MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   2   3   4   5   6   7   8   9   ...   34

11
Keçən əsrin 80-cı illərindən başlayaraq, banklar və maliyyə 
xidmətlərinin  digər  provayderləri  öz  aralarında  elektron  infor-
masiya sisteminə keçdilər. Elektron informasiya ilə mübadilə və 
yaxud  EDİ  (Elektronic  Date  İnterchonge)  uzun  müddətdir  ki, 
banklar və fond birjaları tərəfindən ödənişlərin, qarşılıqlı hesab-
laşmaların  həyata  keçirilməsində,  səhmlərin  və  sair  qiymətli 
kağızların alqı-satqısında istifadə olunur. EDİ-nin nəhəng sistemi 
kimi  SWIFT  (Ümumdünya  Banklararası  Maliyyə  Telekommu-
nikasiya  Sistemi)  adlanan  banklar  və  digər  maliyyə  infrastruk-
turları birliyi çıxış edir. SWIFT sisteminə dünyanın ən nüfuzlu 
bankları və maliyyə qurumları daxildir. Yeni bank xidmətləri və 
əməliyyatları  ilə  bazara  daxil  olmaq  üçün  bankın  marketinq 
xidmətinin informasiya və materiallarına əsaslanan strategiya və 
siyasəti olmalıdır. Bankların strategiya və siyasəti konkret bank 
xidmətlərinin  işlənilməsi,  təklifi  və  satılması  planında  forma-
laşmalıdır. Hər bir bankın marketinq xidmətinin əsaslandırılmış 
rəyi  ilə  konkret  əməliyyatın  və  xidmətin  modifikasiyası  haq-
qında qərar qəbul edilməli və müəyyən dövrü əks etdirən biznes 
plan işlənib hazırlanmalıdır. Hazırda Azərbaycan bankları tərəfin-
dən  hüquqi  və  fiziki  şəxslərə  geniş  çeşiddə  bank  xidməti  və 
əmə liyyatlarının göstərilməsi onların gəlirliyinin artmasına geniş 
imkan  yaratmış  olar.  Nəticədə  banklar  beynəlxalq  təcrübədə 
olduğu  kimi  öz  gəlirlərini  əsasən  faiz  gəlirləri  hesabına  deyil, 
komisyon-vasitəçilik əməliyyatlarından gəlirlər hesabına forma-
laşdırmaq  imkanlarını  əldə  edə  biləcəklər.  Fəaliyyət  spektrinin 
artırılması nəticəsində yeni növ bank xidmətləri və əməliyyatla-
rının meydana gəlməsi, tətbiqi və genişləndirilməsi ilə əlaqədar, 
onların rentabelliyinin müəyyən edilməsinin mahiyyəti də artır. 
Müxtəlif növ bank əməliyyatlarında hər bir əməliyyatın xüsusiy-
yətləri  nəzərə  alınmaqla,  rentabellik  göstəricilərindən  istifadə 
edilməlidir.
Bank  təcrübəsində  sistemli  risklərin  azaldılması  üçün  insti-
tutsional tədbirlərdən istifadə olunur. Bu tədbirlərdən biri müştə-
rilərin monitorinqidir. Monitorinq iki formada həyata keçirilir:


Birincisi, kommersiya banklarının həyata keçirdikləri moni-
torinqdir. İkincisi isə mərkəzi banklar tərəfindən həyata keçirilən 
bütövlükdə  iqtisadiyyatın  və  müəssisələrin  monitorinqdir.  Bir 
çox  mütəxəssislərin  fikrincə  iqtisadi  konyukturun  monitorinqi 
risk  səviyyəsini  azaltmaq  və  kommersiya  banklarının  inkişaf 
strategiyasında  qeyri-müəyyənliyin  aradan  qaldırılması  üçün 
zəruridir.  Monitorinq  bir  qayda  olaraq,  gözlənilən  dəyişiklik-
lərdən bir neçə il əvvəl başlanmalıdır.


13
I FƏSİL
BANK FƏALİYYƏTİNİN İQTİSADİ
MÜNASİBƏTLƏR SİSTEMİNDƏ YERİ
1.1. Bank sistemi və onun inkişaf mərhələləri
Hal-hazırda iqtisadi ədəbiyyatlarda bank müəssisələrinin ilkin 
forması  və  yaranma  vaxtı,  onların  təkamülü  barədə  qəti  fikir 
yoxdur. Belə ki, bankların yaranması barədə iki əsas nəzəriyyə – 
“linqivistika” və “etimologiyaya” əsaslanan nəzəriyyə və “qızıl 
iş ustaları ilə əlaqədar nəzəriyyə” mövcuddur. Tarixi faktlardan 
məlum olur ki, dövlətin formalaşdığı quldarlıq dövründə yaran mış 
bank işinin inkişaf mərkəzi tədricən Şərqdən və Yunanıstan-Romadan 
Avropaya, sonra Yeni Dünyaya keçmişdir. Tarixi mən bələrdə qeyd 
olunur ki, kredit münasibətlərinin ilkin forması-borcalan və kre-
ditor arasında vasitəçinin iştirakı olmayan münasibətlərə əsaslan-
mışdır. Kreditorun sərbəst vəsaitinin miqdarı və müddətinin borc 
alanın tələbatlarına uyğun gəlməməsi vasitəçilərin, o cümlədən, 
bankların yaranmasını labüd etmişdir.
İlk bank təcrübəsi kimi pul dəyişən sərrəfların və məbədlərin 
pul  vəsaitlərini  məsul  saxlanmaya  qəbul  etmələri  fəaliyyətini 
misal gətirmək olar. Sonralar bu fəaliyyət növü bir qədər təkmil-
ləşərək,  sələm  kapitalının  və  sələmçiliyin  meydana  gəlməsinə 
səbəb olmuşdur.
Artıq orta əsrlərdə Şimali İtaliyanın bir sıra şəhərlərində, daha 
sonralar Niderlandın və Almaniyanın ticarət mərkəzlərində bank 
xüsusiyyətlərini özündə əks etdirən müəssisələr yaranmışdır.
Bank anlayışı italyan sözü olub “Banco”, yəni stol sözündən 
götürülmüşdür.  Klassik  xarakterli  banklar  ilk  dəfə  İngiltərədə 
XVII əsrin sonlarında meydana gəlmiş və ticarət-sənaye burjua-
ziyasını kreditləşdirmək kimi əsas fəaliyyəti növünü yerinə yetir-
mişlər.


14
Kredit sisteminin təkamülü Qərbi Avropada kapitalizmin inki-
şafı ilə sıx bağlı olmuşdur. Bu zaman bank sistemi və sahibkar-
lıq,  kapital  qoyuluşunun  xüsusi  sahəsinə  çevrilmiş,  bankların 
sayı  artmış  və  onların  yerinə  yetirdikləri  əməliyyatların  dairəsi 
genişlənmişdir.  Elə  məhz  bu  dövrdən  banklar  kredit  pullar  – 
banknotlar (bank biletləri) emissiya etməyə başlamışlar.
XVII əsrin sonlarında bankların meydana gəlməsi ilə yanaşı, 
bank  tipli  səhmdar  cəmiyyətlər  də  formalaşmağa  başlamışdır. 
Artıq  XIX  əsrdə  banklar  iqtisadiyyatda  aparıcı  mövqeyə  malik 
idilər.
Kommersiya bankları bank işi inkişafının ilkin mərhələsində 
meydana  gəlmişlər.  Yarandığı  dövrdə  onlar  əsasən  ticarət  və 
əmtəə mübadiləsi əməliyyatları üzrə yaranan ödənişlərə xidmət 
etmişlər. Kommersiya banklarının əsas müştəriləri tacirlər hesab 
edilirdilər (“kommersiya, yəni ticarət bankı” adı da məhz bura-
dan götürülmüşdür).
Banklar, əmtəə mübadiləsi ilə əlaqədar əməliyyatlara – malla-
rın daşınması, saxlanılması və satışının kreditləşdirilməsinə xidmət 
edirdilər.  Sənayenin  inkişafı  ilə  istehsal  mərhələsinin  qısamüd-
dətli  kreditləşdirilməsinə  daha  çox  ehtiyac  duyulur  və  bu  iş 
bankların  əsas  əməliyyatına  çevrilməyə  başlayırdı.  Bankların 
yerinə yetirdikləri əməliyyatlar dairəsinin genişlənməsi və veril-
miş kreditlərin müddətinin uzadılması, onların universal işgüzar 
müəssisələrə çevrilməsinə şərait yaratdı.
Azərbaycanda  kredit  sisteminin  formalaşması  1860-cı  ildə 
Çar Rusiyasında Dövlət Bankının təsis olunduğu dövrə təsadüf 
edir. Təhkimçilik hüququ və iltizam sisteminin ləğvindən sonra 
Rusiyanın  bütün  əyalətlərində  olduğu  kimi  Azərbaycanda  da 
əmtəə-pul münasibətləri sürətlə inkişaf etməyə başlamış və yenicə 
təşəkkül  tapan  sənayenin  kreditə  olan  tələbatını  ödəmək  məq-
sədilə, kredit müəssisələri şəbəkəsinin yaradılması qarşıda duran 
vacib vəzifələrdən biri olmuşdur.
O  zamanlar  Azərbaycanın  kredit  sistemi  iki  istiqamətdə 
inkişaf edirdi. Kredit şəbəkəsi səhmdar (kommersiya banklarının 
şöbələri, agentlikləri, qarşılıqlı kredit cəmiyyətləri, lombardlar) 
və dövlət (Dövlət Bankının şöbəsi, xəzinədarlıq, əmanət kassa-


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə