MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

90
– təbii səbəblər (resursların bölüşdürülməsində dəyişikliklər 
və s.);
–  rəqabət  şərtləri  (məhsullara  tələb,  bazar  sektoru,  rəqabət 
mübarizəsi və s.);
Bazar iqtisadiyyatı şəraitində bankların davranış ssenarisinin 
işlənib hazırlanmasında proqnozlaşdırma, riyazi statistik metod-
lardan, həmçinin ekspert rəylərinə əsaslanan modellərdən istifadə 
olunur.
Stabil iqtisadiyyat şəraitində mərkəzi banklar öz inkişaf stra-
tegiyalarını  bir  qayda  olaraq  5-10  il  əvvəldən  müəyyənləşdirir 
və  iqtisadi  konyukturadan  asılı  olaraq  hər  il,  yaxud  hər  rüb 
strategiyada dəyişikliklər edərək, onu həyata keçirirlər.
Müəssisələrin  konyuktur  sorğularının  çoxillik  tarixi  Fransa 
Bankına məxsusdur. Sorğuda əsasən istehsal və ticarət sahələrin-
dəki müəssisələr əhatə olunur. Bunun əsasında standart ümum-
avropa  metodikası  dayanır.  Sorğularda  qoyulmuş  əlavə  suallar 
müəssisələrin reytinqini nəinki təsərrüfat konyukturunun dəyiş-
məsi  əmsalı,  habelə  digər  əsaslar  üzrə  də  müəyyənləşdirməyə 
imkan verir.
Fransa Bankı maliyyə müəssisələri, kreditlər və yığımlar üzrə 
monitorinq  tədqiqatlarını  hər  ay  aparırdı.  Lakin  1993-cü  ildən 
başlayaraq  monitorinq  tədqiqatları  hər  rüb  yerinə  yetirilir.  Sor-
ğuların məqsədi bir tərəfdən kredit müəssisələrinin kreditləşmə 
və yığım sferasında, digər tərəfdən isə onların kontragentlərinin 
maliyyə davranışlarının təhlilidir.
Kredit  müəssisələri  nəinki  onların  öz  xüsusi  iqtisadi  davra-
nışları nöqteyi-nəzərindən, həmçinin müəssisələrin və fiziki şəxs-
lərin  iqtisadi  davranışlarına  onlar  tərəfindən  verilən  qiymətlən-
dirmə baxımından da sorğuya cəlb edilirlər.
Sorğu  anketlərində  xüsusi  bölmə  fiziki  şəxslərin  iqtisadi 
davranışlarına həsr olunmuşdur. Sorğular nəticəsində fiziki şəxs-
lər üçün daha cəlbedici yığım növləri, habelə sərt rəqabət şərai-
tində bu və ya digər maliyyə agentləri tərəfindən uzunmüddətli 
əmanətlərin  cəlb  edilməsi  üzrə  proqnozlar  müəyyənləşdirilir. 
Tədqiqatların nəticələri həm bütövlükdə ölkə, həm də ayrı-ayrı 
regionlar  üzrə  rəsmi  rəqəm  və  şərhlər  şəklində  təqdim  olunur. 


91
Sualların  əksəriyyəti  əvvəlki  inkişafın  qiymətləndirilməsinə  və 
kapitalın yerləşdirilməsi proqnozuna yönəldilir.
Bu tədqiqatlarda mərkəzi yerlərdən birini kredit müəssisələri 
üçün müəssisələrin reytinqinin qurulması tutur.
Fransa Bankı məlumat bazasına daxil edilmiş fiziki və hüquqi 
şəxslərə “üç işarəli ranq” təsis edir. Təsis edilən ranq, müstəsna 
olaraq Fransa Bankına icazə verilmiş informasiyaların toplanıl-
ması əsasında müəyyən edilir. Eyni zamanda bu ranq qiymətlən-
dirmənin ümumi ifadəsi kimi çıxış edir.
Müəssisələrin reytinqinin formalaşması real sektorda resurs-
ların yerləşdirilməsi zamanı, bank resurslarının qiymətləndiril məsi 
üçün  zəruridir.  Reytinq  həmçinin  bütün  müəssisələrin  qruplaş-
dırılması aləti olub, makroiqtisadi təhlil və istehsalın inkişafının 
proqnozlaşdırılması üçün də zəruridir.
Qeyri-maliyyə  agentlərinə  təsis  olunan  reytinq,  bir  neçə 
meyarlar əsasında formalaşdırılır. Bunlar işgüzar fəallığın səviy-
yəsi, müəssisənin kredit alıcısı kimi qiymətləndirilməsi, ödəniş 
qabiliyyətinin  səviyyəsi,  transparentlik  (şəffaflıq)  səviyyəsi  və 
rəhbərliyə olan ictimai inamın səviyyəsidir.
Fransa Bankı tərəfindən qeyri-maliyyə agentlərinin reytinqi-
nin formalaşmasını bir qədər şərh edək:
İşgüzar  fəallığın  səviyyəsi  üzrə  müəssisələr,  illik  dövriyyə 
həcmindən  asılı  olaraq  qruplaşdırılır.  İşgüzar  fəallığın  qiymət-
ləndirilməsi aşağıdakı fəaliyyət növləri istisna olunmaqla, müəs-
sisənin dövriyyə həcminə uyğundur:
– kommissioner, broker və vasitəçilərin fəaliyyəti;
– davamlı fəaliyyət tsiklinə mənsub olan sektorlar, xüsusilə 
mühəndis və tikinti quraşdırma işləri fəaliyyəti;
– şirkət-holdinqlərin fəaliyyəti (burada işgüzar fəallıq icmal 
dövriyyə üzrə müəyyən edilir)
İcmal hesabların mövcud olmadığı şəraitdə müəssisələrə “N” 
işarəsi, yəni “cüzi işgüzar fəallıq” yazılır. “N” işarəsi həmçinin 
bilavasitə sənaye və kommersiya fəaliyyəti ilə məşğul olmayan, 
sair müəssisələrə də verilir.
Kredit alıcılarının qiymətləndirilməsində aşağıdakı meyarlar 
nəzərdən keçirilir:


92
– müəssisənin maliyyə vəziyyətinin və rentabelliyinin təhlili. 
Burada bir sıra fəaliyyət növlərinin spesifik xasiyyəti, eləcə də 
qeyri-tipik sektorların xüsusiyyətləri də nəzərə alınır;
– müəssisə rəhbərlərinin, səhmdarların və törəmə müəssisə-
lərin qiymətləndirilməsi;
– ödənişlərdən tam və ya qismən imtina olunma faktları.
Bir sıra müəssisələr əhəmiyyətli qiymət əvəzinə, “identifika-
siya kodu” alırlar.
Kredit alıcısının qiymətləndirilməsindən asılı olaraq, müəssi-
sələr 5 qrupa bölünürlər. Kredit alıcılarının bu və ya digər qrupa 
aid edilməsini məlumat bazası modulunda tapmaq mümkündür 
ki, bunun da bir və bir neçə səbəbi ola bilər: mühasibat balansı, 
mənfəət  və  zərərlər  hesabi,  ödənişlərdən  qismən  və  ya  tam 
imtina halları, xüsusi kapitalın həcminin azalması, müəssisənin 
fəaliyyət göstərdiyi iqtisadi mühit, məhkəmə halları.
Müəssisələr  ödəniş  qabiliyyətinin  qiymətləndirilməsindən 
asılı olaraq, üç qrupa bölünürlər:
–  müəssisələr  son  altı  ay  ərzində  müntəzəm  olaraq  ödəniş-
lərini həyata keçirilər;
– müəssisələr pul vəsaitlərinə ehtiyac hiss etmirlər və onlara 
kredit verilməsində şübhələrə heç bir əsas yoxdur;
–  ödənişlərdən  qismən  və  ya  tam  imtina  edən  müəssisələr, 
hansı ki, onların ödəniş qabiliyyəti təhlükə altındadır.
Müəssisələrin  maliyyə  vəziyyətinin  şəffaflığı  göstəricisi,  öz 
kreditorları  ilə  informasiya  mübadiləsi  edən  müəssisələr  üçün 
təsis edilir. Yəni son bir il ərzində müəssisə maliyyə vəziyyətini 
müzakirə etməkdən ötrü öz kreditorları ilə müntəzəm görüş mə-
lidir.
Müəssisənin  reytinqinin  formalaşması  üçün  meyarlar  siste-
minə – maliyyə vəziyyətinin qiymətləndirilməsi (kredit qabiliy-
yəti  və  ödəniş  qabiliyyəti),  istehsal  fəaliyyətinin  miqyası  və 
rəhbərin ictimai vəziyyətinin qiymətləndirilməsi daxil edilir. Bu 
zaman xüsusi olaraq müəssisənin informasiya şəffaflığına daha 
çox diqqət yetirilir. Təcrübə göstərir ki, müəssisələr ciddi maliyyə 
çətinlikləri  hiss  edən  kimi  özləri  haqqında  informasiyanı  bağ-
layırlar.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə