39
sinin tənzimlənməsində icra hakimiyyəti ilə rəqabətdə təşəbbüsü
əldən vermək istəmir. Şübhəsiz, böyük demokratiyanın tərən-
nümü olan bu qanunlar amerikan cəmiyyətində irqindən, yaşın dan,
sosial vəziyyətindən asılı olmayaraq, hamıya “bir gözlə bax-
mağa” sövq edir, tərəflərin hüquq və məsuliyyətinin incəliklərini
nəzərə almağa çalışır. Ölkəmizdə də bank sisteminin inkişafı və
bu sahənin həyatımıza getdikcə daha çox nüfuz etməsi ilə əla-
qədar qanunvericilik bazasının genişlənmə zəruriliyi artır.
Azərbaycanın xarici iqtisadi rejimi də bank sisteminə təsir
edir. Ölkənin tədiyə balansının ÜDM-ə nisbətinin artması, bey-
nəlxalq əlaqələrin və müvafiq olaraq bankların beynəlxalq əmə-
liyyatlarının genişlənməsinə səbəb olur.
Məsələnin başqa aspekti isə ölkənin artan imkanlarının yerli
və xarici banklar arasında bölgüsüdür. Xarici kapitalın yerli
bank kapitalında iştirakını qanunvericiliyə əsasən Mərkəzi Bank
müəyyən edir. Bu gün ictimai fikri düşündürən məsələlərdən biri
də xarici bankların fəaliyyətinin milli maraqlara cavab verməsi
məsələsidir. Azərbaycanda xarici kapitallı bankların fəaliyyətinə
münasibət bildirməmişdən əvvəl, ABŞ bank sistemini xarakte-
rizə edən bir neçə fakta nəzər yetirək.
“Biznes Uik” jurnalında amerika investisiya banklarının dünya
liderliyindən danışılarkən deyilir: Heç kəs bu gün amerika bank-
larının liderliyi saxlaya biləcəkmi sualına cavab verə bilmir. Bəli,
onlar birinci növbədə dünyada azad sahibkarlıq ideyalarını yay-
ması və xarici firmaların fəaliyyətinin praktiki olaraq qarşısının
alındığı ABŞ daxili bazarında dominantlığa görə qələbə çalıb.
Amma bəzi tədqiqatçılar göstərir ki, yaxın gələcəkdə ameri-
kanlar satış bazarını əldən verməmək istəyən şirkətlərin ciddi
müqavimətinə rast gələcək. Hətta bəzi ölkələrin rəsmi şəxsləri
də amerikalıların aqressiv surətdə onların daxili bazarına
girmələri, xaricilərin isə ABŞ bazarına daxil olmasının hərtərəfli
qarşısının alınmasından narazılıqlarını bildiriblər”.
Azərbaycanda hələ ki, xarici banklara rəqib olan Beynəlxalq
Bankın, eləcə də bir neçə nüfuzlu özəl bankın olmasını nəzərə
alsaq, bu məsələyə çox diqqətli yanaşmanın zəruriliyini əlavə
sübut etməyə ehtiyac yoxdur. Zənnimizcə, xarici bankların ölkə
40
iqtisadiyyatına kredit qoyuluşlarının minimum həcmini müəy-
yənləşdirmək lazımdır. Məsələn, Latviyada qeyri-rezident bank
lisenziya aldıqdan bir il sonra, Latviya iqtisadiyyatına 1,0 mln.
avro investisiya qoymalı və bütün fəaliyyət müddətində bu nor-
mativi saxlamaq məcburiyyətindədir.
Bu məsələyə beynəlxalq bank işində liderlər ölkəsi olan
Yaponiyanın münasibəti də maraqlıdır. II Dünya müharibəsindən
sonra dağılmış iqtisadiyyatını bərpa etmək və beynəlxalq nüfu-
zunu artırmaq üçün Yaponiya xarici bankların ölkəyə aktiv cəlbi
ilə məşğul olmuşdur. Onlar milli iqtisadiyyatın dirçəlməsinə
kömək göstərməli idilər. Sonralar isə Yaponiya xarici banklara
məhdudiyyət qoyan ölkə nümunəsinə çevrildi. Ötən əsrin 80-ci
illərində yapon banklarının beynəlxalq ekspansiyasının digər
dövlətlər tərəfindən repressiyalara məruz qalmaması üçün, xarici
banklara bəzi aspektlərdə hətta yerli banklardan daha çox hüquq
verildi. Yəqin ki, bu güzəştləri edərkən yaponlar bank sisteminin
imkanlarını lazımınca qiymətləndirmişdilər. Çünki xarici bank
kapitalının ölkənin ümumi bank kapitalında xüsusi çəkisi heç
1,0 faiz də deyildi. Azərbaycan üçün isə neft kontraktları
çərçivəsində daxil olan xarici investisiyalar qarşılığında, xarici
banklar vasitəsilə cəlb oluna bilən kapital bu gün heç müqayisə
oluna bilməz.
Bu baxımdan həm banklara, həm də onların müştərilərinə aid
olan bir problemə toxunmaq yerinə düşər. Belə ki, ölkəmizdə
qısa müddətli bank kreditlərinə görə ödənilən faiz məbləğləri
istehsal olunmuş məhsulun maya dəyərinə aid edilir. Qısa müd-
dətli ssudanın əsas məbləğinin maya dəyərinə aid olunması
göstərilmir. Uzun müddətli ssudaların isə faizləri ilə birgə maya
dəyərinə aid edilməyərək, müəssisənin sərəncamında qalan mən-
fəət hesabına ödənilməsi göstərilir. Deməli, bir tərəfdən iqtisa-
diyyata uzunmüddətli ssudaların azlığından şikayətlənilir, digər
tərəfdən isə bu, maya dəyərinə daxil edilmir. Azərbaycan Res-
publikası Nazirlər Kabinetinin “Maya dəyərinə daxil edilən
xərclərin tərkibi haqqında” Əsasnaməsində göstərilən vaxtı keçmiş
və vaxtı artırılmış ssudaların və hesablanılmış faizlərinin maya
41
dəyərinə daxil edilməməsi də, zənnimizcə vəziyyəti çətin olan
müəssisə və təşkilatlara mənfi təsir göstərir.
Şübhəsiz, vaxtında borcunu səbəbsiz ödəməyənlər də olur.
Ancaq belələri ilə yanaşı, öhdəliklərini obyektiv səbəblər –
ödəməmələr problemi, əhalinin alıcılıq qabiliyyətinin aşağı düş-
məsi, milli valyuta məzənnəsinin dəyişməsi, bir sıra xarici təsirlər
və s. ilə əlaqədar yerinə yetirə bilməyənləri eyniləşdirmək düz gün
olmazdı. Bu səbəbdən vəziyyəti qeyri-qənaətbəxş olan müəssi-
sənin əlavə vergi ilə yüklənməsi məqsədəuyğun deyildir.
Əsasnamədə göstərilən maya dəyəri tərkibinə daxil edilən
komponentlər içərisində, qanunvericilikdə nəzərdə tutulan bank
xidmətlərinin dəyəri də vardır. Yəqin ki, qanunvericilikdə nəzərdə
tutulmuş bank xidmətlərinə “Banklar haqqında” qanunda göstə-
rilən əməliyyatlar və əqdlər aiddir. Məlumdur ki, bank işi dinamik
proses olub, yeni-yeni xidmətlər mənimsəyir. Qanunvericilikdə
nəzərdə tutulmayan bank xidmətləri göstərilərkən, onların dəyəri
maya dəyəri tərkibinə salınmamalıdırmı? Məsələn, bank öz
müştərisinə sonuncunun emissiya etdiyi qiymətli kağızların yer ləş-
dirilməsi – anderreytinq xidməti göstərir və haqq alır. Göstərilən
xərcin bu gün maya dəyərinə aid edilməsi yəqin ki, ən azı
mübahisəli olacaq. Zənnimizcə, bütün bank xidmətləri maya
dəyəri tərkibində olmalıdır. Onları qanunvericilikdə nəzərdə
tutulanlarla məhdudlaşdırmaq məqsədəuyğun deyildir. Əks təq-
dirdə ya bank xidmətlərinin inkişafı ləngiyəcək, ya da vaxtaşırı
hüquqi normativ aktların dəyişdirilməsi zərurəti yaranacaqdır.
Ümumiyyətlə, güclü bank sisteminin formalaşmasında maraqlı
olan dövlət idarəetmə mexanizmi kimi vergidən səmərəli
istifadə etməli, öz növbəsində vergilər isə həm banklara, həm də
onların müştərilərinə stimullaşdırıcı təsir göstərməlidir. Yuxarıda
qeyd etdiyimiz kimi, bank fəaliyyətinin prinsipial əsaslarına bank
kapitalında dövlətin iştirakı da daxildir. Dövlət sosial səmərə,
məşğulluq, resursların sahələr arasında əlverişli bölgüsü, iqtisa-
diyyatı uzunmuddətli kreditləşdirmək, mənfəət qazanmaq, bazarda
paya sahib olmaq kimi məqsədlər üçün, özü də bank kapitalında
iştirak edir. Onu da qeyd edək ki, kommersiya əsasında işləyən
Dostları ilə paylaş: |