MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

27
“Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” 
ilk  milli  qanunlar  qəbul  edilir.  Qanunlar  qüvvəyə  mindikdən 
sonra  Aqrar  Sənaye  Bankı  və  Sənaye  İnvestisiya  Bankı  Milli 
Bankın tərkibindən çıxarılaraq, respublika səhmdar kommersiya 
banklarına çevrilirlər. Eyni qərarla Əmanət Ban kının və Beynəl-
xalq  Bankın  da  səhmdar  kommersiya  banklarına  çevrilməsi 
nəzərdə tutulurdu.
1992-ci  ilin  sonlarında Azərbaycan  kredit  sistemi  aşağıdakı 
kimi xarakterizə edilirdi:
Cədvəl 1.2
Azərbaycanın kredit sistemi
(1992-ci ilin sentyabr ayı)
Bankın adı
Bankın 
sayı
Şöbələrin 
sayı
Milli Bank
1
2
1
Aqrar Sənaye Bankı
1
70
Sənaye İnvestisiya Bankı
1
32
Əmanət Bankı
1
82
2
Kommersiya və kooperativ banklar
92

Qeyd etmək lazımdır ki, 1992-1994-cü illər ərzində obyektiv 
və bəzi subyektiv amillər üzündən ölkədə özəl kommersiya bank-
larının kütləvi yaradılması müşahidə olunmuşdu. Belə ki, 1994-cü 
ilin mart ayında rəsmi dövlət qeydiyyatına alınmış kommersiya 
banklarının sayı 240-a çatmışdı. Təbii ki, burada yüksək inflya-
siya prosesinin bankların sayının artımına “stimullaşdırıcı” təsiri 
birinci planda dayanırdı.
1995-1996-ci  illərdə  yaranmış  iqtisadi  sabitlik  1992-ci  ildə 
qəbul olunmuş bank qanunlarına yenidən baxılmasını zəruri etdi. 
1
 Naxçıvan Bankı və Milli Bankın əməliyyat şöbəsi nəzərdə tutulur.
2
 Bankın 1300 əmanət kassası nəzərdə tutulur.


28
Beynəlxalq maliyyə-kredit təşkilatlarının tövsiyyəsi ilə Azərbay-
can  Respublikasının  prezidenti  tərəfindən  10  iyun  1996-ci  ildə 
“Azərbaycan  Respublikasının  Milli  Bankı  haqqında”,  14  iyun 
1996-ci ildə isə “Banklar və bank fəaliyyəti haqqında” Azərbay-
can Respublikasının qanunları yeni redaksiyada təsdiq olunur.
Azərbaycan  Respublikasında  aparılan  struktur  bank  islahat-
larına müvafiq olaraq, 2000-ci ilin fevral ayında Nazirlər Kabi-
neti Aqrar Sənaye Bankı, Sənaye İnvestisiya Bankı və Əmanət 
Bankının  ləğv  olunub,  bunların  bazasında  nəzarət  səhm  paketi 
tamamilə  hökumətə  məxsus  olan  Birləşmiş  Universal  Səhmdar 
Bankının yaradılması haqqında qərar qəbul edir.
Ümumiyyətlə  qeyd  etmək  lazımdır  ki,  ölkəmizdə  hazırda 
müasir  bank  sistemi  yaradılmışdır.  Azərbaycanın  bank  sistemi 
ikipilləli bank sistemindən – Mərkəzi Bankdan və ölkənin kredit 
təşkilatlarından ibarətdir. Hazırda bank fəaliyyəti Azərbaycan Res-
publikasının Konstitusiyası, “Mərkəzi Bank haqqında”, “Banklar 
haqqında”  Azərbaycan  Respublikasının  qanunları,  Azərbaycan 
Respublikasının Mülki Məcəlləsi, digər qanunvericilik aktları və 
Mərkəzi Bankın normativ hüquqi sənədləri ilə tənzimlənir.
Təbii  ki,  iqtisadiyyatın  keçid  dövrünə  adekvat  olan  bank 
sistemi, hələlik beynəlxalq standartlara tam cavab vermir. Lakin, 
bu gün Azərbaycan iqtisadiyyatını bank sistemi olmadan təsəv-
vür  etmək  çətindir.  Düzdür  bir  tərəfdən  hazırda  yeganə  dövlət 
bankı olan kifayət qədər potensiala malik Azərbaycan Respubli-
kası Beynəlxalq Bankı, digər tərəfdən isə xarici kapitalın iştirakı 
ilə  yaradılmış  banklarla  yerli  özəl  bankların  rəqabət  aparması 
çox mürəkkəb olsa da, hər halda onlar öz fəaliyyətlərini davam 
etdirirlər. Heç də təsadüfi deyil ki, son illər yerli özəl bankların 
kredit qoyuluşu əvvəlki dövrlərlə müqayisədə xeyli artmışdır.
01.01.2011-ci il tarixinə Azərbaycan Respublikasında fəaliy-
yət  göstərən  kredit  təşkilatlarının  sayı  146-ə  bərabər  olmuşdur. 
Mülkiyyət formasına görə bunlar səhmdar-kommersiya (o cüm-
lədən 1 dövlət bankı), tam xarici kapitallı, müştərək, yerli banklara 
və qeyri-bank kredit təşkilatlarına bölünürlər. Qeyd olunan tarixə 
Azərbaycanın bank sistemini aşağıdakı cədvəldən görmək olar:


29
Cədvəl 1.3
(Azərbaycan Mərkəzi Bankının illik statistik bülleteni)
2010-cu ilin rübləri üzrə
I
II III IV
Bank fəaliyyətinin həyata keçirilməsi üçün 
lisensiyası olan maliyyə təşkilatlarının sayı
145 148 148 146
Bankların sayı, o cümlədən
47 47 47 45
– dövlət bankları
1
1
1
1
özəl banklar, o cümlədən
46 46 46 44
xarici kapitallı bankların sayı
23 23 23 22
nizamnamə kapitalının 50%-dən 100%-ə 
qədərini təşkil edən
7
7
7
7
nizamnamə kapitalının 50%-dən az olan 
hissəsini təşkil edən
14 14 14 13
xarici bankların yerli filialları
2
2
2
2
Bankların yerli filiallarının sayı, o cümlədən
631 640 646 644
– dövlət bankları
38 38 38 38
özəl banklar
593 602 608 606
Bankların şöbələrinin sayı
109 114 119 120
Bankların yerli nümayəndəliklərinin sayı
4
5
5
5
Bank olmayan kredit təşkilatlarının sayı
98 100 101 101
Hazırda inkişaf etmiş ölkələrdə universal kommersiya bank-
ları öz müştərilərinə 300-ə yaxın müxtəlif növlü xidmətlər təklif 
edirlər. Lakin Azərbaycanda kommersiya bankları hələlik məhdud 
miqdarda  əməliyyatlar  yerinə  yetirirlər  ki,  bunlar  da  əsasən 
ənənəvi bank xidmətləridir. Buna baxmayaraq, Bank xidmətləri 
bazarında rəqabətə tab gətirən bir sıra nüfuzlu kommersiya bank-
ları get-gedə müştərilərə göstərdikləri xidmətlər dairəsini geniş-
ləndirirlər.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə