MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

57
Kanada və ABŞ-da yalnız federal bankların bu sxemdə iştirakı 
məcburi xarakter daşıyır).
Üçüncüsü, bankların bu təşkilata ödədikləri üzvlük haqqından 
və  cəlb  olunmuş  vəsaitlərdən  asılı  olaraq,  dövri  ayırmalardan 
ibarətdir.  Banklar  üçün  fonda  üzvlük  məcburi  xarakter  daşıyır. 
Əks  təqdirdə  banka  əmanət  əməliyyatının  həyata  keçirilməsi 
üçün icazə verilməməlidir. Müqayisə üçün qeyd edək ki, əksər 
xarici  ölkələrdə  banklar  cəlb  etdikləri  öhdəliklərin  məbləğinin 
0,01 faizindən, 0,5 faizə qədərini illik sığorta üzvlüyünə ödəyirlər.
Bir  qisim  ölkələrdə  isə  daha  yüksək  faizlə  üzvlük  haqqı 
yığılır.  Məsələn,  Böyük  Britaniyada  üzvlük  haqqı  depozitlərin 
məbləğinin  0,3  faizini,  Belçikada  0,5  faizini,  İslandiyada  isə 
1,0  faizini  təşkil  edir.  Lakin  bununla  belə  faiz  dərəcələri  ildə 
1,0 faizdən çox olmur.
Dördüncüsü, həyata keçiriləcək konkret tədbirlərin necə olma-
sından asılı olmayaraq, gələcəkdə öz fəaliyyətini səmərəli quran 
banklar üçün dağıdıcı və səmərəsiz ağırlıq yaratmamaq məqsə-
dilə  üzvlük  haqqının  alınması  hüququnun  məhdudlaşdırıl ması 
ədalətli  hesab  edilməlidir.  Bu  nöqteyi-nəzərdən  layihə  hər  bir 
bankdan tutula bilən üzvlük haqqına yuxarı hədd təyin etmə lidir.
Beşincisi, gələcəkdə sığorta fondunun fəaliyyətində hökumətin 
xarici  banklara  münasibətində  proteksionist  siyasət  yeritməsi 
məqsədəuyğundur. Yəni ölkədə 100,0% xarici kapitalın iştirakı 
ilə fəaliyyət göstərən banklarda yerləşdirilən əmanətlərin sığor-
talanması  könüllü  xarakter  daşımalıdır  (müqayisə  üçün  qeyd 
edək ki, Almaniya, İtaliya, Lüksemburq, Hollandiya və İsveçdə 
valyutanın növündən asılı olmayaraq bütün növ depozitlər mü -
dafiə olunur. Belçika, Kanada, Fransa, Yaponiya, Böyük Britani-
yada və Litvada xarici valyuta ilə əmanətlər tam olaraq sxemdən 
kənarlaşdırılıb).
Altıncı,  gələcəkdə  atırılmasınin  davam  etdirilməsi  və  depo-
zitlərin maya dəyərinin artmaması baxımında bankların gəlirlə-
rinin  vergi  ayırmalarına  məxsus  hissəsindən  sığorta  üzvlüyünə 
ödənişlərin həyata keçirilməsinə icazə verilməsi, digər tərəfdən, 
fond  öz  vəsaitlərini  minimal  riskli,  likvid  aktivlərə  (məsələn, 
dövlət qiymətli kağızlarına) investisiya etməklə artıra bilər.


58
Yeddinci, bütün ictimaiyyətə bu sistemin fəaliyyəti haqqında 
tam  və  dolğun  informasiya  çatdırılması  zəruridir.  Çünki  sığor-
talanmanın səmərəliliyi ictimaiyyətin bu sistemin fəaliyyəti haq-
qında nə dərəcədə informasiyaya malik olmasından xeyli asılıdır. 
Bu prosesdə banklar da aktiv iştirak etməlidirlər.
Beləliklə  bazar  iqtisadiyyatına  keçid  şəraitində  bankların 
əmanət-depozit işinin inkişaf etdirilməsi üçün aşağıdakı amillər 
nəzərə alınmalıdır:
– bankın depozit və əmanət resurslarının məbləğ və müddət-
ləri onun aktiv əməliyyatlarına uyğun gəlməli;
–  əsas  diqqət  müddətli  əmanətlərin  cəlb  edilməsinə  yönəl-
dilməli;
–  əlavə  xidmətlər  və  qoyuluşların  həcmini  artırmaq  üçün 
güzəştlər edilməklə, depozit və əmanət əməliyyatlarının spektri 
genişlənməli;
–  pul  vəsaitlərinin  bankda  saxlanması  və  onların  səmərəli 
yerləşdirilməsi üzərində xüsusi nəzarət sisteminin təkmilləşdiril-
məsi.
Qeyd edək ki, Azərbaycanda Əmanətlərin Sığortalanması haq-
qında  Azərbaycan  Respubilkasının  Qanunu”  qəbul  edilmişdir. 
Bu  qanun  29  dekabr  2006-cı  il  tarixində  respublika  prezidenti 
tərəfindən imzalanmış və 11 fevral 2007-ci il tarixində dərc edilə-
rək  qüvvəyə  minmişdir.  Əmanətlərin  sığortalanması  sisteminin 
yaradılmasının  məqsədi  banklar  və  xarici  bankların  yerli  filial-
ları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul 
olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə 
və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Əma-
nətlərin sığortalanması məqsədləri üçün bu qanunla Əmanətlərin 
Sığortalanması  Fondu  yaradılmışdır.  Fondun  sığorta  ehtiyatları 
aşağıdakı mənbələr hesabına formalaşdırılır:
– iştirakçı bankların üzvlük haqları;
– iştirakçı bankların təqvim haqları;
– iştirakçı bankların əlavə haqları;
–  fondun  buraxdığı  uzunmüddətli  borc  öhdəlikləri  hesabına 
cəlb olunan vəsait;
– iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları;


59
–  cari  xərclər  çıxılmaqla  Fondun  vəsaitinin  idarə  olunması 
nəticəsində əldə edilmiş gəlir;
–  qrant,  ianələr  və  ya  qanunvericilikdə  qadağan  edilməmiş 
digər mənbələrdən daxil olan vəsaitlər;
– kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğdə 
alınmış borc vəsaitləri;
– reqress qaydasında tələb hüququ ilə bankdan və ya xarici 
bankın yerli filialından alınan vəsaitlər.
İştirakçı  banklar  Fondun  reyestrinə  daxil  olduqdan  sonra 
10 təqvim günü müddətində Fondun Mərəkəzi Bankda olan hesa-
bına  10  (on)  min  manat  (AZN)  məbləğində  birdəfəlik  üzvlük 
haqqı  ödəyirlər.  Bundan  əlavə  banklar  fonda  təqvim  haqqı  da 
ödəyirlər.  Təqvim  haqları  bankın  Fondun  iştirakçı  bankların 
reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi 
günədək ödənilir. İştirakçı bankın əmanətləri cəlb etmək hüququ 
Mərkəzi  Bank  tərəfindən  dayandırıldıqda  bank  qorunan  əma-
nətlər üzrə öhdəliklərini tam icra edənədək Fonda təqvim haqları 
ödəyir. Təqvim haqlarının hesablanması üçün ilk hesabat dövrü 
bankın  Fondun  iştirakçı  banklarının  reyestrinə  daxil  olunduğu 
rübün birinci günündən başlanır və həmin rübün son gününədək 
davam edir. Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə 
daxil olunduğu gündən başlayaraq birinci ildə qorunan əmanət-
lərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı 
illərdə  isə  0,125  faizi  həcmində  ödənilir.  Fond  tərəfindən  bir 
iştirakçı  bankda  sığortalanmış  əmanət  üzrə  aşağıdakı  həcmdə 
kompensasiya  (sığorta  hadisəsi  baş  verdikdə  qorunan  əmanət-
çilərə ödənilən pul vəsaiti) ödənilir:
Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət 
üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan 
çox olmamaq şərtilə kompensasiya ödənilir.
Mərkəzi valyutada olan əmanətlər üzrə kompensasiya manatla, 
xarici  valyutada  olan  əmanətlər  üzrə  isə  əmanətlərin  valyuta-
sında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda 
kompensasiya  bu  valyutaların  biri  ilə  sığorta  hadisəsinin  baş 
verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən 


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə