MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə34/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   26   27   28   29   30   31   32   33   34

111
NƏTİCƏ VƏ TƏKLİFLƏR
İstehsal münasibətləri dinamizminin yüksək səviyyəsi, əmtəə-
pul-bazar münasibətlərinin formalaşmasına xüsusi diqqət, müasir 
pul-kredit siyasətinin və bank işinin idarə olunması üzrə dəqiq 
taktika və strategiyanın işlənib hazırlanmasını zəruri edir. Müasir 
təhlil göstərir ki, pul-kredit siyasətində təşkilati iqtisadi prob lem-
lərin həlli kredit qoyuluşlarının səviyyəsindən, bank kapitalının 
təmərküzləşməsindən, kreditlər və depozitlər üzrə orta faiz dərə-
cəsindən,  resursların  cəlb  edilməsi  qabiliyyətindən  və  bir  çox 
digər parametrlərdən birbaşa asılıdır.
Yeni iqtisadi münasibətlər şəraitində bankların davranış ssena-
risinin işlənib hazırlanmasında proqnozlaşdırma, riyazi statistik 
metodlardan, həmçinin, ekspert rəylərinə əsaslanan modellərdən 
istifadə olunmalıdır.
Stabil iqtisadi şəraitdə Mərkəzi Banklar öz inkişafının strate-
giyasını bir qayda olaraq 5-10 il əvvəlcədən müəyyənləşdirir və 
konyukturdan  asılı  olaraq  hər  il,  yaxud  hər  rüb  strategiyada 
dəyişiklik edərək, onu həyata keçirirlər. Məsələn, Fransa Bankı 
maliyyə  müəssisələri,  kreditlər  və  yığımlar  üzrə  monitorinq 
tədqiqatlarını hər ay aparırdı. Lakin 1993-cü ildən başlayaraq isə 
monitorinq tədqiqatlarını hər rüb yerinə yetirir. Sorğuların məq-
sədi  bir  tərəfdən  kredit  müəssisələrinin  kreditləşmə  və  yığım 
sferasının,  digər  tərəfdən  isə  onların  kontragentlərinin  maliyyə 
davranışlarının təhlil edilməsidir. Kredit təşkilatları, nəinki onla-
rın öz xüsusi iqtisadi davranışları nöqteyi-nəzərindən, həmçinin, 
müəssisələrin  və  fiziki  şəxslərin  iqtisadi  davranışlarına  onlar 
tərəfindən  verilən  qiymətləndirmə  baxımından  da  sorğuya  cəlb 
edilirlər.
Əvvəldə qeyd etdiyimiz kimi, ötən illər ərzində bir tərəfdən 
bankların iriləşməsi və birləşməsi prosesi getmiş, digər tərəfdən 
isə  bir  sıra  zəif  kapitallaşan  banklar  bağlanılmışdır.  Son  illər 
ərzində dövlət banklarının
 
restrukturizasiyası davam etdirilmışdir. 


112
Beynəlxalq Bankın özəlləşməyə tam hazırlanması və Birləşmiş 
Universal  Səhmdar  Bankın  (Kapital  Bankın)  da  özəlləşdirməsi 
həyata  keçirilmişdir.  Özəl  bankların  konsolidasiya  olunması, 
kapitallaşması və onların sağlamlaşdırılması istiqamətində müəy-
yən tədbirlər görülmüşdür. Bank sferasında sağlam rəqabət pro-
seslərini  gücləndirmək  məqsədilə  xarici  kapitalın  yerli  bank 
sistemində  iştirak  rejimi  liberallaşdırılmışdır.  Ötən  illərdə  pul-
kredit  siyasəti  alətlərinin  normativ-metodoloji  bazasının  geniş-
ləndirilməsi  və  təkmilləşdirilməsi  işləri  davam  etdirilmişdir. 
Depozit  əməliyyatları,  veksellərin  yenidən  uçotu  əməliyyatları 
kimi  perspektivdə  tətbiq  oluna  biləcək  potensial  yeni  tənzim-
ləmə alətlərinin normativ bazası yaradılmışdır. Korporativ idarə-
etmə  standartları  ən  mütərəqqi  beynəlxalq  təcrübəyə  –  İqtisadi 
əməkdaşlıq  və  inkişaf  təşkilatının  “Korporativ  idarəetmə  prin-
sipləri”nə və bank nəzarəti üzrə Bazel Komitəsinin “Kredit təş-
kilatlarında korporativ idarəetmənin səmərəliləşdirilməsinə dair 
tövsiyyələr”ə əsasən hazırlanmış və tətbiq edilmiçdir. Korporativ 
idarəetmə, təşkilatların idarəçiliyinin təkmilləşdirilməsi və səmə-
rəliliyinin  artırılması  beynəlxalq  aləmdə  aktual  hesab  edilən 
problemlərdən biri sayılır. Xarakterinə görə riskli fəaliyyət növü 
olan  bank  biznesində  səmərəli  idarəetmə  son  dərəcə  prinsipial 
əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  korporativ  idarəetmə  stan-
dartları Mərkəzi Bankın prudensial tələbləri sırasına daxil edilmiş 
və  risk  yönümlü  bank  nəzarəti  çərçivəsində  onların  tətbiqinə 
dair nəzarət artıq həyata keçirilir. Onu da qeyd etmək lazımdır 
ki,  iqtisadi  subyektlərin  reytinqinin  formalaşması  real  sektorda 
resursların yerləşdirilməsi zamanı, bank resurslarının qiymətlən-
dirilməsi üçün zəruridir. Reytinq, həmçinin bütün müəssisələrin 
qruplaşdırılması  aləti  olub,  makroiqtisadi  təhlil  və  istehsalın 
inkişafının proqnozlaşdırılması üçün də zəruridir.
Bank müştərilərinin reytinqinin formalaşması üçün meyarlar 
sisteminə  –  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi,  istehsal 
fəaliyyətinin  miqyası  və  rəhbərin  ictimai  vəziyyətinin  qiymət-
ləndirilməsi  daxil  edilir.  Bu  zaman  xüsusi  olaraq  müştərilərin 
informasiya şəffaflığına daha çox diqqət yetirilməlidir. Təcrübə 
göstərir ki, müştərilər ciddi maliyyə çətinlikləri hiss edən kimi 


113
özləri haqqında informasiyanı bağlayırlar. Açıq bazar əməliyyat-
larının pul-kredit siyasətinin başlıca alətinə çevrilməsi strategi-
yasının  reallaşdırılması  çərçivəsində  işlər  davam  etdirilmişdir. 
Bank  sistemində  qısamüddətli  likvidliyin  tənzimlənməsinin  ən 
çevik  alətlərindən  olan  REPO,  əks-REPO,  birbaşa  alqı-satqı 
əməliyyatlarının  genişlənməsi  müşahidə  olunmuşdur.  Ötən  il 
həm  manat  hesabları,  həm  də  valyuta  hesabları  üzrə  məcburi 
ehtiyat normaları bank sisteminin likvidliyinə adekvat səviyyədə 
saxlanılmışdır.  Beynəlxalq  təcrübəyə  əsaslanaraq,  məcburi 
ehtiyat normaları ilə müxbir hesablar birləşdirilmiş və bu tədbir 
bankların  likvidliyini  daha  da  yaxşılaşdırmaqla  onların  klirinq 
əməliyyatlarının  həcminə  müsbət  təsir  göstərmişdir.  Bundan 
əlavə kommersiya banklarının öz resursları çərçivəsində manevr 
imkanlarını artırırırlar.
Son dövrlər Azərbaycanda bir tərəfdən bank sisteminin inki şaf 
etdirilməsi istiqamətində sistemli tədbirlərin görülməsi, gələcəkdə 
bu  işlərin  daha  da  sürətləndirilməsi  planları,  digər  tərəfdən 
ölkəyə  böyük  həcmdə  neft  gəlirlərinin  daxil  olması,  kredit  və 
depozit əməliyyatlarının artacağı ehtimalını şərtləndirir. Belə ki, 
neft gəlirlərinin daxil olması, maliyyə resurslarının artacağından 
xəbər  verir.  Bu  o  deməkdir  ki,  bankların  əmanət  və  depozitlər 
hesabına resurs bazasının güclənməsi nəticə etibarilə kredit qoyu-
luşlarının da həcminin artması üçün əlverişli şərait yaradır. Bank 
fəaliyyətində  mühasibat  uçotunun  beynəlxalq  standartlara  tam 
keçidi başa çatdırılmışdır. Qeyd etmək lazımdır ki, Artıq 2000-ci 
ilin  aprel  ayından  başlayaraq  kommersiya  bankları  üçün  yeni 
hesablar  planı  əsasında  Mərkəzi  Banka  hesabatlarını  təqdim 
edirlər.
Monetar  idarəetmənin  institutsional  bazasının  gücləndiril-
məsi  tədbirlərindən  biri  kimi  mükəmməl  informasiya  bankının 
yara dıl ması məqsədilə avtomatlaşdırılmış bank statistika hesabat 
sisteminin  tətbiq  olunmasıdır.  Yaxın  perspektivdə  beynəlxalq 
maliyyə böhranından sonrakı dövr üçün bank fəaliyyəti inkişa-
fının  strateji  proqramının  işlənib  hazırlanmasına  nail  olunmalı-
dır. Şübhəsiz ki, qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün 
ayrı-ayrı fəaliyyət sahələri üzrə beynəlxalq əməkdaşlığın geniş-


114
ləndirilməsi  və  insan  resurslarının  inkişaf  etdirilməsi  strateji 
proqramda öz əksini tapmalıdır. Maliyyə sektoru elektron kom-
mersiyasında lider rolunu saxlamaqla da, dünya iqtisadiyyatının 
gələcək  qloballaşması  və  liberallaşmasında  katalizator  rolunu 
oynamaqda davam edir. İnternetin köməyi ilə kredit risklərinin 
idarə  olunmasında  məsrəflərin  xeyli  azalması  və  səmərəliliyin 
artırılması,  inkişaf  etməkdə  olan  ölkələrin  beynəlxalq  maliyyə 
bazarlarına çıxışına əlverişli zəmin yarada bilər.
Yaxın gələcəkdə təsərrüfat subyektlərinin və bankların inves-
tisiya aktivliyini artırmaq məqsədilə, bankların donor funksiyası 
getdikcə artırılmalıdır.
Xülasə  olaraq  bankların  fəaliyyətinin,  habelə  bank  sektoru-
nun inkişafı və təkmilləşdirilməsi istiqamətləri ümumiləşdilmiş 
şəkildə aşağıdakı kimi təklif olunur:
Bank sisteminin institutsional inkişafı istiqamətində:
– fiziki şəxsləri, orta və kiçik sahibkarlıq subyektlərini kre-
ditləşdirəcək  mikrokreditləşdirmə  müəssisələrinin  inkişafı  üçün 
münbit şəraitin yaradılması;
–  regional  maliyyə  müəssisələrinin  yaradılmasının  təşviqi 
vasitəsilə,  regionlarda  bank  filialları  şəbəkəsinin  və  bank  xid-
mətlərinin genişləndirilməsi;
–  bank  olmayan  kredit  təşkilatları  şəbəkəsinin  genişlən di-
rilməsi.
Dövlət banklarının restrukturizasiyası və özəlləşdirilməsi isti-
qamətində:
– Beynəlxalq Bankın kapitalında dövlətin payının azaldılması 
və özəlləşdirilməsi, eyni zamanda, bankın səhmdarlarının, həm-
çi nin  gələcək  səhmdarların  münasibətlərinin  tənzimlənməsi  və 
idarə edilməsinin təkmilləşdirilməsi.
Özəl bankların inkişaf etdirilməsi istiqamətində:
–  özəl  bankların  tələb  olunan  minimum  məcmu  kapitalının 
tədricən artırılması;
– xarici bank kapitalı iştirakının liberallaşdırılması ilə paralel, 
onların  resurslarının  real  sektora  yönəldilməsi  üçün  müəyyən 
şərtlərin qoyulması.


115
Mərkəzi Bankın tənzimləyici potensialının artırılması istiqa-
mətində:
–  bank  nəzarətinin  təkmilləşdirilməsi  və  şəffaflığın  təmin 
olunmasınının davam etdirilməsi,
–  Mərkəzi  Bankın  prudensial  normativlərinin  iqtisadi  inki-
şafa müvafiq olaraq beynəlxalq standartlara uyğunlaşdırılması,
–  respublika  üçün  inkişafi  prioritet  hesab  edilən  sahələrin 
inkişafı  üçün  ixtisaslaşdırılmış  bankların  yaradılmasına  lazımi 
dəstəyin verilməsi.
Bank infrastrukturunun inkişaf etdirilməsi istiqamətində:
– Bank fəaliyyətinə dair qanunvericilik aktlarının digər nor-
mativ hüquqi aktlarla uyğunlaşdırılması;
– bankdaxili nəzarət və daxili auditin təkmilləşdirilməsi;
– bankdaxili ödəniş sisteminin təkmilləşdirilməsi və inkişafı;
–  beynəlxalq  maliyyə  hesabatları  standartlarının  tam  tətbiq 
edilməsi;
–  banklarda  insan  resurslarının  idarə  edilməsi  sistemlərinin 
təkmilləşdirilməsi;
– nağdsız hesablaşmaların stimullaşdırılması;
–  banklarda  korporativ  idarəetmənin  təkmilləşdirilməsi  və 
risklərin tənzimlənməsi sistemlərinin yaradılması;
– girovların mərkəzləşdirilmiş sadələşdirilmiş reyestrinin yara-
dılması.
Fikrimizcə həm monetar, həm də fiskal ekspansiya hesabına 
yaranacaq makroiqtisadi səmərədən maksimum istifadə olun ması 
və bu səmərənin daxili investisiyaların, qeyri-neft sektorunun və 
regionların inkişafına yönəldilməsi xüsusi aktuallıq kəsb etməlidir.


116
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Аббасов Я., Мяммядов З., Рзайев Р., Щямишяйева Ш. 
Банк иши вя електрон банкчылыг. Бакы 2003.
2. Аббасов А.Щ., Азярбайъанда малиййя базарынын форма­
лашмасы вя базар игтисадиййатында малиййя­кредит системинин 
проблемляри. Бакы 2003.
3. Аббасов И., Ханкишиев Б. Коммерческий банк в усло-
виях перехода к рыночной экономике. Баку 1998.
4.  Абдуллайев  Ш.,  Азярбайъанда  банк  системи  вя  банк 
ресурсларынын идаря олунмасы. Бакы 2001.
5. Агарков М.М., Основы банковского дела. М. 1929.
6. “Аудитор хидмяти щаггында” Азярбайъан Республикасынын 
гануну.
7. “Азярбайъан Республикасынын Милли Банкы щаггында” Азяр­
байъан Республикасынын гануну.
8. “Банклар щаггында” Азярбайъан Республикасынын гануну.
9. Азярбайъан Республикасы Милли Банкынын 1999­2010­ъу 
илляр цчцн айлыг вя рцблцк бцллетенляри.
10. Баьыров М.М., Банклар вя банк ямялиййатлары. Бакы 2003.
11. “Милли Банк щаггында” Азярбайъан Республикасынын 
гануну.
12. 
Банковская  система  и  рынки  кредита.  перевод  Кор-
неева Л.В., Франкфурт на Майне. 1996.
13. Банковское дело. под ред. Лаврушина О.И., М. 2002.
14.  Банковские  учреждения  в  развивающихся  странах. 
сборник в 2-х томах Всемирного Банка, М. 1994.
15.  Банковский  механизм  управления  экономикой.  под 
ред., Коробовой А.И., Саратов 1990.
16. Банки и банковские операции. под ред., Жукова Е.Ф., 
М. 1998.
17.  Белоглазова  Г.Н.,  Коммерческие  банки  в  условиях 
форми-рования рынка. Л. 1991.
18. Берже П., Денежный механизм, М.1993.


117
19. Боброков Ю., США: центральный банк и экономика. 
М. 1988.
20.  Богатко  А.Н.,  Анализ  экономической  основы  хозяй-
ствующих субъектов. М. 2000.
21. Бункина М.К., Деньги и банки. Валюта. М. 1994.
22. Ъавадов А.М., Коммерсийа банклары мящсул вя хид­
мятляриня гиймят­гойма. Бакы 2002.
23. Чихон Е. Банки и власть. М. 1957.
24. Данилец Г.Р., Банки переходят на коммерческую основу. 
журнал Деньги и кредит, 1990, № 11.
25. Денежное обращение и банки. под ред., Белоглазовой 
Г.Н., М. 2000.
26. Есипов В.С., Ценообразования в финансовом рынке. 
Санкт-Петербург 2000.
27. Ялийев М.Ф., Банк ислащатлары вя ващид рейтинг системи иля 
гиймятляндирмя. Експерт журналы, 2001­ъи ил, №3­4.
28. Ялийев М.Ф., Банкын инкишафында дахили нязарят системинин 
ролу. Игтисадиййат вя аудит журналы, 2002­ъи ил, №7.
29. Ялийев М.Ф., Банк мящсулларынын инкишаф стратеэийасы. 
Игтисадиййат вя аудит журналы, 2003­ъц ил, №8.
30. Ялийев М.Ф., Банк системинин инкишафында електрон ком­
мерсийанын ролу. Малиййя вя учот журналы, 2003­ъц ил, №6.
31. Ялийев М.Ф., Ващид рейтинг системи иля гиймятляндирмя 
банк ислащатларынын тяркиб щиссяси кими. Азярбайъан Милли Елмляр 
Академийасы аспирантларынын елми конфрансынын материаллары, 2001­ъи 
ил, ийун, Бакы 2001.
32. Ханкишийев Б.А., Банк кредитляри вериляркян компанийа­
ларын гиймятлян­дирилмясинин бязи мясяляляри. Азярбайъан ХХЫ 
ясрин астанасында елми практики конфрансын материаллары. Бакы 
1998.
33. Железова Б.Ф., Американские банки “дома” и за гра-
ницей. М. 1983.
34. Журнал Бизнес Уик. М.1994, № 4/5.
35. Журнал Деньги и кредит, М.1999, №6.
36. Казимагомедов А.А., Банковское обслуживание насе-
ления. М. 1999.


118
37. Кяримли А., АДР юз малиййя сийасятини неъя гурурду. 
Азярбайъан гязети, 1994­ъц ил, 13 май.
38. Киселев В.В., Управление банковским капиталом. М. 
1997.
39. Кнапп Г.Ф., Очерки государственной денежной теории. 
Одесса 1913.
40.  Конюховски  Р.Б.,  Микроэкономическое  моделирова-
ние банков-ской деятельности. Санкт-Петербург 2001.
41. Коцеленбяим З.С., Очерки по теории денежного обра-
щения. М.1922.
42. Кредит и конъюктура. под ред. Гана А.и др. М. 1929.
43.  Кулачина  Г.Д.,  Дионов  Д.В,  Финансово-банковская 
статистика. М. 1999.
44. Гильфердинг Р., Финансовый капитал. М. 1959.
45. Грутри Р.Д., Деньги и кредит, М. 1930.
46. Гуртов Е.М., Инвестиционные ресурсы. М. 2002.
47. Левецкий Д.А., Государственная теория денег. М. 1923.
48. Масленников В.В., Зарубежные банковские системы. 
М. 1999.
49. Мяммядов З.Ф. Бейнялхалг валйута­кредит мцнасибятляри 
вя хариъи юлкялярин пул­кредит системи. Бакы, 2003.
50. Набиев С., Зарубежные банки в Азербайджане, журнал 
“Ъонсултинэ­Бусинесс”, 1999, № 5/6.
51. Новрузов В.Т., Дахили аудит. Бакы, 2002.
52. Общая теория денег и кредита. под ред., Жукова Е.Ф, 
М. 1995.
53. Панова Г.С., Кредитная политика коммерческих бан-
ков. М. 1999.
54.  Пессель  М.А.,  Антонов  Н.Г.,  Денежное  обращение, 
кредит и банки. М.1995.
55. Рынок ценных бумаг. под ред., Галонова В.А., Басова 
А.И., М. 1996.
56. Рид Э., Коттер Р. и др., Коммерческие банки. М. 1983.
57. Редецкий Ф.К., Банковская статистика. М. 1928.
58. Роуз П.С., Банковский менеджмент. М. 1995.


119
59. Садыгов М.М., Бейнялхалг валйута­кредит мцнасибятляри 
вя хариъи юлкялярин пул кредит сийасяти. Бакы 2003.
60. Сарчев А.М., Ведущие коммерческие банки в мировой 
эконо-мике. М. 1992.
61.  Смит  В.,  Происхождение  центральных  банков.  М. 
1996.
62.  Современные  деньги  и  банковское  дело.  под  ред., 
Р.С.Миллера и др. М. 2000 (перевод с английского).
63.  Сушенко  В.В.,  Международный  бизнес  канадских 
банков. М. 1984.
64. Свиридов О.Ю., Деньги, кредит и банки. Ростов 2000.
65. Ширинская Е.Б., Операции коммерческих банков. М. 
1995.
66. Трехтенберг И.А., Кредитная денежная система капи-
тализма после II мировой войны. М. 1954.
67. Управление деятельностю коммерческого банка (бан-
ковский менеджмент) под ред. О.И. Лаврушина, М. 2002.
68. Усоскин В.М., Современный коммерческий банк. М. 
1994.
69. Уткин Э.А.,Сухонов М.С.,Аудит банковской деятель-
ности. М. 2003.
70. Викулин А.Ю., Антимонопольное регулирование рынка 
банков-ских услуг. М. 2001.
71.  Воловая  Г.Д.,  Европейская  валютная  система.  М. 
1986. др. М. 2000 (перевод с английского).
72. Воронов Ю.П., Страницы истории денег. М.1991.


“Şərq-Qərb” Nəşriyyat evində çapa hazırlanmışdır
Buraxılışa məsul: 
Sevil İsmayılova
Bədii redaktor: 
 Rauf Hüseynov
Texniki redaktor: 
 Rövşən Ağayev
Kompüter səhifələnməsi: 
 Yeganə Əsgərova
Üz qabığının dizaynı: 
 Elşən Qurbanov
Nəşriyyat direktoru:   
Rasim Müzəffərli
Çapa imzalanmışdır 27.12.2011 
Formatı 60×90 
1
/
16
. Fiziki çap vərəqi 7,5
Sifariş N314. Tiraj 500
“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap olunmuşdur
AZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.:   (+99412) 370 68 03; 374 83 43
Faks: (+99412) 370 68 03; 370 18 49
www.eastwest.az

Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə