MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

93
Müəssisələrin  onların  reytinqindən  asılı  olaraq  qruplaşdırıl-
ması,  real  sektorda  maliyyə  vəziyyətinin  strukturuna  baxmağa, 
onun resurs bazarını, kreditlərə olan tələbini, kredit və maliyyə 
risklərini təhlil etməyə imkan verir.
İqtisadi  inkişafın  proqnozlaşdırılmasında  bank  qiymətləndi-
rilməsinin istifadə imkanlarını araşdırmaq üçün aşağıdakı para-
metrlərdən istifadə edilir:
inflyasiya gözləmələri;
– əhalinin yığımlara meyliliyi;
– fyuçers sövdələşmələrinin kursu;
xarici ticarət dövriyyəsi;
investisiya gözləmələri;
– real sektorun gəlirləri.
Bütün  göstəricilər  tətbiq  olunan  proseslərin  özünəməxsus 
ölçüləri  hesab  edilsələr  də,  lakin  mütləq  mənada  reprezentativ 
iddiaçı  rolunda  çıxış  edə  bilməzlər.  Ancaq  bununla  belə  qeyd 
olunan  göstəricilər  bir  neçə  on  illiklərdir  ki,  beynəlxalq  təc-
rübədə müvəffəqiyyətlə istifadə edilirlər.
Maliyyə bazarının təhlili, inflyasiya gözləmələri ilə milli val-
yutanın  məzənnəsinin,  habelə  REPO  və  SWOP  sövdələşmələri 
üzrə  kredit  stavkalarının  dəyişmələri  arasındakı  müqayisələri 
özündə birləşdirir. Ticarət həcmləri və kurs dəyişmələri haqqında 
birja informasiyası konkret iqtisadi agentlərin davranışı ilə tam 
əlaqədar deyildir. Bu səbəbdən də bank sorğuları vasitəsi ilə əldə 
olunan  əlavə  informasiya  arbitraj  sövdələşmələrinin  iqtisadi 
konyukturaya  təsirini  ölçüb-biçməyə  imkan  verir.  Bir  neçə  il 
ərzində  bank  qiymətləndirilmələrinin  dinamik  sıralarının  yığıl-
ması, növbəti qısamüddətli dövrdə iqtisadi və maliyyə konyuk-
turunda  baş  verə  biləcək  dəyişiklikləri  ehtimal  səviyyəsində 
interpretasiya etməyə şərait yaradır.
Əhalinin  yığımlara  meyliliyi  operativ  bank  qiymətləndiril-
məsi  ilə  müqayisə  oluna  bilər.  Bu  göstərici  hesablaşma  göstə-
ricisi olub, gəlirlərdə yığımların xüsusi çəkisini faizlə ifadə edir 
və  əhalidən  cəlb  olunmuş  vəsaitlərin  həcminin  dəyişməsi  kimi 
xarakterizə olunur.


94
İnvestisiya  aktivliyi  iqtisadi  inkişafın  başlıca  göstəricilərin-
dən biridir. Təcrübədən məlumdur ki, real sektoru kreditləşdirən 
bankların çəkisinin artımı, birbaşa investisiyaların artımına müva-
fiq  olmalıdır.  Bu  göstərici  gələcəkdə  də  üst-üstə  düşməli,  real 
sektorun kreditləşməsində bank qiymətləndirməsinin artımı bir-
başa investisiyaların həcmini artırmalıdır.
Real sektorda gəlirlərin artımı ümumi iqtisadi konyukturanı 
xarakterizə  edən  göstəricilərdən  biridir.  Burada  əsas  məsələ, 
müəssisələrin  maliyyə  vəziyyətinin  yaxşılaşması,  xüsusilə  də 
mənfəətlə  işləyən  müəssisələrin  çəkisinin  artımı  dinamikasında 
baş verən dəyişikliklərlə əlaqədardır.
Xarici  ticarət  dövriyyəsində  isə  bank  qiymətləndirməsinin 
əsas meyarı, idxal-ixrac əməliyyatlarının bank kreditləşməsi və 
ixrac hasilatı ilə real əməliyyatların vəziyyəti hesab edilir.
3.2. Bank fəaliyyətinin təkmilləşdirilməsinin 
əsas istiqamətləri
Hər  bir  müstəqil  iqtisadiyyatın  real  ünsürlərindən  biri  olan 
bank sisteminin, səlis idarə olunan bank sferasına ehtiyac vardır. 
Dəqiq  idarə  olunan  bank  sistemi  müəyyən  mənada  real  iqtisa-
diyyatın barometridir. Məhz bu baxımdan inzibati amirlik idarə 
etmə  metodlarından,  təsərrüfatçılığın  yeni  iqtisadi  metodlarına 
keçildiyi bütün ölkələrdə bank sisteminin idarə olunması mexa-
nizminin təkmilləşdirilməsinə xüsusi yer verilməlidir.
İstehsal  münasibətlərinin  dinamizminin  yüksək  səviyyəsi, 
əmtəə-pul-bazar münasibətlərinin formalaşmasına xüsusi diqqət, 
müasir pul-kredit siyasətinin və bank işinin idarə olunması üzrə 
dəqiq taktika və strategiyanın işlənilib hazırlanmasını zəruri edir.
İnflyasiya  prosesi,  iqtisadiyyatın  “dollarlaşma”  səviyyəsinin 
artması,  istehsalın  rentabelliyinin  artımına  xidmət  etməyən 
dövlət  dotasiyaları,  investisiyaların  aşağı  səmərəliliyi  və  s.  bu 
kimi  neqativ  meyllər  bir  daha  hələ  də  ölkənin  (Azərbaycan) 
bank  sisteminin  tam  səviyyədə  makro  və  mikroiqtisadi  proses-
lərin tənzimlənməsi funksiyalarının dolğun yerinə yetirilmədiyini 
göstərsə da artıq müvafiq strukturlar tərəfindən bu sahədə kon-
kret tədbirlər görülür.


95
Müasir təhlil göstərir ki, pul-kredit siyasətində təşkilatı iqtisadi 
problemlərin  həlli,  kredit  qoyuluşlarının  səviyyəsindən,  bank 
kapitalının  təmərküzləşməsindən,  kreditlər  və  depozitlər  üzrə 
orta  faiz  dərəcəsinin  dəyişməsindən,  resursların  cəlb  edilməsi 
qabiliyyətindən və bir çox parametrlərdən birbaşa asılıdır.
Ötən illər ərzində bir tərəfdən bankların iriləşməsi və birləş-
məsi prosesi getmiş, digər tərəfdən isə bir sıra zəif kapitallaşan 
banklar bağlanılmışdır. Bu istiqamətdə görülən işlər kimi bank-
ların məcmu kapitalına olan minimum tələbin miqdarı Mərkəzi 
Bank tərəfindən artırılmışdır. Belə ki, Azərbaycan Respubilkası 
Mərkəzin Bankının İdarə Heyətinin 23 dekabr 2005-ci il tarixli 
protokol qərarı ilə “Banklar haqqında Azərbaycan Respublikası 
Qanunu”nun  tələbinə  uyğun  olaraq  fəaliyyətdə  olan  banklar 
üçün  məcmu  kapitalın  minimum  miqdarına  (xarici  bankların 
yerli  filialları  üçün  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin 
minimum miqdarına) qarşı tələbləri 01 iyul 2007-ci il tarixdən 
10 milyon manat kimi müəyyən edilmişdir.
Özəl  bankların  konsolidasiya  olunması,  kapitallaşması  və 
digər tədbirlər hesabına onların sağlamlaşdırılması istiqamətində 
müəyyən tədbirlər görülmüşdür. Bank sferasında sağlam rəqabət 
proseslərini gücləndirmək məqsədilə xarici kapitalın yerli bank 
sistemində iştirak rejimi daha da liberallaşdırılmışdır.
Adekvat pul-kredit siyasəti probleminin araşdırılması nəticə-
sində gəldiyimiz qənaət bundan ibarətdir ki, bu siyasət ən ümumi 
şəkildə mötədil inflyasiya və real sektorun investisiyalaşdırılması 
tədbirləri nəticəsində formalaşmalıdır. Müasir şəraitdə prioritet, 
əvvəla istehsalı stimullaşdıran faiz siyasətindən, ikincisi Mər kəzi 
Bankın  açıq  bazar  əməliyyatlarında  iştirakının  genişləndirilmə-
sindən, üçüncüsü isə pul tədavülünün cari tənzimlənməsi üçün, 
məcburi ehtiyatların rolunun artırılmasından ibarət olmalıdır.
İnflyasiya  tempi  nəzərə  alınmaqla  kreditlər  üzrə  orta  faiz 
dərəcələrinin  bir  qədər  azalmasına  baxmayaraq,  onlar  hələ  də 
sahibkarlar üçün əlverişli səviyyədə deyildir. Faiz dərəcələrinin 
yuxarı olması ilk növbədə kredit bazarında təklifin tələbdən az, 
cəlb olunmuş vəsaitlərin maya dəyərinin yüksək, xarici maliyyə 
mənbələrinin məhdud olması, həmçinin kredit əməliyyatları üzrə 
bank marjasının yüksək olması ilə izah olunur.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə