MüseyiB ƏLİyev banklarin iNKİŞaf iSTİqaməTLƏRİ “Şərq-Qərb” Bakı



Yüklə 7,25 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix04.11.2017
ölçüsü7,25 Kb.
#8651
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

36
Kredit  portfelinin  aktiv  idarə  olunması  üsulunun  istifadəsi 
zamanı  əsas  anlayış  –  sekyuritizasiyadır  (ingiliscə  sekurities). 
Sekyuritizasiya  dedikdə  bank  aktivlərinin  qiymətli  kağızlara 
çevrilməsi başa düşülür. Aktivlərin qiymətli kağızlara çevrilməsi 
zamanı kredit resurslarının yerləşdirilməsi kredit müqaviləsinin 
imzalanması vasitəsilə yanaşı (qısamüddətli kreditlərin veril məsi), 
istiqraz  vərəqələrinin  istifadəsi  yolu  ilə  (uzunmüddətli  kredit-
lərin verilməsi) də həyata keçirilir.
Ümumiyyətlə  bank  kapitalı  yerləşdirilərkən,  banklar  ardıcıl 
surətdə buna nəzarət etməlidir. Bu gələcəkdə risklərin baş ver-
məyəcəyinə  və  yaxud  da  bunların  minimuma  qədər  azaldıl ma-
sına əlverişli şərait yaradır.
Kapitalın  (resursların)  yerləşdirilməsi  üzrə  risklərin  idarə 
olunması  sisteminin  əsas  elementlərinə  aşağıdakıları  aid  etmək 
olar:
– kapitalın yerləşdirilməsinin təşkilatı təminatı;
limitlərin təyin edilməsi;
– kapitalın(resursların) yerləşdirilməsi təklifinin qiymətləndi-
rilməsi və borc alanların tədiyə qabiliyyətinin təhlili;
–  yerləşdirilmiş  kapital  üzrə  itkilərin  qeydiyyatı  vasitəsilə 
faiz stavkasının müəyyənləşdirilməsi;
– yerləşdirilmiş kapitalın monitorinqi;
– kapital portfelinin idarə olunması və problemli kreditlərin 
bərpası.
1.3. Bank fəaliyyətinin tənzimlənməsinin hüquqi əsasları
Bank sisteminin, kapitalın təmərküzləşdirilməsi, ayrı-ayrı xid-
mət növlərinin göstərilməsi, kredit təşkilatlarının regionlar üzrə 
yerləşdirilməsi və s. parametrlər üzrə yenidən qurulması sərbəst 
iqtisadiyyat prinsiplərinə əsaslanmalıdır.
Bankların  ölkə  iqtisadiyyatının  mühüm  həlqələrindən  biri 
olması, fəaliyyət sferasına və əhatə dairəsinə görə kütləviliyi onun 
işinin daim təkmilləşdirilməsi və tənzimlənməsi məsələsi zəruri 
dövlət funksiyasıdır. P.Rouz bu tənzimləməni səciyyələndirərək 
belə deyir: “Əgər bank genişlənmək və ya yeni bina inşa etmək, 


37
başqa bankla birləşmək, yeni şöbə açmaq, qeyri-bank tipli müəs-
sisə almaq və ya təsis etmək istəsə, o, müvafiq orqanlardan icazə 
almalıdır. Nəhayət, bank sahibləri bankı bağlayıb işdən çıxmaq 
üçün onlara icazə vermiş dövlət qurumundan razılıq almalıdır.” 
Amerika  müəllifi  ABŞ  bank  sisteminə  xas  olan  keyfiyyətləri 
açıqlayır.  Hər  bir  ölkənin  özünəməxsus  xüsusiyyətləri  olduğu 
üçün  tənzimləmə  metodları  da  müxtəlif  olur.  Ümumiyyətlə, 
hazırda  dünya  miqyasında  bank  işi  getdikcə  dövlət  təsirindən 
azda olmağa doğru gedir. Bu, birinci növbədə, beynəlxalq bazar-
larda  müxtəlif  aparıcı  milli  bankların  rəqabəti  ilə  əlaqədardır. 
Ölkə  öz  banklarına  sərbəstlik  verərək,  bir  növ  bu  mübarizəyə 
görə onların sərbəstliyini təmin edir.
Bu sərbəstliyə doğru meyllər həm də bankların yerli, başqa 
tipli maliyyə institutları ilə rəqabətdə imkanlarını artırmaq istə-
yindən  doğur.  B.Kiselyov  tənzimləmə  problemini  təhlil  edərək 
fikrini  belə  izah  edir:  “İqtisadi  strukturlar  bioloji  orqanizmlər 
kimidir. Darvinin nəzəriyyəsinə görə, yalnız ətraf mühitə uyğun-
laşan  orqanizmlər  yaşaya  bilirlər.  Bütün  iqtisadi  strukturlar  da 
xarici mühitə bu cür uyğunlaşmalıdırlar. Bu zaman hökumət xarici 
mühitə təsir edən elə metod və formalardan istifadə etməlidir ki, 
o, biznesin maraqlarına uyğun olsun.”
Bank  sisteminin  fəaliyyət  mühitini  formalaşdıran  dövlətin 
makroiqtisadi  siyasəti  hansı  iqtisadi  nəzəriyyənin  hakim  olma-
sından asılıdır. Məsələn, ucuz pul siyasəti yeridən Keyns mode-
lində bankların kredit imkanları daha da artır, iqtisadiyyata maliyyə 
resursları  axır,  eyni  zamanda  inflyasiya  meylləri  güclü  olur. 
Banklar  iqtisadiyyata  pul  ötürən  körpü  kimi  xidmətdən,  eyni 
zamanda  inflyasiyadan  faydalana  bilərlər.  Buna  baxmayaraq, 
monetarist  model  dominant  olsa,  bu  zaman  sərt  pul-kredit 
siyasəti banklara da müəyyən qədər toxunaraq, onların vəsaitlər 
cəlb  etməsi  imkanlarını  məhdudlaşdıracaq,  amma  sabit  valyuta 
məzənnəsi uzunmüddətli layihələrin səmərəlilik səviyyəsini artı-
raraq proqnozlaşdırmanı asanlaşdıracaqdır.
Hazırda Azərbaycanda bankların və qeyri-bank təşkilatlarının 
fəaliyyəti Azərbaycan  Respublikasının  Konstitusiyası  və  Mülki 
Məcəlləsi ilə yanaşı, “Azərbaycan Respublikasının Milli Bankı 


38
haqqında”,  “Banklar  haqqunda”  Azərbaycan  Respublikasının 
qanun ları və digər infrastruktur qanunlarla tənzimlənir.
İnkişaf  etmiş  dövlətlərdə  isə  bank  sferasının  tənzimlənməsi 
qanunvericilik baxımından olduqca rəngarəngdir. Məsələn, qeyd 
edilənlərlə  əlaqədar  ABŞ  Konqresi  aşağıdakı  qanunvericilik 
aktlarını qəbul etmişdir:
– Federal Ehtiyat haqqında qanun – 1913-cü il;
–  Qlas-Stiqoll  qanunu  –  1933-cü  il  (bankların  kommersiya 
və investisiya qurumlarına bölünməsi və depozitlər üzrə sığorta 
fondunun yaradılması);
– Kleyton qanunu – 1914-cü il (inhisarçılıqla əlaqədar bank-
ların birləşməsinə qadağan barədə);
–  Makfredden-Pepper  qanunu  –1927-ci  il  (bank  şöbələrinin 
ştatlarda açılması barədə);
– Bank birləşmələri haqqında qanun – 1960-cı il;
– Bank holdinq şirkətləri haqqında qanun – 1956-cı il;
–  Depozit  təşkilatları  barədə  Har-Sen-Jermen  qanunu  – 
1982-ci il;
–  Depozit  təşkilatlarının  sərbəstləşməsi  və  pul  dövriyyəsi 
haqqında qanun – 1980-ci il;
– Kredit qabiliyyətinin düzgün qiymətləndirilməsi haqqında 
qanun – 1970-ci il;
– Evin (mənzilin) dəyərinin fərqi hesabına kredit almış borc-
luların müdafiəsi haqqında qanun – 1988-ci il;
– İstehlak kreditinin müdafiəsi haqqında qanun – 1968-ci il;
–  Beynəlxalq  kreditləşmə  və  nəzarət  haqqında  qanun  – 
1983-cü il;
– Beynəlxalq banklar haqqında qanun – 1978-ci il;
–  Kredit  fəaliyyətində  düzgün  informasiya  barədə  qanun  – 
1968-ci il;
– Kreditin düzgün ödənilməsi barədə qanun – 1974-cü il;
–  Depozitlərin  sığortalanması  üzrə  Federal  Korporasiyanın 
fəaliyyətinin yaxşılaşdırılması barədə qanun – 1991-ci il;
– Vəsaitin sürətli köçürülməsi barədə qanun – 1987-ci il və s.
ABŞ qanunvericiliyi başqa normativ aktlar ilə də dolayı yolla 
bank sistemini tənzimləyir. Konqres cəmiyyətin bu vacib sahə-


Yüklə 7,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə