MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

30
2002-ci  və  2003-cü  illərdən  başlayaraq  dövlət  banklarının 
yenidən  qurulması,  onların  sağlamlaşdırılaraq  özəlləşdirilməyə 
hazırlanması və xarici partnyorlarla danışıqların aparılması isti-
qamətində  mühüm  işlər  görülmüşdür  və  bu  proses  mütəmadi 
olaraq daha da təkmilləşdirilir.
Dövlət  banklarının  sağlamlaşdırılaraq  özəlləşdirməyə  hazır-
lanması  üzrə  tədbirlər  beynəlxalq  maliyyə  institutları  ilə  sıx 
əməkdaşlıqda davam etdirilmiş, hazırlıq prosesləri tamamlan mış, 
investisiya təklifləri formalaşdırılmışdır. Artıq dövlət bankalrın-
dan biri (Kapital Bank) özəlləşdirilmiş, digər bankın (Beynəlxalq 
Bank) özəlləşdirilməsi üzrə işlər davam etdirilir.
1.2. Bankların iqtisadi münasibətlər 
sistemində əhəmiyyəti
İqtisadi münasibətlərdə kredit sistemini (burada ilk növbədə 
banklar nəzərdə tutulur) bir subyekt kimi təsnifləşdirmək üsulu, 
onun  yerinə  yetirdiyi  funksiyalara  əsaslanır.  Müasir  iqtisadi 
ədəbiyyatlarda bir qayda olaraq bu funksiyalar beş qrupa ayrılır:
1. Hesablaşmaların və tədiyələrin təmin olunması;
2. Aktivlərin transformasiyası;
3. Risklərin idarə olunması;
4. İnformasiya axınlarının işlənməsi və borcluların monitorinqi;
5. Kapitalın (resursların) yerləşdirilməsi prosesi.
Onu da nəzərə almaq lazımdır ki, son onilliklər ərzində həm 
bankların, həm də onların əsas rəqiblərinin - maliyyə institutları, 
broker  firmaları  və  sığorta  şirkətlərinin  funksiyalarında  əsaslı 
dəyişikliklər baş vermişdir. Göstərdiyimiz maliyyə şirkətləri öz 
xidmətləri baxımından banklara yaxınlaşmağa cəhd edirlər. Eyni 
zamanda, banklar broker, sığorta xidmətləri göstərir və öz vəsait-
lərini qarşılıqlı fondlarda yerləşdirirlər. Maliyyə institutları tərə-
findən sırf bank əməliyyatlarının yerinə yetiriləməsinin obyektiv 
əsasını, bu və ya digər dərəcədə sərt qanunvericilik tənzimlən-
məsindən yayınmaq təşkil edir.
Ötən  əsrin  70-80-ci  illərində ABŞ-da  və Avropada  holdinq 
şirkətlərinin fəal artımı müşahidə olunurdu. Bu da ənənəvi bank-


31
larla  müqayisədə  onların  kapital  bazarına  sərbəst  daxil  olması, 
yüksək “leverec” (xüsusi kapitala nisbətdə borc kapitalının daha 
üstün  xüsusi  çəkisi)  hesabına  vəsaitlərin  səfərbər  edilməsi, 
habelə vergi güzəştləri almaq imkanları ilə izah edilirdi.
Bank, parabank
 
(bu termin ənənəvi bank funksiyalarını qismən 
yerinə yetirən təsisatlara nəzərən işlədilir) və qeyri bank müəssi-
sələri arasında sərhədlərin pozulması prosesi bir tərəfdən vəzifələr 
ümumiliyini, digər tərəfdən isə bu institutlarda onların həlli üçün 
metodlar ümumiliyini müəyyənləşdirir. Adı çəkilən təsisatlar son 
illərin elmi ədəbiyyatlarında funksional baxımdan maliyyə firma-
ları  (maliyyə  şirkətləri)  kimi  təsnifləşdirilir.  Bu  anlayışın  daha 
lakonik tərifini fikrimizcə D.Xenkok vermişdir. O, qeyd edir ki, 
“maliyyə  firması  –  borclu  ilə  borcverənlər  arasında  vasitəçilik 
xidmətlərini yerinə yetirən və bu zaman öz məqsədi kimi mak-
simum mənfəət əldə edən obyektdir. Bu xidmətlər birbaşa və ya 
dolayısı ilə maliyyə aktivləri və passivləri, eləcə də kredit lər və 
depozitlərlə əlaqədardır. Maliyyə firması öz xüsusi öhdəliklərini 
bir  qayda  olaraq  müxtəlif  depozitlər  şəklində  emissiya  edir. 
Maliyyə firması anlayışı özündə kommersiya və əmanət bankla-
rını, əmanət və kredit assosiasiyalarını birləşdirir. Belə firmala rın 
izahında depozit institutları terminindən də istifadə oluna bilər”.
Əlbəttə  real  mövcud  olan  maliyyə  təşkilatları,  xalis  şəkildə 
tərifdə  göstərildiyi  kimi  maliyyə  firmaları  ola  bilməzlər.  Həqi-
qətən  tərifdə  qeyd  olunan  əməliyyatlarla  yanaşı,  onlar  bir  çox 
funksiyaları da yerinə yetirirlər. Bununla belə maliyyə şirkəti (fir-
ması) anlayışının metodoloji nöqteyi-nəzərdən istifadəsi məqsə-
dəuyğundur.
İndi isə kredit sisteminin yerinə yetirdiyi funksiyaların ətraflı 
izahını verək:
1. İqtisadi subyektlər kimi bankların təşəkkülü və təkamülü 
pulun  funksiyalarının  inkişafı  ilə  paralel  baş  verirdi.  Tarixən 
bankların pul vəsaitlərinin idarə olunması üzrə fəaliyyəti, birincisi 
pulun mübadiləsi üzrə xidmətlərin göstərilməsində, ikinci tədiyə 
servisinin təmin olunmasında öz əksini tapırdı.
Bankların mübadilə funksiyalarının inkişafı və dərinləşməsi 
onların  fəaliyyətində  yeni  növlərin  yaranmasına  təkan  verir. 


32
Belə ki, qiymətlilərin saxlanılması üzrə xidmətlər təklif edilir və 
bu  da  gələcək  depozit  əməliyyatlarının  əsasını  qoyurdu.  Ümu-
miyyətlə, fəaliyyətin bu növünün meydana gəlməsi həm tarixi, 
həm də iqtisadi baxımdan təbii idi. Çünki sərraflar, zərgərlər və 
sair iqtisadi subyektlər özlərinə məxsus qiymətliləri saxlamaqla 
yanaşı, həmçinin belə xidmətlərin başqalarına göstərilməsi imkanını 
da qazanırdılar. Heç şübhəsiz ilkin mərhələlərdə depozit xidmət-
ləri olduqca primitiv xarakter daşıyırdı. Bu ilk növbədə depozi-
torlar üçün xidmətin ödənişli olması ilə izah edilirdi. Çünki öz 
pul  vəsaitlərini  banka  etibar  etmiş  şəxsin  əsas  məqsədi  onun 
pullarının qorunub saxlanılmasında idi.
Bankın müştərilərinin depozit xidmətlərinə marağının artımı 
bir  də  onunla  izah  olunurdu  ki,  tədəvüldə  olan  metal  pulların 
tərkibi  qeyri-yekcins  idi.  Orta  əsrlərdə  banklar  öz  nüfuzlarını 
qoruyub saxlamaqdan ötrü əmanətçilərlə “yaxşı” metal pullarla 
hesablaşmağa  məcbur  idilər.  Qeyd  edək  ki,  belə  xidmət  növü 
üzrə nüfuzlu banklar bəzən 9-10 faiz komisyon haqqı tələb edir-
dilər.  Sonralar  tədiyə  xidmətinin  təmin  olunması  baxımından, 
banklar  öz  müştərilərinə  onların  bank  hesablarının  idarə  olun-
ması  xidmətlərini  təklif  edirlər.  Məlumdur  ki,  iri  miqdarda  pul 
vəsaitlərinin  uzaq  məsafələrə  miqrasiyası  (çatdırılması)  riskli 
fəaliyyət hesab edilir. Bu baxımdan nağdsız və klirinq hesablaş-
malarının təmin olunması üzrə bank xidməti zəruridir. Bankların 
bu funksiyası XIX əsrin ikinci yarısından başlayaraq fəal inkişaf 
etməkdədir.  Hal-hazırda  hesablaşmaların  və  tədiyələrin  keçiril-
məsi üzrə fəaliyyət bir bank çərçivəsindən çıxaraq beynəlmiləl 
xarakter  almışdır.  SWIFT  və  Western  Union  kimi  beynəlxalq 
telekommunikasiya  maliyyə  hesablaşmaları  sisteminin  inkişafı 
buna əyani bir sübutdur.
2. Bank fəaliyyətində aktivlərin transformasiyasının üç tipini 
fərqləndirirlər: miqdar, keyfiyyət və zaman.
Miqdar transformasiyasının mahiyyəti ondan ibarətdir ki, bank-
lar tərəfindən göstərilən xidmətlərin həcm xarakteristikası, müş-
tərilərin  tələbləri  ilə  uzlaşdırılmalıdır.  Bunun  klassik  nümunəsi 
kimi  ayrı-ayrı  əmanətçilər  tərəfindən  qoyulmuş  nisbətən  kiçik 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə