MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə2/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   2   3   4   5   6   7   8   9   ...   34

8
təşkil  edən  Keyns  modelində  bankların  kredit  imkanları  artır, 
iqtisadiyyata  resurs  axını  güclənir,  eyni  zamanda,  inflyasiya 
meylləri artmış olur. Banklar iqtisadiyyata pul ötürən körpü kimi 
xidmət və əməliyyatlardan, senyoraj kimi isə inflyasiyadan fay-
dalana  bilərlər.  Monetarist  modelin  dominant  olmasına  bax ma-
yaraq, bu zaman sərt pul-kredit siyasəti banklara da toxuna raq, 
resurs  əldə  etməsi  imkanlarını  məhdudlaşdıracaq,  eyni  zamanda 
sabit  valyuta  məzənnəsi  uzunmüddətli  layihələrin  səmərəlilik 
səviyysini və proqnozlaşdırılmasını asanlaşdıracaqdır.
Praktiki olaraq uğurla inkişaf edən bütün ölkələrdə milli bank 
sistemi üçün təsisat bazası yaradıcı rol oynayaraq, onun əmanət-
lərinin investisiyalara transformasiyasını şərtləndirən döv lət inkişaf 
institutları  fəaliyyət  göstərir.  Bir  qayda  olaraq  bu  təsi satlara 
daxili  əmanətləri  istehsal  investisiyalarına  səmtləndirən  dövlət 
inkişaf bankları, ixracın kreditləşdirilməsi və iqtisadiyya tın rəqa-
bət qabiliyyətini artıran idxal-ixrac bankları, əhali inves tisiyala-
rını mənzil tikintisinə yönəldən dövlət maliyyə infrast rukturları 
və ssuda-əmanət bankları, müxtəlif sahə investisiya korporasiya-
ları, riskli innovasiya layihələrinin maliyyələşməsi fondları aiddir.
İqtisadiyyatın real sektoru ilə bank sisteminin daha fəal qar-
şılıqlı əlaqədə olması üçün uzunmüddətli resurs bazasının yara-
dılması  tələb  olunur.  Bununla  əlaqədar  bank  sisteminin  strateji 
vəzifələrdən biri əhalinin əmanətlərinin cəlb olunması üzrə işin 
fəal  aparılmasıdır.  Çünki  əhalinin  əmanətlərinin  banklara  cəlb 
olunmasını aşağıdakılar şərtləndirir:
– maliyyə vasitəçilərinə həm əhalinin, həm də iqtisadi sub yekt-
lərin inamının artması;
– real faiz dərəcəsinin dəyişməsi;
– əhalinin real gəlirlərinin getdikdə artması.
Bankların  cəlb  etdikləri  resurslarda  əhalinin  əmanətlərinin 
xüsusi çəkisinin aşağı səviyyədə olması, bank sisteminin inkişa-
fını xarakterizə edən əsas göstəricilərdən biridir. Belə ki, məhz 
bu göstərici pul multiplikatoruna da öz təsirini göstərir.
Pul multiplikatoru, yəni bankların pul kütləsinin yaradıl ma-
sında rolunun göstəricisi aşağıdakı nisbətlə müəyyən edilir:


9
m=
      nağd pul + depozitlər
nağd pul + bank əməliyyatları 
nağd pul / depozitlər + depozitlər / depozitlər
nağd pul / depozitlər + bank əməliyyatları / depozitlər 
(q + 1)
(q + 2)
Ms
Mb =
=
=
Burada,
M – pul multiplikatoru
Mb – pul bazası (ehtiyat pullar)
Ms – pul kütləsi
Mb  aqreqatı  banklardan  kənarda  nağd  pul  və  kommersiya 
banklarının ehtiyatlarını əhatə edir. Kommersiya banklarının ehti-
yatlarına  isə  onların  kassalarında  olan  nağd  pul  və  mərkəzi 
bankdakı hesablarında yerləşdirilmiş vəsaitlər daxildir. Mərkəzi 
bankdakı hesabda olan vəsaitin bir hissəsini məcburi ehtiyatlar 
(müxbir  hesablarında  olan  vəsait),  digərini  isə  izafi  ehtiyatlar 
təşkil  edir.  Qeyd  edək  ki,  Mb-in  göstərilən  strukturu  mərkəzi 
bankın passivlərini əks etdirir. Mərkəzi bankın aktivləri nöqtəyi-
nəzərdən isə Mb-yə xalis xarici aktivlər və xalis daxili aktivlər 
(kommersiya banklarına və hökumətə kreditlər) daxildir.
Ms aqreqatına banklardan kənarda nağd pul, tələb olunana-
dək depozitlər, müddətli depozitlər, digər depozitlər və qiymətli 
kağızlar daxildir. Ms-ə daxil olan komponentlərin sayı və növü 
ölkələr üzrə müxtəlif ola bilər. Bu maliyyə-bank sektorunun inki-
şaf səviyyəsindən asılıdır. İnkişaf səviyyəsi yüksəldikcə, Ms-in 
də kəmiyyət göstəricisi bir o qədər yüksəlir (M2, M3, M4 və s.). 
Eyni  ilə  pul  bazasında  olduğu  kimi,  burada  göstərilən  struktur 
Ms-in  yalnız  passiv  tərəfini  göstərir.  Lakin,  konsolidə  edilmiş 
balansın yəni, pul kütləsinin aktiv hissəsi də mövcuddur və buraya 
bank  sisteminin  məcmu  xalis  xarici  aktivləri  və  xalis  daxili 
aktivləri daxil edilir.
Bu iki aqreqat arasında fərq ondan ibarətdir ki, Mb-in təklifi 
bilavasitə mərkəzi bank tərəfindən dövriyyəyə nağd pulun bura-
xılması və məcburi ehtiyat normalarının müəyyən edilməsi vasi-


10
təsilə  nəzarət  altına  alınır.  Ms  aqreqatının  komponentlərinə  isə 
(nağd pul istisna olmaqla) mərkəzi bank yalnız dolayı yolla təsir 
edir.  Digər  tərəfdən,  əgər  Mb  yalnız  mərkəzi  bankın  balansını 
əks etdirirsə, Ms-bütövlükdə bank sisteminin balansını (konsolidə 
edilmiş balans) əks etdirir.
Ümumiyyətlə  keçid  iqtisadiyyatlarında  bank  fəaliyyətinin, 
eləcə də bank əməliyyatlarının inkişaf etdirilməsində aşağıdakı 
amillər ön plana çəkilməlidir:
– əsas diqqət uzunmüddətli vəsaitlərin cəlb edilməsinə yönəl-
dilməli;
–  bankın  depozit  və  əmanət  resurslarının  məbləği  və  müd-
dətləri onun aktiv əməliyyatlarına uyğun gəlməli;
– əlavə əməliyyatlar, xidmətlər və qoyuluşların həcmini 
artırmaq üçün güzəştlər tətbiq edilməklə, depozit və əmanət 
əməliyyatlarının spektri genişlənməli;
– bank fəaliyyətində aktiv və passivlərin səmərəli idarə edil-
məsində  xüsusi  nəzarət  sisteminin  təkmilləşdirilməsi  məqsədə-
uyğun olmalıdır.
Maliyyə xidmətləri sferasında elektron informasiyanın inki-
şafı müasir dövrdə ən aktual problemlərdən biri hesab edilir. Belə 
ki, XX əsrin sonunda elektron informasiya bütün iqtisadi nəşrlə-
rin, nüfuzlu beynəlxalq görüşlərin və forumların əsas möv zusuna 
çevrilmişdi. Bank fəaliyyətində kredit riskləri və portfel investi-
siyalarının idarə olunmasında internet texnologiyaların dan istifadə 
etməklə, elektron informasiya xüsusilə vacib əhəmiyyət kəsb edir.
Müasir dövrdə bankların fəaliyyət aktivliyinin genişləndiril mə-
sinin prioritet istiqamətlərindən biri, qeyri-ənənəvi əməliy yatların 
tətbiq  edilməsi  sayılmalıdır.  Qeyri-ənənəvi  bank  əməliyyat ları 
dedikdə, bura digər maliyyə kredit təşkilatlarının və ixtisas laşdı-
rılmış bankların fəaliyyətlərində mövcud olan və bank fəaliyyəti 
üçün  klassik  əməliyyatlar  hesab  edilməyən  əməliyyatlar  başa 
düşülür. Son dövrlər dünya bank təcrübəsində bankların əldə etdik-
ləri  gəlirlərdə  qeyri-ənənəvi,  xüsusilə  də  komisyon-vasitəçilik 
əməliyyatlarının xüsusi çəkisi artmaqdadır.


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə