi  bəyan  edən  Çinin  mövqeyi  nəinki  Qərb 

ölkələrini, həmçinin eyni ideologiyanın daşıyıcısı və dünyada kom-

munizmin  yayılmasında  maraqlı  olan  SSRİ-ni  də  narahat  edirdi. 

Soveтlər  Çinin  mövqeyinin  Qərbin  maraqları  üçün  təhlükə  тюrəт-

diyini təbliğ etməyə бaşladı. ABŞ-dakı sovet səfiri amerikan prezi-

dentinin  milli  təhlükəsizlik  məsələləri  üzrə  köməkçisi  Bundy  Mg 

George  ilə  söhbətində  Çin  raketlərinin  hətta  ABŞ-a  çatacağını  bil-

dirdi. Lakin amerikan tərəfi belə bir təhlükəni real hesaб eтmirdi

53

.  



Belə  gərgin  bir  zamanda  Maoya  edilən  sui-qəsd  uьursuz  oldu. 

Sui-qəsdçilər SSRİ-yə qaçmağa cəhd gюsтərdilər. Təyyarə Monqo-

lustan  səmasında  partladı.  Bu  hadisədən  sonra  iki  ölkə  arasında 

münasibətlər daha da kəskinləşdi. Artıq Çin SSRİ-ni ABŞ-dan daha 

təhlükəli  hesab  etməyə  başlamışdı.  Çin  xadimləri  XVII  əsrə  aid 

xəritələr çıxararaq SSRİ-yə 1,5 mln.km

2

 ərazi iddiası irəli sürdülər. 



Özünü  “yer  allahı”  adlandıran  Mao  niтqlərində  sovet  təhlükəsinin 

qarşısının  alınması  vacibliyini  söyləyirdi.  Çin  rəhbərlərinin  Sovet 

İttifaqına münasibətdə aqressiv xətt seçmələri və sovetlərin də ona 

daha sərt cavab verməsi SSRİ-nin xarici siyasətində mürəkkəbliklər 

yaradırdı.  Sovet  dövləti  üçün  həm  müxtəlif  sistemli  dövlətlər  olan 

Qərb  ölkələri,  həm  də  eyni  sistemli  ölkə  olan  Çinlə  qarşıdurmada 

tab  gətirmək  xeyli  çətin  idi.  Bir  tərəfdən,  NATO  bazalarının  yer-

ləşdiyi Türkiyə, digər tərəfdən, Çin sovetlər tərəfindən təhlükə kimi 

qiymətləndirilirdi.  Çinlə  SSRİ  arasında  münasibətlərdə  yaranmış 

gərginlik dövlətlərarası münasibətlərin normal qurulması üçün ideo-

logiyaların eyniliyinin heç də başlıca şərt olmadığını, əsas yeri döv-

lətlərin  milli  maraqlarının  tutduğunu  bir  daha  göstərdi.  İdeologi-




 

 

58 



yaların  eyniliyi  qarşıdurmanın  qarşısını  ala  bilmirdi.  Kommunist 

ideologiyası  və  sistemi  çat  verirdi.  Bu  çatlar  açıq-aşkar  düşmən-

çiliyə çevrilirdi. Hər bir sosialist ölkəsi xarici siyasət fəaliyyətində 

öz milli maraqlarını ideologiyadan üstün tuturdu.  

Xruşşovdan  sonra  hakimiyyətə  gələn  Brejnevin  dövründə  də 

vəziyyət  yaxşılaşmadı.  Sovet  lideri  Brejnev  yaşlaşmış,  zəhərlən-

məkdən  qorxduğundan  hamamda  çimməyən,  nəm  dəsmalla  bədə-

nini  sildirən,  yanında  daim  gənc  qızları  saxlayaraq  onlardan  enerji 

alan,  məqsədlərinə  çatmaqdan  ötrü  hətta  nüvə  müharibəsindən  çə-

kinməyən Maonu manyak adlandırırdı.  

Çinlə rəqabət sovetləri daha çevik və sürətli davranmaьa vadar 

edirdi. Sovetlər Qərblə yaxınlaşmaq xəttini seçdi. Çinlə münаsibət-

lərdə  yaranmış  belə  vəziyyət  SSRİ-Türkiyə  münasibətlərinin  nor-

mallaşdırılmasına  təsir  edən  faktorlardan  biri  idi.  SSRİ-nin  qonşu-

luğunda  yerləşən  Türkiyə  bir  çox  tarixi  dövrlərdə  çinlilərin  Qərbə 

yayılmasının qarşısını kəsmişdi. Sovetlərin çətin vəziyyətində Tür-

kiyə ilə yaxınlaşma zərurətə çevrilmişdi.  

1964-cü il fevralın 19-da “Sovet xarici siyasəti” adlı ABŞ kəş-

fiyyat  qiymətləndirməsində  deyilirdi  ki,  yaranmış  vəziyyət  sovet-

lərin  xarici  siyasətində  dəyişiklik  etməyə  gətirdi

54

.  Sovet  liderləri 



sosial-iqtisadi  vəziyyətin  sabit  olmadığı  və  geтdikcə  ağırlaşdığı  bir 

zamanda  Qərb-Şərq  münasiбəтlərində  gərginliyin  zəiflədilməsində 

maraqlı  idilər.  Lakin  sovet  rəhbərliyi  yaranmış  vəziyyətə  keçici, 

müvəqqəti hal kimi baxırdı.  

 

“Atəş” altında ölkə olan Türkiyənin vəziyyəti 

çoxtərəfli siyasətin yeridilməsini zəruri edir 

 

Türkiyənin  də  vəziyyəti  ürəkaçan  deyildi.  Ölkənin  yerləşdiyi 



Orta Şərq regionu  hər an partlaya biləcək barıt  çəlləyi halına dön-

müşdü.  Çin,  Böyük  Britaniya  və  İsrail  regionun  neft  mənbələrinə 

sahib olmaq, nəzarət altına almaq uğrunda mübarizə aparırdılar. Ən 

böyük  problemlərdən  biri  NATO  blokunda  müttəfiq  olmalarına 

baxmayaraq,  ABŞ-la  Avropa  ölkələri  arasında  Orta  Şərqin  neft 

mənbələrinə  yiyələnmək  uğrunda  аmансыз  rəqabətin  getməsi  idi. 

Avropanın  bir  sıra  ölkələri  ilə  ABŞ-ın  region  siyasəti  arasında 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə