MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

42
bankların  maraqları  heç  də  həmişə,  hökumət  mənafeyi  ilə  üst-
üstə  düşməyə  bilər.  Hökumətin  əlində  olan  alətlər,  Mərkəzi 
Bankın  imkanları  bəzən  göstərilən  məqsədlərə  çatmağa  kifayət 
etməyə  bilər.  Məhz  bu  səbəbdən  araşdırdığımız  funksiya  vacib 
potensial  imkan  kimi  qiymətləndirilməlidir.  İnkişaf  etmiş 
ölkələrin bu sahədə təcrübəsini nəzərdən keçirək:
Bank sferasının sərt tənzimlənməsi üzrə dünyada birinci yeri 
tutan Fransa bütün kredit institutlarının icmal balansında 80,0 faiz 
xüsusi çəkisi olan dövlət və yarımdövlət banklarının kapitalında 
iştirak edir.
Böyük  Britaniyada  1861-ci  ildən  dövlət  əmanət  bankı  kimi 
yaradılmış  Milli  Əmanət  Bankı  filial  kimi  poçt  şöbələrindən 
istifadə edir. Hesablarının sayına görə o, dünyada ən iri əmanət 
müəssisələrindəndir  (qeyd  etmək  lazımdır  ki,  keçmiş  SSRİ-də 
əmanət  kassalarının  agentlikləri  də  poçt  şöbələrində  təşkil 
edilirdi).
İtaliyada çoxlu dövlət bankları fəaliyyət göstərir. Onlara tam 
dövlət mülkiyyətində olan banklar, ayrı-ayrı regionların inkişa-
fının stimullaşdırılması üçün yaradılan banklar, Sənayenin Yeni-
dən Qurulması üzrə Dövlət İnstitutuna məxsus banklar da aiddir. 
Ancaq  getdikcə  bankların  özəlləşdirilməsi  meyli  güclənir. 
ABŞ-ın investisiya bankları italyan və fransız rəqiblərinə üstün 
gələrək, 1993-cü ildə “Credito İtaliano” və “Banco Commersial 
İtaliano” kimi iri italyan banklarının özəlləşməsində məsləhətçi 
və zəmanətçi rolunu müsabiqəsində qalib gəlmişlər.
Yaponiyada  özəl  banklarla  yanaşı,  geniş  şəbəkəli  hökumət 
institutları  da  vardır.  1950-ci  ildə  xarici  ticarətin  kreditləşməsi 
üçün İxrac Bankı yaradılmışdır. 1951-ci ildə İnkişaf Bankı təsis 
edilmişdir. Bu bank iqtisadiyyatın müxtəlif sahələrini bir il müd-
dətinə  özəl  banklara  maraqlı  olmayan  güzəştli  şərtlərlə  kredit-
ləşdirir.
S.Sorvinin Rusiya bank sistemində yeni dövlət kapitallı bankın 
yaradılması fikri də maraqlıdır. Müəllifin fikrincə, “dövlət zəma-
nəti ilə uzunmüddətli resursları cəlb edən Əmanət Bankı aktivlə-
rini  istehlak  kreditlərinə  və  yaradılacaq  İnvestisiya  Bankına 


43
yönəltməlidir.  Bu  bank  federal  əhəmiyyətli  layihələrlə  məşğul 
olaraq  aqrar  sənaye,  hərbi  sənaye  kompleksi  və  s.  sahələrini 
uzunmüddətli  resurslarla  təmin  etməlidir.  Universal  bankların 
rəqabət qabiliyyətini saxlamaq üçün isə ona korporativ müştəri-
lərin  hesablarını  aparmaq  qadağan  olunmalıdır.  Bankın  idarə 
edilməsinə regional assosiasiyalar cəlb edilməli və bu da region-
lardan resursun toplanılması və yerləşdirilməsində vasitəçi olma-
lıdır. Bankların uzunmüddətli kreditləşmə meylləri gücləndikcə 
İnvestisiya Bankı öz fəaliyyətini dayandırmalıdır”.
Hindistanda  kommersiya  banklarının  xeyli  hissəsi  milliləş-
dirilərək, ümumdövlət investisiya sistemi yaradılmışdır. Bu qurum 
ölkədə toplanan əmanətlərin, istehsalın maliyyələşdirilməsi üçün 
yönəldilməsinə şərait yaradır.
Praktiki olaraq uğurla inkişaf edən bütün ölkələrdə milli bank 
sistemi üçün struktur yaradıcı rol oynayaraq onun əmanətlərinin 
investisiyalara transformasiyasını səmtləndirən dövlət inkişaf ins-
titutları fəaliyyət göstərir. Bir qayda olaraq bu qurumlara daxili 
əmanətləri istehsal investisiyalarına səmtləndirən dövlət inkişaf 
bankı, ixracın kreditləşdirilməsi və iqtisadiyyatın rəqabət qabiliy-
yətini  artıran  idxal-ixrac  bankı,  əhali  investisiyalırını  mənzil 
tikintisinə  yönəldən  dövlət-maliyyə  institutları,  müxtəlif  sahə 
investisiya korporasiyaları, riskli innovasiya layihələrinin maliy-
yələşdirilməsi fondları aiddir.
Almaniyada  müəyyən  proqramları  yerinə  yetirmək  üçün 
dövlət öz kapitalı hesabına banklar təsis edir. Onların içərisində 
xüsusi məqsədli banklar daha çox seçilir. Bu qurumlar mühari-
bədən  sonra  fərdi  sektora  dövlət  köməyi  üçün  yaradılmış  və 
sonuncunun  ictimai  istehsalda  rolunun  artması  ilə  əlaqədar 
olmuşdur. 18 xüsusi məqsədli dövlət bankı hökumətə tabedir. Bu 
qrupda “Bərpa Bankı” və “İxrac Bankı” xüsusi yer tutur. Xüsusi 
məqsədli banklar qrupuna Sənaye Kredit Bankı, Kənd Təsərrüfat 
Renta Bankı kimi dövlət institutları da aiddir.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinad edərək 
aşağıdakı  cədvəllərdə  dövlət  və  özəl  bankların  Azərbaycanın 
bank sistemində tutduqları mövqeyi görmək olar:


44
Cəd
vəl 1.4
Azərbaycan iqtisadiyyatına kr
edit qoyuluşlarının
 
kr
edit təşkilatları üzrə strukturu (dövrün sonuna)
(Azər
baycan Mərkəzi Bankının illik statistik bülleteni)
 
İllər
Cəmi
 
kredit
 
qoyu
-
luşları
Dövlət
 bankları
Özəl
 banklar
Qeyri
-
bank
 kredit
 
təşkilatları
mln

AZN
xüsusi
 
çəkisi
 
%-

Cəmi

cümlədən

xarici
 kapitallı
bundan
 
100%-
li 
xarici
 
kapitallı
mln

AZN
xüsusi
 
çəkisi
 
%-

mln

AZN
xüsusi
 
çəkisi
 
%-

mln

AZN
xüsusi
 
çəkisi
 
%-

mln

AZN
xüsusi
 
çəkisi
 
%-

2003
670,3
291,2
43,4
304,8
45,5
97,7
14,6
21,0
3,1
74,3
11,1
2004
989,5
453,0
45,8
451,7
45,7
152,6
15,4
20,9
2,1
84,8
8,6
2005
1441,0
748,3
51,9
653,1
45,3
263,5
18,3
25,9
1,8
39,6
2,7
2006
2362,7
1068,3
45,2
1229,7
52,0
545,8
23,1
55,8
2,4
64,7
2,7
2007
4681
,8
1990,7
42,5
2563,0
54,7
1437,6
30,7
216,2
4,6
128,1
2,7
2008
7191,3
3027,5
42,1
3989,0
55,5
2024,9
28,2
379,9
5,3
174,8
2,4
2009
8407,5
391
1,7
46,5
4318,7
51,4
2074,4
24,7
386,6
4,6
177,0
2,1
2010
9163,4
3901,9
42,6
5069,9
55,3
2306,3
25,2
464,2
5,1
191,6
2,1


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə