27
“Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında”
ilk milli qanunlar qəbul edilir. Qanunlar qüvvəyə mindikdən
sonra Aqrar Sənaye Bankı və Sənaye İnvestisiya Bankı Milli
Bankın tərkibindən çıxarılaraq, respublika səhmdar kommersiya
banklarına çevrilirlər. Eyni qərarla Əmanət Ban kının və Beynəl-
xalq Bankın da səhmdar kommersiya banklarına çevrilməsi
nəzərdə tutulurdu.
1992-ci ilin sonlarında Azərbaycan kredit sistemi aşağıdakı
kimi xarakterizə edilirdi:
Cədvəl 1.2
Azərbaycanın kredit sistemi
(1992-ci ilin sentyabr ayı)
Bankın adı
Bankın
sayı
Şöbələrin
sayı
Milli Bank
1
2
1
Aqrar Sənaye Bankı
1
70
Sənaye İnvestisiya Bankı
1
32
Əmanət Bankı
1
82
2
Kommersiya və kooperativ banklar
92
–
Qeyd etmək lazımdır ki, 1992-1994-cü illər ərzində obyektiv
və bəzi subyektiv amillər üzündən ölkədə özəl kommersiya bank-
larının kütləvi yaradılması müşahidə olunmuşdu. Belə ki, 1994-cü
ilin mart ayında rəsmi dövlət qeydiyyatına alınmış kommersiya
banklarının sayı 240-a çatmışdı. Təbii ki, burada yüksək inflya-
siya prosesinin bankların sayının artımına “stimullaşdırıcı” təsiri
birinci planda dayanırdı.
1995-1996-ci illərdə yaranmış iqtisadi sabitlik 1992-ci ildə
qəbul olunmuş bank qanunlarına yenidən baxılmasını zəruri etdi.
1
Naxçıvan Bankı və Milli Bankın əməliyyat şöbəsi nəzərdə tutulur.
2
Bankın 1300 əmanət kassası nəzərdə tutulur.
29
Cədvəl 1.3
(Azərbaycan Mərkəzi Bankının illik statistik bülleteni)
2010-cu ilin rübləri üzrə
I
II III IV
Bank fəaliyyətinin
həyata keçirilməsi üçün
lisensiyası olan maliyyə təşkilatlarının sayı
145 148 148 146
Bankların sayı, o cümlədən
47 47 47 45
– dövlət bankları
1
1
1
1
–
özəl banklar,
o cümlədən
46 46 46 44
xarici kapitallı bankların sayı
23 23 23 22
nizamnamə kapitalının 50%-dən 100%-ə
qədərini təşkil edən
7
7
7
7
nizamnamə kapitalının 50%-dən az olan
hissəsini təşkil edən
14 14 14 13
xarici bankların yerli filialları
2
2
2
2
Bankların yerli filiallarının sayı, o cümlədən
631 640 646 644
– dövlət bankları
38 38 38 38
–
özəl banklar
593 602 608 606
Bankların şöbələrinin sayı
109 114 119 120
Bankların yerli nümayəndəliklərinin sayı
4
5
5
5
Bank olmayan kredit təşkilatlarının sayı
98 100 101 101
Hazırda inkişaf etmiş ölkələrdə universal kommersiya bank-
ları öz müştərilərinə 300-ə yaxın müxtəlif növlü xidmətlər təklif
edirlər. Lakin Azərbaycanda kommersiya bankları hələlik məhdud
miqdarda əməliyyatlar yerinə yetirirlər ki, bunlar da əsasən
ənənəvi bank xidmətləridir. Buna baxmayaraq, Bank xidmətləri
bazarında rəqabətə tab gətirən bir sıra nüfuzlu kommersiya bank-
ları get-gedə müştərilərə göstərdikləri xidmətlər dairəsini geniş-
ləndirirlər.